Month: February 2020

  • Bakıda içki məclisində kütləvi dava: İki qardaş döyüldü

    Bakıda içki məclisi kütləvi dava ilə nəticələnib.

    Report-un məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

    Ramana qəsəbəsindəki kafelərdən birində bir qrup gənc arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib.

    Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Səfərov Amit Nadir oğlu, qardaşı, 1991-ci il təvəllüdlü Səfərov Ramit Nadir oğlu və onun həmyaşıdı, 1991-ci il təvəllüdlü Qarayev Ceyhun Sahib oğlu döyülərək xəsarət alıblar.

    Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

  • В Кюрдамире психически больной ударил ножом отца

    В Кюрдамирском районе Азербайджана мужчине нанесено ножевое ранение.

    Как передаёт Median.Az со ссылкой на Report, инцидент произошел в селе Атакишили.

    Жителя района – Набиева Халига Халид оглу (1959 г.р.) на почве семейного конфликта ударил ножом его сын Агамирза.

    Очевидцы инцидента доставили раненого мужчину в Центральную районную больницу. Его состояние оценивается как средней степени тяжести.

    Отметим, что А.Набиев страдает психическим расстройством.

    По данному факту проводится расследование.

  • Kürdəmirdə dəhşət: Ruhi xəstə atasını bıçaqladı

    Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

    Report xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.

    Rayon sakini, 1959-cu il təvəllüdlü Nəbiyev Xaliq Xalid oğlu ailə münaqişəsi zəminində oğlu Nəbiyev Ağamirzə Xalıq oğlu tərəfindən bıçaq xəsarəti alıb.

    Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətini orta-ağır qiymətləndirir.

    Qeyd edək ki, atasına bıçaq xəsarəti yetirən A.Nəbiyevin ruhi xəstə olduğu bildirilir.

    Fakt araşdırılır.

  • Самолет вернулся в аэропорт из-за шутки пассажира о коронавирусе

    Самолет канадской авиакомпании WestJet, выполнявший рейс из Торонто на Ямайку, вернулся в аэропорт вылета из-за шутки одного из пассажиров о том, что он заражен коронавирусом 2019-nCoV.

    Как сообщает CBC, во время полета один из пассажиров рейса в шутку рассказал экипажу, что недавно вернулся из Китая, где заразился коронавирусом. Информацию передали капитану воздушного судна, и пилот принял решение вернуться в Торонто. На борту самолета находились 243 пассажира.

    После приземления 29-летний мужчина был арестован, ему предъявили обвинение в причинении ущерба авиакомпании. Пассажир предстанет перед судом 9 марта.

  • Koronavirusla bağlı zarafat səbəbindən təyyarə hava limanına qayıtdı

    Torontodan Yamaykaya uçan Kanadanın “WestJet” şirkətinə məxsus təyyarə təcili şəkildə çıxdığı hava limanına qayıtmalı olub.

    CBC xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin yeni növ koronavirusa yoluxması barədə zarafat etməsi olub.

    Bu məlumatı eşidən təyyarənin pilotu Torontoya qayıtmaq qərarını verib.

    Təyyarədə 243 sərnişin olub. Təyyarə yerə endikdən sonra 29 yaşlı zarafat edən şəxs həbs olunub və şirkətə ziyan vurmaqda ittiham edilir.

    Qeyd edək ki, martın 9-da o, məhkəmə qarşısında törətdiyi əmələ görə cavab verməli olacaq.

  • “Barselona” 18 yaşlı argentinalı futbolçunu heyətinə cəlb etdi

    “Barselona” argentinalı müdafiəçi Santyaqo Ramosu heyətinə cəlb edib.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    Katalonlar Ramosla üç illik müqavilə imzalayıblar. 18 yaşlı Ramos Argentinanın “Boki Xuniors” klubunun yetirməsidir.

    Qeyd edək ki, “Barselona” hazırda 46 xalla İspaniya çempionatında ikinci yerdədir. Onu lider “Real”dan üç xal ayırır.

  • “Universitetdən çıxmağa icazə verilmir” – Çində təhsil alan azərbaycanlı – Video

    “Universitetdən kənara çıxmağa icazə yoxdur. Bu çəkilişləri edə bilmək üçün çətinliklə icazə almışam”.

    Bunu Çində təhsil alan azərbaycanlı tələbə Əli Əlizadə SİA-ya açıqlamasında deyib.

