Month: February 2020

  • Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi – 100 ballıq şkala olacaq

    Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiqləyib.

    Median.Az
    bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Bu qayda “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanıb və ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyən edir.

    Bu qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

    tədris-metodik vasitə – tədris məqsədləri üçün istifadə olunan kağız və ya elektron daşıyıcılarda olan resurs və ya resurs dəsti;

    açıq tədris-metodik vasitə – ödənişsiz və məhdudiyyətsiz istifadəyə icazə verilən tədris-metodik vasitə;

    dərslik – sistemli materialları özündə ehtiva edən və təhsil proqramına (kurikuluma) daxil olan fənnin (inkişaf sahəsinin) tədrisi müddətində müəyyənləşdirilmiş məzmun standartlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edən tədris-metodik vasitə;

    kağız dərslik – kağız daşıyıcıda olan dərslik;

    rəqəmsal dərslik – rəqəmli, mətnli, qrafik, audio, video və digər materialların məcmusundan ibarət elektron daşıyıcıda olan dərslik;

    dərs vəsaiti – təhsil proqramına (kurikuluma) daxil olan fənnin (inkişaf sahəsinin) tədrisi müddətində müəyyənləşdirilmiş məzmun standartlarının təhsilalanlar tərəfindən mənimsənilməsinə yardım edən tədris-metodik vasitə;

    qrif – ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən verilən eyniləşdirmə nömrəsi.

    Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi müəyyənləşib.

    Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər.

    Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:

    materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;

    pedaqoji və metodiki yanaşmaların qabaqcıl

    nəzəriyyələrə uyğunluğu;

    dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi;

    Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu.

    Dövlət ümumi təhsil proqramlarının (kurikulumların) həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlik tərəfindən bütün fənlər (inkişaf sahələri) üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi sifariş edilir.

    Açıq tədris-metodik vasitələrdən əlavə olaraq dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün başqa dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müstəsna və ya qeyri-müstəsna hüquqlarının alınması yolu ilə törəmə (tərcümə, dəyişdirmə) dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi Nazirlik tərəfindən sifariş edilir.

    Qərarla ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələr təsdiqlənib.

    Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir.

    Dərsliyə və onun hər bir təkmilləşdirilmiş və ya törəmə (tərcümə, dəyişdirmə) nəşrinə ayrıca qrif verilir.

    Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçirilir.

    Dərsliyə qrif almaq üçün ümumi təhsil müəssisəsi (bundan sonra – ərizəçi) Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (bundan sonra – TMİS) vasitəsilə dərsliyi və dərsliyin əsaslandığı təhsil proqramını (kurikulumu) elektron formada Nazirliyə təqdim etməlidir.

    Dərsliyə qrif almaq üçün müraciət Nazirliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.

    Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 (üç) nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

    Dərsliyə qrif verilməsi üçün müraciətə 2 (iki) ay ərzində baxılır.

    Dərslik 100 ballıq şkala üzrə aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

    dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğu (30 bal);

    dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu (40 bal);

    dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu (20 bal);

    dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi (10 bal).

    Qrif verilməsi üçün dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini toplamalıdır.

    Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat ərizəçinin şəxsi kabinetinə göndərilir.

    Dərsliyə qrif verilməsindən imtinadan ərizəçi yazılı formada (o cümlədən, elektron formada şəxsi kabineti vasitəsilə) 1 (bir) ay ərzində Nazirliyə şikayət verə bilər. Şikayət həmin dərsliyin qiymətləndirilməsində iştirak etmiş şəxslərdən ibarət tərkibdə yaradılan komissiyada ərizəçinin iştirakı ilə baxılaraq cavablandırılır.

    Dərsliyə qrifin verilməsi Nazirliyin əmri ilə rəsmiləşdirilir.

    Qrif verilmiş dərsliyin məzmunu qrifin verildiyi tarixdən sonrakı 5 (beş) tədris ili ərzində istifadəyə yararlı hesab olunur. Qrifin verilməsi barədə əmrdə dərsliyin adı, əsaslandığı təhsil proqramı (kurikulumu) və fənni (inkişaf sahəsi), əhatə etdiyi təhsil müddəti, müəllifləri və müstəsna müəlliflik hüququnun (©) sahibi (sahibləri), kağız və ya elektron daşıyıcıda olması və qrif göstərilir.

    Qrif verilməsindən imtina edilmiş dərslik təkmilləşdirildikdən sonra növbəti təqvim ilində yenidən qrif verilməsi üçün Nazirliyə təqdim edilə bilər.

    Nazirlik qrif verilmiş və qrifi ləğv edilmiş dərsliklərin reyestrini aparır və onlar barədə məlumatı rəsmi saytında dərc edir.

