Month: February 2020

  • Koronavirus, qrip və soyuqdəymədən qoruyan sadə qaydalar – Tanınmış professor izah edir

    Tanınmış rusiyalı həkim, tibb elmləri doktoru, professor Vladimir Nikiforovun sözlərinə görə, əlləri mümkün qədər tez-tez yumaq istənilən virus və soyuqdəymədən qoruyan ən sadə qaydadır.

    Lakin professor xəbərdarlıq edib ki, əlləri adi sabunla yumaq lazımdır. Daim dezinfeksiyaedici vasitələrdən, spirtdən istifadə etmək ziyanlıdır. Bu vasitələrdən sui-istifadə ekzemanin inkişafına səbəb olur. Bunun səbəbi dərinin təbii qoruyucu qatın, mikrofloranın pozulmasıdır.

    Milli.Az saglamolun.az-a istinadən bildirir ki, professorun sözlərinə görə, maskalar da viruslardan müəyyən dərəcədə qoruyur. Çöldə maskanın taxılması mənasız və hətta ziyanlıdır, açıq havada viruslar tez məhv olur, nəm maska ilə bir müddətdən sonra özü infeksiya mənbəyinə çevrilir.

    Maskaları qapalı yerlərdə, nəqliyyatda taxmaq lazımdır. Nəzərə alın ki, maskanı hər 1,5 saatdan bir dəyişmək, maskanı çıxardıqdan sonra əlləri sabunla yumaq lazımdır.

    Professor Nikiforov açıq havada gəzməyi, evin havasını tez-tez dəyişməyi, evin döşəmlərini gündə bir neçə dəfə silməyi tövsiyə edir.

    Epidemiyalar zamanı insanların çox olan yerlərdən mümkün qədər uzaq olmaq lazımdır.

    Həmçinin kifayət qədər su içmək və meyvə-tərəvəz, göyərti kimi təbii vitamin mənbələrinin istehlakını artırmaq lazımdır.

  • Misir koronavirus ucbatından 235 min çinli turisti itirə bilər

    BMT-nin Dünya Turizm Təşkilatının Misir üzrə müşaviri Səid əl-Batuti bildirib ki, hər il Çindən Misirə 235 minə yaxın turist gəlir. Onun sözlərinə görə, koronavirus xəstəliyinin yayılması ilə əlaqədar bu il çinli turistlərin səyahəti baş tutmaya bilər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın müşaviri hər il 200 milyondan artıq çinlinin dünya üzrə turizm səfərlərinə çıxdığını qeyd edib. Eyni zamanda, dünyanın əksər ölkələrinin vətəndaşları da Çinə səfər edirlər. Koronavirus epidemiyası səbəbindən bütün bu səyahətlərin əhəmiyyətli dərəcədə azalacağını diqqətə çatdıran əl-Batuti bildirib ki, Çin vətəndaşları arasında çox populyar olan Misir istiqaməti də həmin turistləri itirə bilər.

    Bu arada, Misirdə koronavirus xəstəliyinə qarşı əlavə tədbirlər də həyata keçirilir. Bu məqsədlə ölkənin şimalında xüsusi hospital ayrılıb, hökumət Çindən sarımsaq idxalını dayandırıb, məktəblərdə sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altına alınıb.

  • Bakıda evdən oğurluq edən qadın tutuldu

    Səbail rayonunda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

    Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də rayon ərazisindəki evlərin birindən 5000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalova saxlanılmışdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Dünyaca məşhur yazıçıdan GÖZLƏNİLMƏZ QƏRAR

    Daha çox qorxu janrları ilə dünyada geniş oxucu bazasına sahib olan amerikalı yazıçı Stiven Kinq “Facebook”dan ayrılmaq qərarına gəlib.

    Yazıçı bu qərarını “Twitter” hesabından paylaşıb.

    “Facebook”un siyasi reklamlarda səhv məlumatları blok etməməsinə reaksiya verən Stephen King paylaşımında “”Facebook”dan ayrılıram. Siyasi reklamlarda icazə verilən yanlış məlumat yığımı məni qane etmir və istifadəçilərin məxfiliyinin qorunması qabiliyyətinə də inanmıram” sözlərini yazıb.

