Month: February 2020

  • Bakı polisi itkin düşən şəxsin meyitinin gizlədilməsi iddiasını təkzib etdi – FOTO

    Bakı Şəhər Baş Polis İdarəsi televiziya proqramlarının birində itkin düşən şəxsin meyitinin gizlədilməsi ilə bağlı iddialara münasibət bildirib.

    İdarədən “Report”a verilən məlumata görə, 2013-cü ildə Bakı şəhəri Suraxanı rayonunda yol-nəqliyyat hadisəsində ölən Ələmxan Əsədovun bioloji nümunələri Zəkəriyyə Kazımovun övladları və qardaşının bioloji nümunələri ilə müqayisəyə verilib.

    Analizlərin nəticəsinə görə, eynilik aşkar edilməyib.

    Araşdırıma davam etdirilir.

  • В Кюрдемире загорелся дом

    В Кюрдемире загорелся дом.

    Как сообщает Report, инцидент отмечен в селе Хырдапай.

    Пламя охватило одну комнату принадлежащего местному жителю Мамедову Интигаму Сархан оглу трехкомнатного дома общей площадью 150 кв. метров. На место происшествия прибыли живая сила и техника Кюрдемирской районной противопожарной части.

    Пожарным удалось пресечь распространение огня в другие комнаты.

    По факту ведется расследование.

  • Kürdəmirdə üçotaqlı ev yanıb – FOTO

    Kürdəmir rayonunda ev yanıb.

    Report xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.

    Kənd sakini Məmmədov İntiqam Sərxan oğluna məxsus 150 kv metr birmərtəbəli 3 otaqdan və bir balkondan ibarət evin 1 otağı yanıb. Hadisə yerinə Kürdəmir rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mikayıl Cabbarov koronavirusun Azərbaycan iqtisadiyyatına təsirindən danışdı

    “Çində yayılan koronavirusun Azərbaycan iqtisadiyyatı üçün hər hansı bir narahatlıq yaratması üçün əsas yoxdur”.

    “Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açılqmasında bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda 2020-ci il üçün iqtisadi və büdcə proqnozları kifayət qədər mühafizəkar tərtib olunub:

    “Hər hansı bir proqnoz bildirmək çox tezdir. Bir çox ölkələrin, ilk növbədə Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirlər görünür. Hesab edirəm ki, tələskənliyə yol verməməliyik. Dövlətin aidiyyəti qurumları ilə birgə vəziyyəti izləyib təhlil etməliyik. Bütün ssenarilər işlənilib”.

  • Rusiyada ticarət mərkəzində atəş açan erməni avtoritet öldürülüb – VİDEO

    Rusiyanın Tümen vilayətində erməni əsilli avtoritet Pavel Kolozyan öldürülüb. Onun başından güllələndiyi bildirilir.

    Bu barədə Ren.tv xəbər yayıb.

    Hazırda onun ölüm səbəbi araşdırılır. Ancaq onun qohumları Kolozyanın çoxdan “əyri yolla getdiyini” bildiriblər.

    Qeyd edilir ki, bir müddət əvvəl o, “Kristal” ticarət mərkəzində silahdan atəş açmışdı. Həmin vaxt bir nəfər yaralanmışdı.

  • Глава SOCAR: Число обучающихся в грузинских вузах азербайджанцев выросло при поддержке компании

    Азербайджан не только реализует проекты в сфере бизнеса и инвестиций в Грузии, но и поддерживает интеграцию местных азербайджанцев.

    Как сообщает Report, об этом президент Государственной нефтяной компании Азербайджана (SOCAR) Ровнаг Абдуллаев заявил на встрече с членами Объединения азербайджанских бизнесменов (AZEBI) в Тбилиси.

    Р. Абдуллаев отметил, что, если ранее в грузинских вузах обучалось 17 азербайджанцев, сейчас их число достигло 3 000 человек: “Это стало возможно благодаря поддержке SOCAR. Молодые эксперты, получившие образование по стипендии, активно участвуют не только в общественной, но и политической жизни страны. Одним из них был и нынешний глава исполнительный власти Марнеульского района Заур Даргаллы”.

    По его словам, сегодня в Грузии немало местных азербайджанских специалистов, которые говорят на грузинском и английском языках: “SOCAR продолжит реализацию социальных проектов в Грузии”.

  • Rövnəq Abdullayev: “SOCAR-ın dəstəyi ilə Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların sayı artıb”

    “Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, ən yaxın və qardaş ölkədir”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə deyib.

    Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması üçün qarşıya məqsəd qoyub:

    “Azərbaycan Gürcüstanda biznes və investisiya sahəsində layihələr həyata keçirməklə yanaşı, yerli azərbaycanlıların inteqrasiyasına da dəstək verir”.

