Month: February 2020

  • Президент Ильхам Алиев принял торгового посланника премьера Великобритании по Азербайджану – ОБНОВЛЕНО + ФОТО

    27 февраля Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию во главе с торговым посланником премьер-министра Великобритании по Азербайджану баронессой Эммой Николсон.

    Как сообщает АЗЕРТАДЖ, на встрече баронесса Эмма Николсон вручила Президенту Ильхаму Алиеву памятный подарок, отправленный сборной Уэльса, которая примет участие в предстоящих в Баку в этом году матчах чемпионата Европы по футболу.

    Президент Ильхам Алиев сказал:

    – Благодарю за очень интересные памятные подарки. Выражаю признательность за то, что Вы вместе с нами участвуете в регулярно проводимом министерском заседании в рамках Консультативного совета Южного газового коридора. Ваше личное участие очень важно. Это демонстрирует постоянную поддержку правительством Великобритании реализации этого проекта. Это также свидетельствует о многолетнем партнерстве между нашими странами. Хотел бы сообщить, что со времени нашей последней встречи в реализации проекта достигнут существенный прогресс. Мы довели ТАР до турецко-греческой границы. Это был важный этап в реализации Южного газового коридора.

    Думаю и надеюсь, что когда мы встретимся в Баку в очередной раз – в феврале следующего года, то сообщим о завершении проекта и наметим дальнейшие шаги. Потому что, думаю, завершение строительства, конечно, станет важной вехой, но в то же время откроет новые возможности.

    Я также хочу поблагодарить за ваш личный вклад. Также рад, что часть крупных компаний нефтегазового сектора вступают в очень важный этап сотрудничества с предприятиями малого и среднего предпринимательства. А это – приоритет для нашего правительства, так как мы хотим обеспечить устойчивое развитие для Азербайджана, и будущее нашей экономики в значительной степени будет зависеть от предпринимательства, деятельности предприятий малого и среднего бизнеса и продолжения реформ. Поэтому нефтегазовый сектор будет единственным сектором, который поддержит наши реформы необходимыми ресурсами, и мы продолжим направлять эти ресурсы в человеческий капитал, а также поддерживать частный сектор.

    Еще раз добро пожаловать.

    Торговый посланник премьер-министра Великобритании по Азербайджану баронесса Эмма Николсон подчеркнула значение шестого министерского заседания, которое состоится в Баку в рамках Консультативного совета Южного газового коридора.

    На встрече было отмечено успешное развитие связей между Азербайджаном и Великобританией в различных сферах, в том числе в энергетическом секторе, подчеркнута особая роль ВР в развитии связей в этом направлении, выражена уверенность в дальнейшем расширении сотрудничества.

    В ходе беседы было отмечено, что проводимые в Азербайджане реформы создают новые возможности для сотрудничества между двумя странами.

    На встрече состоялся обмен мнениями о сотрудничестве в области малого и среднего предпринимательства, альтернативной энергии, инноваций, образования, здравоохранения, культуры и др.

    * * * * *

    27 февраля Президент Азербайджана Ильхам Алиев принял делегацию во главе с торговым посланником премьер-министра Великобритании по Азербайджану баронессой Эммой Николсон.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • İlham Əliyev görüş keçirdi – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Baronessa Emma Nikolson bu il futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak edəcək Uels milli komandası tərəfindən göndərilən xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.

    Prezident İlham Əliyev deyib:

    “Çox maraqlı xatirə hədiyyələrinizə görə sizə təşəkkür edirəm. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində mütəmadi keçirilən nazirlərin toplantısında bizimlə birlikdə olduğunuza görə təşəkkür edirəm. Sizin şəxsən iştirakınız çox mühümdür. Bu, Böyük Britaniya hökumətinin bu mühüm layihənin icrasına davamlı dəstəyini nümayiş etdirir. Bu, həmçinin ölkələrimiz arasındakı uzunmüddətli tərəfdaşlığı nümayiş etdirir. Bildirmək istərdim ki, ötən görüşümüzdən bəri layihənin gedişatı ilə bağlı mühüm irəliləyiş qeydə alınıb. Biz TANAP-ı Türkiyə-Yunanıstan sərhədinə çatdırdıq. Bu, Cənub Qaz Dəhlizinin icrasında mühüm mərhələ idi. Düşünürəm və ümidvaram ki, növbəti dəfə – gələn ilin fevralında Bakıda görüşəndə biz layihənin tamamlanması barədə məlumat verəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq. Çünki zənnimcə, tikintinin yekunlaşması, əlbəttə ki, mühüm mərhələ olmaqla yanaşı, eyni zamanda, yeni imkanlar açacaq.

