Month: February 2020

  • В Баку парень бросился в море из-за любимой – ВИДЕО

    Попытка самоубийства произошла сегодня вечером в Баку.

    Как сообщает Baku.ws, инцидент был зафиксирован в Приморском национальном парке. Молодой человек попытался покончить жизнь самоубийством, бросившись в море. Однако его спасли охранники департамента бульвара Намик Махмудов и Байрам Алиев.

    Согласно полученной Baku.ws информации, причина попытки самоубийства молодого человека связана со смертью любимой девушки.

  • Azərbaycan-Türkiyə sənədləri imzalandı – YENİLƏNİB+FOTO

    Fevralın 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu”nu imzaladılar.

    “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) arasında əməkdaşlığa dair 2020-2021-ci illəri əhatə edən Fəaliyyət Planı”nı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun rəhbəri Nail Olpak imzaladılar.

    “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması haqqında Anlaşma Memorandumu”nu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç imzaladılar.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu”nu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkiyə Radio Televiziya Qurumunun baş direktoru İbrahim Eren imzaladılar.

    “2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokol”u Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaş imzaladılar.

    “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur nazirinin müavini Adil Karaismailoğlu imzaladılar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

    “2012-ci il sentyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

    “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu”nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu imzaladılar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez imzaladılar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”i Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzaladılar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi haqqında Protokol”u Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzaladılar.

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

  • Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoydu

    Səhər saatlarından başlayaraq əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kimi, Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.

    Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

    Onun sözlərinə görə, hazırda “Azərişıq” ASC-nin əməkdaşları qəzaların nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər görürlər:

    “Əsən güclü külək “Aran” Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən də Ağdam rayonunda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəza baş verən ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib. Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Külək imkan verdiyi qədər tez bir zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək”.

  • Azərbaycan Prezidenti: “Bir-birimizə arxayıq, bir-birimizə dayağıq”

    “Bizim səfərlərimiz müntəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük məna daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin”.

    “Report” xəbər verir ki, bu sözləri fevralın 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında deyib.

    Dövlət başçısı bildirib: “Bu gün bir çox məsələlər geniş müzakirə olundu. Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq.

    Keçən il Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışdır. Bu, Birləşmiş Millətlər Təşkilatından sonra dünya miqyasında ikinci böyük təsisatdır. Bu gün bu təsisatla Türkiyə arasındakı gələcək əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır”.

  • MSK sədri: “Nəhayət Azərbaycanda bütün tərəflər proseslərdə aktiv iştirak etməyə başlayır”

    “Siyasi partiyaların seçki prosesində müstəqil fəaliyyətinin şahidi olduq”.

    APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

    MSK sədri bildirib ki, tarixi canlanmanı yaşayırıq: “Seçkilərlə bağlı Azərbaycan ictimaiyyətinin bütün üzvləri arasında canlanma müşahidə edildi. Nəhayət Azərbaycanda bütün tərəflər proseslərdə aktiv iştirak etməyə başlayır. Bu sevindirici haldır. Ölkə vətəndaşlarının faəliyyəti üçün bütün şərait yaradılıb. Bu gün bəzi insanlar da öz narazılığını bildirir. Bu normal haldır. Narazılıqların haqlı olanları MSK və müxtəlif qurumlar tərəfindən təmin edildi”.

  • Yeni dünyaya gələn körpədə koronavirus aşkarlandı – VİDEO

    Çində 17 gün öncə dünyaya gələn qız uşağının koronavirus daşıyıcısı olduğu məlum olub.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, adı Xiao Xiao olaraq açıqlanan körpə artıq sağalıb. Maraqlısı odur ki, ona sağalması üçün heç bir dərman pereparatı verilməyib, 17 günlük uşaq öz-özünə bu dəhşətli virusdan xilas ola bilib.

    Onun ana bətnində olarkən koronavirusa yoluxduğu bildirilib.

  • Yaponiya çempionatının 3 turu koronavirusa görə təxirə salınıb

    Yaponiyada bir sıra idman yarışları təxirə salınıb.

    Apasport.az saytının məlumatına görə, buna səbəb ölkədə koronavirusun yayılmasıdır.

    Təşkilatçılar bu gün keçirilən iclasda bəzi yarışlar kimi, futbol üzrə ölkə çempionatının da oyunlarını təxirə salıblar. Konkret olaraq, fevralın 28-dən martın 15-dək təşkil edilməsi nəzərdə tutulan 2, 3 və 4-cü turların matçları qeyri-müəyyən vaxta keçirilib. Satılan biletlər isə etibarlılığını qoruyacaq.

    Qeyd edək ki, koronavirusa görə bir neçə ölkədə idman tədbirləri təxirə salınıb.

  • Bakıda çoxmərtəbəli binada yanğın baş verib – FOTO

    Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.

    APA xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsi 8 ünvanında baş verib.

    18 mərtəbəli binanın 4-cü mərtəbəsində eyvanda alov başlayıb. Evdə heç kim olmadığından əraziyə cəlb edilən FHN əməkdaşları xüsusi texnika ilə eyvana daxil olub. Alovun qarşısı alınıb.

    Hazırda ərazidə FHN-in 4 texnikası və canlı briqadası yanğının səbəblərini araşdırır.

  • Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb

    Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır kəllə-beyin travması alıb.

    APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

    1985-ci il təvəllüdlü Mahmudova Heyran Vidadi qızı marketdən çıxarkən səkidə onu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

    Qadın ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün axtarışındadır.

  • В Хырдале десятиклассник выбросился с 12-го этажа

    В Хырдалане совершен суицид, передает АПА.

    Так, 15-летний Ульви Руслан оглу Джафарли покончил жизнь самоубийством, выбросившись с 12-го этажа здания здания.

    Согласно предварительной информации, У.Джафарли приходил в одну из квартир в жилом здании к репетитору. Отмечается, что он поспорил с любимой девушкой, после чего решил покончить с собой.

    По факту проводится расследование.

    Отметим, что несколько лет назад покойный подросток был в центре внимания СМИ своим исчезновением.

    У.Джафарли учился в 10 классе.