Month: February 2020

  • Vilayət Eyvazovdan yeni təyinat

    Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinə yeni rəis təyin edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Mingəçevir şəhər polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu vəzifəsindən azad edilərək həmin vəzifəyə gətirilib.

    Qeyd edək ki, bir müddət öncə şöbənin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilmişdi.

  • Koronavirusu addım-addım izləyin – CANLI XƏRİTƏ

    Dünyaya böyük təhdid olan yeni tip koronavirus sürətlə yayılmaqda davam edir.

    Median.Az xəbər verir ki, Çinin Hubey əyalətində ötən ilin sonunda meydana çıxan virus dünya miqyasında 80 min insana yoluxub.

    Ölümclü virus rəsmi rəqəmlərə görə, İranda 15, Yaponiyada 4, Cənubi Koreyada 11, İtaliyada 7, Tayvan, Filippin və Fransada 1 nəfərin həyatına son qoyub. Çində 2 min 700-dn çox insan epidemiyanın qurbanı olub.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus koronavirusun pandemiyaya çevrilə biləcəyini açıqlayıb.

    Aşağıdakı canlı interaktiv xəritədən virusun yayıldığı ölkələri anbaan izləyə bilərsiniz. //publika.az

  • Установлена продолжительность учебного года в общеобразовательных учреждениях Азербайджана

    Кабинет министров Азербайджана принял решение об утверждении «Продолжительности учебного года в общеобразовательных учреждениях».

    Согласно решению, в подготовительных группах общеобразовательных учреждений занятия ежегодно начинаются 1 октября и длятся до 31 мая следующего года.

    Учебный год в подготовительных группах общеобразовательных учреждений делится на два полугодия:

    – первое полугодие: 1 октября – 26 января;

    – второе полугодие: 1 февраля – 31 мая.

    Занятия в общеобразовательных учреждениях (начальное, общее среднее и полное среднее образование) начинаются 15 сентября и завершаются 14 июня. Учебный год в общеобразовательных учреждениях (начальное, общее среднее и полное среднее образование) делится на два полугодия:

    – первое полугодие учебного года длится с 15 сентября по 26 января;

    – второе – с 1 февраля по 14 июня.

    В течение года предусмотрены 5-дневные осенние каникулы (16-20 ноября), 5-дневные зимние каникулы (27-31 января). Для подготовительных групп и начальных классов предусмотрены дополнительно 5-дневные весенние каникулы (1-5 мая).

    Решение вступает в силу с 15 сентября 2020 года.

  • İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb

    İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb.

    Trend-in “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, koronavirusdan sağalma halları Qum, Gilan, İsfahan, Əlburz, Gülüstan, Mərkəzi, Hormozqan və Kermanşah əyalətlərində qeydə alınıb.

    Bildirilir ki, yeni növ koronavirusdan ən çox sağalma halı – 30 – Qum əyalətində qeydə alınıb.

    Qeyd edək ki, İranda yeni növ koronavirusa 139 nəfər yoluxub, onlardan 19 nəfəri ölüb.

  • SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu yaxınlarda Belarusa bir tanker neft idxal edəcək, ikinci tankerlə bağlı isə danışıqlar gedir.

    Bu barədə şirkətin nümayəndəsi İbrahim Əhmədov “RİA Novosti” agentliyinə məlumat verib:

    “Hazırda biz Belarus tərəfinə neftin bir tankerinin satışı üzrə müqaviləni təsdiq edirik, saziş yaxın vaxtlarda reallaşacaq. İkinci tanker üzrə hələlik danışıqlar gedir”.

    Həmçinin, “Belneftkimya” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR mart ayında Odessa limanına iki tanker neft nəql edəcək.

  • Gürcüstanda koronavirusa yoluxma aşkarlandı

    Gürcüstanda koronavirusa yoluxma halı qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze keçirdiyi xüsusi brifinqdə bildirib.

    Onun sözlərinə görə, virus İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşında müəyyən olunub.

  • Bərdədə güclü külək məktəbin dam örtüyünü qopardı: Elektrik xətləri sıradan çıxdı – FOTO/VİDEO

    Güclü külək Bərdədə məktəbin dam örtüyünü qoparıb.

    Oxu.Az xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndində baş verib.

