Month: February 2020

  • Bakının mərkəzində qan töküldü: Qəzəbli ər arvadını bıçaqladı – FOTO

    Sosial şəbəkələrdə küçədə həyat yoldaşı tərəfindən bıçaqlanan qadının görüntüləri yayılıb.

    Hadisə bu gün səhər saatlarında baş verib. Kişi qadına arxadan yaxınlaşaraq əvvəl bıçaq zərbələri endirib. Daha sonra ona yumruq zərbələri vurmağa davam edib.

    O, polis əməkdaşları tərəfindən saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev saytımıza açıqlamasında bildirib ki, hadisə ailədaxili münaqişə zəmnində baş verib.
    /oxu.az/

  • В Париже полиция разгоняет несанкционированный марш “желтых жилетов”

    Французская полиция применила слезоточивый газ для разгона несанкционированной манифестации движения “желтых жилетов”, участники которой планировали пройти маршем от Лувра до Национального собрания (нижней палаты парламента) страны, сообщает ТАСС.

    Отряды полицейского спецподразделения CRS перекрыли несколько кварталов неподалеку от Лувра и заблокировали часть манифестантов на торговой улице Риволи, призвав их немедленно прекратить несанкционированную акцию.

    Как минимум один человек был задержан в ходе небольшой стычки. В процессе разгона полицейские несколько раз применили гранаты со слезоточивым газом. Согласно сообщениям активистов в Twitter, некоторым участникам были выписаны штрафы в €135 за участие в несанкционированной акции.

    Столкновения с полицией зафиксированы и в других городах страны.

  • Stresi azaltmaq üçün ən faydalı metod hansıdır?

    Gündəlik həyat stressiz yaşamağı, onu tamamilə aradan qaldırmağı mümkünsüz etsə də, stresin azaldılması və ciddi bir sağlamlıq probleminə çevrilməməsi üçün edə biləcəyimiz işlər var.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, aparılan araşdırmalara görə, onlardan biri də kitab oxumaqdır.

    Məlum olub ki, kitab oxumaq stresi aradan qaldıra bilir. Alimlər hesab edir ki, oxunanların tanınması və deşifrləmə prosesi beynin səkkiz bölgəsini və onaların arasında sinir əlaqəsini aktivləşdirir.

    Tədqiqatçılar könüllüləri stres vəziyyətinə salıblar. Bundan sonra onlara ən çox yayılmış istirahət üsullarından birini istifadə etmək imkanı verilib. Nəticə əzələ gərginliyinin və nəbzin nisbətinin azaldığını göstərib. Alimlərə görə, oxumaq yalnız fikir yayındırma deyil, həm də təxəyyülün fəallaşmasıdır. Kitab oxumaq daha çox beyin hüceyrələrini aktiv edir və onlar arasında əlaqə yaradır. Oxuyan zaman təxəyyüldə obrazlar yaradaraq onlar kimi düşünmək məmnunluq hissi yaradır, buna görə də stres azalır.
    Hesab olunur ki, oxumağın faydaları narahatlıq və stresi azaltmaqdan da yüksəkdir. Tədqiqatçılar kitab oxumağı beyin sağlamlığı ilə əlaqələndirirlər. Stresi azaltmaq üçün ən yaxşı metod oxumaq sayılır. Araşdırma zamanı məlum olub ki, oxumaq stresi 68 faiz, musiqi dinləmək 61 faiz, bir fincan qəhvə 54 faiz, piyada gəzmək isə 42 faiz azalda bilir.

  • Ağcabədidə şizofreniya xəstəsinin öldürmək istədiyi qadını qonşular xilas edib

    Ağcabədi rayonunda şizofreniya xəstəsinin qohumu olan qadını öldürməyə cəhd etdikdən sonra intihar etməsinin bəzi təfərrüatları məlum olub.

    APA-nın yerli bürosunun xəbərinə görə, rayonunun Qaraxanlı kənd sakini, 29 yaşlı Hüseynova Könül Surxay qızı yaşadığı evdə həyat yoldaşının əmisi, 50 yaşlı Hüseynov Müşfiq Oruc oğlunun hücumuna məruz qalıb. Ruhi xəstə kimi qeydiyyatda olan M.Hüseynov dəhrə və bıçaqla qadına yaşadığı evdə hücum edib.

    Zərərçəkmiş deyib ki, M.Hüseynov hasardan adlayaraq, evə daxil olub. O, gənc qadına kəsici alətlərlə xəsarət yetirib. K.Hüseynova doqquz və on yaşlı iki övladını götürərək, evdən qaçıb. Onun beş yaşlı uşağı isə evdə çarpayının altında gizlənib. Səs-küyü eşidən qonşular onun köməyinə çatıb, M.Hüseynovu tutaraq, evdən uzaqlaşdırıblar.

    Kəsilmiş-deşilmiş xəsarətlər alan K. Hüseynova xəstəxanaya çatdırılıb.

    Bundan sonra M.Hüseynov sirkə turşusu içərək, özünü öldürüb.

    K.Hüseynovanın yaxın qohumu Səyyarə Əliyeva bildirib ki, M.Hüseynov əvvəllər də bir neçə dəfə bu ailədən olan qadınlara hücum çəkib, K.Hüseynovanın qayınanasını öldürməyə çalışıb:

    “Hələ də bədəninin müxtəlif yerlərində xəsarət izləri var. Amma sonradan sakitləşmişdi. Uşaqlara hədiyyə alırdı, öz balası kimi çox istəyirdi. Bir həftə olar ki, xəstəxanadan çıxıb”.

