Month: February 2020

  • Bakıda mağazada qətl törədən şəxs tutuldu

    Bakı şəhər Xətai Rayon Polis İdarəsinin əməkdaşları 60 yaşlı rayon sakini Bəxtiyar Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Bildirilir ki, fevralın 9-na keçən gecə Zığ şossesindəki mağazada naməlum şəxs B.Əliyevi kürəyindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

    Zərərçəkən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Cinayətdə İsmayıl Ağasanovun əli olduğu müəyyən edilib. İlkin məlumatlara görə, İ.Ağasanov və B.Əliyev tanış olublar.

    İ.Ağasanov B.Əliyevdən pul istəyib, lakin sonuncu pul verməkdən imtina edib. Bu zaman İ.Ağasanov onu kürəyindən bıçaqlayıb.

    Faktla bağlı cinayət işi açılıb.//milli.az

  • ”Mən evlənib bir kişi ilə yaşaya bilmərəm” – Röya Ayxan

    Xalq artisti Röya Ayxan şəxsi həyatı ilə bağlı Atv kanalında yayımlanan ”Atv Maqazin 10lar”la verilişinə maraqlı açıqlamalar verib.

    Median.Az ”ölkə.az”a istinadən xəbər verir ki, o şəxsi həyatı ilə bağlı yenidən ailə həyatı qurmaq istəyərsinizmi sualına aydınlıq gətirib.

    ”Mən artıq bir kişi ilə yaşaya bilmərəm. Oğlum Hüseynin 10 yaşı var. Mən yenidən evdə biri ilə oturum, o desin mən edim, mən deyim o etsin alınmır”.

    Müğənni evlənmək istəməsə belə hərdən yaşadığı eşq macəralarından da söz açıb.
    ”Zaman-zaman flört etdiyim olur. Bəlkə də 20 il əvvəlki Röya başqa cavab verərdi. Lakin indiki kişilər inciməsin öz-özümə fikirləşirəm ki ”Mən bunlardan çox bilirəm, bunlardan da daha güclüyəm”.

  • Эксперты ВОЗ прибыли в Китай для расследования появления коронавируса

    В Китай прибыли эксперты из Всемирной организации здравоохранения (ВОЗ), которые займутся расследованием причин возникновения нового коронавируса, пишет РИА Новости со ссылкой на слова генерального директора ВОЗ Тедроса Адханома Гебрейесуса, сказанные в понедельник в ходе пресс-конференции.

    Эксперты ВОЗ, под руководством помощника гендиректора Брюса Эйлварда, будут оказывать помощь властям КНР в расследовании причин появления нового типа коронавируса.

    Напомним, китайские власти 31 декабря прошлого года сообщили ВОЗ о вспышке неизвестной пневмонии в Ухане в провинции Хубэй.

    Спустя неделю специалисты установили возбудителя болезни – коронавирус 2019-nCoV. ВОЗ признала вспышку чрезвычайной ситуацией международного значения.

    К настоящему времени в Китае от заболевания скончались 908 человек, среди которых два иностранца. Количество подтвержденных случаев заражения превысило 40,1 тысячи.

  • ATƏT və AŞ PA Avropanın Azərbaycanın imicinə olan dərin paxıllığını təsdiq etdi – Yevgeni Mixaylov

    Azərbaycan çoxdan bilməlidir ki, öz ağlı ilə və kənar məsləhətlər almadan yaşayan istənilən ölkə istənilən halda Avropa tərəfindən tənqidə məruz qalır.

    Median.Az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Yevgeni Mixaylov ATƏT-in Demokratik Təşkilatlar və İnsan Haqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkiləri ilə bağlı mənfi bəyanatını şərh edərkən deyib.

    Y.Mixaylov bildirib ki, Avropa strukturlarının bu cür bəyanatları ölkənin regionda və dünyada artmaqda olan nüfuzuna zərbə vurmaqdan başqa bir şey deyil:

    “Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasını Azərbaycana qarşı qərəzli münasibətdə ittiham edib. Tamamilə aydındır ki, parlament seçkilərinin tənqidi bir halqanın tərkib hissəsidir, bunun məqsədi isə ölkədə baş verən dəyişikliklərə kölgə salmaqdır. Bu cür bəyanatlarda Avropanın dərin paxıllığı əks olunur. Bu, onunla bağlıdır ki, onlarda hər şey pisləşməyə doğru getdiyi bir vaxtda, dünya arenasında nümunə ola biləcək ölkələr peyda olur. Elə həmin Avropada Azərbaycandakı kimi islahatçı addımlar həyata keçirmək mümkün deyil. Mən ölkə hökumətinin və parlamentinin kütləvi dəyişməsini nəzərdə tuturam. Avropa heç də bütün dünya demək deyil və bunu qəbul etmək lazımdır. Ona görə də avropalı siyasətçilərin sözlərinə diqqət verməmək olar”.

