Month: February 2020

  • Bakıda ər avtomobillə arvadının üzərindən keçdi

    Bakıda bədbəxt hadisə baş verib.

    “Report” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

    Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.

    Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilimiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Минобразования рассматривает предложения по утверждению новой школьной формы

    Министерство образования в настоящее время анализирует предложения по утверждению эскизов школьной формы.

    Об этом сказала заместитель министра образования Махаббат Велиева, передает Trend.

    По ее словам, утверждение эскизов школьных униформ широко обсуждается в обществе.

    «Эти обсуждения охватывают сферу интересов 1,6 миллиона школьников и их родителей. В настоящее время мы анализируем выдвинутые предложения. Интересные и подходящие из них будут учтены во время утверждения эскизов и добавлены в список образцов», – сказала Велиева.

  • Nadir Qafarzadə itirdiyi qızından danışdı

    “Həmişə istəmişəm, qızım olsun. Ancaq el qınağından qorxmuşam.”

    Median.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə ATV-də yayımlanan “7 axşam” şousunda deyib.

    Şəxsi həyatı ilə bağlı verilişdə etiraflar edən sənətçi, hətta illər öncə körpələr evindən övladlığa qız övladı götürmək istədiyini dilə gətirib. Lakin müəyyən vaxt keçəndən sonra o bu istəyindən vaz keçib. Bu mövzuda N.Qafarzadə fikirlərini belə davam etdirib:

    “Deyəcəklər ki, “baba olacaq yaşda ata oldu”. Biz həmişə “camaat nə deyər” düşüncəsi ilə yaşamışıq. Əslində mənim qızım dünyaya gəlmişdi. Küvezdə olduğu zaman dünyasını dəyişdi. Çox qəribə hisslər idi. Onunla bərabər sanki çox şeylər itirdim. O zamandan bəri bu arzum ürəyimdə qalıb”.

    Qeyd edək ki, müğənni Nadir Qafarzadə Sevinc adlı xanımla ailəlidir. Onun bu nikahdan iki oğlan övladı var.//oxu.az

  • Ermənistanda referendum olacaq

    Ermənistan Parlamentinin deputatları Konstitusiya Məhkəməsinin ləğv edilməsini nəzərdə tutan Konstitusiyanın 213-cü maddəsinə dəyişiklik edilməsi ilə bağlı referendum keçirmək qərarına gəliblər.

    Ermənistan mətbuatının yaydığı məlumata görə, Qanun layihəsinin qəbul olunmasına 88 deputat səs verib.

    Səsvermədən əvvəl Çiçəklənən Ermənistan fraksiyasının deputatı Mikael Melkumyan onların siyasi qüvvələrinin səsvermədə iştirak etməyəcəyini bildirib.

  • Azərbaycan əhalisinin təbii artımı azalmağa başlayıb — 70 ilin STATİSTİKASI

    Son illər Azərbaycan əhalisinin sayında artım müşahidə olunur. 2010-cu ildə 9 milyonuncu, 2019-cu ildə isə 10 milyonuncu vətəndaş dünyaya gəlib.
    Median.Az
    baku.ws-ə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı ötən il 78 737 nəfər və ya 0,8 faiz artıb. Beləliklə, 2019-cu il dekabr ayının 1-nə olan son göstərici 10 060 194 nəfərdir.

    Lakin, buna baxmayaraq demoqrafik artım tempi ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Doğrudur ki, əhalinin təbii artımında davamlı artım müşahidə edilir. Amma faiz nisbətində isə son illərdə azalma başlayıb.

    Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə diqqət yetirək. Azərbaycanda 1950-196-cü illər aralığında təbii artım yüksələn qrafiklə davam edib. Hətta bu 14 il ərzində artım 2 dəfəyə qədər artıb.


    1991-ci ilə qədər müəyyən dönəmlərdə artım və azalma tempi bir-biri əvəzləyib. Maraqlısı budur ki, son 70 ildə təbii artım üzxrə ən yüksək göstərici də məhz 1991-ci ildə qeydə alınıb. Həmin il göstərici 145 min 694 nəfər olub. Ölkəmizin SSSR-dən müstəqilliyini əldə etməsi, vətəndaş müharibəsi və Ermənistanın hərbi təcavüzü nəticəsində növbəti 10 il demoqrafik göstərici baxımından FƏLAKƏT kimi olub. Artıq 2002-ci ilə çatdığımızda təbii artım 64 min nəfər qədər enmişdi.

    2003-cü ildən etibarən vəziyyət nisbətən düzəlməyə başlayıb və artım tempi yenidən start götürüb. 2011-c ildə bu tempin ən pik nöqtəsi (122 min) qeydə alınıb. Lakin, bu göstərici yenə də müstəqillikdən öncəki təbii artımla müqayisədə çox-çox geridə qalıb.

