Month: February 2020

  • Çin restoranlarına gedən yoxdur

    Virus yayılması həm də Çin restoranlar şəbəkəsinə böyük zərər vurub. Türkiyənin SHOW TV telekanalı İstanbulda bu məsələ ilə bağlı reportaj hazırlayıb. Reportajda restoranların boş olması gözə dəyir.

    Median.Az xəbər verir ki, Çin restoranları bağlanmaq təhlükəsi ilə üzləşib. İstanbuldakı restoranlardan birinin rəhbəri telekanal əməkdaşına çox pis duruma düşdüklərini söyləyib. Onun sözlərinə görə, koronavirusa qədər hər gün 600 müştəriyə xidmət edirdilər. İndi isə bura gələnlərin sayı heç 20-yə çatmır. İşçilər bir-bir restoranı tərk etməyə başlayıb. Çünki iş getmir, restoran ziyanla işləyir. Bu gedişlə fəliyyət göstərmək uzun sürməyəcək.

    Reportajda işçilərin əlcək və maskada gəzdiyi görünür. Restoran rəhbəri bütün məhsulları Türkiyədən aldıqlarını söyləyir. Amma nəinki müştəri itiriblər, hətta yaxınlıqdakı dükanların, mağazaların təzyiqinə məruz qalıblar. Hamı Çin restoranından ehtiyat edir, buranın tez bağlanmasını tələb edirlər.

  • Azərbaycanda “quş qripi” ilə bağlı əhaliyə müraciət olundu: “Uzaq durun“

    Ölkə ərazisinin “quş qripi” xəstəliyindən qorunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsiliyi Agentliyi (AQTA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) digər aidiyyəti qurumlarla birgə mütəmadi olaraq epizootoloji monitorinqlər həyata keçirir.

    AQTA-dan “Yeni Sabah”a daxil olan məlumata görə, bu ilin yanvar ayında keçirilən sonuncu monitorinqlər zamanı milli park və dövlət təbiət qoruqları, su-bataqlıq əraziləri, dənizsahili zonalar, eləcə də sənaye əsaslı iri quşçuluq müəssisələri, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarından götürülmüş nümunələrin laboratoriya müayinələri nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb, həmçinin xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə rast gəlinməyib.

    Bununla yanaşı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisinin aşkar olunması və müvafiq beynəlxalq təşkilatların epizootik vəziyyətlə bağlı məlumatlarını ciddi siqnal kimi qəbul edərək hazırda AQTA və ETSN tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir.

    Eyni zamanda, ölkəmizin coğrafi, iqlim xüsusiyyətlərinə görə qış və erkən yaz dövründə köçəri quşların kütləvi şəkildə ölkə ərazisindən keçməsi və köçəri quşların mövsümlə əlaqədar yemlərlə yetərincə təmin olunmaması quşlar üçün epizootik risk yaradır.

    AQTA və ETSN vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, bununla bağlı şübhəli hallar müşahidə etdikdə Agentliyin regional bölmələrinə, yaxud “1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar Xətti”nə məlumat verməyə çağırır.

  • London məhkəməsi Zamirə Hacıyeva ilə bağlı qərar verdi

    London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın məhkəmə işini yekunlaşdırıb.

    Median.Az xəbər verir ki, hər 3 hakim Hacıyevanın apellyasiya şikayətini təmin etməyib.

    Zamirə Hacıyeva iki dəfə apellyasiya şikayəti versə də, onun əleyhinə qərar çıxarılıb və son instansiyada – Ali Məhkəmədə iddia qaldırmaq hüququndan məhrum edilib.

    Xatırladaq ki, Zamirə Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterliqn xərclədikdən sonra Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) diqqətini çəkmişdi. Vəzifəsindən sui-istifadə etdiyində görə 16 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.

    İndi isə Hacıyeva 7 gün ərzində müstəntiqlərə var-dövlətinin mənbəyi haqda izahat verməlidir. Əgər bunu izah edə bilməsə, NCA məhkəmədən həmin əmlakın müsadirə olunmasını, daha sonra isə satılmasını tələb edəcək. Əldə edilən gəlir Böyük Britaniyanın xəzinəsinə daxil ediləcək.

