Month: February 2020

  • Ukraynada yeniyetmə sərnişinlərlə dolu avtobusu qaçırtdı

    Ukraynanın Rovno şəhərində yeniyetmə sərnişinlərlə dolu avtobusu qaçırtmağa çalışıb.

    “Rivnepost” xəbər verir ki, avtobusun sürücüsü hadisə barədə dərhal polisə müraciət edib.

    Patrul polisinin əməkdaşları avtobusu bir müddət sonra şəhərin mərkəzində saxlaya bilib.

    Sükan arxasında olan 17 yaşlı yeniyetmə polislərə sadəcə avtobusu sürmək istədiyini bildirib.

  • Şirvanda kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib

    Şirvan şəhərində qətl törədilib.

    APA-nın məlumatına görə, hadisə Şirvan Sənaye zonasında qeydə alınıb.

    Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızının boğaz nahiyəsinə bıçaqla ağır xəsarət yetirib. Çoxlu qan itirən P.Nağıyeva hadisə yerində keçinib.

    Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.

  • Gürcüstan İran vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoydu

    Türkiyədən Sarp gömrük buraxılış məntəqəsi vasitəsi ilə Gürcüstana daxil olmaq istəyən İran vətəndaşlarına keçid üçün icazə verilməyib.

    “RİA Novosti” xəbər verir ki, bu barədə Gürcüstanın Acarıstan Muxtar Respublikasının Səhiyyə nazirinin müavini Nino Nizaradze məlumat yayıb.

    Bildirilib ki, həmin şəxslərdə yüksək bədən temperaturu müşahidə edildiyi üçün geri göndəriliblər.

  • Koronavirusun aşkarlandığı gürcü Azərbaycanda digərləri ilə ünsiyyətdə olub

    “Koronavirusun aşkarlandığı 50 yaşlı Gürcüstan vətəndaşı Azərbaycandan gəldiyi marşrut taksisindəki şəxslərlə ünsiyyətdə olub”.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

    O deyib ki, həmin şəxs Gürcüstan ərazisinə keçəndən sonra yalnız tibbi heyətlə kontaktda olub.

    A.Qamkrelidze virusun təsdiq olunduğu xəstəni müşayiət edən şəxsin də xəstəxanaya yerləşdirildiyini bildirib: “Həmin şəxsdə koronavirus təsdiqlənməsə də, o, həkimlərin nəzarəti altındadır”.

    Mərkəz rəhbəri qeyd edib ki, həmin şəxslərin olduğu marşrut taksisi Gürcüstan ərazisinə daxil olmayıb.

  • Грузин по пути из Азербайджана в Тбилиси всех заражал

    Минздрав Грузии проинформирует азербайджанских коллег о выявлении нового типа коронавируса Covid-19 у грузинского гражданина, который въехал в страну с территории Азербайджана.

    “Мужчина имел определенные контакты с теми людьми на территории Азербайджана, вместе с которыми перемещался в маршрутном такси”, – сказал на брифинге в среду глава Национального центра по контролю за заболеваниями Минздрава Грузии Амиран Гамкрелидзе, пишут грузинские СМИ.

    По его словам, на данный момент ведутся интенсивные мероприятия по установлению всех возможных людей, с которыми заболевший мог иметь контакты в пути.

    “Мы обязаны сообщить Всемирной организации здравоохранения об этом факте”, – отметил он.

    По словам Гамкрелидзе, азербайджанские коллеги также должны начать изучение всех возможных контактов заболевшего на территории Азербайджана.

    Ранее на брифинге в среду глава Минздрава Грузии Екатерина Тикарадзе сообщила, что в Грузии зафиксирован первый случай заражения новым типом коронавируса Covid-19.

    По информации министра, речь идет о 50-летнем гражданине Грузии, который прибыл из Ирана через Азербайджан.

    Она сообщила, что в карантин отправлены все сотрудники таможни, которые имели контакт с заболевшим.

  • Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı

    Azərbaycanın qonşularından İran və Rusiyadan sonra Gürcüstanda da koronavirus aşkarlanıb. Bu gün qonşu dövlətin səhiyyə naziri Yekaterina Tikaradze bu haqda məlumat verib.

    Nazir koronavirusa yoluxmuş şəxsin Azərbaycandan gəldiyini bildirib. Həmin adam İrandan əvvəlcə bizim ölkəyə gəlib, Gürcüstana keçəndə sərhəddə virusa yoluxduğu müəyyənləşib. Maraqlıdır ki, xəstə İran-Azərbaycan sərhədini sərbəst keçə bilib və karantinə alınmayıb.

    Koronavirusa yoluxma halı aşkarlanandan sonra Gürcüstan Azərbaycanla sərhədi iki həftəlik bağlamaq qərarı verib.

