Month: February 2020

  • Çin tarixində ilk: ABŞ qarşısında geri addım atdı

    Koronavirusa görə iqtisadiyyatına ciddi zərər dəyən Çin ABŞ-la ticarət müharibəsində ilk dəfə geri addım atıb. Belə ki, rəsmi Pekin ABŞ-ın kənd təsərrüfatı məhsullarına idxal məhdudiyyətlərini ləğv etməyə başlayıb.

    “Haber7”nin məlumatına görə, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin verdiyi açıqlamadan məlum olur.

    Bildirilir ki, Pekinlə Vaşinqton arasında imzalanmış ticarət sazişinin birinci mərhələsinə uyğun olaraq Çin tərəfindən bəzi addımlar atılıb.

    Belə ki, ABŞ-dan gələn bəzi kənd təsərrüfatı məhsulları, o cümlədən quş əti, kartof və heyvan yemləri üçün Çinin tətbiq etdiyi idxal məhdudiyyətləri aradan qaldırılıb.

    Pekin ilə Vaşinqton arasında ticarət müharibəsi 2018-ci ilin yazında başlanıb. O vaxt Vaşinqton bir sıra ölkələrdən, o cümlədən Çindən alüminium və polad idxalına rüsumların artırılması barədə qərar qəbul edib. Bundan sonra tərəflər bir neçə dəfə qarşılıqlı olaraq idxal rüsumlarını artırmışdılar.

  • Saxta kərə yağı istehsal edən daha bir müəssisə bağlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirib.

    AQTA-dan verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilmədiyi və kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol verildiyi məlum olub.

    Belə ki, kərə yağı adı altında istehsal olunan və satışa çıxarılan yağların istehsalı zamanı baytarlıq ekspertizasından keçirilməyən (mənşəyi məlum olmayan) südün tərkibindəki təbii yağ separator vasitəsilə kənarlaşdırılaraq əvəzində bitki mənşəli yağ əlavə edilir. Müəyyən müddət soyuducuda saxlanıldıqdan sonra isə kustar üsullarla nehrə aparatına ötürülür və saxta kərə yağı istehsal olunur. Yağ polietilen paketlərdə qablaşdırılaraq, üzərində heç bir etiket məlumatları qeyd edilmir.

    Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

  • Baş Nazirdən iki nazirliyə tapşırıq

    Baş Nazir Əli Əsədov “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanının icrasını təmin etmək üçün sərəncam imzalayıb.

    “Report” xəbər verir ki, sərəncamla iki nazirliyə müvafiq tapşırıqlar verilib.

    Belə ki, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər orqanlar 2019-cu il dekabrın 20-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanı ilə təsdiq edilmiş “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokol”un müddəalarının bu Protokol qüvvəyə mindikdən sonra həyata keçirilməsi üçün aidiyyəti üzrə tədbirlər görməlidir.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • 9 il əvvəl qətl törədən şəxs bu gün saxlanıldı

    Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.

    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb. Belə ki, 2011-ci ildə Zaqatala şəhər sakini S.Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakını bürüyən toz-dumanın əsas səbəbi açıqlandı

    “Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

    O bildirib ki, buna səbəb ötən gün əsən güclü külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir:

    “Hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur”.

    O qeyd edib ki, tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.

  • Bakı qorxu dolu anlar: Marketdən oğurluq edib qaçarkən, ətrafdakılara bıçaqla hücum etdi – VİDEO

    Bakıda kişi bıçaqla şəhər sakinlərinə hücum edib.

    Bununla bağlı Oxu.Az videogörüntülər əldə edib.

    Məsələ barədə Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) ilə əlaqə saxladıq.

    Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərin birindən oğurluğa cəhd edən şəxs tərəfindən törədilib:

    “Onun hərəkətlərinin qarşısı satıcı tərəfindən alınarkən ona bıçaq xəsarəti yetirməklə, həmin ünvandan qaçmağa çalışıb. Ərazidə xidmətdə olan Yasamal Rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının çevik və operativ müdaxiləsi ilə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq, 27-ci Polis Bölməsinə təhvil verilib”.

    E.Hacıyev qeyd edib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

  • Lenta.ru о Ходжалы: «Женщины и дети в судорогах умирали на снегу» – ФОТО

    «28 лет назад, в ночь на 26 февраля 1992 года, в городе Ходжалы в Нагорном Карабахе произошла трагедия, жертв которой азербайджанцы оплакивают до сих пор», – говорится в фоторепортаже российского издания «Лента.ру».

    «В разгар карабахского конфликта армянские вооруженные силы окружили, а затем взяли штурмом город, который имел важное стратегическое значение. Эта операция обернулась массовой гибелью мирных жителей. Погибло более 600 местных азербайджанцев, преимущественно детей, женщин и стариков. Виновные так и не были найдены и наказаны. Ходжалинскую трагедию называют самым кровавым и жестоким эпизодом войны в Нагорном Карабахе».


    Далее издание публикует фото кровавых событий февраля 1992 года.









  • Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

    Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Bakı vaxti ilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit veriblər.

    Eyni zamanda Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Qeyd edək ki, bu gün – fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

  • Bakıda ağır qəza: Üç nəfər öldü – VİDEO

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

    Qəza zamanı üç avtomobil toqquşub.

    “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva saytımıza açıqlamasında bildirib ki, hadisə zamanı iki qadın və bir kişi ölüb.

  • Masallıda üç nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir: Burnu amputasiya olunub

    Masallı rayonunun Təzəkənd kəndində qətlə törədib, sonra özünü güllələyən Sarvan Ağayev Bakıya göndəriləcək.

    Masallı Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisəni törədən şəxsin vəziyyəti ağırdır.

    “Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burnu amputasiya olunub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan – 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nayihəsindən qəlpəli yaralar var”.

    Qeyd edək ki, bu gün günorta saatlarında Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib.

    Hadisə nəticəsində M.Nəbiyev və A. Nəbiyeva hadisə yerində ölüb, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.