Month: February 2020

  • İlham Əliyevdən Xocalı soyqırımı paylaşımı: “Ədalət zəfər çalacaq!” – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

    “Ədalət zəfər çalacaq!” adlı videopaylaşım ölkə başçısının “Facebook” profili vasitəsilə yayımlanıb.

  • MSK daha iki məntəqəni “etibarsızlaşdırdı”

    Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə iki məntəqənin nəticələri ləğv edilib.

    Oxu.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qərar çıxarılıb.

    MSK qərara alıb ki, həmin dairənin 4 və 6 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılsın.

    Qeyd edək ki, adıçəkilən dairənin lider namizədi Musa Quliyevdir.

  • Azərbaycanda koronavirusla bağlı şayiə yayanlar tutuldu – VİDEO

    Son günlər sosial şəbəkələrdə Lənkəran rayonunda koronavirusa yoluxmuş şəxslərin olduğu barədə yayılan səs yazısı cənub bölgəsində, eləcə də, bütün ölkədə narahatlığa səbəb olub.

    Səsləri yayılan Lənkəran rayon sakinləri – Seymur Fətullayev və həkim Fərid Rüstəmov Real TV-yə danışıb.

    Onlar bildiriblər ki, xəstəliklə bağlı öz aralarında zarafat ediblər.

    S.Fətullayev S.Rüstəmovdan xəstəlik barədə soruşub.

    S.Rüstəmovun sözlərindən təşvişə düşən S.Fətullayev onun səsini “WhatsApp” qrupuna atıb.

    Bundan sonra səs hər kəsə yayılıb.

  • Biləsuvarda zibillik əlindən tərpənmək mümkün deyil: “Burada koronavirus da, taun da olar”

    Biləsuvar rayon İcra Hakimiyyətinin yaxınlığındakı ərazi zibilliyə çevrilib.

    Oxu.Az xəbər verir ki, məsələ illə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    İddia edilir ki, foto Biləsuvarın mərkəzi küçələrindən birində lentə alınıb:

    “Bura rayon İcra Hakimiyyətinin 100 metr yaxınlığında yerləşən ərazidir. Ərazinin təmizliyinə baxan yoxdur. Bu zibillikdə “koronavirus” nədir, “taun” xəstəliyi də tüğyan edər. O işıqlı binada əyləşən cənablar küçələrə tökülən zibillərin təmizlənməsinə baxmırlar”.

    Məsələ ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, sözügedən ərazidə məişət tullantıları yoxdur:

    “Rayonda küçələrin təmizliyinə mütəmadi nəzarət olunur. Parkların, mərkəzi küçələrin təmizliyinə xüsusi diqqət yetirilir. Ətraf küçələr də diqqət mərkəzindən kənarda qalmır. Yaşayış massivlərində ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət tullantıları aidiyyəti üzrə təmizlənir. Toplanılan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınır”.

  • Azərbaycanda külək toy çadırını uçurdu: Məclis dayandırıldı – FOTO

    Ağcabədidə güclü külək toy çadırını uçurub.

    APA-nın xəbərinə görə, hadisə rayonun Hacılar kəndində qeydə alınıb.

    Kənd sakini Həsən Kərimovun övladının toy məclisi üçün quraşdırılmış çadırı külək uçurub.

    Bu səbəbdən toy məclisi yarımçıq dayandırılıb. Xəsarət alan yoxdur.


  • Глава турецкой партии: Нагорный Карабах был оккупирован на глазах у всего мира – ВИДЕО

    Нагорный Карабах был оккупирован на глазах у всего мира. В Ходжалы были открыто совершены геноцид против международного права и преступления против человечности.

    Как передает HaberGlobal, об этом заявил председатель Партии националистического движения Турции (MHP) Девлет Бахчели.

    “Ходжалы – это неутихающая боль и бесконечные страдания. Армения оккупирует Нагорный Карабах на протяжении 28 лет”, – сказал Д.Бахчели.