    R.Abdullayev deyib ki, əvvəlki illərdə Gürcüstanın ali məktəblərində təhsil alan yerli azərbaycanlıların sayı 17 nəfər təşkil edirdisə, hazırda bu tələbələrin sayı 3000-ə çatıb:

    “Bu da SOCAR-ın həmin tələbələrin təhsilinə göstərdiyi dəstəyin sayəsində mümkün olub. Təqaüd əsasında təhsil alan gənc mütəxəssislər hazırda nəinki Gürcüstan ictimaiyyətində, hətta ölkənin siyasi arenasında da fəal iştirak edirlər. Sevindirici haldır ki, Marneuli rayonunun icra başçısı Zaur Darğallı da həmin gənclərin arasında olub”.

    Onun sözlərinə görə, bu gün Gürcüstanda gürcü dili və ingilis dilini bilən kifayət qədər yerli azərbaycanlı mütəxəssislər var:

    “SOCAR Gürcüstanda sosial layihələri həyata keçirməkdə davam edəcək”.

  • Sərhəddə saxlanılan azərbaycanlı polisə rüşvət təklif etdi

    Saxta sənədlə Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlı saxlanılıb.

    Dancor.sumy.ua-nın xəbərinə görə, hadisə Sumski vilayətində “Velikaya Pisarevka” sərhəd-keçid məntəqəsində baş verib.

    Məlum olub ki, Azərbaycan vətəndaşı pasportunda qanunsuz qeydlər aparıb.

    Saxlanılan azərbaycanlı sərhədçilərə 3000 rubl (80 AZN) məbləğində rüşvət təklif edib.

    Qanunu pozan şəxs Ukrayna ərazisinə buraxılmayıb və Rusiyaya geri qaytarılıb.

  • Sərnişin təyyarəsinin enişi zamanı qorxulu anlar – VİDEO

    Artıq bir neçə gündür ki, “Ciara” fırtınası Böyük Britaniyanı cənginə alıb. Təbii fəlakətlə bağlı bir sıra təyyarə, qatar və gəmi səfərləri təxirə salınıb. Lakin bəzi təyyarələr şiddətli küləyə gözlənilmədən yaxalanıblar. Belə fırtınada Birminhem hava limanına eniş edən təyyarənin maraqlı görüntüləri sosial şəbəkədə yayılıb.

    Bu barədə “HaberGlobal” xəbər yayıb.

    Bildirilir ki, bu kadrlar sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub. Bir çoxları pilotların peşəkarlıqlarını alqışlayıb.

  • Azərbaycanın üç güləşçisi Avropa çempionatında erməni rəqiblərini məğlub etdi – YENİLƏNİB

    Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.

    130 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Ermənistan təmsilçisi Aik Mnatsakanyandan üstün olub.

    O, erməni güləşçi üzərində 3:0 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəlib. Bu mərhələdə Sabah Şəriəti rumıniyalı Alin Aleksuk Kiurariu ilə qarşılaşıb. Güləşçimiz bu mərhələdə məğlub olub – 2:3.

    Digər təmsilçimiz, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli 1/4 final mərhələsində Ermənistan təmsilçisi Rudik Mkrtaçyanla görüşüb.

    Görüş idmançımızın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb və E.Əzizli adını 1/2 finala yazdırıb.

    Yarımfinal görüşündə güləşçimizin rəqibi Bolqarıstanı təmsil edən erməni əsilli Edmond Armen Nazaryan olacaq.

    Təsnifat mərhələsində erməni idmançını məğlub edən, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov 1/8 finalda italiyalı Matteo Maffezzolidən üstün olub. Rəqibi üzərində 7:0 hesablı qələbə təmsilçimizi 1/4 finala yüksəldib.

    Avropa çempionatında keçirdiyi ilk oyunda qələbə qazanan İslam Abbasov 1/8 final mərhələsini də qalibiyyətlə başa vurub. Bu mərhələdə güləşçimiz polşalı Arkadiuş Kuliniçdən üstün olub – 3:1.

    1/4 mərhələdə təmsilçimizin rəqibi Bolqarıstan təmsilçisi Tarek Mohammed Abdelsalam olacaq.

    * * * * *

    Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.

    Bununla bağlı Güləş Federasiyasının saytında məlumat yayılıb.

    Bildirilib ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.

    Təsnifat mərhələsində erməniəsilli idmançını 6:3 hesabı ilə məğlub edən Süleymanov 1/8 finala yüksəlib.

    Qeyd edək ki, digər yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk qarşılaşmasında Kiril Maskeviçə (Belarus) qalib gəlib. Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) də mübarizəyə başlayacaq.