Month: February 2020

  • Bakıda BNA-nın əməkdaşları yıxılaraq xəsarət alan piyadanı xəstəxanaya çatdırıb

    Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib.

    APA xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb.

    Piyada qadın səkidə hərəkət edən zaman yıxılaraq sınıq xəsarətləri alıb. Yaxınlıqda xidmət aparan Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları xəsarət alan qadını xidməti avtomobillə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırıb.

  • Almaniyada “Sabina” qasırğası dağıntılara səbəb oldu – FOTO

    Almaniyada fevralın 9-dan davam edən “Sabina” qasırğası həyatı iflic edib.

    Ölkənin Şimali Reyn Vestfaliya (NRW) Əyalətinin Dаxili İşlər Nаzirliyindən “Report”un Avropa bürosuna verilən məlumata görə, qasırğa səbəbi ilə magistrallarda qəzaların sayı artıb. Təbii hadisə səbəbi ilə aşan ağır tonnajlı yük avtomobillərinin təxliyəsi zamanı ölkə üçün əhəmiyyətli “A3” avtobanında nəqliyyatın hərəkəti 4 saat müddətinə dayanıb.

    Almaniya Dəmir Yollarından “Report”a verilən məlumatda qeyd olunub ki, fevralın 9-u axşam saatlarından 10-u səhər saatlarına kimi planlaşdırılan uzun məsafəli qatar reysləri təxirə salınıb.



    “Küləyin sürətinin artması daxili reyslərə də təsir edib. Ancaq xüsusi xilasetmə briqadaları problemli ərazilərdə işlədiyindən qısa zamanda qatarların hərəkəti gecikmə ilə olsa da, bərpa edilib. Hazırda hər iki saatdan bir texniki heyətimizdən ibarət briqada xüsusi qatarla qısa məsafələrə kəşfiyyat xarakterli səfərlər edir. Qasırğa səbəbindən qrafik üzrə mövcud səfərlərdə gecikmələr və təxirəsalınmalar olduğundan, sərnişinlərin fevralın 8-də aldıqları bütün biletlər fevralın 18-ə kimi qüvvədə olacaq”- deyə Almaniya Dəmir Yollarından bildirilib.


    Qasırğa əyalətdə fərdi yaşayış evlərinə də böyük ziyan vurub. Ağaclar kökündən qoparaq, evlərin və avtomobillərin üzərinə aşıb. Elektrik və rabitə xətləri sıradan çıxıb. Mağaza və marketlərin çoxu bağlanıb, məktəblilər 3 günlük tətilə buraxılıb.

    Sürəti saatda 130 km/s-a çatan “Sabina”qasırğasının Şimali Reyn Vestfaliya əyalətində fevralın 11-i günorta saatlarına qədər güclü olacağı proqnozlaşdırılır.

  • Sumqayıtda qəza törədən sürücü hadisə yerindən qaçdı – FOTO

    Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

    Belə ki, naməlum avtomobil qarşıdan gələn “90-TL-672” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili gözləməyərək ön hissədən vurub.

    Hadisəni törədən sürücü isə dərhal ərazidən qaçıb. Qəza nəticəsində xəsarət alan olmasa da, “Mercedes”ə ciddi ziyan dəyib.

    Hadisə yerinə DYP əməkdaşları gəlib.

  • Tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr ekspertizadan keçiriləcək

    Nazirlər Kabineti sudan istifadə qaydalarına dəyişiklik haqda qərara aydınlıq gətirib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, qərara əsasən hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

    Eyni zamanda tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

    Bu Qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.

  • МИД России поздравил Азербайджан с успешным проведением выборов

    Поздравляем наших азербайджанских друзей с успешным проведением выборов, которые свидетельствуют о поддержке населением проводимых руководством Азербайджана реформ, направленных на демократизацию и модернизацию общественно-политической жизни страны

    Как сообщает в понедельник Trend, об этом говорится комментарии Департамента информации и печати МИД России по итогам внеочередных выборов в Милли Меджлис (парламент) Азербайджана.

