Month: February 2020

  • В Баку восстановлено электроснабжение – ОБНОВЛЕНО

    ОАО “Азерэнержи” сделало заявление в связи с перебоями в электроснабжении Баку.

    Как заявил начальник центра связи с общественностью и медиа ОАО Теймур Абдуллаев, в результате оперативной работы сотрудников структуры авария, возникшая на высоковольтной ЛЭП на участках Сураханского и Низаминского районов Баку, была устранена.

    “Электроснабжение восстановлено”, – отметил Т.Абдуллаев.

    * * * *

    В поселке Ени Рамана Сабунчинского района, на проспекте Гейдара Алиева, в Хатаинском и Низаминском районах Баку наблюдаются перебои в электроснабжении.

    Как сообщили Oxu.Az в ОАО “Азеришиг”, на одной из подстанций возникли неполадки, что стало причиной инцидента.

    “В настоящее время ведутся работы по устранению возникшей проблемы. Неполадки будут ликвидированы в кратчайшие сроки”, – отметили в ОАО.

  • Bakıda elektrik enerjisinin verilişi bərpa edildi – YENİLƏNİB

    “Azərenerji” ASC Bakıda işıqların kəsilməsi ilə bağlı açıqlama yayıb.

    ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb:

    “Əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib”.

    * * * *

    Bakının bəzi hissələrində elektrik enerjisi təchizatının verilməsində problem yaranıb.

    Oxu.Az-ın məlumatına görə, Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi, Heydər Əliyev prospekti, Xətai rayonu və Nizami rayonunda elektrik enerjisi təchizatının verilməsi dayandırılıb.

    Baş vermiş hadisəyə yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranması səbəb olub.

    Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. Qısa zamanda problem həll olunacaq və elektrik enerjisi təchizatının verilməsi bərpa olunacaq.

  • Azərbaycanda hiddət doğuran görüntü – VİDEO

    Sosial şəbəkələrdə hiddət doğuran görüntülər paylaşılıb.

    Görüntülərdə iki kişi (ehtimal olunur ki, MKTB-nin rəsmilərindəndir) xadimə qadına yol kənarındakı bordürləri silmək göstərişi verir.

    Yaşlı qadın da əyilərək səki daşlarını silməyə başlayır.

    Kadrların harada çəkildiyi dəqiq məlum deyil. Ancaq sosial şəbəkə istifadəçiləri Tovuz şəhərində divarların belə rəngləndiyini bildirirlər.

    Kadrlarda görünən beş avtomobildən ikisinin dövlət qeydiyyat nişanı da (Az60) Tovuz rayonuna məxsusdur.
    /oxu.az/

  • İstefaya buraxılan generallar bu yüksək vəzifədə idilər

    Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə istefaya buraxılan hərbçilər Dövlət Sərhəd Xidmətinin (DSX) generallarıdır.

    İstefaya buraxılanlardan general-leytenant Asif Cəbrayılov DSX rəisinin müavinidir.

    General-leytenant Əsgər Xəlilov isə Sərhəd Qoşunlarının komandanıdır. Eyni zamanda o, DSX rəisinin müavini vəzifəsini tuturdu.

    İstefaya buraxılan Fərhad Tağı-zadə də DSX rəisinin müavinidir.

    Xatırladaq ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

    Sərəncamda bildirilir ki, Asif Cəbrayılov, Əsgər Xəlilov və Fərhad Tağı-zadə hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar.

  • Bu qaydaları pozan abunəçilər cinayət məsuliyyətinə cəlb oluna bilər – RƏSMİ

    “Bir sıra abunəçilər qanunsuz olaraq elektrik ölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir”.

    Oxu.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bu gün keçirilən mətbuat konfransında məlumat verib.

    Onun sözlərinə görə, bu kimi hallar əsasən fərdi yaşayış evləri və müəssisələrdə müşahidə edilir:

    “Abunəçilərdə belə bir hal aşkarlanarsa, həmin şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Son 1 il ərzində quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq”.

    V.Nəbibəyli onu da əlavə edib ki, son 5 ildə 1,2 mln. yeni sayğac quraşdırılıb:

    “Hazırda isə 1 mln.-a yaxın istismar müddətini keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçirilir”.

  • Президент Ильхам Алиев наградил группу военнослужащих пограничной службы

    Президент Азербайджана Ильхам Алиев 27 февраля подписал распоряжение о награждении ряда военнослужащих Государственной пограничной службы орденом “Рашадат” третьей степени.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    В распоряжении говорится, что военнослужащие Государственной пограничной службы – генерал-лейтенант Джабраилов Асиф Микаил оглу, генерал-лейтенант Халилов Аскер Сабир оглу и генерал-лейтенант Таги-заде Фархад Сабир оглу награждаются орденом “Рашадат” третьей степени за особые заслуги в обеспечении территориальной целостности, безопасности и охраны государственной границы Азербайджана.

  • İlham Əliyev bu hərbçiləri təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilirlər:

    Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

    Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

    Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.

  • Президент Ильхам Алиев уволил с военной службы трех генералов

    27 февраля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об увольнении с действительной военной службы ряда военнослужащих Государственной пограничной службы.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, уволены с действительной военной службы в Вооруженных силах Азербайджана с правом ношения военной формы следующие высшие офицеры:

    генерал-лейтенант Джебраилов Асиф Микаил оглу;

    генерал-лейтенант Халилов Аскер Сабир оглу;

    генерал-лейтенант Таги-заде Фархад Сабир оглу.

  • İlham Əliyevdən sərəncam: Üç general istefaya buraxıldı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci və 42.0.1-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən qərara alıram:

    1. Aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:

    general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

    general-leytenant Xəlilov Əsgər Sabir oğlu

    general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

  • Kəmaləddin Heydərov deputatın oğlunu işdən çıxardı – FOTO

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin oğlunu işdən çıxarıb.

    Unikal.org-un məlumatına görə, K.Heydərovun müvafiq əmri ilə Mətin Fərəc oğlu Quliyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsindən azad edilib.