Month: February 2020

  • Rusiyadan qanunsuz olaraq pul çıxarmaq istəyən Azərbaycan vətəndaşları saxlanılıb

    Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd Xidmətinin əməkdaşları Azərbaycan vətəndaşlarını saxlayıb. Onlar 17 min ABŞ dolları (28900 manat) məbləğində vəsaiti ölkədən çıxarmağa cəhd göstəriblər.

    Zamana.info Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Azərbaycan vətəndaşlarını Tahirkənd-Qazmalar sərhəd keçid məntəqəsində saxlayıblar. Sərhəddən keçirmək istədikləri pul vəsaiti Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən müsadirə olunub. Vəsait dövlət mülkiyyətinə köçürüləcək.

    Bundan əlavə, qanun pozan şəxsləri iki ilədək həbs cəzası və anoloji müddətə icbari əməyə cəlb olunma gözləyir.

  • Elşən Musayev görüşü yarımçıq qoyub qaçdı, seçicilər fitə basdı – VİDEO

    Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri 110 saylı Zaqatala dairə seçki komissiyasından deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.

    “Yeni Sabah” xəbər verir ki, zaqatalalılar çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər. Seçicilər E.Musayevin onların problemlərinə biganə qaldığını dilə gətiriblər.

    Seçicilərin kəskin etirazı ilə qarşılaşan namizəd görüşü yarımçıq qoyub zalı tərk etməli olub. Bu zaman zaldakılar onu fitə basıblar.

    Həmin görüntüləri təqdim edirik:

  • ВОЗ впервые отметила снижение числа заболевших коронавирусом в Китае

    Снижение числа заболевших новым коронавирусом было впервые зафиксировано в Китае 6 февраля, но говорить о пике болезни пока рано

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил на брифинге в Женеве исполнительный директор ВОЗ по чрезвычайным программам Майкл Райан.

    “Пока очень рано делать предположения о пике заболевания, однако мы рады, что сегодня первый день, когда общее количество подтвержденных случаев в Китае снизилось. Пока рано делать какие-либо предположения. Мы все еще в центре интенсивной вспышки”, – сказал он.

    Накануне генеральный директор ВОЗ Тедрос Адханом Гебрейесус заявлял, что в среду, 5 февраля, было зафиксировано самое большое количество заболевших в сутки с начала эпидемии.

    Власти Китая 31 декабря 2019 года сообщили ВОЗ о вспышке неизвестной пневмонии в городе Ухань в провинции Хубэй. Специалисты установили возбудителя болезни – коронавирус 2019-nCoV.

    По данным ВОЗ на 6 февраля, общее количество заболевших новым коронавирусом в мире составляет 28 293 человека. Из них 28 068 заболевших и 564 скончавшихся – в Китае, еще в 24 странах мира заболели 225 человек и один скончался.

  • Almaniyada koronavirus daşıyıcılarının sayı 13-ə çatıb

    Almaniyada yeni növ koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Bavariyadan olan xəstələrdən birinin həyat yoldaşı da bu virusa yoluxub.

    Bundan əvvəl bildirilib ki, Almaniyada virus daşıyıcılarından ikisi Çinin Uhan şəhərindən təxliyə edilən ölkə vətəndaşlarıdır, qalanları isə Bavariyada Çinlə əməkdaşlıq edən bir şirkətin əməkdaşlarıdır.

  • Сегодня температура воздуха в Баку была выше нормы на 4-6 градусов

    Сегодня в Баку температура воздуха была выше нормы на 4-6 градусов.

    Об этом АПА сказал главный гидролог Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Асиф Вердиев.

    По его словам, заранее прогнозировалось, что 6-7 февраля температура воздуха в стране будет выше нормы: “Сегодня в Баку и на Абшеронском полуострове максимальная температура воздуха составила 20-22, в центральных районах страны 22-23 градуса. Несмотря на аномальную температуру, это не рекорд. Самая высокая температура в феврале была зафиксирована в 1955 году (27 градусов тепла). В 2002 году в феврале было 23,5 градусов тепла”.

    А.Вердиев отметил, что наряду с этим, этой ночью по-прежнему будет дуть юго-западный ветер. В регионах будет дуть западный ветер.

    Относительно жарко будет и завтра. С вечера 7 февраля с северных и западных районов погодные условия начнут меняться, юго-западный ветер сменится на северо-западный. Температура понизится.

  • 8 saatlıq iş rejiminə riayət etməyən sahibkarları hansı cəzalar gözləyir? – Nazir açıqladı

    “8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu 2 səpkidə işləyəcək”.

