Month: February 2020

  • Polad Bülbüloğlu: “Bu, mənim üçün çox böyük mükafatdır”

    “Bu, mənim üçün çox böyük mükafatdır, çox böyük”.

    Median.Az xəbər verir ki, bunu Polad Bülbüloğlu Prezident İlham Əliyev tərəfindən ona “Heydər Əliyev” ordeni təqdim olunarkən deyib.

    “Böyük şərəfdir, çox sağ olun, cənab Prezident, minnətdaram. Çox böyük şərəfdir, çox sağ olun. Heydər Əliyevin adı bilirsiniz ki, mənim üçün çox əzizdir. Çox sağ olun, cənab Prezident, kövrəldim. Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanın, bizim vətənimizin ən çətin vaxtında 10 il ulu öndər Heydər Əliyevlə işləmək bir nazir, ümumiyyətlə, bir xadim kimi mənim üçün çox böyük məktəb oldu. O illəri, görüşləri tez-tez yada salıram. Baxmayaraq ki, çətin idi, bizim Böyük Öndərimiz mədəniyyətə həmişə diqqətlə yanaşırdı. İnanın ki, bu günlərdə biz Filarmoniyada məşq aparırdıq, Moskvadan baş dirijorumuz gəlib. Orada mənim yadıma düşdü, danışdım, Filarmoniya təmir olunanda Ulu Öndər kreslolara qədər maraqlanırdı ki, necə olacaq, nə olacaq, hansı rəngdə olacaq, çox diqqətli idi. Çox düz buyurdunuz, hətta vəsait olmayanda şəxsən mənə, ümumiyyətlə, mədəniyyət sahəsinə, mədəniyyət adamlarına onun diqqəti hər bir vəsaitdən artıq idi. Sənət adamları bunu bilirdi ki, cənab Prezident, onlara çox böyük diqqətlə yanaşır. Siz də atanızın yolunu davam etdirərək Azərbaycan üçün çox işlər gördünüz. Mən son günlər Bakıdayam, Azərbaycandayam. Qonaqlar gəlir, inanın ki, bizim bu yeni küçələri, binaları, – qədim Bakı da saxlanılıb, – görəndə hamı Bakıya heyran olur. Bunlar hamısı Sizin, Mehriban xanımın diqqəti sayəsindədir. Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma cənab Prezident, bu, mənim üçün çox böyük mükafatdır, çox böyük”.

  • Ильхам Алиев принял Полада Бюльбюльоглу – ФОТО

    3 февраля Президент Азербайджана Ильхам Алиев вручил Поладу Бюльбюльоглу орден “Гейдар Алиев”.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Полад Бюльбюльоглу – азербайджанский певец, композитор, педагог и актер; доктор искусствоведения, профессор. Народный артист Азербайджанской ССР. Занимал пост министра культуры Азербайджана, в 1995 году был избран депутатом Милли Меджлиса (парламента).

    С 2006 года – чрезвычайный и полномочный посол Азербайджана в России.


  • İlham Əliyev Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim etdi – YENİLƏNİB+FOTO

    Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

    AZƏRTAC xəbər verir ki, Polad Bülbüloğlunu yubileyi münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:

    -Hörmətli Polad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə baxanda adam heç deyə bilməz ki, 75 yaşına çatmısınız. Həmişə cavan, həmişə gümrah, enerjili fəaliyyət göstərirsiniz. Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçısınız. Siz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermisiniz. Deyə bilərəm ki, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus və təkrarolunmaz iz buraxmısınız. Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz. Bunun əyani sübutu odur ki, sizin mahnılarınız yaşayır. Baxmayaraq ki, mahnıların bəziləri 40 il, 50 il bundan əvvəl yazılıb, amma bu mahnılar bu gün də sevilir. Yəni, onlar ölməz mahnılardır, Azərbaycan musiqi fondunun dəyərli nümunələridir. Bildiyiniz kimi, mən də həmişə sizin istedadınızın pərəstişkarı olmuşam və bu gün də böyük məmnuniyyətlə sizin ifanızda o ölməz mahnıları dinləyirəm. Siz nadir musiqiçilərdənsiniz ki, ancaq özünüz bəstələdiyiniz mahnıları ifa edirsiniz. Bu mahnıları heç kim sizin kimi belə ürəklə, məharətlə ifa edə bilməz. Təsadüfi deyil ki, sovet dövründə siz ümumittifaq məhəbbəti qazanmısınız. Siz Sovet İttifaqının hər bir yerində böyük coşqu ilə, böyük məhəbbətlə qarşılanırdınız və sovet estrada məkanında aparıcı ulduzlardan biri idiniz.