    Ə.Əlizadə bildirib ki, universitetdə, ümumiyyətlə şəhərdə səhiyyə əməkdaşları əllərində sırf virusun simptomlarını ortaya çıxara bilən qızdırma ölçən cihazla mütəmadi olaraq yoxlamalar aparırlar: “Tələbələr həm universitetə daxil olarkən, həm də ali təhsil müəssisəsindən kənara çıxarkən ciddi yoxlanılırlar. Universitetdən kənara çıxan tələbələrə tez qayıtmaqları barədə tapşırıqlar verilir. Geri qayıdan tələbədə əgər hərarət normadan artıqdırsa, həmin tələbə birbaşa xəstəxanaya göndərilir”.

    Ə.Əlizadə qeyd edib ki, yaşadığı və təhsil aldığı Anhui əyalətinin Hefei şəhəri virusun ortaya çıxdığı və daha geniş yayıldığı Uhan şəhərinə 300 kilometr məsafədə yerləşir: “Hefei şəhərində vəziyyət hələ ki, normaldır. Hazırda Çində virusa yoluxanların sayı 20 min 502 nəfər, virusdan ölənlərin sayı 426 nəfər, bu epidemiyadan sağalanların sayı isə 660 nəfərdir. Bu rəqəm Çin hökumətinin rəsmi yaydığı statistikadır. Uhanda karantin vəziyyəti davam etməkdədir. Uhan şəhərində təxmini 6 və ya 7 azərbaycanlı tələbə olub, lakin qardaş Türkiyə onları oradan evakuasiya edib. Hazırda onlar Türkiyədə karantin vəziyyətindədirlər”.

    Sonda isə Ə.Əlizadə vurğulayıb ki, Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları bizimlə mütəmadi əlaqə saxlayır və halımızın, vəziyyətimizin necə olduğu ilə maraqlanırlar: “Yaşadığım şəhərdə supermarketlər fəaliyyət göstərir, lakin nisbətən kiçik mağazalar bağlanıb. Marketlərdə bəzi ərzaq çatışmazlığı da var. Bağlanan marketlərin nə vaxt açılacağı isə məlum deyil. Əksər universitetlər ikinci semestri ləğv edib. Bəzi universitetlər isə ikinci semestrin başlama tarixinin gecikəcəyini bildirib. Lakin dəqiq vaxt deyilmir. Bu bir və ya iki ay da ola bilər. Hazırda bütün tələbələr xəbər gözləyirlər”.

  • “Məzahirə zəng edərəm…“ – Hadı Rəcəblinin səs yazısı yayıldı

    9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd olan, hazırkı millət vəkili Hadı Rəcəbliyə məxsus olduğu bildirilən səs yazısı yayılıb.

    Hadı Rəcəbliyə məxsus olduğu bildirilən səs yazısında millət vəkili Emil adlı şəxsə müraciət edərək onun namizədliyini geri götürməyi təklif edir.

    Qeyd edək ki, 74 saylı Lənkəran kənd seçki dairəsindən Emil adlı yalnız bir nəfər deputatlığa namizəd var. Həmin şəxs 1980-ci il təvəllüdlü Vahabov Emil Eminağa oğludur. Səs yazısında Hadı Rəcəbli Emildən namizədliyini geri götürməyini istəyir. Bildirir ki, lazım gəlsə MSK sədri Məzahir Pənahova zəng edib seçkinin nəticələrini dəyişdirə bilər. /Yeniavaz.com

    Həmin səs yazısını təqdim edirik:

  • AZAL-ın saytında bəzi funksiyalar işləməyəcək

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) internetdəki resurslarının yeni platformaya köçürülməsi ilə əlaqədar bu gün saat 20:00-dan aviaşirkətin www.azal.az ünvanındakı saytında bəzi funksiyalar işləməyəcək.

    AZAL-ın yaydığı məlumata görə, söhbət internet səhifəsinin aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması hissələrindən gedir.

    Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür.⠀

    “Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə callcenter@azal.az elektron poçt ünvanı, saytımızdakı əks əlaqə forması və yaxud “WhatsApp”: +994 12 437 40 82 vasitəsilə müraciət edə bilərsiniz”, – məlumatda qeyd edilib.

  • Bu dövlət qurumu müraciətə gec cavab verdiyi üçün cərimələndi

    Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cərimələnməsinə dair verilmiş şikayətə baxılıb.

    Fond hüquqi şəxsin sorğusuna beş gün müddətində cavab vermədiyi üçün 300 manat məbləğində cərimələnib.

    İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə) maddəsi ilə ittiham edilib.

    Yasalam Rayon Məhkəməsinin qərardadından verilən şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.