Month: February 2020

  • Bakıda sayğac oğrusu kameraya düşdü – VİDEO

    Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində sayğac oğurlayan şəxs təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

    Video sosial şəbəkədə paylaşılıb.

    Görüntülərdə orta yaşlı kişinin burğacla sayğac yerləşdirilən qutunu açdığı, daha sonra kəlbətinin köməyilə niyyətini həyata keçirdiyi görünür.

    Həmin görüntüləri təqdim edirik:

  • İnsanları təşvişə salan saxta spirtli içki təhlükəsi sovuşdu? – VİDEO

    Kustar üsulla istehsal edilən spirtli içkilərdən bir müddət əvvəl səkkiz nəfər zəhərlənərək dünyasını dəyişdi.

    Mağazalarda brend adıyla satılan, ancaq keyfiyyətsiz olan bəzi içkilər alıcıların bu məhsullara inamını azaldıb.

    Mütəxəssislər isə bildirirlər ki, alkoqollu içkinin keyfiyyətini yoxlamaq üçün onu çalxalamaq lazımdır. Bu zaman əgər şüşə qabın içində iri qabarcıqlar əmələ gələrsə, bu məhsulun keyfiyyətinin itirməsini göstərir. Əksinə, xırda qabarcıqlar görünürsə, onda içki keyfiyyətlidir.

    Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyir ki, son günlərdə insanları təşvişə salan spirtli içki təhlükəsi artıq aradan qalxıb.

    “Ötən ay klinikaya 35 müraciət daxil olub ki, onlardan da səkkiz nəfər dünyasını dəyişib. Hadisə içkilərin tərkibində metil spirtinin yaratdığı fəsadların təsirindən baş vermişdi. Görülən tədbirlərdən sonra artıq spirtli içkidən zəhərlənmə halları az qeydə alınır. Daha çox Təcili Tibbi yardıma sərxoşluqla bağlı zənglər daxil olur” – deyə toksikoloq qeyd edib.

    Səkkiz nəfərin həytına son qoyan, tərkibində qida elementinin olmadığı metil spirtinin ölkədəki dövriyyəsi Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Bu qədər böyük həcmdə texniki spirtin necə iaşə obyektlərinə yayılması hamımız üçün maraqlıdır.

    Ümid edək ki, ötən ay təkrarlanan faciə kimlərinsə məsuliyyətsizliyindən sonra bir daha təkrarlanmayacaq.

  • Дорожная полиция расследует факт автохулиганства в Мехдиабаде

    По факту нарушения водителями правил дорожного движения на территории поселка Мехдиабад Абшеронского района начато расследование.

    Как передаёт Median.Az, об этом oxu.az заявил начальник отдела по связям с общественностью Главного управления Государственной дорожной полиции Кямран Алиев, комментируя появившееся в соцсетях видео, на котором запечатлено лихачество автолюбителей.

    К.Алиев отметил, что сотрудники дорожной полиции по госномеру автомобиля уже установили личность одного из нарушителей.

    “Пока не выяснили, какому транспортному средству принадлежал звуковой сигнал. Продолжается расследование для выявления личности водителя второго автомобиля”, – сказал он.

    Отметим, что этот водитель выезжал на полосу встречного движения и вел съемку камерой мобильного телефона, одновременно управляя машиной.

  • Qayda pozan sürücülərlə bağlı araşdırma başlayıb – RƏSMİ

    Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı araşdırma başlanılıb.

    Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Mehdiabad qəsəbəsində “avtoşluq” etmiş sürücülərin təhlükəli vəziyyət yaratması ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, BDYPİ əməkdaşları tərəfindən yayılan videogörüntülərdəki avtomobillərdən birinin sürücüsü artıq müəyyənləşdirilib:

    “Görüntülərdə əks olunan 99 LL 058 dövlət nömrə nişanlı avtomobilin sürücüsü müəyyən olunub. Videoda eşidilən səsin hansı avtomobilə aid olması isə hələ dəqiqləşdirilməyib. Bunun üçün digər avtomobilin sürücüsünün müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir”.

