Month: February 2020

  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında – YENİLƏNİB + FOTO

    Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

    Dövlətimizin başçısı toplantıda nitq söyləyib.

    Sonra Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt çıxış edib.

    Toplantı işini panel sessiya ilə davam etdirir.

    * * * * *

    Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

















  • Nazirlikdən övladlığagötürmə AÇIQLAMASI

    Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin müasir səviyyədə və innovativ əsaslarda təşkilinə, uşaqların yeni ailələrdə yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qaydada valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinq aparılması qaydaları müəyyən edilir.

    Sənəddə bu sahədə işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi bildirilir. Qaydaya əsasən, övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu nazirlik özünün və Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və kredit bürolarının informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparacaq.

    Övladlığagötürmə prosesinin elektron sistem üzərindən aparılması ilə bağlı qaydaların təqdim edildiyi sənəddə övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu və onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması vacib prinsiplərdən biri kimi diqqəti cəlb edir.

    Yəni Qayda bütün tərəflərdən – ailənin maddi-məişət şəraiti, ailənin tərkibi, ailə üzvlərinin sağlamlığı, ailədəki münasibətlər, valideyn-namizədin valideynlik bacarıqları və s. baxımından övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun dəqiq müəyyən olunmasını və nəticəsinə uyğun qərar verilməsini nəzərdə tutur.

    Qaydaya əsasən, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda, habelə övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizəd, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə, həmçinin aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir.

    Hər bir valideyn-namizəd, onunla birgə yaşayanlar və s. barədə məlumatlar əldə edildikdən sonra valideyn-namizədlə müsahibələr keçirilməsi, maddi-məişət şəraitinin müayinəsinin aparılması, onun üçün təlimlərin təşkili nəzərdə tutulur.

    Valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edildikdə də valideyn-namizədin uçotdan çıxarılması nəzərdə tutulur. Təlimin sonunda valideyn-namizədin övladlığagötürmə ilə bağlı özünəinam, özünüdərk, övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma və valideynlik bacarıqlarının inkişaf səviyyəsi və s. qiymətləndirilir.

    Təlimin nəticələri müsbət qiymətləndirildikdə, e-sistem övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçir.

    Valideyn-namizədlə uşaqların uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, övladlığa götürüləcək uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi ilə bağlı da sənəddə müvafiq qaydalar müəyyən olunur. Nəticə əsasında övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu barədə məhkəməyə rəy təqdim edilir.

    Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə nazirlik monitorinqlər aparacaq. Bu zaman ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülmüş uşağın və onu övladlığa götürmüş şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınacaq.

  • Житель бардинского села задержан за убийство пожилой соседки

    За причастность к убийству 58-летней жительницы села Зумурхан Бардинского района Тахиры Ибадовой задержан ее сосед, 25-летний Джавид Раджбарли.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Отметим, что преступление совершено около 19:00 27 февраля. Женщина была убита в собственном доме ударами тупого предмета по голове. На ее теле также были обнаружены другие повреждения, нанесенные, предположительно, колюще-режущим орудием.

    Некоторые местные СМИ распространили инормацию о том, что по факту были задержаны муж и зять убитой. Однако эта информация не соответствует действительности. В убийстве подозревается молодой сосед Т.Ибадовой.

    По предварительным данным, убийство стало следствием конфликта, произошедшего между ними. Сосед был задержан в собственном доме.

    Детей у четы Ибадовых не было.

    Расследование по данному факту ведет прокуратура района.

  • Bərdədə qadının qətlinə görə qonşusu tutuldu

    Bərdə rayonu Zümürxan kənd sakini 58 yaşlı Tahirə İbadovanın ölümündə şübhəli bilinən qonşusu 25 yaşlı Cavid Rəcəbli saxlanılıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Qeyd edək ki, cinayət hadisəsi 27 fevral saat 19:00 radələrində törədilib. Qadın yaşadığı evdə başından küt alətlə vurularaq öldürülüb. Mərhumun bədənində olan xəsarət izləri qətl zamanı kəsici-deşici alətlərdən istifadə olunduğu ehtimalını yaradır.

    Bəzi yerli kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərə əsasən, ölüm hadisəsi ilə əlaqədar qadının həyat yoldaşı və kürəkəni saxlanılıb. Lakin, bu məlumat həqiqəti əks etdirmir. Qadının qətlə yetirilməsində Cavid Rəcəbli şübhəli bilinir.

    İlkin məlumata görə, qətlə səbəb tərəflər arasında baş verən qarşıdurmadır. C.Rəcəbli yaşadığı evində saxlanılıb.

    İbadovlar ailəsi övlada sahib olmayıb.

    Faktla bağlı istintaq rayon prokurorluğu tərəfindən aparılır.

  • Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi – VİDEO

    Публикация Народной артистки Азербайджана Айгюн Кязимовой в Instagram привлекла всеобщее внимание.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, поп-дива разместила видео 20-летней давности, на котором запечатлено ее выступление на розыгрыше лотереи на ABA TV (закрыт в 2001 году).

