Month: February 2020

  • İctimai nəqliyyatda telefonla ödəniş mümkün ola bilər

    Son illər bir çox dövlətlərdə yeni texnologiyalar ictimai nəqliyyatda da tətbiq edilməyə başlayıb. Belarusun bir neçə şəhərində artıq ictimai nəqliyyat bütünlüklə QR kod sisteminə keçirilib. Şəhərlərdə ictimai nəqliyyatda gediş haqqı elektron pul kisəsi vasitəsi ilə ödənilir. Nəticədə isə üstünüzdə plastik kart gəzdirmək məcburiyyətində qalmırsınız.

    Avropa ərazisində müxtəlif şəhərlərə səyahət edəndə onlayn əldə etdiyiniz bileti çap etdirməyə ehtiyac qalmır. Gedəcəyiniz avtobusa yaxınlaşırsız, əlində xüsusi aparat olan biri Sizə yaxınlaşır və telefonda onlayn və “pdf” formada olan QR kodunuzu skan edərək oxuyur və bununla da sizin gedişiniz təsdiq edilir.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu gün yayımlanan məlumata görə isə artıq İstanbulda da QR kodla ictimai nəqliyyat vasitələrindən istifadə mümkün olacaq. Bununla da istanbul sakinləri QR-kod skaneri olan smartfonları ilə avtobusa minəcək və “İstanbul kart”ı əvəz edəcək sistem ilə rahat ödəmə həyata keçirə biləcək. Yeni sistem “Yükləyin, quraşdırın, oxudun, keçin” şüarı ilə təqdim ediləcək.

    Mütəxəssislər də hesab edir ki, bu sistem insanların vaxt və büdcəsinə qənaət etmiş olacaq. Əksər vaxt istifadəçilər plastik kartları daşımaqda unutqanlıq edə və yaxud kart balansını artırmağı yaddan çıxara bilir. Bütün bunlar isə insanların əhvalına mənfi təsir edir, həm də onların vaxtına qənaət etmir. Həmçinin belə tətbiqlər onların ictimai nəqliyyata ödədikləri vəsaitlərin təhlükəsizliyini qorumaq baxımından da faydalıdır.
    Görəsən, ölkəmizdə də ictimai nəqliyyatda bu texnologiyadan istifadə mümkün ola bilərmi?

    Bakı Nəqliyyat Agentliyinin Mətbuat (BNA) xidmətinin rəhbəri Mayis Ağayev bu sistemin Azərbaycanda da tətbiqi barədə açıqlama verib. Onun sözlərinə görə, son bir ayda BakıKarta inteqrasiya olunan avtobusların hamısında quraşdırılan kart oxuma aparatları bu sistemi dəstəkləyir.
    BNA rəsmisi sistemin tətbiqinə gəlincə isə bildirib ki, bizdə də bu sistemə keçid istisna deyil.

  • Bakıya 4 yeni metro qatarı gətiriləcək

    Cari ilin may ayında Bakıya 4 yeni metro qatarı gətiriləcək.

    Bunu qaynarinfo-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

    Onun sözlərinə görə, bu il ölkəmizə 20 vaqonun gətirilməsi planlaşdırılır: “Mayda 4 qatar, ümumilikdə 20 vaqonun paytaxta gətirilməsi nəzərdə tutulur”.

  • Pul köçürmələrini və onlayn alış-verişi WhatsApp üzərindən həyata keçirmək mümkün olacaq?

    Feysbuk şirkətinin rəhbəri Mark Zuckerberg WhatsApp-dan qazandıqları gəlirləri artırmaqla bağlı yeni planlarlarını açıqlayıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, o, Hindistanda aktiv istifadə edilən WhatsApp Pay tətbiqini inkişaf etdirməyi hədəfləyir.

    Şirkət rəhbəri platforma üzərindən pul transferinin foto və video göndərmək qədər rahat olması istiqamətində çalışdıqlarını deyib.

    Onun sözlərinə görə, Feysbuk komandası WhatsApp üzərindən alış-veriş imkanlarının yaradılması üzərində də işləyir. Bu xidmətlə istifadəçilər mağazaların məhsul kataloqlarından WhatsApp üzərindən alış-veriş edə biləcək.

    Bununla da WhatsApp-da bu satınalmalar üçün komissiya alınacaq.

    Onu da əlavə edək ki, hazırda 1 milyarddan çox WhatsApp istifadəçisi var

  • Хаменеи: “Сделка века” умрет раньше самого Трампа

    Духовный лидер и руководитель Ирана Али Хаменеи считает, что предложенный Вашингтоном план мирного урегулирования между Израилем и Палестиной (так называемая сделка века) умрет раньше, чем президент США Дональд Трамп.

    Соответствующая запись была размещена в среду на его официальной странице в Twitter.

    “Американская “сделка века” умрет еще раньше, чем Трамп”, – написал он.

    Также в своей речи в среду духовный лидер назвал американский план “глупым, порочным и обреченным на провал”. “Чтобы справиться с этим замыслом исламскому фронту нужно поддержать отважную борьбу палестинцев”, – добавил Хаменеи.

  • Türkiyədə qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı da olub

    Türkiyədə İstanbul Sabiha Gökçen Hava limanındakı sərt eniş edərək üç hissəyə parçalanan “Boeing 737-800” tipli təyyarənin sərnişinləri arasında bir Azərbaycan vətəndaşı da olub.

