Month: February 2020

  • AZAL приостанавливает полеты в Иран

    В связи со сложившейся эпидемиологической обстановкой ЗАО “Азербайджанские Авиалинии” (AZAL) приостанавливает авиасообщение с Ираном.

    Как сообщили в AZAL, сегодня вечером авиакомпания Buta Airways выполнит последний рейс J2-9005 Баку-Тегеран. Самолет вылетит из аэропорта имени имама Хомейни без пассажиров.

    Рейсы в Международный аэропорт Гейдар Алиев также приостановит авиакомпания Iran Air.

  • AZAL İrana uçuşları dayandırdı – RƏSMİ

    Mövcud epidemioloji vəziyyət ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana uçuşları dayandırır.

    Bu gün axşam “Buta Airways” aviaşirkəti İmam Xomeyni adına Hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.

    Həmçinin, “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.

  • В Баку задержан педофил

    Сотрудники 39-го отделения полиции Сабаильского района Баку в результате проведенных оперативно-розыскных мероприятий задержали 40-летнего жителя столицы И.Абдуллаева. Мужчина обвиняется в сексуальных домогательствах к малолетней.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Задержанный обвиняется в том, что в 13:45 26 февраля с целью совершения действий сексуального характера он напал на 11-летнюю девочку, возвращавшуюся из школы.

    Это произошло у подъезда жилого дома № 80/84 по улице Низами. Ребенку чудом удалось вырваться из рук педофила.

    В отношении задержанного возбуждено уголовное дело по статье 153.2 (непристойные действия в отношении лица, не достигшего 14 лет) Уголовного кодекса АР. Отметим, что данное преступление наказывается лишением свободы сроком до трех лет.

    В настоящее время следствие ведет проверку на предмет причастности мужчины к другим аналогичным преступлениям.

  • Bakıda pedofil saxlanıldı

    Səbail rayon 39-cu polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində 40 yaşlı Bakı şəhər sakini İ.Abdullayevi saxlayıblar. Sözügedən şəxs azyaşlıya qarşı cinsi təcavüzdə ittiham olunur.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Saxlanılan şəxs fevralın 26-da saat 13:45-də məktəbdən qayıdan 11 yaşlı qıza seksual xarakterli hərəkətlər etmək üçün hücumda günahlandırılır.

    Hadisə Nizami küçəsindəki 80/84 nömrəli yaşayış binasının girişində baş verib. Uşaq möcüzə nəticəsində pedofilin əlindən xilas ola bilib.

    Hazırda saxlanılan şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmə) ilə cinayət işi açılıb. Qeyd edək ki, sözügedən cinayətə görə üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

    Hazırda istintaq saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirakının olub-olmamasını araşdırır.

  • Daha bir ölkədə koronavirus tapıldı

    Qətərdə ilk dəfə COVID-19 yeni tip koronavirusa yoluxma faktı qeydə alınıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Faktı Qətərin Səhiyyə Nazirliyi də təsdiqləyib.

    Xəstəlik Qətərin İrandakı vətəndaşlarını təxliyyə etmək üçün göndərdiyi təyyarə ilə ölkəyə gələn şəxsdə aşkarlanıb. Xəstənin vəziyyətinin stabil olduğu qeyd edilib.

  • XİN İranda olan Azərbaycan vətəndaşlarına müraciət etdi

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İranda olan vətəndaşlara müraciət edib.

    Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb:

    “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş məlumata əsasən, cari ilin 29 fevral tarixində saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanıb.

    Bu xüsusda, iki ölkənin aidiyyəti dövlət qurumları arasında müvafiq müzakirəkər aparılıb və əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.

    İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində və Təbrizdəki Baş Konsulluğunda qaynar xəttlər fəaliyyət göstərir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın bu qaynar xəttlər vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlamaları xahiş olunur.

    Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

    ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

    Telefon: (+98 910) 559 56 10

    (+9821) 22 55 82 99

    (+9821) 22 55 42 55

    Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu

    ÜNVAN: Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9

    Telefon: (+98 902) 095 13 83

    (+98413) 333 48 02/04”.

  • Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu – VİDEO

    Bu gün günorta saatlarında Bakıda zəncirvari qəza baş verib.

    Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

    Qəza zamanı beş avtomobil toqquşub. Hadisəyə səbəb kimi ara məsafəsinin qorunmaması göstərilib.

    Qəzadan sonra prospektdə tıxac yaranıb.

    Həmin görüntüləri təqdim edirik:
    /oxu.az/

  • İranda millət vəkili koronavirusdan öldü

    İranda dörd gün əvvəl koronavirusa yoluxduğu bildirilən millət vəkili Məhəmməd Əli Ramazani dünyasını dəyişib.

    Bu barədə Türkiyə mətbuatı yazıb.

    Qeyd edək ki, Ramazani İran-İraq müharibəsi qazisidir. İranda fevralın 21-də keçirilən parlament seçkilərində 13948 səs toplayaraq millət vəkili seçilib.

  • Бакинский порт проводит дезинфекционные мероприятия в связи с угрозой коронавируса – ФОТО

    Бакинский международный морской торговый порт в конце прошлого года приступил к проведению дезинфекционных мероприятий в усиленном режиме с целью защиты от эпидемии коронавируса (COVID-19), вспыхнувшей в Китае.

    Об этом говорится в сообщении ЗАО “Бакинский международный морской торговый порт”.

    В сообщении отмечается, что на пункте въезда пассажиров и грузов, в административных зданиях бакинского порта (как в Баку, так и в поселке Алят), во всех терминалах и на складах проводятся дезинфекционные мероприятия. Пассажиры и грузы, въезжающие на территорию порта, обязательно проверяются с помощью специального стационарного и мобильного оборудования, и только после проверки они покидают территорию порта.

    В порту также постоянно находится бригада скорой помощи.

    В целях принятия превентивных мер и информирования действует “горячая линия” (055) 450 78 84.






  • Bakı Limanı dezinfeksiya tədbirlərinə başladı: Koronovirusla əlaqədar – FOTO

    Bakı Limanı ötən ilin sonunda Çində aşkar edilmiş koronovirus (2019-nCoV) epidemiyasından qorunmaq məqsədi ilə gücləndirilmiş rejimində dezinfeksiya tədbirlərinə başlayıb.

    Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində, Bakı Limanın İnzibatı binaları (həm Bakıda, həm də Ələt qəsəbəsində yerləşən), bütün terminallar və anbarlarda dezinfeksiya tədbirləri həyata keçirlir. Liman ərazisində daxil olan sərnişinlər və yüklər mütləq şəkildə xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və yalnız yoxlamışdan sonra Liman ərazisinə buraxılışlarına icazə verilir. Limanda daimi olaraq təcili tibbi yardım avtomobili də fəaliyyət göstərir.

    Qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə (055) 450 78 84 nömrəli qaynar xətt fəaliyyət göstərir.