  • Mahmud Abbas: “Tarixə Qüdsü satan biri kimi düşməyəcəyəm”

    ABŞ Prezidenti Donald Trampın “Yüz illiyin anlaşması” adlandırdığı sülh planını rədd edirik, ABŞ artıq Fələstin üçün dost ölkə deyil.

    “Haber Global”ın məlumatına görə, bu barədə Fələstin lideri Mahmud Abbas danışıb.

    “Trampın “Yüz illiyin anlaşması”nı rədd edirəm. Tarixə Qüdsü satan və ya ondan imtina edən biri olaraq düşmüyəcəm. ABŞ artıq Fələstin üçün dost bir ölkə deyil. Trampla görüşü də rədd etdim”, – Abbas bildirib.

  • 37 nəfərə ölüm hökmü oxundu: Son qərarı müftü verəcək

    Misirin Cinayət məhkəməsi “Beyt Ənsar əl-Məkdis” terror qruplaşmasının 37 döyüşçüsünü 54 cinayətdə, o cümlədən Daxili İşlər nazirini öldürməyə cəhddə təqsirli hesab edərək ölüm hökmü verib.

    Bu barədə “Gazeta” informasiya yayıb.

    İş üzrə ümumilikdə 208 nəfər ittiham edilib, onlardan 37-sinə ölüm hökmü oxunub.

    Misir qanunvericiliyinə əsasən məhkəmənin qərarına bundan sonra ölkə müftüsü Şauki Əlləm baxacaq. O, hökmün şəriətə uyğun olub-olmadığına qərar verəcək.

  • Официальное заявление посольства в связи с эвакуацией граждан Азербайджана из Китая

    “Вместе с братской Турцией была проделана необходимая работа по эвакуации наших граждан из китайского города Ухань. Посол Хазар Ибрагим также, в соответствии с карантинными условиями, будет среди тех, кто встретит прилетевших на самолете граждан”.

    Об этом АПА сообщили в посольстве Азербайджана в Турции.

    В сообщении отмечается, что с первого дня посольство принимало необходимые меры по эвакуации наших граждан. Регулярно поддерживались связи как с Министерством иностранных дел Турции, так и с другими соответствующими структурами.

    В течение 14 дней пребывания в Турции граждан Азербайджана, эвакуированных из Китая, посольство будет оказывать необходимое внимание и заботу.

  • Bəzi namizədlərə xəbərdarlıq edildi

    Bəzi namizədlər hərbçilər qarşısında təşviqat kampaniyası aparan zaman tələbləri pozurlar.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov deyib.

    Onun sözlərinə görə, namizəd hərbi hissədə seçicilər qarşısında görüş keçirmək istəyəndə həmin hərbi hissənin komandiri bu barədə dairə seçki komissiyasına məlumat verməlidir. Onun sözlərinə görə, bəzi namizədlər bu tələbləri pozur:

    “Hansısa namizədin təşəbbüsü ilə hərbi hissələrdə seçicilər qarşısında seçkiqabağı təşviqat kampaniyası aparmaqla bağlı hərbi hissəyə müraciət ediləndə, həmin hərbi hissənin komandiri bununla bağlı dairə seçki komissiyasına məlumat verməlidir. Bundan sonra DSK sədri digər namizədlərə də məlumat verməlidir. Əgər bu tələb yerinə yetirilmirsə, seçki subyekti haqqında müvafiq tədbir görülməsi tələbi yaranır”.

    İclasda müzakirələrdən sonra bununla bağlı namizədlərə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.

  • Bakıda dəstə üzvləri taksi sürücüsünü qətlə yetirdi – MƏHKƏMƏ

    Bakıda taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Tərlan Məmmədov, Azər Mustafayev, Anar Ağabalayev, Rinad İsmayılov, Emin Cəfərzadə və Əyyub Cabbarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənsirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

    Qeyd edək ki, hadisə ötən il iyunun 6-sı saat 18:00 radələrində paytaxtın Qaraçuxur qəsəbəsində baş verib.

    Belə ki, “Mercedes” markalı avtomobildə 33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyiti tapılıb. İlkin məlumata görə, Ə.Əliyev baş nahiyəsinə küt alətlə endirilən zərbə nəticəsində ölüb.

    İyunun 10-da Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Cəfərzadə Emin İldırım oğlu və 36 yaşlı Mustafayev Azər Adil oğlunu saxlayıb. Daha sonra dəstənin digər üzvləri – Tərlan Məmmədov, Anar Ağabalayev, Rinad İsmayılov və Əyyub Cabbarov da tutulub.

    Məlumata görə, Ə.Əliyev icarəyə götürdüyü avtomobillə sərnişin daşıyıb.

  • Bəzi namizədlərə xəbərdarlıq edildi

    Bəzi namizədlər hərbçilər qarşısında təşviqat kampaniyası aparan zaman tələbləri pozurlar.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov deyib.

    Onun sözlərinə görə, namizəd hərbi hissədə seçicilər qarşısında görüş keçirmək istəyəndə həmin hərbi hissənin komandiri bu barədə dairə seçki komissiyasına məlumat verməlidir. Onun sözlərinə görə, bəzi namizədlər bu tələbləri pozur:

    “Hansısa namizədin təşəbbüsü ilə hərbi hissələrdə seçicilər qarşısında seçkiqabağı təşviqat kampaniyası aparmaqla bağlı hərbi hissəyə müraciət ediləndə, həmin hərbi hissənin komandiri bununla bağlı dairə seçki komissiyasına məlumat verməlidir. Bundan sonra DSK sədri digər namizədlərə də məlumat verməlidir. Əgər bu tələb yerinə yetirilmirsə, seçki subyekti haqqında müvafiq tədbir görülməsi tələbi yaranır”.

    İclasda müzakirələrdən sonra bununla bağlı namizədlərə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.