Month: January 2020

  • Azərbaycan güləşçisi yenə dünyanın ən güclüsüdür

    Sərbəst güləşçilərin ardından qadın güləşi üzrə idmançıların reytinq sıralaması açıqlanıb.

    15-18 yanvar tarixlərində İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq seriyalı turnirdə Azərbaycan idmançıları iştirak etməsə də, ilk “onluq”da üç güləşçimiz yer alıb.

    Bunlar Mariya Stadnik, Tatyana Omelçenko və Elis Manolovadır. 50 kq-da ikiqat dünya və yeddiqat Avropa çempionumuz Stadnik yenə öz çəkisində birincidir. Ukraynalı legionerimiz 60 xala malikdir və ən yaxın rəqibi rumıniyalı Emilia Alina Vuçu altı xal qabaqlayır. Olimpiadaya vəsiqə qazanmış idmançımız, böyük ehtimalla, Tokiodakı yarışa kimi ilk “dördlük”də yer alıb, səpələnmişlər səbətində yer alacaq.

    Qeyri-Olimpiya çəkisi olan 59 kq-da Tatyana Omelçenko 16 xala malikdir. IV İslam Həmrəylik Oyunlarının qalibi yeddinci yerdədir.

    Avropa çempionumuz Elis Manolova da qeyri-Olimpiya çəkisi sayılan 65 kq-da “onluğ”a düşüb. Bolqarıstanlı legionerimiz 23 xalla üçüncü yeri tutub. Həmçinin, çinli Siaoçyen Van da eyni xal toplayıb.

    Xatırladaq ki, sərbəst güləşçilərin reytinq cədvəlində dörd idmançımız ilk “onluq”da yer almışdı.
    /oxu.az/

  • Официальное заявление в связи с танцевавшим посреди автотрассы мужчиной

    В Главном управлении государственной дорожной полиции (ГУГДП) прокомментировали инцидент с мужчиной, выскочившим сегодня утром на оживленную трассу в Баку, в результате чего возникла аварийная ситуация.

    Подобные действия на автомобильных дорогах создают опасность для всех участников движения, сказал Oxu.Az начальник отдела по связям с общественностью управления Кямран Алиев.

    Напомним, сегодня утром какой-то мужчина внезапно выскочил на трассу на проспекте Бабека. Несмотря на интенсивность движения автотранспорта, он сначала ходил, размахивая руками, а потом пустился в пляс, создав тем самым аварийную ситуацию.

    “Нужно учитывать, что человек с нормальной психикой не может выбежать на автотрассу с интенсивным движением. Как видно на кадрах, этот человек не в себе. В подобных случаях, думаю, водители должны немедленно сообщать об этом сотрудникам полиции, чтобы они могли оперативно принять соответствующие меры”, – сказал К.Алиев.

    По его словам, если своевременно вмешаться в инцидент, можно установить причины подобного поведения.

    “Мужчина может находиться в нетрезвом состоянии или у него могут быть психические проблемы. В последнем случае будут уведомлены соответствующие органы. Какие-либо меры в отношении этого человека можно принять только после расследования инцидента на месте”, – сказал начальник отдела.

  • Bakıda yolun ortasında rəqs edərək, maşınları təpikləyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

    Avtomobil yollarında bu kimi hərəkətlərə yol vermək bütün hərəkət iştirakçıları üçün təhlükəlidir.

    Bu barədə Oxu.Az-a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Babək prospektində yola çıxaraq qəza şəraiti yaradan şəxslə bağlı məsələyə münasibət bildirərkən deyib.

    O bildirib ki, həmin şəxs yalnız özünün deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb:

    “Nəzərə almaq lazımdır ki, normal insan avtomobillərin sürətlə hərəkətdə olduğu yola bu şəkildə çıxmaz. Videogörüntülərdən də görünür ki, o insan özündə deyil. Yaxşı olardı ki, sürücülər bu cür hallarla rastlaşdıqları zaman dərhal polis əməkdaşlarına məlumat versinlər.

    Əraziyə gələn polis əməkdaşları isə həmin şəxs haqqında müvafiq tədbir görsünlər. Ola bilər ki, o şəxs ərazidə xidmət edən polis əməkdaşlarını görən zaman yoldan çıxır.

