Month: February 2020

  • Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsi bağlandı

    Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nizami küçəsində, 166 saylı tam orta məktəbin və Heydər Əliyev Parkının yanında qanunsuz fəaliyyət göstərən ət kəsimi məntəqələri barəsində protokol tərtib edilib.

    Median.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

    Belə ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 166 saylı və 139 saylı tam orta məktəblərin yaxınlığındakı qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar ötən ilin noyabr ayında Agentliyin Çağrı Mərkəzinə vətəndaş şikayəti daxil olub. Daxil olmuş şikayət araşdırılıb, Qaradağ rayon polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları və Qaradağ İcra Hakimiyyətinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı həmin ünvandakı kəsim qurğuları ləğv edilərək qanunsuz fəaliyyətlə məşğul olan sahibkar barəsində 05.11.2019-cu il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə istinadən İnzibati xəta haqqında protokol tərtib edilib.

    28-29 yanvar 2020-ci il tarixlərində isə yenidən Agentlik əməkdaşları Qaradağ İcra Hakimiyyəti və Qaradağ rayon polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları ilə birgə reyd keçirərkən quraşdırılmış qanunsuz heyvan kəsimi qurğuları ləğv edilib.

    Eyni zamanda sahibkarlar bu sahədə maarifləndirilərək heyvan kəsiminin aparılması məqsədilə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələri mövcud olan kəsim məntəqələrinə yönləndirilib.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi tədbirlər görülür.

    Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” ölkə rəhbərinin müvafiq Sərəncamında baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən aidiyyəti tədbirlərin görülməsi öz əksini tapmışdır. Hazırda həmin sərəncama uyğun olaraq AQTA, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilməkdədir.

  • “Arvadın qohumunla gəzir…” – Kürdəmirdəki olayın şok təfərrüatı

    Kürdəmir rayonunda arvadını öldürməyə cəhddə təqsirləndirilən 1974-cü il təvəllüdlü Şahin Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Şahin Kərimov 13 sentyabr 2018-ci ildə, saat 10 radələrində rayon ərazisində yerləşən “Alçikin” restoranında işdə olarkən bacanağı Ərzuman Bəşirov ona zəng edib.

    Ərzuman Bəşirov bacanağına arvadı Qumru Salayevanın ona xəyanət etməsi, onun qohumu Bəxtiyar Kərimovla intim əlaqədə olması barədə məlumat verib.

    Bundan əsəbiləşən Şahin Kərimov Bəxtiyar Kərimovu yanına çağıraraq ondan bu barədə soruşub. Bəxtiyarın cavabı onu qane etməyib. Dəqiqləşdirmə aparmaq məqsədi ilə o, Bəxtiyar Kərimov və Ərzuman Bəşirovla birlikdə Aşıq Şakir küçəsində yaşayan qayınanası Almaz Salayevanın evinə gedib, sonuncudan arvadı barədə deyilənlərin doğru olub-olmadığını soruşub.

    Almaz Salayeva deyilənləri inkar etməsinə baxmayaraq Şahin Kərimov “MİTSUBİSHİ” L-200 minik markalı avtomobillə Kürdəmir rayonu ərazisindəki “Aran” restoranına gedib. Orada spirtli içki içib və Qumru Salayevanı öldürmək qərarına gəlib. O, yaşadığı evə gedib, yataq otağında saxladığı ov tüfəngini götürüb və atəşə hazır vəziyyətə gətirib.

    Şahin həmin gün saat 15 radələrində arvadının müvəqqəti yaşadığı ata evinə yollanıb. Həyətə daxil olaraq əlindəki silahı evin yanında görünməyən yerə qoyub və pilləkənlərlə eyvana qalxıb.

    Bu zaman ərinin gəldiyini bilən Qumru eyvana çıxıb. Arvadını görən Şahin Kərimov dərhal pilləkənlərdən geriyə qayıdıb. Silahı qoyduğu yerdən götürərək evin eyvanında dayanmış Qumru Salayevaya 4 metr məsafədən atəş açıb.

    Qolundan xəsarət alan Qumru Salayeva canını qurtarmaq üçün yataq otağına qaçıb. Qadın yataq otağında stolun altında gizlənib.