    Baku.ws NTV-yə istinadən xəbər verir ki, təyyarədəki 177 sərnişinlərin çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.

    Xatırladaq ki, “Boeing 738” layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsdində xəsarət alanların sayı 120 nəfərə çatıb.

  • Daşkəsən polisinə yeni rəis müavini təyin edildi

    Daşkəsən rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

    “Report”un məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Elzadə Cəfərov Daşkəsən rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.

    Qeyd edək ki, E.Cəfərov bu təyinata qədər Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi çalışıb.

  • Самолет потерпел крушение в аэропорту Стамбула: 120 пострадавших – ФОТО/ВИДЕО + ОБНОВЛЕНО

    Количество пострадавших при жесткой посадке пассажирского самолета в стамбульском аэропорту резко возросло.

    Об этом губернатор Стамбула Али Йерликая рассказал в эфире телеканала NTV.

    Отмечается, что травмы разной степени тяжести получили 120 человек. Все они были госпитализированы.

    ***

    После жесткой посадки самолета авиакомпании Pegasus в Cтамбуле в близлежащие больницы доставили 52 человека, заявили в администрации города, сообщают турецкие СМИ.

    Всего на борту находился 171 пассажир и шесть членов экипажа.

    Как сообщил министр транспорта Турции Мехмет Джахит Турхан, при аварии никто не погиб.

    Аэропорт закрыт, турецкая генпрокуратура начала расследование инцидента.

    ***

    В Международном аэропорту имени Сабихи Гекчен в Стамбуле самолет выкатился за пределы взлетно-посадочной полосы.

    Как передает “Анадолу”, воздушное судно, принадлежащее одной из частных авиакомпаний, совершало рейс по маршруту Измир-Стамбул. Во время посадки лайнер выехал за пределы ВПП.

    На место происшествия привлечено много пожарных и медицинских бригад.

    Пожарным удалось локализовать пожар на борту самолета. Пассажиры эвакуированы.

    В результате инцидента воздушное судно получило повреждения.

    Самолеты, которые должны были приземлиться в Сабиха Гекчен, перенаправили в аэропорт “Стамбул”.

                                         

  • İstanbuldakı təyyarə qəzasında yaralıların sayı bəlli oldu – YENİLƏNİB+FOTO/VİDEO

    İstanbuldakı təyyarə qəzasında yaralıların sayı bəlli olub.

    NTV xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya açıqlama verib.

    O bildirib ki, qəza nəticəsində 52 nəfər yaralanıb.

    Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

    ***

    İstanbulda qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar açıqlanıb.

    NTV xəbər verir ki, İzmirdən gələn hava gəmisi sərt eniş etdiyi üçün zolaqdan çıxıb və bir neçə parçaya ayrılıb.

    Hadisə zamanı partlayış və yanğın baş verməyib.

    Təyyarədə olan 177 nəfər sərnişindən ölən olmayıb.

    Yaralıların təxliyyəsi davam edir.

    ***

    İzmirdən İstanbula uçan təyyarə qəzaya uğrayıb.

    “Haber Global” xəbər verir ki, hadisə “Sabiha Gökçen” hava limanında baş verib.

    “Pegasus” şirkətinə məxsus təyyarə dəniz üzərindən hava limanına enərkən eniş zolağından çıxıb.

    Sərnişin təyyarəsinə böyük miqyasda zərər dəyib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.

    İnsan tələfatı barəsində məlumat verilmir.


  • В этой стране мужчинам запретили красить волосы в черный цвет

    В государственные учреждениях и предприятиях Лебапского велаята работникам мужского пола в возрасте выше 40 лет запретили красить волосы в чёрный цвет.

    Корреспондент Радио Азатлык в Лебапе, сообщивший об этом запрете, рассказал, что в то же время от тех, у кого естественный цвет волос, требуют дать им седой оттенок.

    “Практически во всех профильных учреждениях, в том числе школах, учреждениях здравоохранения работникам, которые красят волосы для того, чтобы скрыть седину, велели вернуть естественный цвет волос. Это требование появилось 1 февраля”, – сообщил 4 февраля корреспондент, работающий анонимно по соображениям безопасности.

    По словам корреспондента, беседовавшего с несколькими работниками бюджетных организаций, в частности учителями школ и медработниками в Фарапском этрапе, данный запрет имеет устный характер.

  • Xamenei: Trampın planları özündən qabaq öləcək

    ABŞ-ın təklif etdiyi “Yüz ilin anlaşması” heç bir zaman həyata keçməyəcək.

    “Haber Global”ın məlumatına görə, bu barədə İranın Ali dini lideri Ayətullah Əli Xamenei danışıb.

    “Bu planla mübarizə üslubu: fələstinlilərin dirənişi və mübarizəsi, İslam dünyasının dəstəyidir. ABŞ fələstinlilərin əleyhinə həyata keçirməyə çalışdığı planın adını “Yüz ilin anlaşması” qoyaraq böyük bir iş etdiyini sanır. Hazırladıqları plana böyük bir ad qoyaraq uğurlu olacaqlarını zənn edirlər. Halbuki, etdikləri iş axmaqcasınadır və daha yolun əvvəlində zərərli olmağa başlayıb.

    ABŞ-ın anlaşması Donald Trampdan əvvəl öləcək. Bu planlarının heç bir nəticəsi olmayacaq. Siz kimsiniz ki, başqa bir ölkənin xalqı və torpaqları haqqında qərar qəbul edirsiniz”, – Xamenei bildirib.