    Mən, həmçinin sizin şəxsən verdiyiniz töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin şadam ki, neft-qaz sektorunda böyük şirkətlərin bir qismi indi kiçik və orta sahibkarlıq müəssisələri ilə çox mühüm əməkdaşlıq mərhələsinə qədəm qoyur. Bu da bizim hökumətimiz üçün prioritet təşkil edir. Çünki biz Azərbaycan üçün dayanıqlı inkişafı təmin etmək istəyirik və bizim iqtisadiyyatımızın gələcəyi əhəmiyyətli dərəcədə sahibkarlıqdan, kiçik və orta sahibkarlıq müəssisələrinin fəaliyyətindən və islahatların davam etdirilməsindən asılı olacaq. Ona görə də neft-qaz sektoru yalnız bizim islahatlarımızı lazımi vəsaitlə dəstəkləyən sektor olacaq və biz bu vəsaiti insan kapitalına yönəltməyə, həmçinin özəl sektoru dəstəkləməyə davam edəcəyik. Bir daha xoş gəlmisiniz”.

    Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçiriləcək nazirlərin altıncı toplantısının əhəmiyyətini vurğulayıb.

    Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib və bu istiqamətdə əlaqələrimizin inkişafında BP-nin rolu xüsusi vurğulanıb, əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub.

    Söhbət zamanı Azərbaycanda aparılan islahatların iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib.

    Görüşdə kiçik və orta sahibkarlığın inkişafı, alternativ enerji, innovasiyalar, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

    * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • Azərbaycanda məşhur ticarət mərkəzində həyəcanlı anlar – VİDEO

    Bakıda ticarət mərkəzlərindən birində həyəcanlı anlar yaşanıb.

    Hadisə “Gənclik Mall”da baş verib.

    Ticarət mərkəzində quraşdırılan təhlükəsizlik siqnalı çalınıb. Daha sonra insanlar təcili çölə çıxarılıblar.

    “Gənclik Mall” məlumat mərkəzi yayılan videonu təkzib edib:

    “Bu gün bizdə belə bir hadisə qeydə alınmayıb”.

  • В результате спецоперации в Мингячевире обезврежен преступник – ОБНОВЛЕНО

    Генпрокуратура и МВД Азербайджана опубликовали совместную информацию по инциденту в Мингячевире.

    “11 января житель Баку Анар Агаев, ранее судимый за незаконное ношение огнестрельного оружия, трижды выстрелил в воздух на территории Сабунчинского района столицы и скрылся.

    По данному факту возбуждено уголовное дело по статьям 221.3 (хулиганство) и 228.1 (незаконное приобретение, хранение, перевозка и ношение оружия) Уголовного кодекса АР. Он был объявлен в розыск.

    26 февраля был установлен его адрес в городе Мингячевир, и с целью привлечения к следствию была проведена спецоперация. Несмотря на предупреждение сотрудников полиции о сдаче, А.Агаев, оказав вооруженное сопротивление, создал большую угрозу для жизни и здоровья людей.

    В результате ответных мер оперативной группы в установленном законодательством порядке с применением служебного оружия Анар Агаев был ликвидирован.

    Во время осмотра его тела и дома, в котором он проживал, были обнаружены и изъяты один пистолет ПСМ с глушителем и шесть патронов к нему, граната РГД-5 и газовый пистолет”, – говорится в информации.

    По данному факту в Мингячевирской городской прокуратуре проводится расследование.

    * * * * *

    Сотрудники правоохранительных органов провели в Мингячевире спецоперацию по задержанию находящегося в розыске преступника.

    Как сообщает АПА, в ходе операции преступник оказал сопротивление сотрудникам органов правопорядка, которые были вынуждены применить оружие.