    Rusiyalı ekspert vurğulayıb ki, Fransada və digər Avropa ölkələrində güclü erməni lobbisi var və bu lobbi Türkiyənin, eləcə də ona qardaş olan Azərbaycanın müxtəlif Avropa layihələrinə və strukturlarına inteqrasiya olunmasına mane olur.

  • Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi qeyd ediləcək

    Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur.

    Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi və təbliği istiqamətində səmərəli fəaliyyət göstərmiş, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırır. Fondları daim orijinal materiallarla zənginləşməkdə olan Muzey bu gün respublikada mühüm elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmaqla yanaşı, eyni zamanda, geniş maarifçilik işi aparmaqdadır. Muzeyin elmi kadrların hazırlanmasında və muzeyşünasların yeni nəslinin yetişməsində təqdirəlayiq xidmətləri vardır.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

  • Будет отмечено 80-летие Национального музея азербайджанской литературы имени Низами Гянджеви

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о проведении 80-летия Национального музея азербайджанской литературы имени Низами Гянджеви Национальной академии наук Азербайджана (НАНА), передает Азертадж.

    Согласно распоряжению, НАНА совместно с Министерством культуры должна разработать и осуществить план мероприятий, посвященных 80-летию Национального музея азербайджанской литературы имени Низами Гянджеви НАНА.

    Кабинету Министров поручено решение вопросов, вытекающих из распоряжения.

    В 2020 году Национальному музею азербайджанской литературы имени Низами Гянджеви НАНА исполняется 80 лет.

  • Oğlan toyunda Aynişanın başına İŞ GƏLDİ: “Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim” – FOTO

    Oğlan toyunda Aynişanın başına İŞ GƏLDİ: “Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim” – FOTO

    Qız toyundan tamamilə fərqli obrazda oldum oğlan toyunda. Düzdü, əslində bu tərz heç ağlıma belə gəlməmişdi və ümumiyyətlə, başqa bir əlbisə hazırlanmışdı. Son anda yaşadığımız texniki problemlərə görə, toya bir neçə saat qalmış biz qaçdıq gəlinlik donu axtarışına.

    Median.Az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva İnstaqram-da paylaşıb.

    Tanınmış instaqram fenomeni bir neçə gün əvvəl baş tutan toyu haqqında təəssüratlarını izləyiciləri ilə bölüşüb: “Heç şişirtmədən, necə var, elə də yazacam. Bir neçəsini geyindim baxdım, amma buna aşiq olduq hamımız. Üstündə Qafqaz elementləri əks olunmuş bu geyimi seçsəm də, bədən quruluşuma oturtmaq əslində bir neçə gün tələb edirdi. Bütün dərzilər əlindəki işlərini dayandırıb sadəcə bu geyimlə məşğul oldu. Cəmi 1 saata gəlinlik hazır oldu və mən artıq panikam bitmiş halda evə döndüm. Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim”. //publika.az

  • Ən az fərqlə qalib gələn deputatlar

    Mərkəzi Seçki Komissiyası dünənki parlament seçkilərinin ilkin nəticələrini açıqlayandan sonra məlum olub ki, bir neçə namizəd minimal faizlə lider olublar.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, maksimal göstərici 1 Saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb. Burada Vasif Talıbov 94,6 faiz səslə qalib gəlib. Digər namizədlər isə ortalama 45-70 faiz arasında səs toplaya biliblər. Lakin bu seçkidə aşağı faiz göstəricisi ilə qalib gələn namizədlər də diqqət çəkib.

    Belə ki, 79 Sayli İmişli Seçki Dairəsindən Razi Nurullayev 20,9 faiz səslə qalib gəlib. O, 41 min 804 seçicidən 2 min 703 səs ala bilib.

    61 saylı Neftçala seçki dairəsindən keçmiş deputat Sabir Rüstəmxanlı 21,4 faiz səslə lider olub. Həmin dairədən 42 619 seçicidən 2 824 nəfəri S.Rüstəmxanlıya səs verib.