    Amma məsələyə yerindəcə müdaxilə edildikdə həmin insanın içkili vəziyyətdə, yoxsa psixoloji problemlər səbəbindən bu cür davranışlara yol verdiyi məlum olacaq. Sağlamlığında problem olduğu aşkarlanarsa, aidiyyəti orqanlara müraciət olunacaq. Amma yalnız məsələyə yerində baxıldıqdan sonra həmin şəxs barəsində hansı tədbirlərin görüləcəyinə qərar vermək olar”.

    Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Babək prospekti ərazisində bir nəfər özünü avtomobil yoluna ataraq, hərəkətdə olan nəqliyyat vasitələrinin arasında rəqs edib və qəza şəraiti yaradıb.

  • В Азербайджане шестимесячный ребенок скончался из-за халатности врачей?

    В Азербайджане зафиксирован случай детской смерти.

    Как передаёт Median.Az со ссылкой на АПА, 27 января родители шестимесячного Джавадова Субхана Ниямеддин оглу обратились в инфекционный отдел Городской центральной больницы Ширвана.

    Супружеская пара была обеспокоена такими симптомами у своего малыша, как затрудненное опорожнение кишечника и рвота.

    Врачи оказали ребенку первую медицинскую помощь, а затем выписали домой.

    29 января младенец с теми же симптомами снова поступил в больницу. По результатам медобследования С.Джавадову был поставлен диагноз “кишечная непроходимость”. Медики порекомендовали родителям срочно отвезти ребенка в столичную больницу.

    Однако по дороге мальчик скончался.

    Его отец Ниямеддин Джавадов считает, что причиной смерти сына стала халатность врачей и обратился в связи с этим в правоохранительные органы.

    Ширванская городская прокуратура начала расследование по факту смерти младенца.

  • Azərbaycanda altı aylıq körpə həkim səhlənkarlığından ölüb?

    Azərbaycanda altı aylıq körpə ölüb.

    APA-nın məlumatına görə, ötən il iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış “qəbizlik” və “qusma” şikayətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu şöbəsinə müraciət edib.

    Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

    Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S.Cavadova “bağırsaq keçməzliyi” diaqnozu qoyulub və təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.

    Altı aylıq körpə Bakıya gətirilərkən yolda ölüb.

    Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

    Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma başlanıb.

  • Азербайджан временно ограничил ввоз птицепродуктов

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) обратилось к предпринимателям, импортирующим птицеводческую продукцию, с целью предотвращения распространения инфекционных заболеваний животных, которые могут быть занесены из других стран.

    Как сообщили в агентстве, Всемирная организация здравоохранения животных выявила возбудителей заболевания среди птиц в нескольких европейских странах.

    Учитывая наличие эпизоотических факторов риска, было принято решение наложить временное ограничение на ввоз живой птицы и птицепродуктов в Азербайджан из Украины.

    В то же время было направлено обращение в Государственный таможенный комитет для принятия на пограничных контрольно-пропускных пунктах соответствующих мер в отношении прибывающих из Украины или следующих транзитом через территорию Азербайджана транспортных средств.

    АПБА еще раз призывает предпринимателей, занимающихся импортом птицеводческой продукции, быть внимательными и строго соблюдать определенные требования с целью защиты от инфекционных заболеваний животных.

  • Ölkəyə quş məhsullarının idxalına məhdudiyyət qoyuldu

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

    AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisi aşkar olunub. Bununla əlaqədar AQTA tərəfindən epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq, ölkəyə idxal edilən quş əti və digər quş məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib.

    Yaranmış epizootik durumu ciddi siqnal kimi qəbul etməklə, respublikamızda fəaliyyət göstərən ailə və quşçuluq təsərrüfatlarında yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə Ukraynadan ölkəmizə diri quş və quş məhsullarının idxalına epizootik vəziyyət sabitləşənədək müvəqqəti məhdudiyyət qoyulub.

    Eləcə də, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna ərazisindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

    AQTA bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır.

  • Masallıda boğularaq öldürülən 16 yaşlı gəlin – “Bu günə qədər xəstə olduğunu bilməyiblər?”

    İman oğlumla bir sinifdə oxuyub, çox sakit uşaq idi.

    Bu sözləri 16 yaşlı həyat yoldaşı Fatimə Qəmbərovanı öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü İman Məmmədovun oxuduğu Sığıncaq kənd orta məktəbində müəllim işləyən İhamə Əsgərova Axar.az-a açıqlamasında deyib.

    O, ibtidai sinifdə dərs dediyi İman Məmmədovun belə bir qətli törədən biləcəyini ağlına gətirmədiyini bildirib:

    “Bu hadisə necə oldu, anlaya bilmirik. İman çox sakit və tərbiyəli uşaq idi. Gözündə problem var idi, zəif görürdü. Hamı ona uşaq gözündə baxırdı. O, evlənəndə hətta hamı İmanın ailəsini qınamışdı”.

    İ.Əsgərova Fatimə ilə İmanın üç il nişanlı qaldıqlarını söyləyib:

    “Mən toydan əvvəl İmanın anası ilə danışdım və ona Fatimənin yaşının az olduğunu, İmanın isə evliliyə hazır olmadığını bildirdim. Lakin bu sözlərim onun xoşuna gəlmədi və buna görə də onlar bizi toya dəvət etmədilər. Həqiqətən, İman evlilik üçün hazır deyildi. O, küçədə yaşından balaca uşaqlarla oturanda, gəzəndə onlardan seçilmirdi. O, mənim oğlumla bir sinifdə oxuyub. Mən, ümumiyyətlə, düşünmürəm ki, o, öz istəyi ilə evlənib. Çünki o belə qərarlar verəcək təfəkkürdə deyildi. Fikirimcə, İman valideynlərinin istəyi və ya təkidi ilə evlənib”.

    Fatimənin xəstə olduğunu iddialarını isə Fatimə Qəmbərovanın yaşadığı Həsənli kəndində nənəsinin qonşuluğunda yaşayan adının çəkilməsini istəməyən qadın təkzib edib.

    O bildirib ki, Fatimədə heç bir xəstəlik olmayıb.

    “Fatimə gözümüzün qabağında böyüyən uşaqdır. Onda heç bir xəstəlik olmayıb, onlar öz cinayətlərini gizlətmək üçün qıza belə şər atırlar. Onlar üç ilə yaxındır ki, nişanlı idilər. Necə olub ki, bu günə qədər xəstə olduğunu bilməyiblər?”

    Onun sözlərinə görə, Fatimə İmanla ailə qurmağa məcbur edilib:

    “Qız toy günü narazı və könülsüz idi. Hiss olunurdu ki, o oğlana getmək istəmir. Uşaq idi, səsini çıxara bilmirdi. Bildiyimizə görə, Fatiməni İmana nənəsi verib. O vaxtı deyirdilər ki, Fatiməni nənəsi xəstə bir oğlana verib. Biz hamımız nənəni qınasaq da, heç bir xeyri olmadı”.

    Qeyd edək ki, İman Məmmədovun həddən artıq zəif, cəmi 40 kq çəkidə və boyca balaca olması səbəbindən hərbi xidmətə aparılmadığı bildirilir. Yayılan toy videosunda da onun hələ tam yetkinləşmədiyi görünür.

    Qeyd edək ki, Masallıda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərovanın 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürüldüyü bildirilir.

  • В Баку мужчина жестоко избил жену

    В Бинагадинском районе Баку жестоко избита женщина.

    Как передает АПА, инцидент зарегистрирован на территории 7-го микрорайона.

    Пострадавшая – А.Мустафаева (1988 г.р.). Она была госпитализирована с тяжелой черепно-мозговой травмой в Городскую клиническую больницу №1.

    Сообщается, что женщину на почве конфликта избил муж.

  • Bakıda ər arvadını vəhşicəsinə döydü

    Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb.

    1988-ci il təvəllüdlü A.Mustafayeva həyat yoldaşı ilə mübahisə edib.

    O, əri tərəfindən döyülüb. Qadın ağır kəllə-beyin travması ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.