    Преступник обезврежен.

  • Mingəçevirdə xüsusi əməliyyat: Müqavimət göstərən şəxs məhv edildi – YENİLƏNİB

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə baş verən hadisə ilə bağlı birgə məlumat yayıb.

    Məlumatda deyilir:

    “Bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya üç dəfə atəş açaraq hadisə yerindən qaçıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq, A.Ağayev barəsində axtarış elan olunub.

    Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilib və saxlanılaraq istintaqa cəlb edilməsi məqsədi ilə xüsusi əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq, A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaradıb.

    Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.

    Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı bir ədəd “PSM” markalı tapança, ona aid səsboğucu, altı ədəd patron, bir ədəd “RQD-5” əl qumbarası və bir ədəd qaz tapançası aşkar olunaraq götürülüb.

    Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılır.

    * * * * *

    Mingəçevirdə xüsusi əməliyyat keçirilib.

    APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gecə Mingəçevir şəhərində axtarışda olan cinayətkarın tutulması istiqamətində xüsusi əməliyyat keçirib.

    Əməliyyat zamanı axtarışda olan şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib.

    Hüquq-mühafizə orqanları əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və cinayətkar zərərsizləşdirilib.

  • Nərimanovda 30-dan çox ağac kəsildi – FOTO

    Nərimanov rayonu, Montin qəsəbəsində həyət evlərinin sökülməsi zamanı 30-dan çox ağac kəsilib.

    Sözügedən ərazidə tikinti işlərinin aparılması üçün həyət evləri sökülüb.

    Ərazidə yerləşən 30-dan çox ağac icazəsiz kəsilib.

    Qeyd edək ki, Nərimanov rayonu, Montin qəsəbəsində həyət evlərinin sökülməsi bəzi sakinləri narahat edib.



  • В Азербайджане сохранится ветреная погода

    28 февраля в Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, переменная облачность, утром – туман, порывистый юго-западный ветер.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне ночью составит 5-8, днем – 10-14, в Баку ночью – 5-7, днем – 11-13 градусов тепла.

    Атмосферное давление снизится с 761 до 755 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 45-50%.

    В регионах Азербайджана будет без осадков, ночью и утром в отдельных местах прогнозируется туман, порывистый юго-западный ветер.

    Температура воздуха ночью составит 2-7, днем – 14-19 градусов тепла, в горах ночью – от 3 градусов мороза до 2 градусов тепла, днем – 8-13 градусов тепла.

  • Havanın temperaturu 19 dərəcəyə yüksələcək

    Azərbaycanda sabaha müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralda 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.

  • Bakıda xanım təlimçi qaydaları pozub, sürücünü təhqir etdi – VİDEO

    Bakıda xanım sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb.

    Bununla bağlı video sosial şəbəkədə paylaşılıb.

    Görüntülər Tbilisi prospektində çəkilib. 90-EJ-122 dövlət nömrə nişanlı, “Nissan” markalı təlim avtomobilinin sürücüsü əvvəlcə ara məsafəsini saxlamadan sol zolaqdan sağa keçib, daha sonra isə dönmə işıqlarından istifadə etmədən manevr edib.

    Xanım sürücü digər avtomobili idarə edən şəxsin iradlarına təhqirlə cavab verib.

    Həmin görüntüləri təqdim edirik:

  • İranda koronavirus qurbanlarının sayı artır: Cümə namazları ilə bağlı xəbərdarlıq

    İranda koronavirus qurbanlarının sayı dayanmadan artır.

    “HaberGlobal”ın məlumatına görə, İranda yeni növ koronavirusdan ölənlərin sayı 22 nəfərə çatıb.

    Virusa yoluxanların 141 nəfər olduğu bildirilib.

    İran Səhiyyə naziri Səid Nəmaki virus aşkar edilən bölgələrdə yerləşən məktəblərdə üç gün tətil elan ediləcəyi və universitetlərin bir həftəlik bağlanacağını deyib.

    O, türbələrə girişə məhdudiyyət qoyulması, virus riskli ərazilərdə cümə namazlarının qılınmayacağı barədə əhaliyə xəbərdarlıq edib.