    Xatırladaq ki, videogörüntülərdə sürücüsü hələlik müəyyən olunmayan avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozduğu və sükan arxasında mobil telefondan istifadə edərək çəkiliş apardığı görünür.

  • Azərbaycanlıya böhtan atan şəxs istintaqa cəlb olundu

    Türkiyənin Trabzon şəhərində yerli sakin azərbaycanlıya böhtan atıb.

    “Yeniakit.com”un yaydığı xəbərə görə, A.T adlı şəxs polisə yalan ifadə verib.

    Belə ki, Trabzon Polis İdarəsinin narkotiklə mübarizə şöbəsi M.T və Ş.Ç adlı iki şübhəli şəxs haqqında istintaqa başlayıb.

    İnstintaq çərçivəsində şahid qismində dindirilən A.T əvvəlcə yalan ifadə verərək narkotik maddəni Azərbaycan və Gürcüstan vətəndaşlarından aldığını deyib.

    Sonra o, yalan söylədiyini deyərək, hər şeyi olduğu kimi etiraf edib.

    Yalançı şahidlik etdiyi üçün A.T barəsində araşdırma başlayıb. O, dörd aydan bir ilə qədər həbs oluna bilər.

  • Прибывшие из Китая в Баку семь человек помещены в карантин

    Прибывшие из Китая в Баку семь человек помещены в инфекционное отделение Клинического медицинского центра №1.

    Об этом говорится в совместном заявлении Министерства здравоохранения и Государственного агентства обязательного медицинского страхования.

    Эти лица прибыли в страну транзитными авиарейсами из Стамбула, Дубая и Москвы.

    Гражданин Азербайджана (1992 г.р.), который учится в Пекине, прибыл вместе со своей женой (1993 г.р.). Никаких жалоб нет, оба прошли медобследование.

    Температура гражданина Азербайджана (1998 г.р.), получающего образование в городе Синьхуа, нормальная, никаких жалоб нет. Анализы взяты, пройдет обследование.

    У гражданки Азербайджана (1997 г.р.), которая учится в провинции Шаньдун, жалоб нет. Контакта с больными не было.

    Среди обратившихся – еще один гражданин Азербайджана (1994 г.р.), получающий образование в Пекине. Температура нормальная. Прошел медицинское обследование. В настоящее время проблем со здоровьем нет.

    Гражданка Азербайджана (1997 г.р.) прибыла из провинции Зейянг, где учится. Она пройдет медицинское обследование. Температура нормальная, жалоб нет.

    Никаких проблем со здоровьем у находящихся в специально выделенном медицинском учреждении не выявлено.

    По завершении карантина их отпустят домой.

  • Çindən gələn yeddi azərbaycanlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi

    Çindən gələn yeddi nəfər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

    Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

    Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı,1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Onların heç bir şikayəti yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

    Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da müraciət edən zaman hərarəti normal olub. Heç bir şikayəti yoxdur. Onlardan analizlər götürülüb, müayinə olunacaq.

    Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı xəstələrlə ünsiyyətdə olmadığını deyib. Heç bir şikayəti olmayıb.

    Müraciət edənlərdən daha biri isə Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Həkimlər onun da hərarətinin normal olduğunu və hazırda səhhətində problem olmadığını qeyd ediblər.

    Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) isə həkim müayinəsindən keçiriləcək. Müraciət zamanı onun da hərarətinin normal, şikayətinin isə olmadığı bildirilib.

    Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

    Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

  • Синоптики обещают резкое изменение погоды

    Директор Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Умайра Тагиева прокомментировала аномально теплую погоду на территории Азербайджана.

    “Зима на исходе, но в Баку еще ни разу не наблюдалась минусовая температура даже ночью. Происходит то, что ученые предрекали еще 30 лет тому назад.