    Тогда с певицей во время исполнения хита Mən və sən (“Я и ты”) произошел неприятный случай: “прервалась” фонограмма. Однако Айгюн не растерялась и начала танцевать под аплодисменты зрителей. После устранения проблемы с аппаратурой она продолжила петь.

    “В этот день 20 лет назад… Со мной происходит очень большая неприятность. Но в любой ситуации ваша любовь придает мне силы”, – так прокомментировала А.Кязимова свою публикацию.

  • Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi – VİDEO

    Xalq artisti Aygün Kazımova “Instagram” hesabında paylaşdığı arxiv görüntülərlə gündəmə səs salıb.

    20 il öncə keçmiş ABA TV-nin lotereya proqramında çıxış edən pop divanın başına iş gəlib.

    Sənətçi canlı yayımda “Mən və sən” hitini oxumağa başlayan zaman gözlənilmədən mahnının fonoqramı kəsilib. Bu anda özünü itirməyən A.Kazımova verilişdə iştirak edən qonaqların alqış səslərinin sədaları altında rəqs etməyə başlayıb. Texniki problem aradan qaldırıldıqdan sonra isə Aygün ifasını davam etdirib.

    Xalq artisti 20 il öncə yaşadığı hadisəyə belə şərh verib:

    “20 il əvvəl bu gün… Ən böyük problemlər mənim başıma gəlir. Hər vəziyyətdə mənə güc verən sizin sevginiz olur”.
    /oxu.az/

  • Вернувшихся из Ирана граждан продолжают удерживать в Астаринской больнице

    В Сети появилась информация о том, что в Центральной больнице Астаринского района без причины удерживают азербайджанцев, вернувшихся из Ирана.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, граждане утверждают, что их держат в медицинском учреждении в связи с подозрением на коронавирус, хотя ни у кого из 25 прибывших из Ирана нет повышенной температуры.

    В настоящее время в Центральной больнице Астаринского района находятся два жителя Агстафинского района, по три жителя Билясуварского, Агджабединского районов, по два жителя Шабранского, Лянкяранского, Шамахинского районов, Баку и Ширвана. Среди них также есть жители Сальянского, Гейчайского, Исмаиллинского районов, граждане Ирана и жители Алматы.

    По их словам, в больнице им несколько раз измерили температуру, и она была в пределах 35,8-36,5 градуса.

    “Мы беспокоимся за свое здоровье. В этой больнице мы можем подхватить какую-нибудь болезнь. Если нас держат здесь с подозрением на коронавирус, то почему нам разрешают контактировать со всеми?!”, – жалуются граждане.

  • Astara xəstəxanasında son vəziyyət: “Sağlamlığımıza görə narahatıq”

    Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İrandan qayıdan azərbaycanlıların heç bir əsas olmadan xəstəxanada saxlanıldığına dair məlumatlar yayılıb.

    Oxu.Az xəbər verir ki, İrandan qayıdan azərbaycanlılar yüksək hərarətləri olmadığı halda koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasında saxlanılırlar.

    Vətəndaşlar iddia edirlər ki, 25 nəfərin heç birində yüksək hərarət qeydə alınmayıb. Xəstəxanada saxlanılan şəxslərdən dördü Ağstafa, üçü Biləsuvar, üçü Ağcabədi, ikisi Şabran, ikisi Bakı, ikisi Lənkəran, ikisi Şamaxı, ikisi Şirvan, biri Salyan, biri Göyçay, biri İsmayıllı sakini, biri İran, biri də Almatı vətəndaşıdır.

    Xəstəxanada bir neçə dəfə hərarətlərinin ölçüldüyünü deyən şəxslər bildirirlər ki, heç birinin yüksək hərarəti olmayıb. Həmin şəxslərin hərarəti 35,8 dərəcədən – 36,5 dərəcə arasında olub.

    Onlar xəstəxanada şəraitsiz vəziyyətdə qalmaqdan səhhətlərində problem yaranacağından ehtiyat etdiklərini bildirirlər:

    “Bu xəstəxanada bizi zorla xəstə edəcəklər. Sağlamlığımıza görə narahatıq. Əgər bizi virus şübhəsi ilə saxlayıblarsa, bu cür dağınıq, hər kəslə ünsiyyət qurmağımıza necə icazə verirlər?”

  • Вилаят Эйвазов назначил нового начальника отдела дорожной полиции

    В системе МВД Азербайджана произошло очередное кадровое изменение.

    Согласно приказу министра внутренних дел генерал-полковника Вилаята Эйвазова, майор полиции Гара Абдуллаев назначен начальником Насиминского районного отдела Государственной дорожной полиции.

    Эту информацию агентству подтвердил глава пресс-службы Главного управления полиции Баку майор Эльшад Гаджиев.

    Ранее данный отдел возглавлял полковник-лейтенант Гахраман Гелендеров, который приказом министра был освобожден от занимаемой должности в связи с достижением пенсионного возраста.

  • Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis mayoru Qara Abdullayev Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə gətirilib.

    Qeyd edək ki, bir müddət əvvəl Nəsimi Rayon DYP-nin şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

    Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.