    Aşağıdakı hallarda Nazirlik dərsliyin qrifini vaxtından əvvəl ləğv edir:

    dərsliyin əsaslandığı təhsil proqramı (kurikulumu) qüvvədən düşdükdə;

    dərsliyin təkmilləşdirilmiş nəşrinə qrif verildikdə; 3.15.3. dərslikdə başqa əsərlərdən qeyri-qanuni istifadə (plagiat) faktı öz təsdiqini tapdıqda.

    Qrif verilmiş dərsliklərdən mülkiyyət formasından asılı olmayaraq, eyni təhsil proqramını (kurikulumu) həyata keçirən bütün ümumi təhsil müəssisələrində növbəti dərs ilindən istifadə edilə bilər.

    Ümumi təhsil müəssisəsində istifadə edilməsi üçün dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi barədə qərar ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanı, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində isə pedaqoji şura tərəfindən qəbul edilir.

    Qərarla ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri müəyyənləşib.

    Özəl ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.

    Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına, Nazirlik tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən satınalma yolu ilə həyata keçirilir.

    Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün rəqəmsal dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri internet şəbəkəsi üzərindən həyata keçirilir.

    Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Nazirlik tərəfindən nəşr ediləcək kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə növbəti tədris ilində olan tələbatın proqnozu TMİS vasitəsilə təqdim edilir. Təhsil müəssisələrinin rəhbərləri kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbatla bağlı məlumatları tədris ilinin başlanılmasına 6 (altı) ay qalmış TMİS-də bu məqsədlə açılmış xüsusi bölməyə daxil edərək, elektron imzaları ilə təsdiq edirlər. Daxil edilən məlumatlar yerli təhsili idarəetmə orqanları tərəfindən 1 (bir) ay müddətində dəqiqləşdirilərək, elektron imzalarla təsdiq olunduqdan sonra kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbat proqnozu formalaşır.

    Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı istifadəyə yararlılıq müddətləri nəzərə alınmaqla həyata keçirilir:

    məktəbəhazırlığın və 1-ci sinfin təhsilalanları üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – bir tədris ili;

    10-11-ci siniflərin təhsilalanları üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışından sonrakı beş tədris ili;

    digər təhsilalanlar üçün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışından sonrakı dörd tədris ili;

    təhsilverənlər üçün kağız dərs vəsaitləri və digər tədrismetodik vasitələr – ilk buraxılışından sonrakı beş tədris ili.

    Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı tiraj həcmlərində təşkil edilir:

    istifadəyə yararlılıq müddəti bir tədris ili təyin edilmiş dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr hər il istifadəçilərin proqnoz sayının 105 faizi həcmində;

    istifadəyə yararlılıq müddəti dörd və ya beş tədris ili təyin edilmiş dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr istifadə müddətinin ilk ilində istifadəçilərin proqnoz sayının 105 faizi həcmində, istifadə müddətinin qalan dövründə istifadəçilərin proqnoz sayının 45 faizi həcmində birdəfəlik, yaxud illərə bölünməklə.

    Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr tədris ilinin başlanılmasına 2 (iki) ay qalmış nəşr edilir və tədris ilinin başlanılmasına 1 (bir) ay qalmış dövlət və bələdiyyə ümumi təhsil müəssisələrinin yerləşdiyi ərazi üzrə yerli təhsili idarəetmə orqanlarına çatdırılır.

    Yerli təhsili idarəetmə orqanları ərazisində yerləşən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrini onların təqdim etdiyi proqnoz tələbat əsasında tədris ilinin başlanılmasına 15 (on beş) gün qalmış Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr ilə təmin edirlər.

    Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri hər bir istifadəçini tədris ili başlananadək kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr ilə təmin edirlər.

    Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri kağız dərslikləri, dərs vəsaitlərini və digər tədris-metodik vasitələri kitabxana fonduna daxil edirlər.

    Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində qrifi qüvvədən düşmüş kağız dərsliklər və ya bu Qaydanın 4.5-ci bəndi ilə müəyyən edilən istifadəyə yararlılıq müddəti bitmiş kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr köhnəlmiş hesab olunur və kitabxana fondundan qanunvericilikdə nəzərdə tutulmuş qaydada çıxarılırlar.

  • Азербайджан приостановил выдачу электронных виз гражданам Ирана – ВИДЕО

    Начиная с сегодняшнего дня приостановлена выдача электронных виз гражданам Ирана, желающим посетить Азербайджан.

    По информации Baku TV, в связи с этим на портале e-visa.gov.az заморожена процедура выдачи электронных виз для граждан соседней страны.

                                             

    Как сообщалось ранее, в Иране продолжает расти число жертв коронавируса, в связи с чем на усиленный режим работы переведены погранично-пропускные пункты на азербайджано-иранской границе.

