Month: February 2020

  • Умер китайский врач, первым сообщивший о коронавирусе

    Китайский врач Ли Вэньлян, который был одним из первых, кто пытался предупредить о вспышке нового коронавируса, скончался от вызванного им заболевания, сообщает больница, где проходил лечение медик.

    Как сообщает РИА Новости, ранее газета Global Times уже сообщала о смерти Ли Вэньляна, но затем опровергла эту информацию, уточнив, что он проходит интенсивную терапию.

    “(Ли Вэньлян) ушел от нас вечером в четверг”, – говорится в заявлении Центральной больницы Уханя в социальной сети.

  • Koronavirus haqqında ilk məlumat yayan çinli həkim vəfat etdi

    Yeni koronavirus epidemiyasının yayılması haqqında ilk məlumat yayan çinli həkim Li Venlyan bu axşam vəfat edib.

    “RİA Novosti” xəbər verir ki, daha əvvəl “Global Times” nəşri həkimin ölməsi haqqında xəbər yaysa da, sonra bu məlumatı təkzib etmişdi.

    Həmin vaxt həkim xəstəxanada intensiv müalicə alıb.

    Bu aşxam isə həkimin müalicə aldığı Uhan xəstəxanası onun ölməsi barədə rəsmi xəbər yayıb.

  • Palçıq vulkanlarının turizm imkanlarından istifadə olunur? – VİDEO

    Azərbaycanda palçıq vulkanları olan ərazilərə turizim məqsədi ilə səfərlər az təşkil olunur.

    Geologiya və Geofizika institutunun aparıcı elmi işçisi Orxan Abbasov ölkəyə gələn turistlərin palçıq vulkanları ilə tanış olmağa meyilli olduğunu bildirir.

    O həmçinin qeyd edib ki, bu sahədə bir sıra problemlər var:

    “Palçıq vulkanları olan ərazilərin bəziləri qoruq elan edilib. Qanunvericliyə görə də, qoruqlara icazəsiz giriş qeyri-qanunidir. Qoruq elan edilməyənlərə isə fərdi qaydada ziyarətlər olsa da, təşkilati baxımdan problemlər yaşanır”.

    Dövlət Turizm Agentliyi tərəfindən bununla bağlı layihə hazırlanıb və sənəd icra mərhələsindədir.

    Qurumun sözçüsü Kənan Quluzadənin sözlərinə görə, Qobustan şəhərindən 22 km məsafədə turizm kompleksi yaradılacaq.

    Azərbaycan vulkanlarının beynəlxalq ekoturizmə qatılması günün tələbidir. Turistlər bu təbiət hadisələrini görmək üçün Azərbaycana gəlirlərsə, mövcud imkanlardan düzgün istifadə edilməlidir.

  • “Azərbaycanfilm” kinostudiyası niyə təmir olunmur? – VİDEO

    N.Nərimanov 1920-ci ildə kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və o zamankı xalq mədəniyyət komisarlığının tərkibində Foto-kino şöbəsi yaradılır. İllər ötdükcə müxtəlif adlar daşıyan kinostudiyaya 20 aprel 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Cəfər Cabbarlının adı verilib. Kinostudiyanın yeni binasının əsası isə 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. Burada kino istehsalına isə 1966-cı ildən başlanıb.

    Baku.Tv xəbər verir ki, Kinostudiyanın hazırkı vəziyyətinə gəldikdə isə vəziyyət heç də ürəkaçan deyil. Kənardan baxdıqda sökülmüş fasad, dağılmış dam örtüyü, çürük pəncərələr, baxımsız bağça, içərisinə girdikdə isə sınıq döşəmə, sökülmüş tavan, açıq elektrik naqilləri, təmirsiz divarlar və s. problemlər görünür.

    Kinostudiyanın laboratoriyası 20 ilə yaxındır ki, fəaliyyət göstərmir. İstilik sistemi 25 ildir ki, yoxdur. Pavilyonlar, səsyazma sexi, otaqları, dəhlizləri yararsız haldadır. Çəkiliş texnologiyası 1974-cü ildə alınıb. Buna görə də film istehsalı zamanı kinostudiya texnikanı Rusiya, Gürcüstan, ya da İrandan icarəyə götürür.

    Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalamışdı. Proqramda “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması da nəzərdə tutulmuşdu.

    Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etsək də heç bir cavab ala bilmədik.

  • Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

    “Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim”.

    Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüdür.

    Mübariz İbrahimov 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub.

    1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

    Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
    Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

    Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olur.

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

  • 14 yaşlı ana yeni dünyaya gətirdiyi körpəsini zibilliyə atdı

    Türkiyənin Ədirnə şəhərində zibil konteynerinə atılmış çanta içərisində yeni doğulmuş qız uşağı tapılıb. Polisin araşdırması nəticəsində körpənin anasının evdə dünyaya uşaq gətirən 14 yaşlı A.A. olduğu müəyyən edilib. Ana və körpəsi müayinə üçün xəstəxanaya yerləşdiriliblər.

    Şübhəli hadisəni Nəbahət Gümüş adlı Ədirnə sakini görüb. O, pəncərədən baxarkən bir qadının əlindəki çantanı zibil konteynerinə atdığını görüb, daha sonra həmin konteynerdən körpəyə məxsus ağlama səsi gəlib.

    N.Gümüş zibil konteynerindəki çantaya baxanda orada yeni doğulmuş qız uşağını görür. Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları gəlir.

    Polislər körpəni dünyaya gətirmiş 14 yaşlı qızı tapanda o, qorxu içində olub.

    Polis hazırda körpənin atasının kimliyini müəyyənləşdirir.

  • Gürcüstanda Çin vətəndaşı koronavirus ehtimalı ilə xəstəxanaya yerləşdirilib

    Çin vətəndaşı respirator xəstəlik simptomları ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

    “Report” xəbər verir ki, qadında yüksək temperatur, baş ağrısı, öskürək və ümumi halsızlıq qeydə alınıb.

    Xəstəxanada pasiyentin vəziyyətini qənaətbəxş qiymətləndiriblər. Çinli qadında koronavirus infeksiyasının olması az ehtimal olunsa da, yekun nəticələr analizdən sonra məlum olacaq.

    Çin vətəndaşının yanvarın 27-də Pekini tərk etdiyi, daha sonra Qazaxıstanda olduğu və Gürcüstana səfər etdiyi bildirilib.

  • Bakıda dəhşətli qətl: Qardaş bacısının boğazını kəsərək öldürdü

    Paytaxtda orta yaşlı qadının şah damarı kəsilib.

    Yenicag.az xəbər verir ki, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib. Hadisə yerinə polis və təcili yardım cəlb edilib. Qardaşı tərəfindən boğazı kəsilən və ürəyindən bıçaqlanan qadın hadisə yerində vəfat edib.
    Məlumata görə, qadın hadisədən əvvəl qızına zəng edərək qardaşının onu izlədiyini deyib. Daha sonra isə cinayətkar təqsirini etiraf edib.

    Hadisənin hansı zəmində törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, qadının 48-50 yaşlarında olduğu ehtimal edilir. Mərhumun bir qız, iki oğlan övladı var.

  • Türkiyə yenə silkələndi

    Türkiyədə yenidən zəlzələ baş verib.

    “HaberGlobal”ın xəbərinə görə, zəlzələ Manisa vilayətinin Akhisar rayonunda olub.

    İlkin məlumatlara görə, zəlzələnin 4 bal gücündə olduğu qeyd edilib. Dağıntılar və tələfat barədə məlumat yoxdur.

    Xatırladaq ki, gecə və səhər saatlarında Türkiyənin Aralıq dənizi sahillərində də təkanlar qeydə alınıb.

  • Abşeron rayonunda 4 otaqlı evdə yanğın baş verib

    Abşeron rayonunda fərdi yaşayış evində yanğın baş verib.

    APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağı və içərisindəki əşyalar 80 m² sahədə və çardağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.