Month: February 2020

  • Прибывших из Ирана в Азербайджан заставили ждать медобследования шесть часов – ВИДЕО

    В Сети появилось видео, на котором прибывшие из Ирана в Азербайджан граждане выражают недовольство тем, что их заставили ждать более шести часов в связи с прохождением медобследования на наличие коронавируса.

    По словам прибывших, им заявили, что с КПП “Билясувар” и “Астара” их отправят на обследование в Центральную больницу Джалилабадского района.

    Гражданам сказали, что проверка займет час, однако заставили ждать более шести часов.

    На видео врач говорит, что прибывших из Ирана отправят в медучреждение, когда будут даны соответствующие поручения.

    По словам автора ролика, за все время ожидания им не предложили даже воды.

    Кроме того, в учреждении, где они находились, не соблюдают простые правила гигиены.

  • İrandan gələn vətəndaşları yoxlama adı ilə altı saat gözlətdilər – VİDEO

    İrandan Azərbaycana gələn vətəndaşların koronavirus şübhəsi ilə xəstəxanada müayinə olunması zamanı bir sıra narazılıqlar ortaya çıxıb.

    Vəziyyəti əks etdirən videogörüntü yayılıb.

    Vətəndaşlar bildirib ki, onlara deyilib ki, Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrindən müayinə üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparacaqlar. Vətəndaşlara müayinənin bir saat vaxt alacağını desələr də, onlar altı saatdan çox gözlədiliblər.

    Həkim isə bildirib ki, onlara tapşırıq verilən zaman vətəndaşlar müayinə üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına göndərəcəklər.

    Vətəndaşların gözlədikləri altı saat ərzində onlara su da verilməyib, həmçinin, gigiyena qaydalarına riayət edilmədiyi də iddia olunub.

  • Şirvanda baş verən dəhşətli qətlin təfərrüatı: Sahib Pərvanəni də götürüb, evə qalxdı – VİDEO

    Ötən gün Şirvan şəhərində dəhşətli qətl hadisəsi törədilib.

    Kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.

    Hadisə Sənaye zonasında baş verib. 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında qətlə yetirib.

    O, həyat yoldaşını çarpayıda yatdığı halda boğaz nahiyəsinin əsas damarını bıçaqla kəsib. Çox qan itirən Pərvanə Nağıyeva hadisə yerində ölüb.

    Pərvanə Nağıyeva 2 uşaq anası olub. Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

    Sahib Nağıyevin anası bildirib ki, hadisə zamanı o evdə olub:

    “Saat 8-9 radələrində Sahib evə gəldi. Sonra ər-arvad yuxarı evə getdilər. Bir azdan oğlum qayıdıb gəldi. Soruşdum ki, Pərvanə hanı? Dedi ki, yatıb, qoy yatsın. Sonra Sahib təzə evi su basıb deyərək, uşaqlarını da götürüb gedib, biz gedirik evə baxmağa.

    Suyu bağlayıb gəlirik. Mən də evdə tək qaldım. Gəlinin yanına getmədim ki, bir az əsəbidir. Qoy yatsın. Sonra bildim ki, gəlin ölüb. Mənim gəlinimin günahı yoxdur”.

  • В Баку столкнулись “Жигули” – ВИДЕО

    В Сети появилось видео ДТП в Баку, в результате которого столкнулись два ВАЗ-2107.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, авария попала на видеорегистратор другого автомобиля.

    Информации о погибших и пострадавших нет.

  • Bakıda baş verən ağır qəzanın görüntüləri – ANBAAN VİDEO

    Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

    Hadisə zamanı iki “VAZ 2107” markalı avtomobil toqquşub.

    Hadisə həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.

    Videodan görünür ki, qəzada iştirak edən “Jiquli”lərdən biri işıqforun yaşıl işığı yanan kimi yolayrıcına daxil olub. Bu zaman digər yolda hərəkət edən “VAZ 2107” də işıqforun qadağanedici nişanına baxmayaraq, yüksək sürətlə yolayrıcından keçməyə çalışıb və qəza baş verib.

    Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

    /oxu.az/

  • Azərbaycanda icra başçısına ittiham: “Evimi söküb pulunu vermirlər” – VİDEO

    Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən evlərin pilot layihə çərçivəsində sökülməsi bəzi narazılıqlar yaratmaqdadır.

    Belə narazılıqlardan biri də hazırda Nərimanov rayonu, Montin qəsəbəsində həyət evlərinin söküntüsü zamanı baş verməkdədir.

    Məlumata görə, pilot layihə çərçivəsində ərazidəki həyət evlərinin söküntüsü zamanı Nərimanov icra başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevin göstərişinə əməl etməyərək, qanunsuzluğa və zorakı üsullara əl atmaqdadır.

    Ərazidə rəsmi qeydiyyatda olan və yaşayan Rzayev Zal Nəbi oğlu AzFakt.com-a şikayət edərək bildirir ki, onun həyətində iki ev mövcuddur və əlində dövlət qurumunun rəsmi çıxarışı olmasına baxmayaraq, Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev evlərdən birini görməzdən gəlir:

    “İcra başçısına bir neçə dəfə məsələ ilə bağlı şikayət etsəm də, heç bir nəticəsi olmayıb. Ərazidə birinci müavin Şahmar İbadovun dəllalları kimi tanınan bəzi şəxslər isə bir neçə dəfə mənə deyiblər ki, məsələnin ən yaxşı çözümü icra hakimiyyəti ilə anlaşmaqdır.

    Yəni Nərimanov Rayon İcra Hakimiyyəti ilə onlar istədiyi kimi anlaşa bilməsəm, dövlətdən sökülən evimin pulunu belə almaya bilərəm”.

    Vətəndaş qeyd edir ki, həyətində yerləşən və hazırda mövcud olan iki evdən birini Abdin Fərzəliyev və ərazini sökən “RR Contructions” MMC şirkəti görməzdən gəlir.

    Prezident İlham Əliyev göstəriş verib ki, sökülən ev sahiblərinin ilk öncə mənzillə təmin edilməsi həyata keçirilməlidir. Amma Abdin Fərzəliyev, “dəstəsi” və söküntü ilə məşğul olan “RR Contructions” MMC şirkəti bu göstərişə əməl etmir.

    Şikayətçi bildirir ki, hər gün Nərimanov Rayon İcra Hakimiyyətinin işçiləri və Abdin Fərzəliyevin müavini Şahmar İbadovun dəllalları qapımıza gələrək, bizə müxtəlif yollarla hədə-qorxu gəlirlər.

  • В Гяндже обнаружено тело 16-летней девушки

    В Гяндже обнаружено тело 16-летней девушки.

    Как передаёт Median.Az со ссылкой на Qafqazinfo, 26 февраля Ниса Рустамова (2004 г.р.) отравилась угарным газом в ванной комнате своего дома.

    По данному факту городская прокуратура проводит расследование.

  • Gəncədə evdən 16 yaşlı qızın meyiti tapıldı

    Gəncə şəhərində 16 yaşlı qızın meyiti tapılıb.

    Qafqazinfo-nun məlumatına görə, fevralın 26-da 2004-cü il təvəllüdlü şəhər sakini Rüstəmova Nisənin yaşadığı evin hamamında meyiti tapılıb.

    Onun çimən zaman dəm qazından zəhərlənərək öldüyü məlum olub.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda daha bir dəhşətli cinayət: Kişi keçmiş arvadını öldürüb, evi yandırdı

    Salyanda yanğın hadisəsi törədilib.

    Report xəbər verir ki, hadisə Əliağa Kürçaylı küçəsində qeydə alınıb.

    Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

    Qətli törədən şəxs sonradan qadının evini yandırıb. Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

  • Подросток похитил маршрутку с пассажирами в Ровно

    В Ровно подросток похитил маршрутный автобус вместе с пассажирами.

    Как сообщает Rivnepost, согласно словам одного из пассажиров, инцидент произошел на улице Соборная.

    Спустя некоторое время экипаж патрульной полиции остановил маршрутку в центре города.

    За рулем находился несовершеннолетний житель Малого Алексина, которому 17 лет.

    Парень объяснил, что увидел ключи внутри маршрутки и решил покататься. По результатам экспертизы несовершеннолетний был трезв.