Month: February 2020

  • Bakıda mənzildə 35 yaşlı qadının meyiti tapıldı

    Bakıda mənzildən qadın meyiti tapılıb.

    “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Əhmədova Arzu Hidayət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Qanun pozuntularına yol verən məntəqələr açıqlandı – SİYAHI

    Milli Məclisə seçkilərlə əlaqədar təqdim edilmiş protokolların və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib.

    “Report” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.

    Onun sözlərinə görə, 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar seçki dairəsinin 8, 13 və 20 saylı, 101 Göygöl-Daşkəsən seçki dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb: “Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb”.

  • Завершился визит Эрдогана в Азербайджан

    25 февраля завершился визит президента Турции Реджепа Тайипа Эрдогана в Азербайджан.

    Как передает Report, в Международном аэропорту Гейдара Алиева главу турецкого государства провожали первый заместитель премьер-министра Азербайджана Ягуб Эюбов, замминистра иностранных дел Халаф Халафов и другие официальные лица.

  • Ərdoğanın Azərbaycana səfəri başa çatdı

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri fevralın 25-də başa çatıb.

    “Report” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

  • Xırdalanda sevdiyi qızla mübahisə edən məktəbli özünü 12-ci mərtəbədən atdı – FOTO

    Xırdalan şəhərində intihar hadisəsi baş verib.

    APA-nın məlumatına görə, 15 yaşlı Ülvi Ruslan oğlu Cəfərli özünü 12-ci mərtəbədən ataraq intihar edib.

    İlkin məlumata görə, Ü.Cəfərli həmin binada müəllim yanına gedirmiş. Onun sevdiyi qızla mübahisə etdiyi, sonradan özünü binadan atdığı bildirilir.

    Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Qeyd edək ki, intihar edən Ü.Cəfərli bir neçə il əvvəl itkin düşməsi ilə mətbuatın diqqət mərkəzində olub.

    Ü.Cəfərli hazırda 10-cu sinifdə oxuyurmuş.

  • Zaqatalada 37 yaşlı kişini bıçaqladılar

    Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Göygöl rayonunun Qırıxlı kənd sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov qarın boşluğundan bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Onun hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil. Yaralının müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

    “Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq”.

    Bunu təhsil eksperti Elçin Əfəndi ötən gecə bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadə barəsində şəxsi “Facebook” hesabında yazıb.

    Azərbaycan Tibb Universitetinin tələbəsi mərhumla bağlı üç il əvvəlki xatirəsini bölüşüb:

    “2017-ci ildə Dövlət İmtahan Mərkəzi Yaz və Yay qəbul imtahan modelinə keçmişdi. Həmin vaxt Nəzakət Yaz qəbul imtahanında iştirak etdi. Və 637 bal topladı. Həmin ərəfədə Azərbaycan Tibb Universiteti Müalicə işi ixtisası üzrə dövlət sifarişinə keçid balı 635 idi. Nəzakət sevinirdi ki, ödənişsizə düşəcək. Ona görə də imtahandan bir-iki gün sonra rayona – Sabirabada getdi. Amma mən bilirdim ki, yay imtahanında abituriyentlərin böyük əksəriyyəti ballarını qaldıracaqlar. Ona görə də getməmişdən əvvəl hazırlığını davam etdirməsini məsləhət gördüm. Dedi ki, bəsimdi. Qəbul olaram bu balla. Dedim, qızım ödənişliyə düşəcəksən. Özün də rayon uşağısan. İldə 4000 AZN ödənişi çatdırıb vermək var. Gəl əziyyətdən keçib, ay yarım da hazırlaş və balını artır. Ödənişsizə düş və atangilə də dəstək ol. Atasıgil rayonda olurdular. Burada dayısıgildə qalırdı. Bizim bu danışıqlarımızdan nəticə çıxarmadı və dedi ki, rayona gedirəm. O zaman təklif etdim ki, hazırlıq üzrə təhsil haqqını qarşılayacağıq. Əgər buna görə narahatsansa, getmə. Qüruruna sığışdırmadı. Dedi gedirəm və getdi.

