Month: February 2020

  • «PAŞA Holdinq»in rəhbəri – DƏYİŞDİ

    «PAŞA Holdinq»yeni baş direktoru vəzifəsinin icrasına başlayıb.

    FED.az xəbər verir ki, fevralın 1-dən etibarən ölkənin ən böyük biznes qruplarından olan holdinqə Cəlal Qasımov başçılıq edir. İndiyədək C.Qasımov «Paşa Holdinq»də baş direktorun müavini vəzifəsini icra edirdi və yeni vəzifəsində Mir Cəmal Paşayevi əvəzləyib.

    «PASHA Holding»in baş direktorunun dəyişəcəyini bir qədər əvvəl Mir Cəmal Paşayev özü açıqlamışdı: «Davamlılıq Proqramına əsasən, son iki ildən bir az artıq müddətdə Cəlal ilə birlikdə tədricən təşkilatı bu dəyişikliyə hazırladıq. Səhmdarlar tərəfimdən baş direktor vəzifəsinə irəli sürdüyüm namizədi dəstəklədirlər».
    Mir Camal Paşayev özü isə İdarə Heyətinin üzvü olaraq idarəedicilər komandasını dəstəkləməyə davam edərək strateji biznesin idarə edilməsini həyata keçirəcək və istedadların inkişafına xüsusi diqqət yetirəcək.

    Xatırladaq ki, “PAŞA Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq iqtisadiyyatın maliyyə, tikinti və turizm sektorlarında bir sıra müəssisələrə malikdir. Hazırda «Paşa Holdinq»in aktivlərinin həcmi milyard 922 milyon manata, işçilərinin sayı 2500-ə çatır. «Bir neçə il ərzində holdinq, səhmdarların uğurlu korporativ idarəetmə təcrübəsi, biznes diversifikasiyasının uğurlu tətbiqi və regional genişlənmə strategiyası sayəsində regionun mühüm və çoxtərəfli investisiya şirkətinə çevrildi»-deyə C.Qasımov bildirib.

    Holdinqdəki fəaliyyətinə qədər Azərbaycanın 3 bankında rəhbər vəzifədə– «Bank of Baku» və «Unibank»da İdarə Heyətinin sədri, «Kapital Bank»da Müşahidə Şurasının sədri olub.

    «PASHA Holding»də karyerasına 2015-ci ildə başlayıb, əvvəl Banklar Qrupunun direktor müavini, 2016-cı ildə holdinq direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

    Uorik Universiteti (Böyük Britaniya, Warwick Business School) biznes məktəbində MBA dərəcəsinə sahibdir. Bundan əvvəl o, Azərbaycan Ali Diplomatik Kollecində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə (Magistr pilləsi) təhsil alıb. Həmin ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (bakalavr pilləsi) təhsil alıb.

    Cəlal Qasımov – «Nə? Harada? Nə zaman?» verilişinin aparıcısı, hazırda İTV-ə rəhbərlik edən Balakişi Qasımovun qardaşıdır.

  • Türkiyə ordusuna İdlibdə zərbə: Dörd şəhid, doqquz yaralı

    Suriyanın İdlib bölgəsində rejim qüvvələri tərəfindən aparılan artilleriya atışları nəticəsində Türkiyə ordusunun dörd əsgəri şəhid olub, birinin vəziyyəti ağır olmaqla, doqquz əsgəri isə yaralanıb.

    “Hürriyyet” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    “İdlibə atışmaların qarşısının alınması məqsədilə bölgəyə əlavə qüvvə kimi göndərilən bölmələrimizə olduqları yer əvvəldən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən kəskin artilleriya atışları nəticəsində dörd qəhrəman silah yoldaşımız şəhid olub, biri ağır olmaqla, doqquz silah yoldaşımız isə yaralanıb.

    Bölgədə müəyyən edilən hədəflər dərhal atəş dəstəyi vasitələrimizlə atəşə tutulub, zəruri qarşılıq verilib, hədəflər məhv edilib. Hadisələrin gedişi diqqətlə izlənilir və zəruri tədbirlər görülür”, – deyə Türkiyə MN-dən bildirilib.

  • Арабский миллиардер предложил Хабибу 180 миллионов евро за бои с Макгрегором и Мейвезером

    Менеджер Хабиба Нурмагомедова Али Абдель-Азиз заявил, что российскому бойцу предложили 180 миллионов евро за бои против Конора Макгрегора и Флойда Мейвезера, сообщает sportbox.ru.