    Bu gün müstəqil Azərbaycanın mədəniyyətinin inkişafına böyük töhfə verirsiniz. Siz böyük Bülbülün ailəsində dünyaya göz açmısınız. Ailə tərbiyəsi, Azərbaycan dəyərləri üzərində verilən tərbiyə, əlbəttə ki, sizə çox güclü təsir göstərmişdir. Sizdə milli ruh, milli ləyaqət və çox güclü mətanət hissi var. Mən sizi yaxından tanıyan insan kimi bunu tam məsuliyyətlə deyə bilərəm. Siz ömürboyu sənətdə, həyatda və siyasətdə atanızın adına layiq fəaliyyət göstərmisiniz. Siz fəaliyyətə başlayan gündən Polad Bülbüloğlu kimi özünüzü təqdim etmisiniz, bu da böyük məsuliyyətdir. Çünki siz bu adla o böyük ailə məsuliyyətini, böyük, dahi Bülbülün fəaliyyətini öz fəaliyyətiniz vasitəsilə davam etdirirsiniz. Bu, doğrudan da böyük məsuliyyətdir və bu şərəfli missiyada siz böyük uğurlar əldə etmisiniz.

    Eyni zamanda, dövlət xidmətində böyük nailiyyətləriniz olubdur, bu gün də var. Siz uzun illər Azərbaycanın Mədəniyyət naziri kimi mədəniyyətimiz üçün ən ağır illərdə böyük işlər görmüsünüz. Allaha şükür, indi Azərbaycan inkişaf edən ölkədir, maliyyə imkanlarımız da çoxdur. Amma siz Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyiniz dövrdə bizim maliyyə imkanlarımız yox idi. Əlbəttə, ölkə qarşısında o qədər böyük məsələlər dayanmışdı ki, bəzi hallarda mədəniyyətə vəsait çatmırdı. Siz bizim uzun illər ərzində əldə etdiyimiz nailiyyətləri qoruya və inkişaf etdirə bilmisiniz.

    Siz uzun illərdir ki, Azərbaycanı dünyanın supergüclərindən biri olan Rusiyada ləyaqətlə təmsil edirsiniz. Bilirəm ki, Azərbaycanın maraqları sizin üçün hər şeydən üstündür. Bu illər ərzində görüşlər əsnasında, əlbəttə, bir daha əmin oldum ki, çox düzgün qərar qəbul olundu və siz Rusiyada Azərbaycanın səfiri kimi çox böyük uğurlar əldə etmisiniz. Rusiya-Azərbaycan əlaqələrinin inkişafında sizin çox böyük rolunuz var.

    Yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev həmişə sizə, sizin fəaliyyətinizə böyük diqqət göstərirdi. Zərifə xanım da həmişə sizə diqqət göstərirdi. Siz bizim evimizdə dəfələrlə olmusunuz və biz bir-birimizi 40 ildən çoxdur ki, tanıyırıq. Siz bizim üçün – valideynlərim və mənim üçün həmişə çox doğma adam olmusunuz. Ona görə xüsusi qeyd etməliyəm ki, bu gün – yubiley ərəfəsində sizinlə görüşmək, sizi təbrik etmək mənim üçün çox xoşdur. Sizin fəaliyyətiniz dövlət tərəfindən yüksək qiymətləndirilib. Siz Azərbaycanın bir neçə mötəbər mükafatı ilə təltif olunmusunuz. Ancaq bu mükafatların arasında ən ali mükafat, ən ali orden “Heydər Əliyev” ordenidir. Mənim Sərəncamımla siz bu gün “Heydər Əliyev” ordeni ilə təltif olunursunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.

    ***

    Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • Azərbaycanda avtoyuma məntəqəsi yandı – Xəsarət alan var – FOTO

    Gəncədə avtoyuma məntəqəsində yanğın hadisəsi qeydə alınıb.