    Сегодня мы живем не в ожидании этого явления, а являемся его живыми свидетелями, сталкиваемся с его проявлениями ежедневно. Изменение климата налицо. Весь мир сотрясают аномальные явления, частота которых заметно увеличилась”, – сказала У.Тагиева.

    По ее словам, к специалистам обращаются с вопросами: что происходит, почему зима такая теплая? Это исключительное явление или так будет и впредь?

    “Однозначного ответа нет, но есть предпосылки для продолжения этой тенденции. Она наблюдается уже несколько лет, а особенно ярко проявилась нынешней зимой. И не только в Азербайджане, но и во многих европейских странах.

    К примеру, в странах Средиземноморья сейчас поистине весенняя погода с температурой 24-27 градусов. В Баку температура превышала климатическую норму на 6 градусов, и в ближайшие два дня, до 7 февраля, в столице ожидается 14-17 градусов тепла, хотя и на фоне порывистого юго-западного ветра, а в степной зоне она приблизится к 20-градусной отметке.

    Тем не менее после продолжительной аномально теплой погоды холодный арктический воздух хоть и ненадолго, но все же прорвется и на территорию нашей республики, принеся с собой резкое изменение в погоде”, – сказала глава департамента.

    Она отметила, что начиная с вечера 7 февраля в Баку уже будет господствовать усиливающийся северо-западный ветер с максимальными порывами до 30-35 метров в секунду с 8 февраля до утра 10-го.

    У.Тагиева отметила, что ветер будет сопровождаться осадками, 9 февраля на фоне понижения температуры местами переходящими в мокрый снег и снег. На автодорогах республики, особенно в горных и предгорных районах, ожидается гололед.

    “Не будем забывать, что любая погода – это часть нашей жизни. А синоптики будут стараться, чтобы ее изменения не заставали вас врасплох”, – сказала У.Тагиева.

  • Hava kəskin dəyişir: Qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

    “Fevralın 7-də axşam saatlarında hava şəraiti kəskin dəyişəcək”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva anomal isti keçən hava şəraitini şərh edərkən bildirib.

    “Bu günlərdə hava şəraitində nə baş verir? Sadəcə, otuz il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələr baş verir. Biz artıq bu prosesləri gözləmirik, bunların canlı şahidiyik. El deyimi ilə,, qışın ən soyuq dövrü olan kiçik çillə də girib, amma hələ də Bakıda gecələr belə mənfi tempertur müşahidə edilməyib.

    İqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir. Bizə müraciət edərək soruşurlar ki, nə baş verir, nə üçün qış belə yumşaq keçir? Bu nadir hadisədir, yoxsa bundan sonra da belə davam edəcək?

    Bu sualların birmənalı cavabı olmasa da, belə tendensiyanın davam edəcəyi ehtimalı daha çoxdur. Mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir ki, müşahidə edilir.

    Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də müşahidə edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu, əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub və yaxın iki gün ərzində, fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb (gilavar) küləyi fonunda temperaturun 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər.

    Lakin xalqın inancı olan kiçik çillə özünü göstərəcək. Belə ki, uzun sürən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa, respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq.

    Hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir” .

    U.Tağıyeva qeyd edib ki, temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər:

    “Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir. Unutmayaq ki, hava həyatımızın bir hissəsidir. Biz sinoptiklər isə çalışacağıq ki, istənilən hava gözlənilməz olmasın” .

  • В Евлахе сильный ветер повалил деревья на дорогу – ВИДЕО

    Накануне ночью шквалистый ветер в селе Танрыгуллар Евлахского района привел к ряду последствий.

    Разбушевавшаяся природная стихия повалила несколько деревьев, росших вдоль автодороги Мингячевир – Бахрамтепе. Сломанные ветви оказались и на дороге.

    Но это не привело к возникновению помех в движении транспортных средств, так как водители сами убрали с трассы упавшие ветви.