Month: February 2020

  • В Азербайджане объявлен прием в магистратуру вузов и Академии наук

    Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана объявил прием в магистратуру вузов и Национальной академии наук на 2020/21 учебный год.

    Как сообщили в ГЭЦ, заявления для участия во вступительном экзамене принимаются по интернету.

    Бакалавр должен с 3 по 13 февраля 2020 года создать на интернет-сайте ГЭЦ “личный кабинет” ekabinet.dim.gov.az и указать сумму, необходимую для подачи заявления (50 манатов).

    Способы оплаты указаны на сайте epayment.dim.gov.az.

    Экзамен состоится 23 февраля 2020 года.

    Бакалаврам будет представлено 50 тестовых заданий, в том числе 5 тестов в открытой форме, для проверки логического мышления, 25 заданий по информатике (5 в открытой форме) и 25 заданий по иностранному языку (5 в открытой форме).

    На выполнение тестов отводится три часа.

  • Magistraturaya sənəd qəbulu elan edildi

    Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib.

    DİM-dən verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2020-ci il  fevralın 3-dən 13-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

    Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq olar. 

    Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 3 fevral 2020‑ci il saat 10.00-dan 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

    Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

    İmtahan 2020-ci il fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

    Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

    Qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bu bakalavrlar 2020-ci ilin iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər.

    Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

    Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra, 2020-ci il iyunun 8-dən 18-dək aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

    İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar. 

  • Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edən üç nəfərin kimliyi bilindi

    Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən üç nəfərin adı məlum olub.

    Trend-in məlumatına görə, həmin şəxslər – 1997-ci il təvəllüdlü Abdul Etibar oğlu Atiba, Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Elman Həbib oğlu Mamiyev və Çin vətəndaşı, 1996-cı il təvəllüdlü Zhenghai Liu Youshadır.

    Azərbaycan vətəndaşı Abdul Atiba Çində ali təhsil alır, yanvar ayında sessiya tətili ilə əlaqədar Bakıya gəlib. E.Mamiyev isə Rusiyanın Krasnoyarsk vilayətində yaşayır və Azərbaycana qonaq gəlib.

    Çin vətəndaşı Zhenghai Liu Yousha isə Bakı Dövlət Universitetinin tarix fakültəsində amerikasünaslıq ixtisası üzrə üçüncü kurs tələbəsidir.

    Müraciət edənlərdən analizlər götürülsə də, onlardan heç birində koronavirus əlamətləri aşkar edilməyib. A.Atiba və E.Mamiyev müayinə olunduqdan sonra evə buraxılsa da, Zhenghai Liu Yousha yanvarın 27-də xəstəxanaya qəbul edilib və hazırda karantində saxlanılır.

    Zhenghai Liu Youshanın atası Çində həmin virusdan vəfat edib.

  • В Баку в ночном клубе задержан наркоторговец

    В результате оперативно-розыскных мероприятий сотрудников Насиминского РУП, проведенных в одном из ночных клубов Баку, задержан житель Баку И.Рзаев (1993 г.р.).

    Как передает АПА, в ходе досмотра у него было изъято 0,23 грамма пара-метоксиметамфетамина (вид амфетамина – ред.).

    В результате продолжившихся оперативных мероприятий в ночном клубе на улице Мухтарова был задержан Р.Алиев, который и продал наркотики И.Рзаеву.

    Во время задержания у него были изъято 11 пакетов пара-метоксиметамфетамина общим весом 23,49 грамма, а также 85,265 грамма марихуаны и 6,461 грамма метамфетамина.

    По данному факту возбуждено уголовное дело.

  • Bakı polisindən gecə klubunda əməliyyat

    Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb.

    APA-nın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ.Rzayev saxlanılıb. Ondan 0,23 qram para-metoksimetamfetamin götürülüb.

    Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayevə narkotik maddəni satan R.Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb.

    Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket para-metoksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket metamfetamin aşkar edilib.

    Hər iki şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

  • В Киеве застрелили известного врача – ВИДЕО

    В центре Киева расстреляли известного пластического хирурга Андрея Сотника.

    Как сообщает “Ren TV”, на кадрах видно, как злоумышленник гонится за убегающим мужчиной и несколько раз стреляет в него.

    Затем преступинк выбегает из двора.

    В настоящее время проходит спецоперация по розыску и задержанию стрелявшего человека.

  • Kiyevin mərkəzində məşhur həkimi qətlə yetirdilər – VİDEO

    Kiyevin mərkəzində məşhur plastik cərrah Andrey Sotniki güllələyiblər.

    “Ren TV” xəbər verir ki, cinayət şəhərdə quraşdırılmış müşahidə kameralarından birinə düşüb.

    Kadrlarda cinayətkarın qurbanının arxasınca qaçaraq ona bir-neçə dəfə atəş açdığını görmək olar.

    Sonra isə həmin şəxs hadisə yerini tərk edib.

    Hal-hazırda Kiyevdə cinayəti törədən şəxsin axtarışı davam edir.

  • В Новой Зеландии родился теленок с пятью ногами

    Фермер из Новой Зеландии поделилась снимком маленького теленка, который только недавно появился на свет.

    Как сообщает Daily Mail, Мелисса Калверсон показала фотографию питомца с пятью ногами – при этом пятая свисает со спины.

    Кроме того, у малыша частично деформирована голова.

    Согласно информации, подобная мутация могла быть вызвана генетической аномалией или означает, что корова вынашивала “близнецов”, один из которого стал частью брата.

    Сама Мелисса надеется, что теленок принесет удачу на ферму, которая переживает не лучшие времена из-за засухи.

  • Yeni Zelandiyada beşayaqlı buzov doğulub

    Yeni Zelandiyalı fermer Melissa Kleverson yeni doğulan buzovun şəklini paylaşıb.

    “Daily Mail” xəbər verir ki, şəkildəki buzovun beş ayağı var.

    Qeyd etmək lazımdır ki ayaq heyvanın belindən sallanır.

    Həmçinin buzovun başı deformasiyaya uğrayıb.

    Məlumata əsasən, bu cür mutasiyaya səbəb ya genetik anomaliya, ya da inəyin qarnında iki əkiz buzovlardan birinin digərinin hissəsinə çevrilməsi olub.

  • Bakıda qardaş qardaşı açarla döyüb xəstəxanalıq etdi

    Bakının Suraxanı rayonunda 45 yaşlı kişiyə qardaşı tərəfindən xəsarət yetirilib.

    APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

    Bakı şəhər sakini Ağayev İlham Həmid oğlunun başına avtomobil təkərini açmaq üçün istifadə edilən açarla bir neçə dəfə zərbə endirilib.

    Nəticədə ağır xəsarət alan İ.Ağayev xəstəxanaya yerləşdirilib.

    Faktı Suraxanı polisi araşdırır. Hadisənin İ.Ağayevin qardaşı tərəfindən törədildiyi deyilir.