Month: February 2020

  • Вилаят Эйвазов произвел новое назначение

    В органах внутренних дел Азербайджана произошло кадровое назначение.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, согласно приказу министра внутренних дел генерал-полковника Вилаята Эйвазова, полковник-лейтенант Афган Гурбанов получил должность заместителем начальника по служебной работе Евлахского районного управления полиции.

    Ранее он возглавлял отдел регистрации и удостоверения личности этого управления.

  • Vilayət Eyvazovdan YENİ TƏYİNAT

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polkovnik-leytenant Əfqan Qurbanov Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini vəzifəsinə gətirilib.

    O, bundan əvvəl RPŞ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi işləyib.

  • “Azəriqaz”dan dələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

    “Azəriqaz” İB əhaliyə xəbərdarlıq edib.

    “Azəriqaz” İB-dən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub:

    “Belə ki, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək, özlərini “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər.

    Onlar Qaradağ rayonunun Nizami və Nərimanov küçələrində hələlik bəlli olan dörd mənzildə olub və smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul alıblar. Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək, başlarına gələnləri danışıblar.

    Qazdan istifadə edən abonentlərin nəzərinə çatdırırıq ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur. Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda “ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar. Bunun üçün “ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir.

    Bir daha bəyan edirik ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil. Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb etməklə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.

  • На северо-западе Азербайджана задержан обвиняемый в убийстве соседа

    В Азербайджане задержан подозреваемый в убийстве уроженца поселка Гызылхаджилы Геранбойского района Фаига Искендерова, 1999 года рождения.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Ф.Искендеров был убит в указанном поселке около 10:00 10 февраля.

    В ходе расследования была установлена личность подозреваемого. Им оказался сосед убитого Кямран Мамедов, 1994 года рождения. Оперативники задержали К.Мамедова в Гяндже спустя несколько часов после убийства.

    Известно, что Ф.Искендеров проживал в России и работал на овощном рынке. В Геранбойском районе живут родители Искендерова, к которым он приехал погостить.

    По предварительным данным, конфликт между молодыми людьми произошел на бытовой почве.

    По факту умышленного убийства возбуждено уголовное дело, следствие продолжается.

  • Goranboyda qətl törədən şəxs saxlanıldı

    Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulan 1999-cu il təvəllüdlü Faiq İsgəndərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    F.İsgəndərov fevralın 10-da saat 10:00 radələrində Qızılhacılı qəsəbəsində qətlə yetirilib.

    Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. Bu, qətlə yetirilən şəxsin qonşusu 1994-cü il təvəllüdlü Kamran Məmmədovdur. Əməliyyatçılar K.Məmmədovu hadisədən bir neçə saat sonra Gəncə şəhərində saxlayıblar.

    Məlum olub ki, F.İsgəndərov Rusiyada yaşayıb və tərəvəz bazarında işləyib. O, Goranboy rayonuna valideynlərinə baş çəkmək üçün gəlib.

    İlkin məlumata görə, iki gənc arasında məişət zəminində münaqişə baş verib.

    Qəsdən adam öldürmə faktı ilə əlaqədar cinayət işi açılıb, istintaq davam etdirilir.

  • Təyyarənin pəncərəsi çatladı, təcili geri qayıtdı

    Rusiyada təyyarə nasazlıq səbəbindən təcili eniş edib.

    Newia.ru-nun xəbərinə görə, “Pobeda” təyyarəsi Sankt-Peterburqdan Yekaterinburqa uçurmuş.

    Bildirilir ki, təyyarənin havaya qalxmasından bir qədər sonra ekipaj üzvü baş verən texniki nasazlıq səbəbindən geri, “Pulkovo” aeroportuna qayıdacaqlarını bildirib.

    İlkin məlumata görə, təyyarənin ön pəncərəsində çat olub.

    Bundan sonra ekipaj üzvləri “Pulkovo” aeroportu ilə əlaqə saxlayıb, hadisə ilə bağlı xəbər veriblər. Təyyarə normal qaydada eniş edib və sərnişinlər terminala qayıdıblar.

  • Paytaxtda güclü külək nəticəsində bir neçə avtomobil əzildi

    Bakıda güclü küləyin törətdiyi fəsadlar nəticəsində bir neçə avtomobil əzilib.

    Ötən gündən müşayiət edilən küləkli hava şəraiti paytaxtın bir neçə rayonunda fəsadlara yol açıb.

