Month: February 2020

  • Dövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMA

    Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidində məhdudiyyətlərin tətbiq olunması barədə yanlış məlumatlar yayılmaqdadır.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, məlumatlar həqiqətə uyğun deyildir və reallığı əks etdirmir:

    “Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fərdi və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edilməyib, dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

    Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.

    Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlumat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhədindən buraxılış məntəqələrində tibbi profilaktik tədbirləri gücləndirilib.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət orqanları arasında “koronavirus” xəstəliyinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək səviyyədə təşkil olunub.

    Dövlət sərhədindən buraxılış məntəqələrində sanitar-karantin nəzarətinin gücləndirilməsi, “koronavirus” xəstəliyinə yoluxmalarına şübhələr yaranan şəxslərin aşkarlanması və tibbi təxliyyəsi istiqamətində kompleks profilaktik tədbirlər həyata keçirilir.

    Dövlət sərhədindən buraxılış məntəqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunub.

    Ölkəyə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müasir tibbi texniki vasitələrdən istifadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr yaranan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət olduqda tibbi təxliyələri təşkil edilir.

    Dövlət sərhədindən keçən şəxslərin “koronavirus” xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində xidmət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunub”.

  • Notariusun evindən 374 min manat oğurlayan şəxslər yenidən məhkəmə qarşısında

    Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Aslan Qasımov, Elnur Aslanov, İmamverdi Həsənov, Sahib Həsənbəyli və Familə Vəliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənova yeddi il, Familə Vəliyevaya beş il, Sahib Həsənbəyliyə iki il həbs cəzası verilib.

    Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Xətai Rayon Polis İdarəsinə müraciət edən şəxs fərdi yaşayış evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.

    Cinayəti törətməkdə təqsirləndirilən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunan – Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq, istintaqa təhvil veriliblər. Daha sonra dəstənin digər üzvü olan F.Vəliyeva saxlanılıb.

    Zərərçəkmiş Ş.Hüseynova məhkəmədə bildirib ki, evindən 374 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. O deyib ki, təqsirləndirilən Familə Vəliyeva vaxtilə onun evində işləyib, etibarını qazanıb, sonra da belə bir iş görüb.

    Cinayət işinin materiallarında da iddia olunur ki, Familə digər dörd nəfərə Ş.Hüseynovanın evinin harada yerləşməsi, mənzildəki pul və qızıllar barədə məlumat verib, onları yönləndirib.

    Təqsirləndirilən F.Vəliyeva isə ittihamı qəbul etməyib. O bildirib ki, Ş.Hüseynova ilə şərikli obyekti var və qadın onu həbs etditmək istəyir.

    Təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli-miqdarda oğurluqda təqsirli biliniblər.

    Qeyd edək ki, zərərçəkmiş şəxs 40 saylı notariat kontorunun rəhbəridir.

  • Bakıda yüksək sürət qəzaya səbəb oldu – VİDEO

    В Баку водитель автомобиля превысил скорость, что привело к ДТП.

    Водитель ВАЗ-2115, не справившись с управлением, врезался на большой скорости в припаркованный у обочины Hyudai. Пострадавших нет.

    Момент аварии попал на видеорегистратор другого автомобиля.

    Представляем вниманию читателей видео ДТП.

  • Bakıda yüksək sürət qəzaya səbəb oldu – VİDEO

    Bakıda avtomobili yüksək sürətlə idarə edən sürücü qəza törədib.

    Hadisə zamanı “VAZ 2115” yol kənarında dayanmış “Hyundai” markalı avtomobilə çırpılıb.

    Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə anbaan həmin yolla hərəkət edən avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.

    Videodan görünür ki, yüksək sürətlə hərəkətdə olan “VAZ 2115”in sürücüsü yol kənarında dayanmış avtomobili gec görüb və əyləci vaxtında basa bilməyib.

    Həmin görüntüləri təqdim edirik:

  • В Нигерии зафиксировали первый случай заражения коронавирусом

    Первый случай заражения коронавирусом нового типа зафиксирован в Нигерии, сообщает минздрав африканской страны.

    “Федеральное министерство здравоохранения подтвердило случай заражения коронавирусом (COVID-19) в нигерийском штате Лагос”, – говорится в заявлении ведомства в Twitter.

    Нигерия стала третьим африканским государством после Алжира и Египта, где был выявлен носитель коронавируса.

  • Koronavirus Nigeriyaya gəlib çıxdı

    Nigeriyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma faktını rəsmi olaraq təsdiq edib.

    “RİA Novosti” xəbər verir ki, yoluxma ölkənin Laqos ştatında baş verib.

    Qeyd edək ki, Əlcəzair və Misirdən sonra Nigeriya koronavirus aşkar edilən Afrikanın üçüncü ölkəsi oldu.

  • Bərdədə qadın balta ilə qətlə yetirildi

    Bərdə rayonunda qətl törədilib.

    “Report” xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə bir neçə balta zərbəsi ilə qətlə yetirilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

    Rayon polis əməkdaşları şübhəli şəxs qismində qadının həyat yoldaşı Vahid İbadovu və kürəkənini polis şöbəsinə aparıblar.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Daha bir ölkədə koronavirusa təkrar yoluxma halı qeydə alındı

    Yanvar ayında Çinin Uhan şəhərində turist avtobusunda bələdçi işləyən yaponiyalı qadın yenidən koronavirusa yoluxub.

    Bu barədə “The Daily Mail” xəbər yayıb.

    Bundan əvvəl onun tam sağaldığı hesab olunurdu.

    Turizm sənayesində çalışan 40 yaşlı bir qadında yoluxma halı ilk dəfə yanvarın 29-da müəyyən edilmişdi. Lakin fevralın 6-da aparılan testlər zamanı onda xəstəlik əlamətləri aşkarlanmadığı üçün qadın xəstəxanadan buraxılmışdı.

    Ancaq bu yaxınlarda qadın yenidən həkimə gedərək, boğaz qıcıqlanması və sinə ağrılarından şikayət edib. Analizlər zamanı onun yenidən yoluxduğu aşkarlanıb.

    Qeyd edilir ki, qadının işlədiyi turizm avtobusunun sürücüsü də koronavirusa yoluxub.

    Xatırladaq ki, fevralın 24-də, Uhan şəhərində artıq müalicə olunan insanlarda COVID-19 koronavirusu ilə yenidən yoluxma halları müşahidə edildiyi barədə xəbər verilmişdi.

  • Azərbaycanda iki vəzifəyə TƏYİNAT

    Azərişıq” ASC-də yenidən kadr dəyişikliyi olub.

    Araz Məmmədxanov Suraxanı Rayon Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) istismar şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

    Belə ki, A.Məmmədxanov bu vəzifəyə qədər “Bağlar” Elektrik Şəbəkəsinin istismar şöbəsinin rəisi vəzifəsində çalışıb.

    Qısa müddət əvvəl “Azərişıq” daxilində aparılan yerdəyişmə nəticəsində Suraxanı RETSİ-nin istismar şöbəsinin rəisi Vahid Nəzərov “Bağlar” Elektrik Şəbəkəsinin istismar şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

    Təyinatlarla bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.

  • Bakıda mənzildən qadın meyiti tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Baku.ws FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Çistokletova Lyubov Qriqoryevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.