Month: February 2020

  • Bu avtomobillərin gömrük rüsumlarından azad edilməsinə aydınlıq gətirildi

    Nazirlər Kabineti Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarını şərh edib.

    Nazirlər Kabinetindən bildirilib ki, qərar ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə hazırlanıb.

    “Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə qeyri-neft məhsulları istehsalının inkişaf etdirilməsi və dəstəklənməsi, idxalın əvəz olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, xarici investisiyaların cəlb olunması, həmçinin, ölkədə istehsal olunmuş məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar mütəmadi olaraq müvafiq işlər aparılır və zəruri tədbirlər həyata keçirilir.

    Bu istiqamətdə görülən işlər çərçivəsində, 2018-ci ilin mart ayında Prezident cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu zamanı Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” ASC-nin birgə avtomobil istehsalı zavodunun (“AzKron” MMC-nin “Xəzər” avtomobil zavodu) rəsmi açılışı həyata keçirilib”, – deyə qeyd olunub.

    Nazirlər Kabinetinin izahında göstərilib ki, illik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində 2019-cu ilin sonunadək üç min avtomobilin istehsalı planlaşdırılır və müəssisədə 200 nəfər işlə təmin edilib.

    “Zavodda “Khazar” brendi altında “LX”, “SD” (sadə), “LD” (lüks), Peugeot Khazar olmaqla dörd komplektasiyada avtomobillər istehsal olunur. Həmçinin, zavodda yaxın gələcəkdə digər avtomobil markalarının istehsalı da nəzərdə tutulur. Növbəti mərhələdə “Khazar” brendi altında istehsal olunacaq avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı planlaşdırılır.

    “Xəzər” avtomobil zavodunda qaynaq və rəngləmə işləri istisna olmaqla, avtomobillərin sıfırdan ayrı-ayrı hissələrdən yığılmaqla tam istehsalı həyata keçirilir.

    Bunun üstünlüyü isə gələcəkdə lokallaşdırma (yan sənaye) müəssisələrinin ölkəmizdə yaradılması üçün zəmin yaratmasıdır. Eyni zamanda, ikinci mərhələ olaraq qaynaq və rəngləmə proseslərinin də Azərbaycanda təşkili planlaşdırılır.

    Müəssisədə istehsal olunan məhsulların yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin sənaye yığımı üçün idxalının gömrük rüsumlarından azad olunmasına zərurət yaranıb. Bu çərçivədə, Nazirlər Kabinetinin qərar hazırlanıb.

    Qərarda “minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı”na anlayış verilmiş, habelə “Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası”nın 40-cı, 70-ci, 83-cü, 84-cü, 85-ci, 87-ci, 90-cı, 94-cü, 96-cı qruplarında bir sıra alt yarımmövqelərdə təsnifləşdirilən ehtiyat hissələri minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirildikdə həmin ehtiyat hissələri üzrə idxal gömrük rüsum dərəcəsinin “0” olaraq müəyyən olunması nəzərdə tutulub”.

    Qərar hazırlanarkən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu, “Gömrük tarifi haqqında” qanun, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarı və bir sıra digər qanunvericilik aktları təhlil edilib.

    Nazirlər Kabineti bəyan edib ki, qərarın qəbul edilməsi nəticəsində ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması, habelə gələcəkdə müvafiq yan sənaye müəssisələrinin ölkəmizdə təsis edilməsi üçün əlverişli şəraitin genişlənməsi proqnozlaşdırılır.

  • Четверо азербайджанских спортсменов дисквалифицированы за допинг

    Четверо азербайджанских спортсменов наказаны за употребление допинга.

    Это борцы Али Аминзаде (бронзовый призер Чемпионата Европы среди юниоров, 2016 год, Стокгольм, Швеция) и Азеркашиб Мухаммед, а также тяжелоатлеты Васиф Сафаров и Жаля Байрамова.

    Спортсменка дисквалифицирована на 24 месяца, остальные – на 48.

    Отметим, что до сегодняшнего дня Национальное антидопинговое агентство Азербайджана (AMADA) применило санкции в отношении 49 спортсменов.

  • Azərbaycanın daha dörd idmançısı cəzalandırıldı

    Azərbaycanın daha dörd idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

    Bunlar güləşçilər Əli Əminzadə və Azərkaşib Məhəmməd, eləcə də ağırlıqqaldıran Vasif Səfərovla atıcı Jalə Bayramovadır.