    Qeyd edək ki, Stiven King “”Facebook”dakı izləyicilərinə “İstəsəniz, “Twitter”də izləyin” mesajını da verib. (publika.az)

  • Gəncədə institut binasında yanğın

    Gəncə şəhərinin Şah İsmayl Xətai prospektində yanğın hadisəsi qeydə alınıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə həmin ünvanda yerləşən Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi Şəxs Qərb Regional Ərazi İdarəsinin binasında baş verib.

    Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

    İlkin ehtimala görə, yanğına səbəb elektrik naqilərində baş verən qısaqapanma olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan qazının Ukraynaya tədarükünə dair müzakirə aparılıb

    Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Xəzərin Azərbaycana aid yataqlarından təbii qazın tədarükünə dair danışıqlarının təfərrüatını açıqlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Ukrayna prezidenti enerji daşıyıcılarının nəql yollarının şaxələndirilməsinın mühüm məsələ olduğunu bildirib.

    “Belə ki, Xəzər qazının TANAP boru kəməri ilə müvafiq bağlantılar vasitəsilə Ukraynaya nəql olunması barədə müzakirə apardıq”, – Ukrayna prezidenti məlumat verib.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır və Yunanıstan sərhədində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir. 2018-ci il iyunun 12-də TANAP-ın Türkiyə üçün qaz nəqlini nəzərdə tutan hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.

  • Əməkdar artist Zaur Kamalı “topa tutdu”: Müğənnilərin silikonlarını yoxlayır

    Aparıcılar içində dostlarım var ki, onların verilişlərinə getmədiyim üçün məndən inciyiblər. Bir dəfə aparıcı Zaur Kamalın “5-də 5” proqramına çıxmaq üçün şərt qoymuşdum. Dedim ki, əgər verilişinə gələcəyəmsə, tək gələcəyəm. Çünki həmin proqramda Zaur sənət yoldaşlarıma xoşagəlməz suallar verir.

    Onu da demək lazımdır ki, Zaur mənə qarşı hələ belə şeylər etməyib. Amma kənardan izləyirəm, hər şeyi görürəm. Xanım həmkarlarıma sataşır. Müğənnilərə ikibaşlı suallar verib, silikonlarını yoxlayır. Bu kimi şeylər isə mənə çox yaddır.

    Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Lalə Məmmədova deyib.

    Ötən həftə “Pişik” ləqəbi ilə şou-biznesdə tanınan Günel Ələkbərovanın Zaur Kamalı tənqid etməsi ilə bağlı Lalənin mövqeyi də sərt olub:

    “Güneldən daha öncə Zauru efirdə müğənnilərlə “jarqon”la danışdığına görə mən tənqid etmişdim. Söyləmişdim ki, efirdə qonağa “sən” deyə müraciət etmək olmaz. Çünki yaşca və sənət stajı ilə səndən böyükdür. Müğənni ilə dost ola bilərsən, amma “sən”, “sənin ərin”, “sənin uşaqların belə etdi” və s. kimi məişət söhbətlərini efirə gətirmək olmaz. Bu kimi söhbətlər kamera arxasında qalmalıdır. Efirin öz etiket və etika qaydaları var”.

    Lalə Məmmədova müğənnilərin konsertdən gəlir əldə etmədiyini və yalnız toylardan pul qazandığını deyib:

    “Bəyəm konsertdən pul qazanan müğənni var?!”

    “Xalq artisti Röya Ayxan müsahibələrində deyir ki, mən konsertdən pul qazanıram” şərhinə isə L.Məmmədovanın reaksiyası belə oldu:

    “Röya Ayxandan soruşacam görək nə qədər qazandı? Bəlkə o, konsertindən qazana bilər, amma inanmıram ki, milyonlar qazansın. Röya xanım da boynuna alacaq ki, bizim gəlir yerimiz sırf toylardır”.

