Month: February 2020

  • Hindistanda aslanlar beş yaşlı uşağı yedilər

    Hindistanda dişi aslan balaları ilə birlikdə balaca uşağa hücum edib.

    “NDTV” xəbər verir ki, gecə valideynləri ilə birgə tarlada yatan usağı Girk meşəsində yaşayan aslanlar aparıb.

    Qısa müddət sonra uşağın qalıqları hadisə yerinin yaxınlığında aşkar edilib.

    Qeyd edək ki, Hindistanın Girk meşəsində 500-ə yaxın aslan yaşayır.

    Qidalanmaq üçün həmin aslanlar tez-tez insanların yaşadığı ərazilərə gəlir.

  • Azərbaycan vətəndaşına xəstə olduğu üçün Rusiyada yaşamaq icazəsi verildi

    Rusiyanın Dağıstan Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycan vətəndaşı olan qadına yaşayış icazəsi veriblər.

    Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

    Qadın ağır xəstə olduğu üçün qızı onu yanına, Dağıstana gətirib və yaşayış icazəsi tələbi ilə müraciət edib.

    Etnik dağıstanlı olan filoloq Umuqyuz Hamzatova uzun müddət müəllim işləyib. Onun xəstə olmasına görə dövlət xidmətlərinin sürətləndirilməsi prinsiplərini rəhbər tutaraq, Dağıstanda Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə əməkdaşlar lazımi sənədləri qadına onu evində ziyarət edərək təhvil veriblər.

  • В Азербайджане приостановлено электроснабжение 21 села – ОФИЦИАЛЬНО

    Сильный ветер вызвал проблемы в электроснабжении ряда сел в горах Лерикского района Азербайджана.

    Об этом сообщил глава пресс-службы ОАО “Азеришиг” Танрыверди Мустафаев.

    По его словам, в связи с порывистым ветром, поднявшимся со вчерашней ночи, ОАО приостановило электроснабжение некоторых высокогорных сел.

    “В настоящее время несколько бригад ОАО принимают меры на территории района для восстановления электроснабжения. Из Лянкярана направлена дополнительная бригада. Сильный ветер замедляет работу. Электроснабжение на всей территории района будет восстановлено до полудня. В настоящее время электроэнергия подается в 142 села из 163”, – сказал Т.Мустафаев.

  • Azərbaycanın bu rayonunda 21 kənd işıqsız qalıb – RƏSMİ

    Güclü külək Lerikin dağ kəndlərində elektrik enerjisinin verilişində problem yaradıb.

    Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

    Onun sözlərinə görə, dünən axşam saatlarından başlayan güclü külək səbəbindən Lerikin bir sıra kəndlərində elektrik enerjisinin verilişi dayandırılıb:

    “Gecədən başlayan güclü külək nəticəsində rayonun bəzi yüksək dağ kəndlərində insanlara, evlərə təhlükə yaranmaması üçün “Azərişıq” ASC elektrik enerjisinin verilişini qısa müddətə dayandırıb.

    Hazırda “Azərişığ”ın bir neçə briqadası elektrik enerjisinin bərpası üçün ərazidə tədbirlər görür. Lənkərandan da əraziyə briqada dəstəyi göndərilib. Güclü külək ərazidə işlərin gedişatını yubadır. Günortaya qədər bütün rayon ərazisində elektrik enerjisinin verilişi tam bərpa olunacaq. Hazırda 163 kənddən 142-də elektrik enerjisi təchizatı var”.

  • Deputatlar üçün hədiyyə məhdudiyyəti

    Fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçkilərdən sonra 125 deputatlığa namizəd hakimiyyətin qanunverici qanadında təmsil olunmaq hüququ qazanacaq.

    Oxu.Az mövzunun akuallığını nəzərə alaraq, Milli Məclisin deputatlarının necə fəaliyyət göstərməsi ilə bağlı yazıları davam etdirir.

    Bu dəfə Milli Məclisin deputatlarının etik davranış qaydaları barədə bəzi məqamları diqqətə çatdıracağıq.

    “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun 9-cu maddəsinə nəzər yetirək.

    Həmin maddə korrupsiyanın qarşısının alınması ilə əlaqədardır. Qeyd olunur ki, deputat qanunsuz maddi və sair nemətlərdən, imtiyaz və ya güzəştlərdən imtina etməlidir.

    Deputat onun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz maddi və sair nemətlər, imtiyazlar, güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

    Maddi və sair nemətlər, imtiyazlar, güzəştlər müqabilində Milli Məclisdə müzakirə edilən məsələlərlə bağlı hər hansı formada dəstək, etiraz ifadə edilməsi yolverilməzdir.

    Həmin qanunun 10-cu maddəsi deputatların hədiyyə alması ilə bağlı qoyulan məhdudiyyətləri özündə ehtiva edir.

    Deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən, bu cür təsir təəssüratı yaradan, vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

    Bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərməmək şərti ilə, qonaqpərvərliklə bağlı olan və dəyəri bu qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləği (55 manat) keçməyən hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

    Deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz. Habelə, bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

    Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

    Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir.

    Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam komissiyasına bildirməlidir.

    Deputatlar 55 manat məbləğindən yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.