    Azərbaycanın rəsmi qurumları hələ də ölkədə koronavirusa yoluxma halının olmadığını bildirirlər.

  • Karantin müddəti koronavirus ölümcül olduğu üçün deyil – AÇIQLAMA

    “Koronovirus bir bioloji silah deyil, çünki virusun genetik düzülüşündə insan əli ilə yaradılan bir dəyişikliyə rast gəlmıəmişik”

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, bunu türkiyəli genetika uzmanı doktor Tolqa Sütlü bildirib. Onun sözlərinə görə, koronavirusun bu qədər sürətlə yayılmasının səbəblərindən biri, hələ simptomları başlamamış başqasına yoluxa bilmə qabiliyyətidir.

    Viruslar ancaq qonaq olduğu canlıların üzərində özləribi dəyişəbildikləri üçün nə qədər çox yayılsalar, o qədər sürətli və çox mutsiya keçirirlər. Bu da virusun yeni özəllikləri ilə daha da güclü halda qarşımıza çıxması deməkdir.

    Həkim bildirib ki, hazırda dünyada tətbiq edilən karantin müddətinin ən böyük səbəbi bu yayılmanın qarşısını almaq üçündür. Yəni virusun ölümcül olması ilə əlaqədar deyil.

    Covid-19 bioloji silah deyil. Bunu təsdiqləyən heç bir elmi sübut yoxdur. Əlbəttə ki,bir virusun gen düzülüşünü analiz etmək mümkündür. İnsan əli ilə bir dəyişikliyə uğrasa bu hiss olunur.

    Bundan əlavə əgər virus bioloji hücum olunsaydı, Çin hökuməti bunu iki gündə aşkarlayıb, göstərə bilərdi.

  • Masallıda üç nəfərin güllələndiyi dəhşətli cinayət bu evdə baş verib – VİDEO

    Masallıda ər öz arvadı, qaynı və qayınanasını güllələyib.

    Baku TV xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

    Kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Ağayev ov tüfəngi ilə həyat yoldaşı – 1999-cu il təvəllüdlü Alimə Nəbiyevaya, qaynı – 1995-ci il təvəllüdlü Miralim Nəbiyevə və qayınanasına ov tüfəngi ilə atəş açıb.

    O, daha sonra odlu silahla özünə xəsarət yetirib. Nəticədə, həyat yoldaşı və qaynı aldıqları xəsarətdən hadisə yerində ölüblər.

    Sarvan Ağayev özü ağız boşluğundan güllə yarası alıb. O, yaraladığı qayınanası, 1977-ci il təvəllüdlü Zemfira Ələsgər qızı Nəbiyeva ilə birgə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Yaxınlarının dediyinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bir müddət əvvəl Alimə Nəbiyeva boşanmaqla bağlı məhkəməyə müraciət edib.

    Dünən isə tərəflər cehiz əşyaları aparmaq üçün razılığa gəliblər. Gəlinin ailə üzvləri bu gün Sarvan Ağayevin evindən əşyaları çıxaran zaman qanlı hadisə baş verib.

    Qeyd edək ki, ailənin iki azyaşlı övladı var və Sarvan Ağayev əvvəllər məhkumluq həyatı yaşayıb.

    Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.

    Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Хады Раджабли возвращается?

    Председатель комитета по труду и социальной политике пятого созыва Милли Меджлиса Хады Раджабли прокомментировал вопрос о вероятности своего участия в повторных парламентских выборах.

    Как сообщает Median.Az со ссылкой на Azvision.az, бывший парламентарий в скором времени готовится внести ясность в этот вопрос.

    “Пока что я не пришел к окончательному решению. Пока что я думаю”, – сказал Х.Раджабли.

    Как сообщалось, на состоявшемся 13 февраля 2020 года заседании Центральной избирательной комиссии Азербайджана было принято решение об аннулировании итогов парламентских выборов по Лянкяранскому сельскому избирательному округу (ИО) №74, где Х.Раджабли набрал наибольшее число избирательских голосов. ЦИК отметил наличие грубых нарушений в день голосования по данному ИО, по которому будут проведены перевыборы.

  • Belçikada azərbaycanlı qətlə yetirildi – FOTO

    Belçikanın Roeselare şəhərində 19 yaşlı Azərbaycan əsilli Mahmudov Ağaverdi Xanlar oğlu münaqişə zəminində qətlə yetirilib.

    REAL-ın Avropa bürosu xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

    Hadisənin dəqiq baş vermə səbəbi hələ araşdırılır.

    Təcili yardım xidmətləri hadisə yerinə tez gəlsələrdə ancaq 19 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb

    Atışmadan sonra bir neçə şübhəli həbs edilib. Araşdırmalar davam edir.