    Председатель партии отметил, что Ходжалы, Нагорный Карабах – это часть тюркского мира.

  • Baxçalı: “Dağlıq Qarabağın işğalı dünyanın gözü qarşısında baş verib” – VİDEO

    “Dağlıq Qarabağın işğalı dünyanın gözü qarşısında baş verib. Xocalıda beynəlxalq hüququn soyqırımı, hücum, insanlığa qarşı cinayətləri açıq şəkildə törədilib”.

    “HaberGlobal”ın məlumatına görə, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib:

    “Xocalı susmayan fəryad, tükənməyən əzab və tükənməyən türk sevdasıdır. 28 ildir Dağlıq Qarabağın Xocalı rayonu türklüyün vicdanında sızıntı, milli ürəklərdə sancıdır. 28 ildir Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır”.

    MHP lideri qeyd edib ki, Xocalı türkdür, Dağlıq Qarabağ türkdür.

    Baxçalının Məmmədhüseyn Şəhriyardan gətirdiyi “Qurd qurdnan dolaşar, itlər it inən” sitatı zaldakılar tərəfindən alqışlarla qarşılanıb.

  • Məktəb direktorunun işdən çıxarılması ilə bağlı rəsmi AÇIQLAMA

    Təhsil Nazirliyi İsmayılov Mehman Novruz oğlunun Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktoru vəzifəsindən məcburi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

    Biləsuvar Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məktəbdə hazırda yeddi şagirdlə iki sinif komplektində tədris aparılır:

    “Tərəfimizdən məktəbin bağlanılması ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edilib. Hazırda məktəbdə direktor işləməyə real namizəd yoxdur. Odur ki, qonşu məktəbin direktor müavini Əlitudə Eyniyevə Arazbarı kənd ümumi orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra etmək tapşırılıb”.

    Məlumatda qeyd edilib ki, M.İsmayılov Rayon Təhsil Şöbəsindən ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xəstəliyi ilə bağlı xitam verilməsini xahiş edib. Onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 oktyabr 2019-cu il tarixli K-1592 nömrəli əmri ilə xitam verilib.

    Qeyd edək ki, Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktorunun məcburi şəkildə işdən çıxarılması barədə məlumat yayılıb. Direktor sosial şəbəkə vasitəsi ilə videogörüntü yayaraq bildirib ki, ona işdən çıxması üçün Biləsuvar Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov tərəfindən təzyiqlər olub.

  • Dövlət Gömrük Komitəsi tikinti şirkətini məhkəməyə verdi

    Bakı Kommersiya Məhkəməsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azman” mənzil tikinti kooperativinə qarşı yaranmış gömrük borcunun ödənilməsi tələbinə dair mülki işə baxılıb.

    Komitə gömrük əməliyyatları nəticəsində gömrük bəyannamələrinə əsasən, dövlət büdcəsinə ödənilməli olan 228 min 827 manat məbləğində pul vəsaitinin “Azman” mənzil tikinti kooperativindən tutularaq, dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

    Lakin məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Dövlət Kömrük Komitəsinə lazımi qaydada məlumat verilsə də, o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməyib.

    Eyni zamanda, iddiaçının nümayəndəsi Həsənov Bəbir Hüseyn oğlu məhkəməyə ərizə ilə müraciət edib, məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş edib.

    Cavabdehin nümayəndəsi və vəkili İbrahimov Telman Sadət oğlu məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirib və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edib.

    Buna görə məhkəmə işin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.

  • Bakıda sevgilisi üçün intihar edən qız bu universitetin tələbəsi imiş: Yüksək bal toplayıb

    Dənizkənarı Milli Park ərazisində özünü dənizə ataraq, intihar edən Nəzakət Rzazadə Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi imiş.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Belə ki, 1994-cü il təvəllüdlü G.Rzayeva 2017-ci ildə 667 balla Tibb Universitetinə qəbul olub.

    Hazırda onun meyiti axtarılır.

    Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib.

    Belə ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər.

    Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.