    Baku.ws-in verdiyi məlumata əsasən, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

    Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Gəncə şəhər Dövlət Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub.

    Müdaxilə nəticəsində alovun böyüməsinin qaşrşısı alınıb. Hadisə zamanı bir nəfər xəsarət alıb. Eyni zamanda avtoyuma məntəqəsində olan “Hyundai” markalı avtomobil də yanıb. İlkin nəlumata görə yanğın elektrik naqillərində qeydə alınan qısqapanmadan baş verib.

    Hadisənin təfərrüatları dəqiqləşdirilir.

  • Baş Prokurorluq və DİN-dən transformatorda meyiti tapılan Əmrahla bağlı AÇIQLAMA – YENİLƏNİB

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qusarda iki gün öncə itkin düşən və meyiti tapılan uşaqla bağlı birgə məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib:

    “Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib.

    İlkin məlumata görə mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

    * * * * *

    Qusarda iki gün öncə itkin düşən uşağın meyiti tapılıb.

    Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşmüş 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

    Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində vəfat edib.

  • В Лянкяране женщина скончалась после родов

    В Центральной клинике Лянкяранского района женщина умерла после родов.

    Как сообщает Report, жительница села Гирдяни Бабаева Гюльнар Рауф гызы сегодня в 09:25 поступила в больницу на 38-39-неделе беременности. Женщине провели кесарево сечение и извлекли ребенка. После операции у женщины началось кровотечение. Несмотря на усилия врачей, Г.Бабаева скончалась.

    Отметим, что это была вторая беременность женщины.

    По факту ведется расследование.

  • Lənkəranda ana doğuşdan sonra öldü

    Lənkəran rayonunda 24 yaşlı ana doğuşdan sonra ölüb.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva 38-39 həftəlik hamilə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə daxil olub.

    Doğuşa hazırlıq prosedurundan sonra bu gün səhər saatlarında G.Babayeva qeysəriyyə yolu ilə dünyaya uşaq gətirib. Əməliyyatdan sonra qadında qanaxma başlayıb. Zərurət səbəbindən xəstə yenidən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, G.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, ötən il də G.Babayeva qeysəriyyə yolu ilə övlad dünyaya gətirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün əsas səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

  • Bakıda məşhur restoran soyuldu

    Bakının Xətai Rayon Polis İdarəsinin əməkdaşları Nobel prospektində yerləşən məhşur “Bəh-Bəh” restoranında baş verən oğurluq hadisəsini araşdırır.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından daxil olan məlumatda bildirilir.

    Fevralın 2-də restoranın sahibi Vaqif Bağırov polisə naməlum şəxslərin pəncərədən restorana daxil olduğunu bildirib. Cinayətkarlar kiçik bir seyfi açaraq, restoran işçisi İlfan Yusifova məxsus 3400 manat pulu oğurlayıblar.

    İlkin istintaq zamanı əməliyyatçılar oğurluqda şübhəli bilinənlərdən birinin şəxsiyyətini müəyyənləşdiriblər. Onun 18 yaşlı R.D. olduğu məlum olub. Həmin şəxs hələ saxlanılmayıb. Bu istiqamətdə tədbirlər davam edir.

    Əməliyyatçılar oğurluqda iki nəfərdən artıq şəxsin iştirak etdiyini təxmin edirlər. Hadisə yerindən oğruların barmaq izləri olan pivə və mineral su şüşələri götürülüb. Bundan əlavə, şübhəli şəxslərin ərazidə quraşdırılmış müşahidə kameralarına düşdükləri də məlum olub.

    Faktla əlaqədar istintaq davam edir.

    Elə həmin gün Xəzər rayonunun Mərdəkan kəndində mənzildən külli miqdarda oğurluq olub. 35 yaşlı Bəhruz Səfərovun evindən 10 min ABŞ dolları oğurlanıb. Cinayətin üstü hələ açılmayıb.

  • Президент наградил Рамиза Мамедова орденом “Шохрат”

    3 февраля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Рамиза Махмуд оглу Мамедова орденом “Шохрат”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, Р.Мамедов удостоен награды за заслуги в развитии науки в Азербайджане.

  • Prezidentdən Ramiz Məmmədovla bağlı SƏRƏNCAM

    Prezidezident İlham Əliyev Ramiz Məmmədovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub.