Month: February 2020

  • Bakıda mənzildən 37 min manat oğurlanıb

    Yanvarın 30-da Bakının Nizami rayonunda külli miqdarda oğurluq hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat daxil olub.

    Naxçıvani küçəsində yerləşən evdə yaşayan 59 yaşlı Zəfər Yunusova məxsus mənzildən 10 min manat və 16 min dollar (27,200 AZN) oğurlanıb.

    Məlum olub ki, cinayətkar qapı kilidinin açarını götürərək mənzilə daxil olub. Bu hadisə səhər ev sahibinin evdə olmadığı iki saat ərzində baş verib.

    Bu hal oğrunun zərərçəkənin gündəlik qrafikini öyrəndiyini göstərir. Güman edilir ki, oğurluq gürcü “qastrolçuları” tərəfindən yox (qapı kilidinə uyğun açarının seçilməsi onların sevimli üsuludur), tanış şəxs tərəfindən törədilib.

    Faktla bağlı 24-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hələlik həbs olunanlar yoxdur.

    Qeyd edək ki, həmin gün Nizami rayonunda, Babək prospektində yerləşən mağazada daha bir oğurluq hadisəsi törədilib.

    Orada işləyən 47 yaşlı Vəli Abbasovun pencəyinin cibindən altı min manatı oğurlanıb. Həmin şəxs pencəyini yardım otağında asıbmış. Saat 13: 00-da o, pulunun oğurlandığını bilib. Şübhəli şəxsin kimliyi hələ müəyyən edilməyib.

  • Ильхам Алиев выразил соболезнования Си Цзиньпину

    2 февраля Президент Азербайджанской Республики Ильхам Алиев направил соболезнования председателю Китайской Народной Республики Си Цзиньпину в связи с жертвами эпидемии, вызванной новым типом коронавируса.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Si Cinpinə başsağlığı verdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Sədr,

    Ölkənizdə yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlər məni olduqca kədərləndirir.

    Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin Xalq Respublikası bu bəlanın öhdəsindən layiqincə gələcək.

    Əmin ola bilərsiniz ki, bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq.

    Xəstəliyə düçar olaraq vəfat edənlərin ailələrinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, virusa yoluxanların tezliklə sağalmasını arzulayıram”.

  • İstirahət gününün havası: Külək, yağış, duman

    ​​​​

    Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.

    Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

  • Azərbaycanlı deportasiya olunacaq

    Rusiyanın Yəhudi Muxtar Vilayətində sərnişin daşıyan 68 avtomobilə baxış keçirilib.

    Riabir.ru-nun xəbərinə görə, reyd zamanı miqrasiya qanunvericiliyini pozan Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları saxlanılıb.

    Məlum olub ki, onlar Rusiya ərazisində qanunsuz yaşayırlar.

    Həmin şəxslər inzibati məsuliyyətə cəlb edilərək barələrində ölkədən çıxarılmaq qərarı verilib.

    Məhkəmə qərarı qüvvəyə minənə qədər onlar xarici vətəndaşlar üçün müvəqqəti saxlanılma Mərkəzinə yerləşdiriliblər.

  • В Азербайджане произошло ДТП с участием микроавтобуса, есть погибший

    В Гедабейском районе Азербайджана произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как передает АПА, инцидент зафиксирован на территории села Славянка.

    В результате столкновения микроавтобуса ГАЗель и автомобиля ВАЗ-2106 погиб один человек, семеро пострадали.

    На место происшествия прибыли сотрудники дорожной полиции.

  • Azərbaycanda daha bir mikroavtobus qəzası: Ölən və çox sayda yaralı var – YENİLƏNİB

    Gədəbəydə mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.

    APA-nın məlumatına görə, hadisə zamanı yeddi nəfər xəsarət alıb.

    * * * *

    Gədəbəydə mikroavtobus minik avtomobili toqquşub.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb.

    “Qazel” markalı mikroavtobusla “VAZ 2106” markalı minik maşını toqquşub.

    Nəticədə, hər iki avtomobildə olan şəxslərdən bir neçəsi xəsarət alıb.

    Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub.

  • “Скорая” или мусоровоз? TƏBİB комментирует скандальное видео

    Пресс-секретарь Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Равана Алиева прокомментировала видеокадры, на которых водитель автомобиля скорой медицинской помощи роется в мусорке.

    “В связи с инцидентом проводится расследование”, – сказала Р.Алиева в ответ на запрос Oxu.Az.

    Она также отметила, что государственный регистрационный знак ТС на записи не виден.

    Накануне в соцсетях появились видеокадры, на которых водитель “неотложки”, забыв про санитарно-гигиенические нормы, роется в мусорных баках и забирает все, что ему кажется нужным. При этом собранный мусор мужчина грузит в автомобиль “скорой”.

  • Bakıda təcili tibbi yardım maşınının sürücüsü zibil qutularını eşələdi, araşdırma başladı – RƏSMİ

    Dünən Bakıda təcili yardım maşınının sürücüsünün zibil qutularını eşələməsi və oradan özünə lazım olanları seçməsi ilə bağlı məlumat yayılıb.

    Oxu.az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib.

    TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə araşdırma aparılır:

    “Görüntülərdə təcili tibbi yardım avtomobilinin nömrəsi qeyd edilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.

    Qeyd edək ki, ötən gün Baku TV-də Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün zibil qutusunu eşələməsi ilə bağlı görüntülər yayılıb.

    Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyib. O, özünə lazım olan nələrisə zibilin içərisindən seçib götürüb.

    Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib.

  • Rusiyada daha bir təyyarə təcili eniş edib

    Soçidən Moskvaya uçuş həyata keçirən sərnişin təyyarəsi Vnukova aeroportuna qayıdaraq təcili eniş etmək məcburiyyətində qalıb.

    Bu barədə REN TV xəbər yayıb.

    Sərnişinlərin sözlərinə görə, təyyarə zolaqda yanğınsöndürən maşınlarla qarşılanıb. Hadisənin səbəbləri araşdırılır.

    Hazırda bütün sərnişinlər aeroport binasına təxliyyə edilir. Zərərçəkənlərin olmadığı vurğulanıb.

    Sərnişinlərin sözlərinə görə, onların başqa təyyarə ilə yola salınacağı bildirilib.

    Xatırladaq ki, son bir həftədə Rusiyaya məxsus bir neçə təyyarə müxtəlif səbəblərdən təcili eniş etmək məcburiyyətində qalıb.