    Belə ki, Nizami rayonu B.Nuriyev küçəsi, ev 67 A-nın üz örtüyünün bir parçası güclü külək səbəbindən qoparaq, İbrahim Alışova məxsus “Şkoda” markalı avtomobilin üzərinə düşərək şüşəsini sındırıb.

    Bundan başqa, küləkli hava səbəbindən Yasamal rayonu ərazisində də analoji hal olub. Rayonun Ə.Abdullayev küçəsi, 4 ünvanında dəmir hasar aşaraq, Aqil Abdullayeva məxsus BMW markalı avtomobilin ön hissəsini əzib.

    Daha bir hadisə isə Xətai rayonunda qeydə alınıb. Rayonun R.Quliyev küçəsində Bakı şəhər sakini Murad Hüseynliyə məxsus yeni tikilinin 300 metrlik dam örtüyü Sərxan Abdullayeva məxsus “Qaz 24” markalı avtomobilin üzərinə düşərək əzib.

    Qeydə alınan üç hadisə zamanı xəsarət alanlar olmayıb.
    /oxu.az/

  • Названы онлайн-продажи билетов на бакинские матчи ЕВРО-2020

    Обнародована статистика онлайн-продажи билетов на четыре футбольных матча, которые состоятся в Баку в рамках ЕВРО-2020.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в продаже имеются билеты трех категорий – по 125, 75 и 30 евро.

    На данный момент продано 118 840 билетов.

    Из них 19 059 – на матч Уэльс-Швейцария (13 июня), 32 тысячи – Турция-Уэльс (17 июня), 30 147 – Швейцария-Турция (21 июня), 37 634 – на четвертьфинальную игру.

    Около восьми тысяч билетов из общего их количества (проданных и непроданных) предназначены для команд-участниц, остальные находятся в свободной продаже.

    Начиная с марта билеты можно приобрести и в кассах.

    Фан-зона будет организована на бульваре “Белый город” в Баку.

    Отметим, что четыре матча ЕВРО-2020 состоятся на Бакинском олимпийском стадионе.

  • Avro-2020-nin Bakıdakı oyunları üçün nə qədər onlayn bilet alınıb? – RƏSMİ

    Avro-2020-nin Bakıda keçiriləcək dörd oyunu üçün bilet satışının son rəsmi statistikası açıqlanıb.

    125, 75 və 30 avro qiymətə olan üç kateqoriyalı biletlər onlayn şəkildə satışdadır.

    Mart ayından etibarən isə biletlərin kassalarda satılması nəzərdə tutulub.

    İndiyədək Bakıdakı qarşılaşmalara 118 840 bilet satılıb. Satılan biletlərdən 19 059-u Uels – İsveçrə, 32 mini Türkiyə – Uels, 30 147-si İsveçrə – Türkiyə, 37 634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə səkkiz mini iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulub.

    Bakıda fan zona bu dəfə fərqli yerdə olacaq. Belə zona Ağşəhər bulvarında yerləşəcək.

    Qeyd edək ki, Avro-2020-də Bakı Olimpiya Stadionunda dörd oyun olacaq. İyunun 13-də A qrupunun Uels – İsveçrə, iyunun 17-də Türkiyə – Uels, iyunun 21-də İsveçrə – Türkiyə matçları, eyni zamanda, 1/4 final mərhələsinin bir oyunu keçiriləcək.

  • Şəhidlərin adını yaşadan siniflər – VİDEOREPORTAJ

    Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyin yeddi sinfinə Qarabağ şəhidlərinin adı verilib. Onlardan dördü Aprel şəhidlərinin xatirəsini yaşadır.

    Report həmin siniflərdən reportaj hazırlayıb.

    7A sinfinə şəhid Vüqar Süleymanovun, 7B sinfinə şəhid Cabbarxan Hacıağayevin, 7C sinfinə şəhid Raquf Orucovun, 6Ç sinfinə şəhid Rasim Məmmədovun adlarının verilməsinə dair xatirə lövhələri sinif otaqlarının qapıları üzərinə həkk olunub. Adları çəkilən qəhrəmanların hamısı Apreldə şəhidlik zirvəsinə ucalıblar.

    Məktəb-liseyin direktoru Fərqanə Abbasova şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində orta təhsil müəssisələrində ardıcıl işlərin aparıldığını bildirib.

    Direktor sinif otaqlarına şəhidlərin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət qoyduğunu, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edib.

    F.Abbasova şagirdlərin göstərilən etimadı dərslərində uğurlar qazanmaqla doğruldacaqlarına əminliyini bildirib.

    Aprel şəhidlərinin adları verilən siniflərin şagirdləri də öz təəssüratlarını bölüşüblər.