    Müharibənin ölkəmizin genefonduna və demoqrafik göstəricisinə vurduğu ziyan məhz bu statistikada daha aydın görünür. Diqqət yetirək ki, 1955-1991-ci illər aralığında ölkənin təbii artımı hər il orta hesabla 123 min 725 nəfər olub. Bu isə hər 8 ilə təxminən 1 milyon nəfər təbii artım deməkdir. İndi isə bu göstərici 9-10 ildə əldə edilir.
    Digər tərədən 2011-ci ildən əhalinin təbii artımında yenidən azalma tempi başlayıb. 2011-ci ildə 119 min 451 nəfər olan göstərici, 2019-cu ildə 78 min 737-yə qədər enib.

    2011-2019-cu illərdə ölənlərin sayı 53 mindən 57 minə qədər artıb, doğulanların sayı isə 176 mindən 138 minə qədər azalıb.

    Bundan başqa, 2011-2019-cu illərdə rəsmi qeydiyyata alınan nikahların sayı 88 mindən 62 minə qədər azalıb. Boşanmaların sayı isə 10 mindən 14 minə qədər artıb.

    Nikah bağlayanların yaş orta yaş həddi isə 27 yaşdan 29 yaşa qədər artıb. Bu da nəsilvermə qabiliyyətinin artım tempinə mənfi təsir göstərməyə başlayıb.

    Buna baxmayaraq, Azərbaycan Cənubi Qafqazda son 30 ildə əhali artımının qeydə alındığı yeganə dövlətdir. Postsovet ölkələrində 1990-2019-cu il aralığında aparılan demoqrafik tendensiyasının nəticələrinə əsasən bildirək ki, Azərbaycanda əhalinin artımı 28,5% təşkil edib. Ermənistanda (-15,7%) və Gürcüstanda(-31%) isə əhalinin azalması qeydə alınıb.

    Azərbaycan göstərilən dövr üzrə əhalinin artımına görə postsovet məkanında ilk beşliyə daxil olub. Siyahıya Tacikistan(57%) başçılıq edir, Gürcüstan isə sonuncu pillədə qərarlaşıb.

  • В Гяндже 13-летний подросток задохнулся угарным газом

    В Гяндже 13-летний подросток умер, задохнувшись угарным газом.

    Как передает АПА, трагедия произошла в поселке Мехсети Гянджеви.

    По сообщению Акберов Хаял Ровшан оглу 2007 г.р. поступил в больницу в критическом состоянии. Несмотря на все усилия врачей, спасти мальчика не удалось.

  • Paytaxtda 17 yaşlı gənc qarnından bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

    Belə ki, qəsəbə sakini 2003-cü il təvəllüdlü Fərzəliyev Rəşad Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə “VAZ 2106” aşıb, sürücü ağır xəsarət alıb

    Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

    Hərəkətə olan “VAZ 2106” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində sürücü – 2002-ci il təvəllüdlü Abbasov Fərhad Əmirxan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Yevlaxda 100-dək çinar ağacı yandı

    Yevlaxda yanğın hadisəsi olub.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın hadisəsi Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun kənarında, Tanrıqullar və Hürüuşağı kəndlərinin aralığında baş verib. Yanğın zamanı yol kənarında 100-ə yaxın ağac yanıb. Güclü yanğın 1 hektara yaxın ərazini əhatə edib. Küləyin təsirindən yanğın ətrafa yayıldığından alovu ram etmək çətinləşib.

    Əraziyə yanğınsöndürmə birqadası çağrılıb. Çətnliklə də olsa, yanğın söndürülüb. Hadisə zamanı ərazidə 100-ə yaxın çinar ağacı yanğından ziyan görüb. Onlardan bir neçəsi tamamilə yandığından küləyin təsirindən aşıb. Yanğından zərər görən ağaclar 8-10 il öncə yol kənarına əkilən çinarlardır. Baş verən hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

  • В Германии число случаев заражения коронавирусом возросло до 13

    Число зараженных новым типом коронавируса возросло в Германии до 13, поскольку супруга одного из заболевших из Баварии также оказалась заражена.

    Как передает Median.Az со ссылкой на РИА Новости об этом в четверг сообщило баварское министерство здравоохранения.

    Ранее говорилось, что двое из числа заболевших в Германии оказались в числе эвакуированных из Уханя граждан ФРГ, остальные случаи были зафиксированы в Баварии.

    “В настоящее время, по состоянию на 13.00 (16.00 по Баку), в Баварии зарегистрировано в общей сложности одиннадцать подтвержденных случаев коронавируса”, – отмечается в пресс-релизе на сайте ведомства.

    По последним данным, число жертв коронавируса в Китае выросло до 563, заражены более 28 тысяч человек. Более 190 человек заболели за пределами этой страны, один из них погиб. ВОЗ признала вспышку чрезвычайной ситуацией международного значения.