  • Binəqədi sakinləri: Neyləyək, kimə gəldi səs verək ki, yolumuz düzəlsin? – FOTO/VİDEO

    Binəqədi rayonunun Mədən 1, Korpus 15 adlanan ərazisində sakinlər uzun illərdir bərbad vəziyyətdə olan yoldan əziyyət çəkirlər.

    Minlərlə ailənin yaşadığı paytaxtın mərkəzi hissəsindən o qədər də uzaq olmayan bu yol ilk baxışdan gölməçəni xatırladır. Ərazidə yaşayan sakinlərin uzun müddət məsul qurumlara etdiyi həm yazılı, həm də şifahi çoxsaylı müraciətlərinə baxmayaraq, necə deyərlər, özləri deyib, özləri də eşidiblər.

    Sakinlərdən biri vəziyyəti belə şərh edir: “Yol tapıb evdən çıxa bilmirik. İcra hakimiyyətinə gedirik bizi görüb arxa qapıdan qaçırlar. Bir neçə gün əvvəl millət vəkili seçilmək istəyən bir şəxs gəlib bizə deyir ki, mənə səs verin yolu düzəldəcəm. İndi neyləyək, düşək bir-bir kimə gəldi səs verək ki, yolumuz düzəlsin?”

    Uzun illər sakinlərin müraciətlərinə laqeyd yanaşan rayon İcra Hakimiyyəti təssüflər olsun ki, problemlə bağlı müsahibə verməyə də laqeyd yanaşdı. Belə ki, İcra Hakmiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov problemlə bağlı açıqlama verməklə bağlı sualımıza cavab olaraq bildirdi ki, icra nümayəndələri olaraq mikrofon qarşısına keçib sizə müsahibə verməyə borclu deyilik.

    Əgər istəsəniz, yalnız telefonla sizə məlumat verə bilərik. Müsahibə verməkdən imtina edən icra nümayəndəsi daha sonra telefon vasitəsi ilə bizə cavab yollayaraq bildirdi ki, sözügedən yolun təmir edilməsi rayon İcra Hakimiyyətinin yox, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işidir.

    İcra nümayəndəsinin sözlərindən o da aydın oldu ki, sözügedən yol təmsil etdiyi qrum üçün maraqlı deyil. Əks halda uzun illər ərzində sakinlərin bu qədər müraciətləri qulaq ardına vurulmazdı.

    Sonda isə gələk icra nümayəndəsinin səsləndirdiyi fikirlərə. Bəli, ölkə yollarının yenidən qrulması və təmiri işləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyi cavabdehlik daşıyır. Amma söhbət əsas yollardan gedir. Sözügedən qurumdan elə bir neçə gün əvvəl açıqlamada bildirildi ki, qəsəbədaxili yollar və küçələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında deyil. Həmin yolların nə üçün bərbad vəziyyətdə olması, təmir olunmaması sırf yerli icra strukturlarına aid məsələdir.

  • Среди пассажиров потерпевшего крушения в Стамбуле самолета есть гражданин Азербайджана

    Среди пассажиров самолета Boeing 737-800 авиакомпании Pegasus, потерпевшего крушение в аэропорту Стамбула, есть гражданин Азербайджана.

    Как передает Baku.ws со ссылкой на телеканал NTV, большинство из 177 пассажиров – граждане Турции. По предварительным данным, среди них четверо – граждане США, 1 гражданин Азербайджана, по одному – Туркменистана и Казахстана.

    Всего на борту находился 171 пассажир и шесть членов экипажа. По предварительным официальным данным, пострадали 52 человека.

    Самолет, выполнявший рейс Измир — Стамбул, при посадке выехал за пределы взлетно-посадочной полосы в аэропорту Сабихи Гёкчен, после чего развалился на три части.

    Как сообщил министр транспорта Турции Мехмет Джахит Турхан, при аварии никто не погиб.

    Аэропорт закрыт, турецкая Генпрокуратура начала расследование инцидента.

  • Naxçıvanda 3 tibb müəssisəsinə publik hüquqi şəxs statusu verilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

  • “Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü” — Mehman

    Xəbər verdiyimiz kimi, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov MSK-ya həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayət edib.

    Median.Az xəbər verir ki, iclasda iştirak edən M. Hüseynov bildirib ki, Fərəc Quliyevin namizədliyi ləğv edilməlidir: “Biz beynəlxalq aləmə bu gün göstərməliyik ki, islahata, şəffaf seçkiyə meyilliyik. Mənim qorxacağım heç nə yoxdur. İstəyirsiz namizədliyimi ləğv edin. Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü. Bütün səsyazmanı təqdim etməyə hazıram. O, səsyazısında hamını söyür. Bizim dairəni xüsusi nəzarətə götürün”.

    MSK sədri bildirib ki, dairə ciddi nəzarətdə saxlanılacaq: “Səsvermə günü həmin dairədə gedən prosesləri ciddi nəzarətdə saxlayacağıq”.//qafqazinfo.az

  • В Гяндже столкнулись два автомобиля, есть пострадавший

    В Гяндже произошло дорожно-транспортное происшествие.

    Как передает Median.Az со ссылкой на Report, инцидент был зафиксирован на проспекте Ататюрка.

    Столкнулись легковые автомобили марок “Infinity” и “VAZ-2107”.

    В результате ДТП, пострадал водитель автомобиля “VAZ-2107”, который с различными телесными повреждениями доставлен в больницу.