    В комментарии отмечается:

    “9 февраля состоялись внеочередные выборы в Милли Меджлис (парламент) Азербайджанской Республики. По предварительным данным Центральной избирательной комиссии, лидирует правящая партия “Ени Азербайджан” (“Новый Азербайджан”), возглавляемая Президентом Азербайджана Ильхамом Алиевым. За 125 депутатских мест боролись 1314 кандидатов, что почти в два раза больше, чем на прошлых парламентских выборах в 2015 году. В выборах участвовали 246 представителей от 19 политических партий, 11 – от инициативных групп и 1057 самовыдвиженцев. Явка избирателей составила 47,81%, в голосовании приняли участие 2 млн. 547 тыс. 982 человека. За выборами следили многочисленные местные (более 77 тысяч) и зарубежные (883) наблюдатели, в том числе из России. По оценкам наблюдателей от СНГ и ШОС, выборы прошли в соответствии с требованиями национального законодательства, факторов грубого нарушения избирательных прав граждан не установлено.

    С сожалением отмечаем, что наблюдатели от БДИПЧ и Парламентских ассамблей ОБСЕ и Совета Европы высказали предвзятые и субъективные итоговые оценки, не соответствующие реальной картине. Поздравляем наших азербайджанских друзей с успешным проведением выборов, которые свидетельствуют о поддержке населением проводимых руководством Азербайджана реформ, направленных на демократизацию и модернизацию общественно-политической жизни страны. Рассчитываем, что между новым составом депутатского корпуса Милли Меджлиса и Федеральным Собранием Российской Федерации продолжится тесное и конструктивное взаимодействие в духе традиционной дружбы и стратегического партнерства между Россией и Азербайджаном”.

  • Rusiya XİN: “Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirik”

    Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edib.

    Median.Az xəbər verir ki, həmin şərh nazirliyin rəsmi saytında yerləşdirilib.

    Qeyd edilir ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasından alınan ilkin məlumata görə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə liderdir.

    1314 namizəd 125 yer uğrunda mübarizə aparıb ki, bu da 2015-ci ildəki son parlament seçkilərindən iki dəfə çoxdur. Seçkilərdə 19 siyasi partiyadan 246, təşəbbüs qruplarından 11 və bitərəf olan 1057 namizəd iştirak edib. Seçicilərin fəallığı 47,81% olub, səsvermədə 2 milyon 547 min 982 nəfər iştirak edib.

    Seçkiləri çoxsaylı yerli (77 mindən çox) və xarici (883) müşahidəçi, o cümlədən Rusiyadan olan müşahidəçilər qrupu izləyiblər. MDB və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçiləri seçkilərin milli qanunvericiliyin tələblərinə uyğun keçirildiyini və vətəndaşların səsvermə hüquqlarının kobud şəkildə pozulması hallarının aşkar edilmədiyini bildiriblər.

    Rusiya XİN təəssüflə qeyd edir ki, DTİHB, ATƏT və Avropa Şurası Parlament Assambleyalarından olan müşahidəçilər qərəzli və subyektiv yekun qiymətləndirmələr aparıblar:

    “Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirik və bildiririk ki, bu seçki Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəlmiş islahatlarına əhalinin dəstəyini göstərir.

    Milli Məclisin deputat korpusunun yeni tərkibi və Rusiya Federasiyası Federal Məclisi arasında Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq ruhunda sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam edəcəyini gözləyirik”.//oxu.az

  • MSK İqbal Ağazadənin deputatlığa namizəd olduğu dairə ilə bağı şikayəti DSK-ya göndərib

    Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

    APA-nın məlumatına görə, iclasda Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

    MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

    Qeyd edək ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub.

  • Sumqayıtda 2 kafe yanıb

    Sumqayıtda yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən milli.az-a verilən məlumata görə, şəhərində ümumi sahəsi 150 kv.m olan kafenin bacasında yağ qalıqları, ətrafında şüşə pambıq üzlük 8 kv.m sahədə və bitişik, ümumi sahəsi 100 kv.m olan kafenin bacasının ətrafında şüşə pambıq üzlük 7 kv.m sahədə yanıb.

    Hər iki kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda bu balıq məhsulunun satışı dayandırıldı – FOTO

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Karona LTD” MMC-yə məxsus balıq məhsullarının saxlanma anbarına baxış keçirib.

    Agentlikdən milli.az-a verilən məlumata görə, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Sözügedən tədbirlər çərçivəsində keçirilən monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib. Bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxalama keçirilib. Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.

    Aşkarlanan faktla əlaqədar “Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər həyata keçirəcəkdir.

  • Bakıda mikroavtobus aşdı – VİDEO

    Bakıda mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə bu gün Sabunçuda qeydə alınıb.

    Hadisə zamanı mikroavtobus yol kənarına aşıb. Qəzaya sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.//oxu.az