    Bir həftə sonra yay imtahanına qeydiyyatdan keçənlərin sayına baxdım və bildim ki, bu qızın xəyalları suya düşəcək. Pulsuza qəbul ola bilməyəcək. Telefonu götürüb atasına – Muğdət bəyə zəng etdim. Dedim övladınızı göndərin gəlsin, hazırlaşsın. Mən əlimdən gələni edəcəm ki, o, artıq bal toplasın. Atası ilə razılaşdıq. Nəzakət geri qayıtdı. Mən işə gələndə mənlə gəldi, mən gedəndə mənlə birgə çıxdı. Bütün imtahan vaxtına qədər hər gün mənim otağımın arxasında olan otaqda hazırlaşdı. Bütün günü oxudu. Və imtahan ərəfəsi gəldi. Xeyir-dua verib, imtahana yola saldıq. Nəticələr elan olundu. Balı 663, ya 667 idi. Dəqiq xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, həmin il Müalicə işi üzrə keçid balı 661 bal oldu. Və Nəzakət öz fikri ilə qalsaydı, ödənişliyə düşəcəkdi. Amma 663 balla ödənişsiz ixtisası qazandı. Həmin il biz 650 balı keçən hər bir abituriyentə 1000 AZN mükafat verirdik. Həmin mükafatı Nəzakət Rzazadə də qazandı. Mən onu indi də örnək kimi abituriyentlərə misal göstərirdim. Nümunə idi mənim üçün ki, rayon uşağı, atadan-anadan uzaq bu nəticəni qazandı.

    Amma indi çox pisəm. Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq.

    Az öncə atası ilə danışdım. Atası deyir dünən gecə saat 11-dən sonra zəng etdi xeyli danışdıq. Bizdən sonra sevgili olduqları oğlanla danışıb və ondan sonra da özünü atıb. Atasının dediyinə görə axtarış fayda vermədiyi üçün dayandırıblar. Və onlar rayona gedirlər. Sabah axtarış yenidən davam edəcək. Ümidimi üzmürəm. Ona görə də Allah rəhmət etsin sözünü yazmağıma rəğmən deyə bilmirəm”.

    Xatırladaq ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov Zöhrab oğlu və Nəzakət Rzazadə Müğdət qızı bir-birlərini seviblər. Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb. İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən Nəzakətin meyitinin axtarışı mümkün olmayıb, B. Məmmədov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir.

  • Azərbaycanda 87 məntəqə seçki komissiyası buraxıldı

    Azərbaycanda fevralın 9-da Milli Məclisə keçirilən seçkilər zamanı pozuntulara yol verdiklərinə görə ümumilikdə 87 məntəqə seçki komissiyası buraxılıb.

    “Report” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

  • Коронавирусом заразился и иранский депутат

    Иранский парламентарий Махмуд Садеки сообщил, что заразился коронавирусом. “Тест на коронавирус оказался положительным у меня. Об этом я сообщаю тогда, когда не питаю особой надежды, что смогу прожить дальше”, – написал он в Twitter, сообщает РИА Новости.

    Ранее советник министра здравоохранения страны Али Реза Вахабзаде сообщил, что замглавы министерства здравоохранения Ирана Ирадж Харирчи заразился коронавирусом. Харирчи на видео, опубликованном агентством ISNA в Telegram-канале, подтвердил, что у него коронавирус, пообещав побороть его.

  • Lənkəranda 30-dan çox uşaq xəstəxanaya yerləşdirilib? – VİDEO

    İranda koronavirusa yoluxanların və ölənlərin sayının artması sərhədyanı rayonlarda əhali arasında narahatlığa, eləcə də, müxtəlif şayiələrin yayılmasına səbəb olub.

    Lənkəranda 30-dan çox uşağın koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi barədə yayılan şayiələr də bu qəbildəndir.

    Baku TV-nin əməkdaşları əhali arasında gəzən söz-söhbətlərin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər.

    Xəstəxanadan Baku TV-yə bildirilib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Müraciətlər qış mövsümünə uyğun yayılmış kəskin respirator xəstəliklərlə əlaqədardır.