    Əgər Hacıyeva qanuni maliyyə mənbəyi göstərərsə, NCA 60 gün ərzində onun bank hesablarını araşdıracaq. Yalnız bundan sonra müstəntiqlər işin bağlanması, yaxud əmlakın müsadirəsi haqda qərar verəcəklər.//qaynarinfo.az

  • В ВОЗ заявили об отсутствии лекарств от нового коронавируса

    Действующих лекарств от 2019-nCoV пока нет, но большинство заболевших не умрут, если им будет предоставлено лечение.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявил на брифинге в среду Майкл Райан, исполнительный директор ВОЗ по чрезвычайным программам.

    “Нет подтвержденных, эффективных лекарств от нового коронавируса. Эта эпидемия, если посмотреть на ее половое и возрастное распространение, в основном приводит к тяжелым случаям и смертям среди пожилых людей, здоровье которых уже осложнено. Многие пациенты скончались от того, что стали отказывать их органы, не обязательно из-за эффекта от вируса, но от шока, который создал этот вирус. Так что большинство пациентов выживут, если получат адекватное поддерживающее лечение”, – сказал он.

    По его словам, при лечении нового коронавируса также не доказана эффективность применения лекарств от ВИЧ или лекарств от предыдущих типов коронавируса. Однако государства могут использовать эти сертифицированные лекарства, в частности, интерфероны и ингибиторы, для проверки их возможной эффективности при борьбе с 2019-nCoV. ВОЗ при этом призывает делиться результатами таких исследований, чтобы понять, работают ли лекарства в данном случае.

    Власти Китая 31 декабря сообщили Всемирной организации здравоохранения (ВОЗ) о вспышке неизвестной пневмонии в городе Ухане в провинции Хубэй. Специалисты установили возбудителя болезни – коронавирус 2019-nCoV. Число заразившихся в материковой части Китая превысило 24,3 тысячи человек, скончались 490, еще один человек скончался в Гонконге. Более 170 человек заболели за пределами этой страны, один из них погиб. ВОЗ признала вспышку чрезвычайной ситуацией международного значения.

  • Prezident Türkiyəyə Çindən Azərbaycan vətəndaşlarının təxliyəsinə görə təşəkkür etdi

    “Əminəm ki, bu il də Türkiyə-Azərbaycan əlaqələri uğurla inkişaf edəcək. Keçən il çox böyük uğurlarımız olubdur və birlikdə TANAP-ın Avropa sərhədinə çatdırılmasını qeyd etdik. Bundan başqa, bir çox önəmli layihələr uğurla icra edilir. O ki qaldı Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə, indi bu fəaliyyət daha da genişmiqyaslıdır və artıq bir çox mənbələrdən bu yol vasitəsilə yüklər Avropa istiqamətinə və Asiya istiqamətinə göndərilir. Əminəm ki, bu yolun önəmi getdikcə atacaq və bu, bizim birgə uğurlu layihəmizdir”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Dövlət başçısı bildirib: “Fürsətdən istifadə edərək bu yaxınlarda Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə – onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir”.

  • Azərbaycanlı Rusiyada yaşamaq üçün özündən 19 yaş böyük qadınla evləndi

    Rusiyanın Tümen vilayətində azərbaycanlı özündən 19 yaş böyük qadınla evlənib.

    Tumen.kp.ru-nun xəbərinə görə, 30 yaşlı azərbaycanlı bunu Rusiyada qeydiyyata düşmək üçün edib.

    O, 49 yaşlı Yalutorovski sakini ilə saxta nikah bağlayıb.

    Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, onlar arasında nikah ailə qurmaq məqsədi ilə bağlanmayıb.

    Məhkəmə azərbaycanlı ilə rus qadının nikahını etibarsız hesab edib.

  • Приказ министра: полиция переходит на усиленный режим

    Министр внутренних дел, генерал-полковник Вилаят Эйвазов подписал приказ о дополнительных мерах по охране правопорядка в связи с предстоящими внеочередными парламентскими выборами, которые состоятся девятого февраля 2020 года.

    Как сообщает oxu.az со ссылкой на пресс-службу министерства, в целях проведения внеочередных выборов в Милли Меджлис (парламент) в условиях повышенной безопасности личный состав органов внутренних дел республики с восьмого по 11 февраля будет работать в усиленном режиме.