    Şahin Kərimov ikinci patronu da silahın lüləsinə qoyub və Qumrunun arxasınca yataq otağında girib. O, yataq otağında stolun altında gizlənən arvadına tərəf daha bir atəş açıb.

    Atəş səsinə oyanan Qumru Salayevanın anası Almaz Salayeva ona mane olmaq istəyib, kürəkənini itələyərək yerə yıxıb.

    Qayınanasının bu hərəkətlərindən sonra Şahin Kərimov növbəti dəfə atəş aşmaq imkanı olmayıb.

    Həmçinin Şahin Kərimov arvadının kəskin qan itirdiyini görüb və öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb.

    Qumru Salayeva vaxtında Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

    Cinayəti törədən Şahin Kərimov isə həmin gün Kürdəmir rayon polis şöbəsinə gəlib. O, arvadını güllələdiyini etiraf edib və könüllü təslim olub, cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.

    İstintaq orqanı tərəfindən Şahin Kərimovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Kərimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Şahin Kərimov apelyasiya şikayəti verib. O, qeyd edib ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesində verdiyi ifadələrdə həyat yoldaşını öldürmək istəməyib. Arvadını sadəcə qorxutmaq istəyib.

    Həyat yoldaşını öldürmək üçün onun bütün imkanları olduğunu söyləyən Şahin Kərimov qeyd edib ki, onun məqsədi öldürmək olmayıb, bu səbəbdən bu imkanından istifadə etməyib.

    Şahin Kərimovun şikayəti araşdırılıması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

    Apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

    Şahin Kərimovun cəzası 9 ilə endirilib.

  • “Narkotik dozasını aşaraq komaya düşdüm…” – Elşad Xosedən şok etiraflar- VİDEO

    Reper Elşad Xose şəxsi həyatı ilə bağlı etiraf edib .

    Median.Az xəbər verir ki, o “Popumuz var” verilişində narkotikin təsirindən komaya düşdüyünü etiraf edib.

    “Narkotikin təsirindən 2 gün komada olmuşam. Daha sonra iyrəndim, tərgitdim. Amma bir də görürsən ki, əsəbləşəndə özündən asılı deyil adam istəyir. Onun əvəz edən ikinci bir şey yoxdur. Adətən narkotiki içki ilə əvəz edirlər, amma deyim o heç bir çarə deyil. Əsəs insan özü onu istəməməlidir.”//azxeber.com

  • Стало известно, сколько дней Азербайджан будет отдыхать на праздник Новруз

    В этом году на праздник Новруз 7 дней будут нерабочими.

    Как сообщает Median.Az сос сылкой на АПА, согласно решению Кабинета министров от 2 декабря 2019 года, 20, 21, 22, 23, 24 марта 2020 года – праздничные дни.

    Согласно Трудовому Кодексу, так как 21 и 22 марта приходятся на субботу и воскресенье, то 25 и 26 марта тоже будут считаться нерабочими днями.

    Таким образом, праздничные дни в марте – 20, 21, 22, 23, 24, 25, 26 марта.

    В то же время, так как Международный женский день 8 марта приходится на воскресенье, то согласно Трудовому Кодексу 9 марта также является нерабочим днем.

  • “Erkən yaşda nikaha daxil olan uşaqların valideynləri məsuliyyətə cəlb edilməlidir” (VİDEO)

    Azərbaycanda erkən nikaha görə tətbiq edilən cəzalar sərtləşdiriləcək.

    ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində bununla bağlı sujet yayımlanıb.

    Siracəddin Kərimov – Hüquqşünas: “Bu günki qanunvericilik bazası erkən nigahlarla bağlı bütün məsələləri tam olaraq tənzimləmir”.

    Seymur Məmmədov – AQUPDK-nin nümayəndəsi: “Əsas məsuliyyət düşür valideynlərin üzərinə”.

    İllərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq ölkəmizdə hələ də uşaq evliliklərinə rast gəlinir. Rəsmi qeydiyyata alınmadan qurulan belə münasibətlər isə adətən hansısa bədbəxt hadisə vaxtı üzə çıxır. Bir neçə gün öncə Masallıda 16 yaşlı gəlinin 19 yaşlı bəy tərəfindən öldürülməsindən sonra növbəti belə hal ictimailəşdi.

    Sakin: “Bu erkən nigahlar bizim əsrimizin ən böyük faciələrindən biridir. Fikrimcə erkən nikaha daxil olan uşaqların hər iki, həm oğlan, həm qız tərəfinin valideynləri məsuliyyətə cəlb edilməlidir”.

    Sakin: “Uşaq evliliyə hazır olmur, yəni onu ailədə nə gözləyir, ailədə münasibət, böyüklərlə yanaşma tərzini bilmirlər”.

    Ölkədə erkən nikahları saylarını müəyyənləşdirmək çətindir. AQUPDK (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yalnız müstəsna hallarda icazə verilmiş 17 yaşda evliliyi erkən nikah olaraq qeydiyyata alır ki, bu sayda da son illər azalma müşahidə edilir.

    Seymur Məmmədov AQUPDK-nin nümayəndəsi: “Ötən illər indiki illər arasında erkən nigahların fərqində ciddi azalma var.

    Belə ki, 2011-ci ilin statistiksında 5 138 nəfərin erkən nigahı qeydə alınmışdırsa 2018-ci ilin statistikasında bu 338 nəfər təşkil edir”.

    Uşaq evliliyi əksər hallarda valideynlərin razılığı, həttə təşəbbüsü ilə gerçəkləşir. Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanları nikaha girməyə məcbur etdiyinə görə, onlar həbs edilə bilər. Lakin bu könullu olarsa, valideyni hətta inzibati məsuliyyət belə gözləmir.

    Siracəddin Kərimov – Hüquqşünas: “Yetkinlik yaşına çatmayan şəxsi məcbur etmək 4 ilə qədər azadlıqdan məhrum etmə və yaxudda ki, 3 min manatdan 4 minə qədər cərimə cəzasının təyin olunması ilə nəticələnə bilər. Cinayət tərkibi mövcuddur amma bu izdivaca razılıq verdiyinə görə, buna şərait yaratdığına görə valideyn hər hansı bir məsuliyyət daşımır”.

    Ekspertlər düşünürlər ki, bu qayda dəyişməlidir. Üstəlik, yetkinlik yaşına çatmayanların toy məclisinə icazə verdiyinə görə, şadlıq sarayı rəhbərliyinin və buna göz yuman məmurların da cəzalandırılması təklif edilir.

    Seymur Məmmədov – AQUPDK-nin nümayəndəsi: “Qəyyumluq himayə orqanına da böyük məsuliyyət düşür. Bu işlə bağlı qəyyumluq himayə orqanının borcu da hadisə barədə məlumat alanda müvafiq tədbir görməyidir, yəni bu birmənalı olaraq qanunvericiliyin tələbidir”.

    Siracəddin Kərimov – Hüquqşünas: “Tutaq ki, hər hansı bir şadlıq sarayında toy ziyafəti olur, açıq-aşkar görünür ki, bu gəlinin 16 yaşı yoxdur. Həmin o şadlıq sarayının məsul şəxsləri də məsuliyyət daşımalıdırlar hansı ki, o məsuliyyətdə nəzərdə tutulmur”.

    Qeyd edək ki, Azərbaycanda nikaha girmə yaşı 18-dir. Müstəsna hallarda 17 yaşda nikaha girməyə icazə verilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasına görə isə 18 yaşı tamam olmayan hər kəs uşaq sayılır və uşaqların evlənməsi qadağandır.

  • Bir həftə iş olmayacaq

    Median.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

    Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

    Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

    Eyni zamanda 8 mart – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, martın 9-u qeyri-iş günü olacaq.

  • Gəncədə institut binasında yanğın olub

    Gəncə şəhərinin Şah İsmayl Xətai prospektində yanğın hadisəsi qeydə alınıb.

    APA-nın məlumatına görə, hadisə həmin ünvanda yerləşən Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi Şəxs Qərb Regional Ərazi İdarəsinin binasında baş verib.

    Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

    İlkin ehtimala görə, yanğına səbəb elektrik naqilərində baş verən qısaqapanma olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Koronavirusa yoluxanların əsl sayı açıqlandı

    Honq Konq Universitetinin alimləri koronavirusa yoluxan insanların dəqiq sayı barədə açıqlama verib.

