Month: February 2020

  • Azərbaycanda tanınmış narkobaron və oğlu güllələndi – FOTO

    Yardımlıda ata və oğul güllələnib.

    Hadisə bu gün qeydə alınıb.

    Masallı rayon sakini Yardımlının Eçara kəndində əmisi Şəmsəddin Kərimov və əmisi oğlu Niyaməddin Kərimovu ov tüfəngi ilə güllələyib.

    Ş. Kərimov hadisə yerindəcə ölüb, N.Kərimov hazırda əməliyyatdadır və vəziyyəti ağırdır.

    Hadisə torpaq üstə olub.

    Qeyd edək ki, Şəmsəddin Kərimov həbsxanada yeni çıxıbmış. Narkobaron kriminal aləmdə “Baron Şəmi” kimi tanınıb.
    /oxu.az/

  • Антисанитария и открытая торговля в Астаринской больнице – ВИДЕО

    Граждан, прибывших из Ирана в Азербайджан, доставляют в Центральную больницу Астаринского района, где они содержатся в условиях антисанитарии.

    Об этом свидетельствуют видеокадры, которые оказались в распоряжении редакции Oxu.Az.

    По словам граждан, в этом медучреждении царит хаос.

    “В больнице нет воды. Нас содержат в антисанитарных условиях. В медучреждении идет открытая торговля. Женщина в медицинской форме продает нам булки. Она сказала, что пришла в медучреждение разменять деньги, и пытается продать нам четыре булки за два маната. А о том, кто ее сюда впустил, не говорит. Мы не знаем, сколько еще нас будут здесь держать”, – говорят граждане.

  • Astarada xəstəxanada acınacaqlı vəziyyət: Natəmizlik, alver – VİDEO

    Astarada xəstəxanada hərc-mərcliyin baş alıb getdiyini əks etdirən görüntülər redaksiyamıza göndərilib.

    Vətəndaşlar Oxu.Az-a bildiriblər ki, Astara Mərkəzi Rayon Klinikasında İrandan qayıdan azərbaycanlılar natəmiz şəraitdə saxlanılır:

    “Xəstəxanada su yoxdur. Natəmiz şəraitdə saxlanılırıq. Xəstəxananın içərisində açıq-aşkar alver gedir. Tibb işçisi geyimində qadın bizə bulka satır. Xəstəxanaya pul xırdalamağa gəldiyini deyən qadın evdə bişirilən bulkaların dörd ədədini iki manata satmağa çalışır.

    İçəri kim tərəfindən buraxıldığını isə demir. Biz bilmirik ki, bizi burada daha nə qədər saxlayacaqlar”.

  • Ильхам Алиев утвердил “Национальный план действий по поощрению открытого правительства на 2020-2022 годы”

    27 февраля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об утверждении “Национального плана действий по поощрению открытого правительства на 2020-2022 годы”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev Milli Fəaliyyət Planını təsdiq etdi – SƏRƏNCAM

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilir.

    Mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin, dövlət adından yaradılmış publik hüquqi şəxslər:

    – “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etməli;

    – Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada göndərməlidirlər.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

    Azərbaycan Respublikasının Milli Məclisinə, Ali Məhkəməsinə, Baş Prokurorluğuna, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) və yerli özünüidarəetmə orqanlarına tövsiyə olunur ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.

    Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki:

    – Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli;

    – Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etməli, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görməli;

    – Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmalıdır.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

  • Три станции бакинского метро обесточены: пассажиров эвакуируют – ОБНОВЛЕНО + ФОТО

    В 15:48 27 февраля временно было приостановлено энергоснабжение бакинского метрополитена.

    Об этом Oxu.Az сообщил глава пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов.

    По его словам, из-за этого возник сбой в движении поездов.

    “В настоящее время проблема с энергоснабжением метро устраняется. Обесточены только станции “Халглар Достлугу”, “Ази Асланов” и “Эльмляр Академиясы”. Пассажиров эвакуируют. В туннеле поездов не осталось”, – отметил Б.Мамедов.

    * * * * *

    Поезда остановились в туннеле в бакинском метро.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, к сбою в работе подземки привела проблема в энергоснабжении.

    Глава пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов подтвердил данный факт.

    По его словам, принимаются меры по устранению проблемы.

    “Возникли перебои в энергоснабжении метро, что связано с падением напряжения. Скорее всего, проблема наблюдается на нескольких станциях.
    По предварительным данным, сбой возник в движении поездов от станции “Кероглу” в направлении станции “Ази Асланов”.

    Сообщения об эвакуации пассажиров не соответствуют действительности. Общественность позже будет проинформирована об инциденте”, – сказал Б.Мамедов.


  • Bakı metrosunda işıqlar söndü: Sərnişinlər təxliyyə olunur – YENİLƏNİB + FOTO

    Saat 15:48-də “Bakı Metopoliteni”nə gələn elektrik xətlərinə cərəyan verilməsi müvəqqəti olaraq dayanıb.

    Bu barədə Oxu.Az-a “Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, yaranan fasilə metroda qatarların hərəkətində problem yaradıb:

    “Hazırda metroya gələn elektrik xətlərində yaranan problem aradan qaldırılıb. Yalnız “Xalqlar Dostluğu”, “Həzi Aslanov” və “Elmlər Akademiyası” stansiyalarında gələn elektrik enerjisində dayanıqlılıq yoxdur. Bu səbəbdən üç stansiyanın fəaliyyəti dayandırılıb. Tunellərdə qalan qatarlar dizel generatorlarının köməyilə stansiyalara çıxarılıb. Sərnişinlər stansiyalardan təxliyyə olunur”.

    * * * * *

    Oxu.Az xəbər verir ki, metroda yaranan problemə Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəb olub.

    “Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib.

    O bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

    “Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.

    İlkin məlumata görə, problem “Koroğlu” stansiyasından üzü “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb.

    Təxliyyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.

    Sosial şəbəkələrdə yazılır ki, qatarlar “Elmlər Akademiyası” metrostansiyasından “Gənclik” metrostansiyasına 20 dəqiqəyə gəlib.


  • Gəncədə “07” gənc qadının üstündən keçdi

    Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Report xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Rüzgar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.

    Hadisə şahidlərinin bildirdiyinə görə, yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1990-cı il təvəllüdlü Xəyalə Rüstəmovanı vurub.

    İdarəetməni itirən sürücü qadın piyadanın üstündən keçib. Nəticədə, müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Rüstəmova xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане названо число госпитализированных с подозрением на коронавирус

    Минздрав Азербайджана обнародовал число госпитализированных с подозрением на коронавирус.

    По данным ведомства, на 10:00 27 февраля в инфекционном отделении Клинического медицинского центра №1 в Баку с подозрением на коронавирус находятся семь человек, в специально отведенном медучреждении – два, в Астаринской центральной районной больнице – 86, в Джалилабадской ЦРБ – 91 человек.

  • Azərbaycanda koronavirus şübhəsi ilə bağlı 177 nəfər həkim müşahidəsinə alındı

    Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.

    Səhiyyə Nazirliyindən verilən xəbərə görə, səhər saat 10:00 üçün Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində yeddi nəfər, xüsusi ayırılmış tibb müəssisəsində iki, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.