    Rayon ərazisində fevralın 24-dən əsməyə başlayan güclü külək dünən yeni tipli məktəb binasının dam örtüyünün qopmasına səbəb olub.

    Qopan dam örtüyü parçaları elektrik və internet xəttinin qırılması ilə nəticələnib. Eləcə də, məktəb yaxınlığında yaşayan kənd sakinlərinə məxsus evin damı və hasarı uçub.

    Güclü külək məktəbin idman zalının şüşələrini sındırıb, məktəbin həyətindəki ağacları aşırıb.

    Bildirilib ki, məsələ ilə bağlı rayon icra hakimiyyəti və Təhsil Şöbəsinə məlumat verilsə də, hələlik dam örtüyünün bərpası ilə bağlı müvafiq işlər görülmür.

  • ВОЗ оценила ситуацию с ограничением поездок из-за коронавируса

    Всемирная организация здравоохранения (ВОЗ) не предусматривает ограничений на поездки из-за коронавируса, а также подчеркивает, что нет необходимости вносить изменения в свои планы путешествий.

    Как передает РИА “Новости”, об этом заявила руководитель секретариата Международных медико-санитарных правил ВОЗ Кармен Долеа.

    В своем видеоинтервью на сайте ВОЗ она отметила, что, по мнению Организации, соблюдение простых правил гигиены может предотвратить распространение коронавируса.

    “На основании имеющейся на данный момент информации ВОЗ не предусматривает ограничений на поездки и товарообмен и подчеркивает отсутствие необходимости аннулировать или вносить изменения в свои планы путешествий”, – сказала эксперт.

    По ее мнению, как и другие респираторные заболевания, новая коронавирусная инфекция может вызывать легкие симптомы, такие как простуда, боль в горле, кашель и повышение температуры или более серьезные симптомы, такие как пневмония и затрудненное дыхание. Летальный исход крайне редок.

    Долеа уточнила, что наиболее подвержены тяжелым формам заболевания пожилые люди и лица, страдающие хроническими заболеваниями, такими как диабет и болезни сердца.

    “Коронавирус может передаваться при тесном контакте с людьми, у которых проявились симптомы (кашель, чихание, простуда), но он не передается по воздуху. Если вы находитесь рядом с человеком, у которого имеются симптомы респираторного заболевания, ВОЗ рекомендует придерживаться безопасного расстояния в один метр. Вирус живет на поверхности около 30 минут, поэтому желательно часто мыть руки или использовать дезинфицирующие гели на спиртовой основе”, – сказала эксперт.

  • Bakıda 3 nəfərin ölümü ilə nəticələnən avtoqəzanın səbəbi məlum olub

    Bakının Xocasən qəsəbəsində baş vermiş yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

    APA-nın məlumatına görə, avtoqəza “BMW” markalı avtomobildə yaranmış texniki nasazlıq – sükanın qəfildən kilidlənməsi ucbatından baş verib.

    Bundan sonra avtomobil qarşı yoldan gələn “Daewoo” markalı avtomobilin yoluna çıxıb və həmin avtomobilin də “FİAT” markalı digər nəqliyyat vasitəsinə çırpılmasına səbəb olub.

  • Bakı qəbiristanlığında fərari həyat yoldaşını bıçaqladı

    Bakı şəhəri Sabunçu rayonunun 13-cü Polis Bölməsinin əməkdaşları həyat yoldaşı Kristina Ələsgərovanı şikəst edən Bakıxanov qəsəbə sakini 38 yaşlı Ziya Ələsgərovu axtarmağa davam edir.

    Bundan əvvəl Oxu.Az onun münaqişə zəminində 37 yaşlı K.Ələsgərovanı bıçaqladığı barədə məlumat yaymışdı.

    Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

    Oxu.Az-a hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, cinayət fevralın 25-də, saat 16:00 radələrində kənd qəbiristanlığı ərazisində törədilib. Əvvəllər hərbi hissəni icazəsiz tərk etməkdə və fərarilikdə ittiham olunan Z.Ələsgərov həyat yoldaşının sinəsinə, qarnına və üzünə bir neçə bıçaq zərbəsi vurduqdan sonra qaçıb gizlənib.

    Ağır vəziyyətdə olan zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

    Cinayətin motivi hələlik bəlli deyil.