Month: February 2020

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis kapitanı Rüstəm Alıyev DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Rayon Şöbəsinə rəis təyin edilib.

    O, bundan əvvəl rayonun Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində çalışıb.

  • 13 yaşlı oğlan dəm qazından zəhərləndi

    Gəncədə yeniyetmə dəm qazından zəhərlənib.

    APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 2007-ci il təvəllüdlü Abbasov Sərxan Müslüm oğlu yaşadığı evin hamamında dəm qazından zəhərlənib.

    Dərhal xəstəxanaya çatdırılan yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

  • BŞİH mitinqlə bağlı müraciətə cavab verdi

    Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat” və REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

    Oxu.Az-ın məlumatına görə, fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib.

    Qeyd edək ki, fevralın 24-də REAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, “Müsavat” Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər.

  • Koronavirusla doğulan körpə dərmansız sağaldı – VİDEO

    Çinin Uhan şəhərində koronavirusa yoluxan 17 günlük uşaq dərmansız sağalıb.

    Bu barədə “The Mirror” xəbər yayıb.

    Syao-Syao adlı qız dünyaya gələrkən valideynindən biri ölümcül koronavirusa (COVID-19) yoluxmuşdu. Uşaqda respirator infeksiyasından əlavə, ürək problemi də olub.

    Simptomlar ağır olmadığından həkimlər ona dərman verməmək qərarına gələrək, ürəyini müalicə ediblər.

    17-ci günündə Syao-Syaonun analizlərinin cavabı neqativ çıxıb. Həkimlər körpənin sağlam olduğunu bildiriblər.

    Qeyd edək ki, dünyada 80,3 min insan koronavirusa yoluxub. Onlardan 2,7 mini ölüb, 27,8 mini isə sağalıb. Çindən başqa dünyanın 30 ölkəsində “COVID-19”a yoluxma halı qeydə alınıb.

  • Güclü külək Xırdalanda fəsadlara səbəb oldu – VİDEO

    Güclü külək Xırdalanda da bir sıra fəsadlar törədib.

    Dağıntılar Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə adlanan ərazidə baş verib.

    Güclü külək səbəbindən bir neçə ağacın budaqları qırılıb, eləcə də bir evin dam örtüyü qopub və ərazidə olan avtomobillərin üzərinə düşüb.

    Hadisə nəticəsində xəsarət alanlar olmasa da, üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycan Müdafiə Nazirliyi koronavirusa qarşı hərəkətə keçdi – RƏSMİ

    “Şəxsi heyətin xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə ciddi qabaqlayıcı tədbirlər görülür”.

    Bunu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev bildirib.

    Onun sözlərinə görə, mövsümi kəskin respirator xəstəliklər, o cümlədən, koronavirus infeksiyasının yayılması ehtimalını və hərbi hissələrin şəxsi heyətinin bu kimi xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunda ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir:

    “Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası məqsədilə hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması, yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür.

    Hazırda bütün hərbi hissələrdə mövsümi xəstəliklərdən qorunma yolları barədə tibbi maarifləndirmə işi və hərbi qulluqçuların gündəlik termometriyası aparılır.

    Azərbaycan Ordusunda görülən qabaqlayıcı tədbirlər nəticəsində şəxsi heyətin sağlamlığı ilə bağlı bu günədək heç bir narahatlıq qeydə alınmayıb, epidemioloji vəziyyət stabildir və nəzarət altındadır“.

  • В Масаллы мужчина застрелил жену и шурина, после чего ранил себя и тещу

    В Масаллинском районе Азербайджана совершено двойное убийство.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Житель села Тезекенд Сарван Агаев (1988 г.р.) на почве семейного конфликта открыл стрельбу из охотничьего ружья по родственникам. В результате его супруга Алима Набиева (1999 г.р.) и шурин Миралим Набиев (1995 г.р.) скончались на месте, а теща Земфира Набиева (1977 г.р.) получила тяжелые ранения.

    Затем мужчина ранил себя выстрелом из того же оружия. С.Агаев и его теща госпитализированы в районную больницу в тяжелом состоянии.

    По предварительным данным, жена хотела развестись с С.Агаевым и ушла от него. 26 февраля, примерно в 14:00 она вместе с братом и матерью пришла в дом мужа, чтобы забрать приданое. На этой почве и возник конфликт.

    По факту убийства и нанесения тяжкого вреда здоровью районной прокуратурой возбуждено уголовное дело. На месте преступления работает следственно-оперативная группа.

  • Azərbaycanda dəhşət: Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib, özünü vurdu

    Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    Baku.ws-in məlumatına görə, Masallı rayon Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

    Daha sonra əlindəki silahla özünə atəş açıb.

    Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib.

    Qayınanasının vəziyyəti isə ağırdır.

    Hadisəyə həyat yoldaşının ondan boşanmaq istəməsi səbəb olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.

  • Goranboyda silahlı insident törədən polis əməkdaşı hakim qarşısına çıxarılır

    Goranboy rayonunda polis əməkdaşına xəsarət yetirməkdə ittiham olunan Lətif Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 5-nə təyin edilib.

    Qeyd edək ki, L.Əmrahovun cinayət işi bundan əvvəl də Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Bu ilin yanvar ayında hakim Nural Əliyevin sədrliyi ilə baş tutan ilkin prosesdə cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması barədə qərar qəbul olunub.

    İttihama görə, ötən il iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb və onlara yaxınlaşıb.

    Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri – Qarapirimli kənd sakini L.Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb.

    Asayiş keşikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.

    Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alıb və onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.

    Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    İş üzrə zəruri ekspertizalar təyin edilib. Hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

    İstintaq araşdırması zamanı hadisənin baş verməsində L.Əmrahov günahkar bilinib.

    İstintaq orqanı tərəfindən L.Əmrahovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 221.1-ci (xuliqanlıq) və 232.2.4-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

    Qeyd edək ki, Goranboy rayonunda silahlı insident törətməkdə təqsirli bilinən polis zabiti V.Kərimovun işi ayrı icraata götürülüb.

    V.Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

    V.Kərimovun barəsində olan cinayət işi ayrıca icraata götürülüb.

    Onun barəsində olan cinayət işi bu ilin yanvar ayında baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan hazırlıq iclasında V.Kərimovun hüquqlarının ibtidai araşdırma zamanı pozulduğu müəyyən olunub. Bu səbəbdən onun barəsində olan cinayət işinə baxılmasına xitam verilib, iş materialı araşdırılması üçün ibtidai istintaqa qaytarlılıb.

    İttihama görə, Goranboy rayonunun Goran qəsəbəsində qarşıdurma zamanı Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü V.Kərimov, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü T.Əmrahov, onun qardaşı L.Əmrahov və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Səfər Həsənov xəsarət alıblar.

    Məlumata görə, hadisə V.Kərimovla T.Əmrahov arasında yaranan mübahisə zəminində baş verib.

    V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı S.Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

    Hadisə zamanı xəsarət alan T.Əhmədov vəfat edib.

  • Опубликованы кадры странного природного явления в Сумгайыте – ВИДЕО

    В распоряжении редакции Oxu.Az оказалось видео, на котором на город Сумгайыт надвигается огромное желтое облако.

    Кадры сделаны на одной из улиц города.

    Представляем читателям данное видео.