    Для обеспечения правопорядка в общественных местах в день выборов будет увеличено число нарядов патрульно-постовой службы, в ходе перевозки избирательных бюллетеней будут предприняты соответствующие меры безопасности.

    В приказе отмечается, что согласно статье 104.14 Избирательного кодекса, присутствие сотрудника полиции на избирательном участке, кроме как в качестве голосующего, запрещено. Сотрудник полиции в служебной форме может войти в участок только по решению избирательной комиссии участка или по приглашению председателя вышеназванной комиссии для восстановления правопорядка, и, по исполнении служебных обязанностей, должен немедленно его покинуть.

  • Rusiya klubu Şeydayevə görə cəzalandı

    Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatası Moskva “Dinamo”sunun yeni futbolçuları qeydiyyatdan keçirməsinə qadağa qoyub.

    “Report”un RFS-in rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb kimi Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt pozuntuların olması göstərilib.

    Bundan başqa Şeydayevin əmək müqaviləsinin əsaslandırılmamış səbəblər olmadan pozulmasına və kompensasiya tələbinə dair ərizəsi qismən təmin edilib. Yeni oyunçuların qeydiyyatdan keçirilməsinə qadağa Şeydayev qarşısında öhdəliklər yerinə yetiriləcəyi təqdirdə götürülə bilər. Həmin öhdəlikləri RFS-in Mübahisələrin Həlli Palatası müəyyənləşdirib.

    Qeyd edək ki, Ramil Şeydayev “Dinamo”ya 2019-cu ilin yayında “Krılya Sovetov”dan azad agent qismində keçib. 2020-ci ilin yanvarında Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb.

  • Bu ölkədə kişilərə saçlarını qara rəngə boyamaq qadağan edilib

    Türkmənistanın şərqindəki Lebap vilayətində dövlət təşkilatının 40 yaşdan yuxarı kişi işçilərinə saçlarını qara rəngə boytmaq qadağan edilib.

    Bu barədə “Azatlık” xəbər yayıb.

    Saçları boyamaqdan imtina etmək göstərişi fevralın 1-də məktəb, xəstəxana və digər büdcə müəssisələrinin işçilərinə verilib. Eyni zamanda, saçları təbii qara olanlardan boz saçları təqlid etmək tələb olunub. Qərar şifahi xüsusiyyət daşıyır.

    Təşkilat rəhbərləri yeni tələbi çallaşmış saçlarını boyamaqdan vaz keçən prezident Qurbanqulı Berdmuhammedovun imicinin dəyişməsi ilə əlaqələndiriblər.

    “Qurum rəhbərləri bildiriblər ki, Lebap vilayətinə Arxadağ (Berdmuhammedovun rəsmi titulu) gələrsə, onunla görüşə əsasən saçları ağarmış insanlar buraxılacaq”, – deyə Farap rayonunda işçilərdən biri deyib.

    O da vurğulanır ki, yeni şifahi qərar insanlar tərəfindən narazılıqla qarşılanıb, çünki iki il öncə prezident saçlarını qara rəngə boyayanda, onlara qarşı da eyni tələb irəli sürülürdü.

  • Фонд Билла Гейтса выделит до 100 млн долларов на борьбу с коронавирусом

    Благотворительный фонд основателя компании Microsoft, миллиардера Билла Гейтса и его супруги Мелинды (Bill & Melinda Gates Foundation) выделит до 100 миллионов долларов на борьбу с распространением коронавируса 2019-nCoV

    Как сообщает Report, об этом говорится в заявлении, опубликованном на сайте фонда.

    “Сегодня Фонд Билла и Мелинды Гейтс объявил, что немедленно выделит до 100 миллионов долларов для глобальной борьбы с новым коронавирусом 2019-nCoV”, – говорится в заявлении.

    Как поясняется в заявлении, фонд выделит “до 20 миллионов долларов на ускорение выявления, изоляции и лечения” людей, у которых был найден коронавирус, чтобы “прекратить передачу вируса и сдержать распространение заболевания”.

    Фонд отмечает, что средства будут направлены многопрофильным организациям, таким как ВОЗ и Центры США по контролю и профилактике заболеваний. Поддержка также будет направлена национальным органам здравоохранения Китая и других стран, в которых есть подтвержденные случаи заболевания.