    Yeni sabah xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, ilkin olaraq işlər bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq: “İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hazırda təklifləri hazırlayırıq. Təkliflər hökumətə veriləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırma və monitorinqin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xəbərdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrinin izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər”. /APA

  • Dəmiryolçular parkı bərbad vəziyyətdədir – VİDEO

    Gəncədə yerləşən, bir vaxtlar insanların istirahət məkanı olan Dəmiryolçular parkı, bu gün sanki məişət tullantılarının yığıldığı məkanı xatırladır.

    Baku.Tv xəbər verir ki, bir vaxtlar dəmiryolçular və onların ailələri üçün salınan bu parkda artıq nə dəmiryolçular istirahət edə bilir, nə də digər şəhər sakinləri. Park baxımsızlıqdan yararsız vəziyyətə düşüb. Bu gün ərazi sanki məişət tullantılarının yığıldığı, üfunət iyi verən məkana çevrilib.

    Sakinlərin sözlərinə görə, bu cür mənzərə təxminən, 10 ildən çoxdur ki, davam edir.

    Park Azərbaycan Dəmiryolları QSC balansındadır. Lakin aidiyyəti qurumu parkın vəziyyəti maraqlandırmır. Üstəlik, vaxtı ilə parkda çalışan işçilər də ixtisara salınıb.

    Çəkiliş apardığımız zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional İdarəsinin rəsmiləri qurumuş ağacların ərazidən götürülməsi ilə məşğul idi. Mütəxəsisslər deyir ki, burada quruyan ağaclar insanlar üçün təhlükəli vəziyyətə çatıb. Parka nəzarət edəcək şəxslərə ərazidən qurumuş ağacların götürülməsi ilə bağlı rəsmi rəy hələ 2016-cı ildə verilib. Lakin verilən rəy yerinə yetirilməyib.

    Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirildi ki, parkın bərpası istiqamətində işlərə baxıla bilər. Amma nə zaman baxılacaq, bu sual açıq olaraq qalır.

  • 10 yaşlı Nərminin qətlində adı hallanan Altay danışdı: “Gəlsinlər, desinlər, mən kimə sataşmışam” – VİDEO

    Tovuzda qətlə yetirilən Nərmin Quliyevanın ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı istintaq tərəfindən araşdırılır.

    Səs yazısında adı hallanan Altay Ələkbərovsa Baku TV-yə danışıb.

    Altay Ələkbərov bildirir ki, son günlər sosial şəbəkələrdə yayılan səs yazısı həqiqətləri əks etdirmir.

    Altay Ələkbərovun sözlərinə görə, səs yazısını yayan Qabil adlı şəxs Tovuz rayonunun Qazqulu kəndindədir. O, işə düzəltmək adı ilə kənd sakinlərinin pullarını mənimsəyib və ölkədən qaçıb.

    Altay Ələkbərov – səs yazısında adı hallanan şəxs deyir:

    “Gəlsinlər desinlər görək, mən silahla kimə sataşmışam ki? Görün, mənim evimdə zirzəmi varmı? Mənim evimlə hadisə yeri arasında 2 km məsafə var”.

    Müsahibimizin sözlərinə görə hüquq mühafizə orqanı əməkdaşları tərəfindən istintaq zamanı qonşularla bərabər onun evi dəfələrlə yoxlanılıb. Üstəlik, səs yazısı çıxandan sonra o könüllü olaraq prokurorluğa gedib və ona qarşı atılan şər və böhtan xarakterli məlumatların araşdırılmasını, günahkarların tapılaraq cəzalandırılmasını xahiş edib.

    Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

  • Генпрокуратура направила в ЦИК обращение Мехмана Гусейнова в связи с Фараджом Гулиевым

    «Довожу до сведения Мехмана Гусейнова, что его обращение в Генпрокуратуру о вероятном нарушении требований избирательного законодательства кандидатом Фараджом Гулиевым направлено для рассмотрения в ЦИК в соответствии с требованиями ст.112 и 112-1 Избирательного кодекса Азербайджана».

    Как передает АПА, указанную публикацию начальник пресс-службы Генпрокуратуры Эльдар Султанов разместил в статус профиля кандидата в депутаты Мехмана Гусейнова в соцсети Facebook.

    Отметим, что М.Гусейнов ранее утверждал, что Генпрокуратура проигнорировала его обращение в связи с оппонентом на выборах Ф.Гулиевым.

  • Baş Prokurorluq Mehman Hüseynova cavab verdi

    “Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən, baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib”.

    “Report” xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deputatlığa namizəd Mehman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı statusa cavab olaraq bildirib.