    Bu barədə “Science Alert” xəbər yayıb.

    Araşdırmaçıların hesablamalarına görə, 2020-ci il yanvarın 25-nə kimi infeksiyaya yoluxanların sayı 75815 nəfər olub. Bu isə rəsmi rəqəmlərdən 10 dəfə artıqdır.

    Virusun yayılması ilə bağlı real mənzərə nəzəri modelləşmə əsasında alınıb. Təsdiqlənmiş halların rəsmi saylarla uyğun gəlməməsi bir neçə amillə, o cümlədən yoluxma və ilkin simptomlar arasında gecikmə, həmçinin laborator analizlərlə 2019nCov-un orqanizmdə olmasının təsdiqlənməsi üçün lazım olan vaxtla izah olunur.

    Tədqiqatların nəticələrinə görə, dekabr ayında virusla infeksiyalanmış hər bir insan iki-üç nəfəri yoluxdura bilərdi. Xəstələrin sayı hər 6,4 gündən sonra iki dəfə artıb.

    Lakin hesablamalar doğru olarsa, bu o deməkdir ki, 2019-nCov-dan ölüm səviyyəsi ehtimal olunandan da azdır və bir faizdən də az təşkil edir

    Nəşrdə vurğulanır ki, mövsümi qripdən hər il 290000-650000 arası insan həyatını itirir.

  • Обнаружено тело пропавшего без вести подростка в Гусаре – ОБНОВЛЕНО-1

    Генеральная прокуратура и Министерство внутренних дел распространили совместное сообщение в связи со смертью подростка, пропавшего без вести в Гусаре.

    Как отмечается в поступившем в АПА совместном сообщении, тело пропавшего без вести 1 февраля жителя села Бадиргала Гусарского района Амрахова Амраха Нурулла оглу (2006 г.р.) было обнаружено 3 февраля примерно в 16 часов в трансформаторной будке на территории частного хозяйства в 1 км от его дома.

    Сотрудники полиции и прокуратуры осмотрели место происшествия и тело при участии представителей ОАО «Азеришыг» и судебно-медицинского эксперта.

    По предварительной информации, смерть наступила от удара током. По факту в районной прокуратуре возбуждено уголовное дело по статье 314.2 УК (Халатность, повлекшая по неосторожности смерть потерпевшего или иные тяжкие последствия).

    Назначены соответствующие экспертизы, допрошены свидетели по делу, выполнены другие необходимые процессуальные действия. Оперативно-следственные мероприятия с целью установления и привлечения к ответственности всех обвиняемых, полного и всестороннего расследования всех фактов по уголовному делу продолжаются.

    ***

    Обнаружено тело пропавшего без вести в Гусаре подростка.

    Как сообщили АПА в губинской региональной группе пресс-службы Министерства внутренних дел, в результате оперативно-розыскных мероприятий, проведенных сотрудниками отдела полиции Гусарского района, тело пропавшего без вести 1 февраля Амрахова Амраха Нурулла оглу (2006 г.р.) было обнаружено сегодня днем в трансформаторной будке.

    В ходе расследования стало известно, что Амрах Амрахов зашел в трансформаторную будку и погиб от удара током.

    ***

    Житель Гусара пропал без вести.

    Как сообщили АПА в губинской региональной группе пресс-службы Министерства внутренних дел, житель села Бадиргала Гусарского района Амрахов Амрах Нурулла оглу (2006 года р.) вечером 1 февраля 2020 года вышел из дома и не вернулся.

    Приметы Амраха Амрахова: Рост 155-160 см, среднего телосложения, короткие волосы, на правой брови имеется маленький шрам. Свободно говорит на азербайджанском и лезгинском языках.

    На нем были черные спортивные штаны, черная куртка и черный спортивный головной убор.

    Просьба тем, кто обладает какой-либо информацией о подростке, сообщить в службу «102 колл-центра» МВД, а также в Гусарский районный отдел полиции по городскому номеру 023-385-28-22.

  • Bakıda 37 yaşlı kişi dəm qazından boğulub

    Bakıda ölüm hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Muradlı Elməddin Ədalət oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.

    Meyitin ilkin müayinəsi zamanı E. Muradlının dəm qazında zəhərlənərək öldüyü müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.