Month: February 2020

  • Azərbaycanda oğru girdiyi evdə beş gün gecələdi – FOTO

    Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin fevral ayında rayon ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq, oradan zinət və məişət əşyaları oğurlayıb.

    Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiya Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq etmək üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, oğru polisə ifadəsində deyib ki, oğurluq üçün girdiyi evlərdən birində beş gün qalıb. O, gecələr oğurluq edib, gündüzlər isə ev sahibinin Rusiyada yaşamasından istifadə edərək orada qalıb.







  • Paytaxtın uşaq bağçalarına qəbulda YENİLİK

    Paytaxtın məktəbəqədər tərbiyə müəəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tapşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatıb.

    Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək, öz övladını paytaxtın uşaq bağçalarından birinə qeydiyyata ala bilərlər.

    Burada pilot layihə kimi Nizami rayonu seçilib. On gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı uşaq bağçalarında treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcək. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcək.

    Hazırkı layihənin ikinci mərhələsində istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prosesi barədə foto-video hesabatları da əldə edə biləcəklər.

    Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr də sadələşəcəkdir. Arzu edənlər elektron formatda təkliflərini verə və müraciətin baxlıması prosesinə nəzarət edə bilərlər.

    Əlavə olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bağçalarda təlim-tərbiyə prosesini əhatə edən yeni innovasion layihələr və yeniliklərin hazırlandığı da bildirilib.

  • Ağcabədidə mənzillərin verilməsi zamanı qarşıdurma: Saxlanılanlar var

    Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda məcburi köçkünlərə mənzillərin verilməsi zamanı yaranan qarşıdurmaya münasibət bildirib.

    DİN Mətbuat xidmətindən Bərdə Regional Qrupundan Oxu.Az-a bildirilib ki, baş verən hadisə zamanı heç bir polis əməkdaşı yaralanmayıb:

    “İki nəfər xuliqanlıq etdiyinə görə Laçın Rayon Polis Şöbəsinə gətirilib. Onlar başlarını şöbənin qapısına vurub, özlərinə xəsarət yetiriblər. Həmin vaxt Laçın RPŞ-ə təcili tibbi yardım çağırılıb, onlara tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin əməlləri ilə bağlı araşdırma davam etdirilir”.

    Qeyd edək ki, bu gün Ağcabədi rayonunda məcbur köçkünlərə mənzillərin verilməsi prosesi zamanı bəzi şəxslər onlara verilən mənzillərin otaq sayları ilə razılaşmayıb. Onlar Laçın Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Polisin müdaxiləsi ilə saxlanılanlar olub.

  • Россия приостановила въезд граждан Ирана и Южной Кореи

    Правительство России распорядилось временно прекратить въезд в страну иностранных граждан из Ирана и Южной Кореи. Эти меры приняты для защиты от распространения коронавирусной инфекции.

    Соответствующие документы опубликованы на сайте кабмина, сообщает РИА Новости.

    Согласно одному распоряжению, пропуск граждан Ирана через государственную границу приостанавливается с 0:00 28 февраля. Ограничения касаются тех, кто приезжает в Россию на работу, учебу, а также в частных, туристических и транзитных целях.
    Кроме этого, МИД поручено приостановить выдачу иранцам соответствующих виз, а МВД – выдачу приглашений и разрешений на работу.

    Второй документ ограничивает въезд иностранных граждан с территории Южной Кореи в воздушных пунктах пропуска через границу, за исключением московского аэропорта Шереметьево. Под этот запрет не подпадают граждане стран Евразийского экономического союза, экипажи самолетов, официальные делегации, а также те, у кого есть вид на жительство в России.

  • Rusiya İran vətəndaşlarına sərhədini bağladı

    İran vətəndaşlarının Rusiya Federasiyası sərhədlərindən keçməsi müvəqqəti olaraq dayandırılıb.

    “Vestnik Kafkaza”nın məlumatına görə, müvafiq sərəncam bir gün əvvəl Baş nazir Mixail Mişustin tərəfindən verilib və Nazirlər Kabinetinin saytında dərc edilib.

    “28 Fevral 2020-ci il Moskva vaxtı ilə saat 00:00 dan etibarən təhsil və məşğulluq, habelə fərdi, turizm və tranzit məqsədi ilə Rusiya Federasiyasının ərazisinə daxil olan İran İslam Respublikası vətəndaşlarının Rusiya Federasiyasının dövlət sərhədindən keçməsi müvəqqəti olaraq dayandırılsın”, – deyə sərəncamda bildirilir.

    Bundan əlavə, digər bir sərəncamla “Şeremetyevo” hava limanı istisna olmaqla, Rusiya Federasiyasının dövlət sərhədi ərazisindəki hava keçid məntəqələrinə İran ərazisindən xarici vətəndaşların daxil olması müvəqqəti məhdudlaşdırılır.

    Sərəncamda ancaq Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin vətəndaşları, habelə təyyarələrin heyət üzvləri, eləcə də rəsmi nümayəndə heyətlərinin üzvləri və Rusiyada yaşamaq hüququ olan fərdi şəxslər istisna edilir.

  • Masallıda arvadını və qaynını vəhşicəsinə öldürən şəxsdən xəbər var

    Masallı rayonunun Təzəkənd kəndində 2 nəfəri qətlə yetirən, özünü və qayınanasını güllələyən şəxs Masallı rayon Mərkəzi Xəstəxanasından Bakıya – 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb.

    Bu barədə Trend-ə Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Məlumatda bildirilir ki, hadisəni törədən şəxs əməliyyat olunduqdan sonra Bakıya göndərilib:

    “Hadisəni törədən – 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü alt çənəsindən güllələyib. Nəticədə onun alt və üst çənəsi dağılıb, burnu qopmuşdu. Burada ilkin əməliyyat olunandan sonra xəstə 1 saylı Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyəsi şöbəsinə köçürüldü.

    Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. O bud nahiyəsindən qəlpəli yaralar almışdı. Qadının vəziyyəti normallaşdığı üçün reanimasiya şöbəsindən travmatologiya şöbəsinə köçürülüb”.

    Xatırladaq ki, fevralın 26-da Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev və A.Nəbiyeva hadisə yerində dünyasını dəyişib, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hadisədən sonra S.Ağayev özünü də güllələyib.

    Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxs polis nəzarətinə götürülüb.

  • Завтра в Азербайджане местами ожидается туман

    29 февраля в Баку и на Абшеронском полуострове прогнозируется пасмурная погода без осадков, утром – туман. Сильный северо-западный ветер днем стихнет.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне ночью составит 5-7, днем – 9-12, в Баку ночью – 5-7, днем – 9-11 градусов тепла.

    Атмосферное давление повысится с 756 до 761 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В регионах Азербайджана вечером местами возможны осадки, ночью и утром – туман, порывистый западный ветер.

    Температура воздуха ночью составит 3-8, днем – 13-18 градусов тепла, в горах ночью – 0-5, днем – 5-10 градусов тепла.

  • Ayın son gününün hava proqnozu açıqlandı

    Fevralın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında fevralın 29-da hava yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq . Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

    Fevralın 29-da Abşeron yarımadasında gündüz saatlarında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Göyərtəsində 100-dən artıq sərnişin olan təyyarənin ön şüşəsi çatladı – YENİLƏNİB

    Ön şüşəsi çatlayan “Boeing 777” təyyarəsi Moskvanın “Vnukovo” aeroportunda uğurlu eniş edib.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Məlumatda bildirilir ki, hadisə ilə bağlı zərərçəkən olmayıb.

    * * * *

    Rusiyada Moskva-Banqkok reysini həyata keçirən təyyarə “Şeremetyevo” aeroportuna geri qayıdıb.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    İlkin məlumatlara görə, “Boeing-777”nin ön şüşəsi çatlayıb.

    Təyyarədə 100-dən artıq sərnişin var.

  • Президент Ильхам Алиев выразил соболезнования Реджепу Тайипу Эрдогану

    Президент Азербайджана Ильхам Алиев выразил соболезнования Президенту Турции Реджепу Тайипу Эрдогану в связи с гибелью турецких военнослужащих.

    Об этом сообщает АЗЕРТАДЖ.