    Əməkdar artist redaksiyamızın əməkdaşı ilə söhbətində prodüser Təranə Səmədovanın “Şou-biznesdə kasıbçılıqdır, pul yoxdur” açıqlamasını yalanladı:

    “Çalışan sənət adamı üçün hər zaman pul var. Bizim yeganə gəlir mənbəyimiz toylardır. Şou-biznesimiz bizim toylardır. Mənim gəlirim toylardır. Bir müddət əvvəl dedim ki, ayda 300 manat maaş alıram, camaat elə bildi, deyirəm, 300 manatla dolanıram. 195 manat Azərbaycan televiziyasından, 100 manat da əməkdar artist fəxri adına görə alıram. Buda cəmi 300 manat edir.

    Bu fikirlərim düzgün anlaşılmadı və izləyicilər məni topa-tüfəngə tutdular. Başladılar hamı bir ağızdan “300 manat alır, amma toylara necə geyinib gəlir” deməyə. Müsahibəni sona kimi oxumayıblar. Əlbəttə, toylardan qazanmasam bu cür geyinə, mahnı yazdıra bilmərəm. Pullarımın çoxu elə mahnılarımın alınmasına gedir”.

    Son günlər xeyli çəki atan Lalə Məmmədova bunun səbəbini həyat tərzi ilə əlaqələndirdi:

    “Hazırda çəkim 58 kiloqramdır. Amma çəkim 60 kiloqrama çatanda fövqalədə vəziyyət elan edirəm. Xüsusi pəhrizim yoxdur. Əsəb, stress elə mənim pəhrizimdir (gülür). Pəhrizdəyəm, idman edirəm, qaçıram. Hərdən tükəndiyim anlar olur. Onda yemək yemək də yadımdan çıxır”.

  • Пожар в здании института в Гяндже – ФОТО

    В Гяндже на проспекте Шаха Исмаила Хатаи произошел пожар.

    Как передает Median.Az со ссылкой на АПА, пожар вспыхнул в здании регионального управления Института метрологии.

    На место происшествия были привлечены пожарные расчеты, которым удалось потушить пожар и уберечь от огня остальную часть здания.

    По предварительной версии, причиной возгорания стало короткое замыкание.

    Выясняются обстоятельства происшествия.

  • Bu ölkədə işləyən əcnəbilər arasında azərbaycanlılar çoxluq təşkil edir

    Belarus ərazisinə gələn əmək miqrantlarının sayı artıb.

    İnterfax.ru-nun xəbərinə görə, miqrantların sayı ötən il 2018-ci ilə nisbətən xeyli çoxalıb.

    Belə ki, ötən il onların sayı 20,8 min olub, bu da 2018-ci illə müqayisədə 4,7 min artım deməkdir.

    Ölkə ərazisinə işləməyə gələn miqrantlar arasında azərbaycanlılar da çoxluq təşkil edir.

    Miqrantların 5,6 faizi ixtisaslarına uyğun olaraq və ya ticarət, kənd təsərrüfatı sahəsində işləyirlər. Onlardan 1,2 min nəfəri isə idarəetmə sahəsində çalışır.

    Ümumilikdə Belarusa gələn miqrantlar arasında ilk yeri ruslar, ikinci yeri çinlilər üçüncü yeri isə ukraynalılar tutur.

  • В Ухане врач оказался в полиции за правду о коронавирусе

    Врач-офтальмолог из Уханя Ли Вэньлян в конце декабря рассказал коллегам в чате о семи пациентах с неизвестной вирусной инфекцией, после чего оказался в полиции и получил выговор за распространение «ложных слухов».

    Как передает Median.Az, об этом пишет The New York Times.
    Ночью чиновники из управления здравоохранения Уханя вызвали доктора Ли, требуя рассказать, почему он поделился информацией.
    Три дня спустя полиция заставила врача подписать заявление о том, что его информация представляла собой ложные слухи.
    В конце декабря — начале января власти Китая заставляли врачей и других осведомленных людей молчать о неизвестном вирусе. Как считает издание, если бы чиновники не пытались утаить информацию о болезни, она не получила бы столь широкое распространение. Между первыми случаями заболевания и закрытием Уханя прошло 7 недель, в течение которых власти упустили возможность предотвратить эпидемию.

    Доктор Ли, который вернулся к работе после выговора, 10 января лечил женщину от глаукомы. Как оказалось, она была заражена коронавирусом. Сейчас доктор проходит лечение в той же больнице, где работал.