    Али Абдель-Азиз, представляющий интересы Нурмагомедова, рассказал британской прессе, что он провел встречу с некими миллиардерами из Саудовской Аравии. По его словам, они готовы заплатить такую сумму, если оба боя состоятся в этой стране.

    Ранее в Саудовской Аравии прошел бой-реванш за звание чемпиона мира по боксу по версиям WBA Super, IBF, WBO и IBO между Энтони Джошуа и Энди Руисом.

    Свой следующий бой Нурмагомедов проведет 18 апреля против американца Тони Фергюсона. Также ведутся разговоры о том, что осенью 2020 года между Хабибом и Макгрегором может пройти реванш — в октябре 2018-го российский боец победил удушающим приемом.

    Также обсуждается вероятность проведения поединка между Нурмагомедовым и бывшим чемпионом мира по боксу Мейвезером.

  • Azərbaycanlıları Çindən gətirən təyyarə Ankaraya enir – CANLI

    Çinin Uhan şəhərindən çıxarılan Azərbaycan vətəndaşları artıq Türkiyədirlər.

    “Haber Global”ın məlumatına görə, onları Türkiyəyə gətirən təyyarə Etimesgut Hərbi Hava Limanında eniş edib.

    Təyyarədə 32 Türkiyə, altı Azərbaycan, üç Gürcüstan və bir Albaniya vətəndaşı olmaqla 42 nəfər olub.

    Onların iki həftə ərzində Türkiyə ərazisində hər biri ayrı otaqda olmaqla karantin vəziyyətində qalacağı bildirilir.

  • У аппарата BakıKart в метро найдена крупная сумма денег – ФОТО

    Сотрудник полиции Бакинского метрополитена обнаружил крупную сумму денег на станции метро «28 Мая».

    Как передает Median.Az, об этом сообщает Report со ссылкой на пресс-службу МВД.

    30 января в 18:40 сержант полиции Намиг Насибов обнаружил на полу метростанции 2139 манатов.

    В тот же день гражданка Илаха Садыгова обратилась в полицию в связи с утерей денег в метро возле аппарата BakıKart.

    Владелица потерянных денег выразила благодарность полиции.

  • В бакинском НИИ за полмесяца скончались семь пациентов

    В Научно-исследовательском институте легочных заболеваний в Баку в субботу скончался еще один пациент, седьмой по счету в период с 15 января и по 1 февраля включительно, сообщает Unikal.org.

    Как отмечает издание, утром 1 февраля здесь скончался житель Шамахинского района Рамиз Гахраманов 1977 года рождения с двусторонней пневмонией и тяжело протекающей острой сердечно-легочной недостаточностью.

    По имеющейся информации, он 20 дней лечился в домашних условиях, после чего больного доставили в НИИ, где в критическом состоянии поместили в первое отделение реанимации. Несмотря на усилия врачей, утром пациент скончался.

  • “Neftçi” – “Sumqayıt” matçı zamanı insident baş verdi

    Azərbaycan Premyer Liqasında XV turun “Neftçi” – “Sumqayıt” matçı zamanı insident baş verib.

    “Report”un məlumatına görə, oyunun sonlarında qonaq komandanın 3 azarkeşi fişəng yandırdıqları üçün tribunadan çölə çıxarılıb. Onlar post-patrul maşınına mindirilərək, 24-cü polis bölməsinə aparılıblar.

    Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

  • Ərəb milyarderləri Həbibə Konor və Floydla döyüşə görə 180 milyon avro vəd ediblər

    UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova Konor Makqreqor və əfsanəvi boksçu Floyd Meyvezerlə döyüşə görə, təxminən 180 milyon avroya yaxın pul vəd edilib.

    Bu barədə “The Sun” Həbibin meneceri Əli Abdel-Əzizə istinadən məlumat yayıb. 31 yaşlı döyüşçüyə bu təklif Səudiyyə Ərəbistanı milyarderlərindən gəlib. Onlar döyüşlərin Ər-Riyadda baş tutmasını istəyirlər.

    Qeyd edək ki, Həbib Nurməhəmmədovun növbəti görüşü aprelin 18-də Toni Ferqyusonla olacaq.