    47 saylı Mingəçevir seçki dairəsindən YAP-ın namizədi Aydın Mirzəzadə 30,1 faizlə qalib gəlib. O, dairə üzrə 37 745 seçicidən 2550 səs alıb.

    41 saylı Sumqayıt birinci seçki dairəsindən Hicran Hüseynova 32,6 faiz səs yığıb. 43 149 seçicidən 3556 nəfər onun deputat seçilməsi istəyib.

    16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirli 35,6 faiz səslə lider olub. O, 35 257 seçicidən 2507 səs alaraq deputat mandatı əldə edib.

  • Əcnəbilərdə Azərbaycan haqqında yaranmış 5 mif

    Hər hansı ölkə haqqında fikir bildirmək üçün ora ən azı bir dəfə səfər etmək lazımdır.
    Bu bizim ölkəyə də aiddir. Azərbaycanla bağlı əcnəbilərdə müxtəlif miflər yaranıb. Bizimyol.info xəbər verir ki, “Nomads” bunlardan 5-ni seçərək fərqləndirib.

    1 – Azərbaycanı kasıb ölkə sayırlar. Elə bilirlər ki, burada pomidordan başqa heç nə yoxdur. Yazıda qeyd olunub ki, əlbəttə, Azərbaycan pomidoruna söz ola bilməz, amma neftin yaratdığı imkanları da unutmaq doğru deyil. Bizim ölkənin ÜDM-ə görə dünyada 71-ci yeri tutduğu, Gürcüstanı, Ermənistanı geridə qoyduğu xüsusi vurğulanıb.

    2 – Azərbaycanı müsəlman ölkəsi olaraq təhlükəli hesab edirlər. Yazıda narahatlığa əsas olmadığı, sovet dövrünün dini dayaqları sarsıtdığı önə çəkilib.

    3 – Azərbaycanda hələ də müharibə getdiyini düşünənlər var. “Nomads” Dağlıq Qarabağ probleminə diqqət ayırıb. Müharibə şəraitində olduğumuz, amma döyüşlər getmədiyi yazılıb. Yəni turistlər üçün problem yoxdur.

    4 – Bəzi soyadlarla Azərbaycana gəlmək mümkün deyil. Yazıda bunun həqiqət olduğu bildirilib. Təbii ki, erməni soyadı olanları gömrükçülərimiz ciddi yoxlamalıdır, lazım gəlsə, ölkəyə buraxmamalıdırlar. Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan gedənlər bura ayaq basa bilməyəcək.

    5 – Azərbaycan mətbəxinin Türkiyə süfrəsinin parodiyası olduğu fikri yaranıb. Halbuki həqiqət deyil. Azərbaycan mətbəxində Qafqaz və İran elementləri daha çoxdur. “Nomads” bu fikirdədir. Yazıda pitinin, bir neçə növ plovun dadına baxmaq məsləhət görülür.

  • Koronavirusla bağlı metroda zarafat etdi, aləm bir-birinə dəydi – Video

    Çinin Vuhan şəhərində çəkilmiş fotolardan birində küçədə yerə yıxılan adamlara başqalarının yaxınlaşmadığı görünürdü. Moskva metrosunda təxminən belə mənzərə yaranıb.

    Median.Az xəbər verir ki, Rusiya paytaxtında koronavirusla bağlı zarafat edən şəxs həbs olunub. Metroda çəkilən videoda gənc oğlanın yerə yıxılıb virusa yoluxma imitasiyası etdiyi görünür. Əvvəlcə iki nəfər ona kömək etmək fikrinə düşür. Yerə yıxılanın titrədiyini görəndən sonra isə vaqonu cəld tərk etməyə tələsirlər.

    Ümumiyyətlə, oğlanın zarafatı hadisənin baş verdiyi “Polejayevskaya” stansiyasında qarışıqlıq yaradıb. Sözün əsl mənasında aləm bir-birinə dəyib. Sərnişinlər əvvəlcə vaqonları, sonra metronu tərk etməyə başlayıblar. Məsələyə polis müdaxilə edib. Oğlan həbs olunub. Ona xuliqanlıqla bağlı cinayət işi açılıb.

    Dünyada 40 min nəfərdən çox koronavirusa yoluxmuş şəxs var. Bu virusa görə 910 nəfərin həyatını itirdiyi bildirilir.