    Bayramova 24 ay, digərləri isə 48 ay müddətinə diskvalifikasiya olunublar. Bunlardan sərbəst güləşçi olan Əli Əminzadə 2016-cı ildə İsveçin paytaxtı Stokholmda keçirilmiş yeniyetmələr üzrə Avropa çempionatının bürünc mükafatçısıdır.

    Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 49 idmançıya sanksiya tətbiq edib.

  • Qanunu pozan azərbaycanlılar deportasiya edildi

    Rusiyanın Ryazan vilayətindən ötən ay qanunsuz yaşayan azərbaycanlılar çıxarılıb.

    Ryazpressa.ru-nun xəbərinə görə, dörd azərbaycanlının Rusiya Federasiyası ərazisində yaşamaq icazəsi olmayıb.

    Miqrasiya qanunlarını pozan həmin şəxslər məhkəmə inzibatçılarının müşayiəti ilə ölkə ərazisindən çıxarılaraq öz ölkələrinə göndəriliblər.

    Onlar beş il ərzində Rusiya ərazisinə qayıda bilməzlər.

  • Президент Азербайджана принял делегацию во главе с министром иностранных дел Кыргызстана

    5 февраля Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию во главе с министром иностранных дел Кыргызской Республики Чингизом Айдарбековым.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Qırğızıstan XİN rəhbərini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Жительница Хызы простила избившего ее мужа

    Жительница Хызинского района Азербайджана Афсана Исаева вновь помирилась с мужем, который неоднократно ее избивал.

    Об этом сообщает Median.Az со ссылкой на председателя Союза детей Азербайджана Кямалю Агазаде.

    Накануне А.Исаева и ее дети покинули приют и вместе с мужем Сахаватом Исаевым отправились домой, сказала Агазаде.

    Ранее сообщалось, что в Хызинском районе Азербайджана без вести пропали мать и трое детей.

    Позже выяснилось, что женщина сбежала из дома вместе с детьми в приют, так как муж избивал ее плетью.

    В отношении Сахавата Исаева было возбуждено уголовное дело по статье 133.1 (причинение физических или психических страданий путем систематического нанесения побоев или иными насильственными действиями) Уголовного кодекса Азербайджана.

  • Azərbaycanda qırmancla döyülən qadın əri ilə barışdı

    Azərbaycanda həyat yoldaşı tərəfindən qırmancla döyülən qadından yeni xəbər var.

    Xızı rayon sakini Əfsanə İsayeva onu döyən əri ilə yenidən barışıb.

    Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə saytımıza açıqlamasında bildirib ki, Ə.İsayeva qaldığı sığınacaqdan ayrılaraq, ötən gün uşaqları və həyat yoldaşı birlikdə ilə evinə gedib.

    Qeyd edək ki, bir müddət əvvəl Xızı rayonunda ana və üç övladı itkin düşüb. Daha sonra məlum olub ki, qadın həyat yoldaşı tərəfindən qırmancla döyüldüyü üçün üç övladını da götürərək, evdən qaçıb.

    Qadının həyat yoldaşı Səxavət İsayev barəsində Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə (CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi başlanılıb.

  • Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən qadın qaçdı

    Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən qadın tibb müəssisəsindən qaçıb.

    “RİA Novosti”nin məlumatına görə, hadisə Avstriyanın Zalsburq şəhərində qeydə alınıb.

    Bildirilib ki, 31 yaşlı avstriyalı qadın çərşənbə axşamı günü xəstəxanaya yerləşdirilib. Bu gün isə o, analizlərin dəqiq cavabı gəlmədən qaçıb.

    Qadının bu davranışının səbəbi bilinmir. Hazırda Avstriya polisi onun axtarışlarına başlayıb.

  • Гран-при Китая “Формулы-1” отменен из-за вируса

    Гран-при Китая “Формулы-1” не будет проводиться в 2020 году.

    Гонка серии “Формула А”, которая должна была пройти 19 апреля 2020 года, отменена из-за распространения коронавируса.

    Решение об этом было принято Федерацией спорта Шанхая.

    Международная автомобильная федерация и руководство “Формулы-1” еще не выступили с официальным заявлением по данному вопросу.

    Отметим, что ранее был отменен Гран-при Китая в классе машин “Формула Е”.