  • İnsanların yavaş qaçmasının elmi səbəbi açıqlandı

    Bu zamana qədər qaçaraq ən yüksək sürətə çata bilən insan olan Usain Bolt, 37.6 km/saat sürətə çata bilmişdi. Bəs Usain Boltun rekordu qırıla bilərmi? Ya da kbiri, insan ən çox hansı sürətlə qaça bilər?

    Usain Bolt, 2009-cu ildə qatıldığı 100 metr qaçışında 37.6 km/s sürətə çataraq dünya rekordunu qırmışdı. Usain Boltdan başqa braziliyalı futbolçu Bruno Enrike, 38 km/s sürətə çataraq ən sürətli futbolçu oldu.

    Usain Bolt və Bruno Enrike belə olsa, insanların qaçaraq çata biləcəkləri sürətin bir sərhədi var. Çata biləcəyimiz sürətin bir sərhədi olmasının ana səbəbi, yalnız iki ayağımızın olmasıdır. 2010-cu ildə aparılan araşdırmalar, insan bədəninin daha yüksək sürətlərə çatması üçün lazım olan xüsusiyyətləri sıraladı.

    Araşdırmaçılardan biri, Cənubi Metodist Universitetinin biomexanika üzrə araşdırmaçısı və fizioloqu Peter g.Veyand, insanların qaçanda əldə etdikləri sürətin, qəti olaraq bir sərhədi olduğunu söyləyir. Veyand, insanların daha sürətli qaça bilməsi üçün qaçarkən ayaqların yerə dəydiyi qısa anlarda daha böyük qüvvət yaratması lazım olduğunu ifadə edir.

    Peter G. Veyand, daha uzun ayaqların, daha yüksək sürətlərə çatmaq üçün çox daha faydalı olacağını deyir.

    Dr. Veyand belə danışdı: “Mühüm olan addımların yerlə daha çox təmas etməsidir. Etdiyimiz hər şeydə, robotlar, süni üzvlər; hamısı üçün bu əhəmiyyətli bir fiziki prinsipdir”.

  • Xolesterin və trombu əritmək üçün necə qidalanmaq lazımdır?

    Tromb, onun qopması, fəsadları, hətta ölümə səbəb olması barədə çoxları məlumatlıdır.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, alimlər hansı qidaların bunun qarşısını almağa kömək edəcəyini açıqlayıblar.

    Qan damarında, ürək boşluğunda yaranan laxta qan zaman keçdikcə böyüyərək tromba çevrilir, tıxanmaya səbəb olur. Bu səbəbdən damarda qan axını pozulur və bu, işemik infarktla nəticələnə bilir. Trombozun qarşısının alınmasına hələ gənc yaşlarda başlamaq məsləhət görülür.

    Effektiv müalicə üsulları arasında qan laxtalanmasını azaldan və ürək əzələlərini gücləndirən müntəzəm fiziki aktivlik də var. Bundan əlavə, doymamış yağ qəbulunu məhdudlaşdırmaq və qidalanmaya diqqət etmək lazımdır.
    Mütəxəssislər qan laxtalanmasının qarşısını almaq üşün bir neçə məhsulun adını xüsusilə çəkirlər. Hesab olunur ki, limon bu mənada xüsusilə faydalıdır, çünki tərkibindəki turşu bədəndəki kiçik qan laxtalarını əridir.

    Daha faydalı olması üçün həftədə bir limonu şəkərsiz yemək lazımdır.
    Damar cavanlığının qorunmasında başqa bir köməkçi çuğundur sayılır.
    Barts və London Tibb Məktəbinin alimləri sübut ediblər ki, çuğundur şirəsi və ondan hazirlanmış qidalar qan təzyiqini normallaşdırır və infarkt, insult riskini əhəmiyyətli dərəcədə azaldır.
    Alimlər, sarımsağı qan damarlarının tıxanmasına qarşı mübarizədə təsirli bir vasitə adlandırıblar. Sarımsaq hətta xolesterol ərplərini, duz artıqlarını həll etməyə qadirdir.
    Xüsusi bir effekt üçün altı limonun şirəsinə bir baş sarımsaq əlavə etməklə qarışıq da hazırlamaq olar. Bu qarışıq mütamadi qəbul olunsa, yuxarıda qeyd etdiyimiz problemlə qarşılaşmarıq!