    В случае, если у приехавших из Ирана лиц обнаруживается повышенная температура, они автоматически берутся под наблюдение врачей Джалилабадской центральной районной больницы или Клинического медицинского центра в Баку.

  • Azərbaycandan İrana elektron vizanın verilişi dayandırıldı – VİDEO

    Bu gündən etibarən Azərbaycana gəlmək istəyən İran vətəndaşları elektron visa üçün müraciət edə bilməyəcəklər.

    Baku TV xəbər verir ki, bununla bağlı e-visa.gov.az portalında İran vətəndaşlarının elektron müraciəti üçün ayrılan bölmə fəaliyyətini dayandırıb.

    Bölməyə daxil olarkən mənbə ölkə kimi İranı seçdiyiniz təqdirdə gedilən ölkənin müvafiq siyahıda yer almadığı göstərilir. Daha ətraflı portala daxil olaraq nəticəni yoxlaya bilərsiniz.

    Qeyd edək ki, koronavirusun İran ərazisində geniş yayılması nəticəsində ölənlərin sayı durmadan artır. Bununla bağlı Azərbaycanla İran arasındakı sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş jejiminə keçilib. İrandan gələn şəxslərdə hərarət yüksəkliyi aşkar olunduğu təqdirdə onlar ya Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, ya da Bakıdakı Kliniki Tibbi Mərkəzdə nəzarətə götürülür.

  • Azərbaycanda pensiyaçılara bu xidmət pulsuz oldu

    “Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər”.

    “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

    Onun sözlərinə görə, pensiya hesablarının mövcud oduğu “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur.

    Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla pensiyaları hesablarına köçürülən anda bu barədə “SMS xəbərdarlıq” formasında məlumat əldə edə bilərlər.

  • Bakıda hadisə: Kişi qəflətən metronun çıxışında öldü

    Bakıda kişi metronun çıxışında ölüb.

    Hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində, Həzi Aslanov metrosunun çıxışında qeydə alınıb. Belə ki, təxminən, 30 yaşlı kişi metronun çıxışında yerləşən apteklərin birinə qaçaraq dərman alıb. O, qayıdarkən aptekin çıxışında dünyasını dəyişib.

    Aptekdən bildiriblər ki, kişi “astma aparatı” alıb.

    Hadisə yerinə polis və Təcili Tibbi Yardım çağırılıb. Meyitin kimliyi araşdırılır.

  • Manatın sabaha MƏZƏNNƏSİ

    Fevralın 27-nə manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan Milli.Az-a verilən məlumata görə, 27.02.2020-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2020-ci il fevralın 26-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • Ученые о смертельной опасности интенсивных тренировок

    Американские ученые выяснили, что интенсивные аэробные упражнения могут способствовать внезапной остановке сердца, фибрилляции предсердий или инфарктам. О научной работе, раскрывающей смертельную угрозу чрезмерных физических нагрузок, сообщается в пресс-релизе на MedicalXpress, пишет «Лента.ру».

    Исследователи проанализировали 300 научных работ и определили, что для подавляющего большинства людей польза от аэробных тренировок перевешивает риски. Для физически активных людей, а также обычных пешеходов риск сердечного приступа и внезапной смерти снижается до 50 процентов. Однако марафоны и триатлоны повышают вероятность сбоев в работе сердечно-сосудистой системы.

    Среди участников в триатлоне почти 40 процентов инцидентов произошли у тех, кто впервые участвовал в состязании, что указывает на недостаточную тренировку или проблемы с сердцем. Половина кардиособытий происходила на последних 1,5 километра марафонов, поэтому специалисты рекомендуют поддерживать устойчивый темп бега. Кроме того, лучше постепенно увеличивать нагрузку, давая организму время на акклиматизацию.

    Риск фибрилляции предсердий, распространенной формы аритмии, способствующей развитию инсульта, значительно снижается при умеренных упражнениях, но наиболее высок у людей, как ведущих сидячий образ жизни, так и занимающихся очень интенсивными тренировками, например, бегом на 100 километров в неделю.

  • Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar

    Abşeron rayon sakini R.Əliyevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev tərəfindən saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini R.Əliyev fevralın 24-də Azadlıq prospektində “VAZ-21012” markalı avtomobilinə sərnişin qismində oturmuş 1 nəfərin ona zor tətbiq edib pulunu və mobil telefonunu aldığını bildirib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.

  • Bakı və Abşeronda toz dumanı müşahidə edilir – Normadan 2,6 dəfə çox

    “Hazırda Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

    O deyib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.

    R.Bağırov qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2,6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.

  • Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, Polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinə rəis təyin olunub. O, bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyib.

    Qeyd edək ki, bir müddət əvvəl DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin rəisi Şadəm Hüseynov təqaüdə göndərilmişdi.