Month: February 2020

  • Gəncədə gənc oğlan dəm qazından zəhərlənib

    Gəncədə dəm qazından zəhərlənmə olub.

    APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

    Təxminən 13-14 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

  • Ветер сорвал крышу здания бывшего Министерства транспорта Азербайджана – ФОТО

    Шквальный ветер сорвал часть кровли здания бывшего Министерства транспорта на Тбилисском проспекте в Ясамальском районе Баку.

    Как передает АПА, в связи с происшествием ограничено движение на дороге. Последствия стихии к настоящему времени устранены, однако, сохраняется опасность обрушения остальной части кровельного покрытия. В этой связи приняты меры безопасности, ограничено движение по указанному участку дороги.

    Происшествие стало причиной сильного затора на шоссе Баку-Сумгайыт, а также на дороге в баладжарском направлении.

    Руководитель пресс-службы Бакинского транспортного агентства Маис Агаев подтвердил ограничение движения транспортных средств в указанном направлении.

    По последним данным, движение на дороге уже восстановлено.

    Отметим, что здание в настоящее время находится в ведении ООО «Бакы телефон рабитеси».

  • Külək Bakıda binanın damını uçurdu — FOTO

    Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, buna görə yolda hərəkət məhdudlaşdırılıb.

    Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.

    Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.
    Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib. Hazırda yolda hərəkət bərpa edilib.

    Qeyd edək ki, bina hazırda “Bakı Telefon Rabitəsi” MMC-nin nəzdindədir.

  • XİN: Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyirik

    “Azərbaycan Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir”.

    Bunu Azərbaycan Xarici İşlər nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

    “Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir. Bu, Azərbaycanın qəti və prinsipial mövqeyidir.

    Biz necə ki, beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq, bu xüsusda, Cammu və Kəşmir məsələsinin də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini və regionda sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş səyləri dəstəkləyirik.

    Qeyd etmək istərdik ki, 2020-ci ilin 21 yanvar tarixində Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə keçirilmiş görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd edib”, – deyə XİN rəsmisi bildirib.

  • Şotlandiyanın Maliyyə naziri 16 yaşlı uşaqla münasibətinə görə istefa verdi

    Şotlandiyanın Maliyyə naziri Derek Makkey KİV-də 16 yaşlı oğlanla yazışmasının fraqmentləri yayılandan sonra istefa verib.

    “Report” “Scottish Sun”a istinadən xəbər verir ki, nazir hələ 2013-cü ildə homoseksual olduğunu etiraf edib və həyat yoldaşından boşanıb.

    O, yarım il “Facebook”da yetkinlik yaşına çatmayan oğlanla yazışıb. Nazir gəncin ünvanına “əzizim” deyə müraciət edir, saçdüzümünü tərifləyir, yazışmanın gizli saxlanılmasını istəyir və görüşməyə dəvət edib.

    D.Makkey fevralın 6-sı parlamentdə 2020-2021-ci illər üçün büdcə layihəsini təqdim etməli idi, lakin iclasa bir neçə saat qalmış istefasını elan edib.

    “Mən hərəkətlərimə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Mən özümü çox axmaqca aparmışam və buna görə peşmanam. Mən bu əhvalata qarışan şəxsdən və onun ailəsindən üzr istəyirəm. Mən dünən axşam baş nazirlə söhbət edib istefa verdim. Hökumətdə işləmək mənim üçün böyük şərəf idi. Həmkarlarımı və tərəfdarlarımı pis vəziyyətdə qoyduğum üçün peşmanam”, – D.Makkey bildirib.

    Şotlandiyanın baş naziri Nikola Stercen nazirin istefasını qəbul etdiyini bildirib. Ondan parlamenti də tərk etməsi tələb olunur.

  • Fərəc Quliyevlə bağlı məsələyə baxılıb və qərar qəbulu üçün MSK-ya göndərilib – RƏSMİ

    Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynovun ittihamlarına cavab verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, E.Sultanovun “Facebook” profilində yaydığı məlumatda bildirilir:

    “Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib”.

  • Умер врач, рассказавший о появлении коронавируса в Китае

    Умер врач-офтальмолог по имени Ли Вэньлян из китайского города Ухань, который первым предупредил коллег и специалистов о распространении нового типа коронавируса 2019-nCoV, передает Рен.тв со ссылкой на Global Times.

    Как рассказывали журналисты газеты The New York Times, китайский специалист оказался в полиции и был обвинен «в распространении ложной информации».

    Доктор работал в Центральной больнице Уханя. Именно он в конце декабря 2019 года написал в соцсети WeChat о том, что врачи зафиксировали семь случаев ТОРС (тяжелый острый респираторный синдром) на рынке морепродуктов «Хуанань». Тогда он не знал, что новый коронавирус относится к другому штамму.

    Врачу вынесли предупреждение и обязали подписать признание в том, что он распространял ложные слухи. Вернувшись на работу, доктор лечил пациентку, у которой был выявлена коронавирусная инфекция.

    Ли Вэньлян также заболел и был госпитализирован. По данным Global Times, «врач скончался в четверг, 6 февраля, от коронавируса».

    Согласно последним данным, в мире подтверждены более 28 350 случаев заболевания коронавирусной инфекцией. Жертвами пневмонии уже стали 565 человек.

  • Bakıda evdə meyit tapılıb

    Bakıda evdə kişi meyiti tapılıb.

    Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Nuriyev Yusif Hacı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Əlverişsiz hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib – RƏSMİ

    Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

    Bu barədə Agentliyin Mətbuat Xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

    Xəbərdarlıqda bildirilir ki, dəniz akvatoriyasında fevralın 8-i axşamdan 10-u gündüzədək Şimal-qərb Şimal küləyinin sürəti 20-25 metr saniyədən arabir 30-35 metr saniyəyədək güclənəcək. Güclü külək fevralın 9-da açıq dənizdə arabir 38-40 metr saniyəyədək şiddətlənəcək. Dalğanın hündürlüyünün 3-5 metrdən 7-9 metrə çatacağı və daha çox olacağı proqnozlaşdırılır.

    Qeyd edək ki, bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

    Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək. Milli Mərkəz təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər siğinacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunacaq.

    Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək.

    Bu gün həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Hər zaman olduğu kimi bu gün də Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

    Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.

    Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

    Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

  • Bakıda havanın temperaturu normadan 4-6 dərəcə yüksək olub, sabah kəskin dəyişəcək – AÇIQLAMA

    “Bu gün Bakıda havanın temperaturu normadan 4-6 dərəcə yüksək olub”.

    Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

    Onun sözlərinə görə, ölkə ərazisində fevralın 6-7-də temperaturun isti olacağı ilə bağlı əvvəlcədən proqnoz verilib:

    “Bu gün Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 20-22, Mərkəzi Aran rayonlarında 22-23 dərəcə təşkil edib. Anomal temperatur müşahidə olunsa da, rekord göstərici qeydə alınmır. Fevral ayında ən isti temperatur 1955-ci ildə (27 dərəcə isti) qeydə alınıb. 2002-ci ildə isə fevral ayında 23,5 dərəcə müşahidə olunub”.

    A.Verdiyev bildirib ki, bununla yanaşı, bu gün gecə cənub-qərb küləyi qalmaqda davam edəcək. Bölgələrdə də qərb küləyi əsəcək.
    Sabah da nisbətən isti hava şəraiti müşahidə olunacaq. Fevralın 7-si axşamdan şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək, cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur aşağı düşəcək.