Month: February 2020

  • Bulvarda intihar edən sevgililərin görüntüsü yayıldı – VİDEO

    Bu gün səhər saatlarında Bakı Bulvarında baş verən intihar hadisəsi ilə bağlı görüntülər yayılıb.

    “BakuPost” xəbər verir ki, görüntülərdə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir.

    Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özlərini dənizə atıblar.

    Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas edə bilsələr də, gənc qız boğularaq ölüb.

    İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

  • Azərbaycanda gənclərin yumor hissi başlarına bəla oldu: Polisi təhqir etdiklərinə görə küçə süpürdülər – VİDEO

    Gəncədə yol polisinin ələ salındığı videonu çəkən şəxslər saxlanılıb.

    Həmin şəxslər müəyyən olunaraq, inzibati qaydada cəzalandırılıblar. Onların Gəncədə küçə süpürdüklərinə dair görüntüləri yayılıb.

    Xatırladaq ki, bir müddət əvvəl 20 DT 709 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə çəkilən videogörüntülərdə yol polisinin vətəndaşı heç bir əsas olmadan saxlayıb cərimə yazması və ərəb musiqisinin sədaları altında rəqs etməsi təsvir edilib.

    Yumor məqsədilə çəkilən görüntülərdə Azərbaycanda yol polisi təhqir edilib.

    Belə ki, sürücünü saxlayan yol polisi cərimə yazmaq üçün heç bir səbəb tapmadığı üçün ərəb musiqinin sədaları altında rəqs edərək, sürücüdən beş manat pul almağa çalışır.

  • Kurikulum ləğv edilir? – RƏSMİ AÇIQLAMA

    Təhsil Nazirliyi təhsil proqramı (kurikulum) ətrafında gedən müzakirələr haqqında məsələyə münasibət bildirib.

    Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, kurikulum nəyi və necə öyrətməyi, həmçinin, qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir.

    Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır.

    Proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyildir. Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir və s.

    Təhsil proqramları məktəbin, təhsilin tarixi boyu həmişə olmuşdur. Belə ki, təlim prosesində nəyin tədris olunması, onun şagirdlərə aşılanması, nəticələrin qiymətləndirilməsi hər zaman problem olaraq təhsillə məşğul olan insanları düşündürmüş və müvafiq proqramların hazırlanmasını tələb edib. Bu, cəmiyyətin təhsil ehtiyaclarını tənzim edən normativ sənəd kimi meydana çıxıb.

    Ölkəmizdə, həmişə olduğu kimi, bu gün də təhsil proqramlarından istifadə edilir. Lakin bu proqramlar daimi xarakter daşımır. Onlar dövri olaraq cəmiyyətin ehtiyac və tələblərinə uyğun dəyişir. Necə ki, hazırda ölkəmizdə olan standart və təhsil proqramlarının təkmilləşdirilməsi üzərində iş aparılır.

    Qeyd edək ki, sosial şəbəkələrdə kurikulumun ləğvi edilməsi və ya formatının dəyişdirilməsi ilə bağlı məlumatlar paylaşılır.

  • Синоптики обнародовали прогноз погоды в Азербайджане на 26 февраля

    26 февраля в Баку и на Абшеронском полуострове ожидается пасмурная погода без осадков, переменная облачность, ночью и утром – туман, умеренный южный ветер.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в Баку и на Абшероне ночью составит 4-6, днем – 8-10 градусов тепла.

    Атмосферное давление повысится с 763 до 768 мм ртутного столба, относительная влажность составит ночью 70-80%, днем – 45-50%.

    Ночью и утром в ряде регионов Азербайджана возможны дожди, в горах – снег. В отдельных местах прогнозируется туман, порывистый западный ветер.

    Температура воздуха ночью составит 0-5, днем – 8-13 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 2-7 градусов тепла.

  • 26 Fevralın hava proqnozu

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralda 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişlidir.

  • İki yaşlı qızını çörək qırıntılarını yerə tökdüyünə görə öldürdü

    Rusiyada qadın azyaşlı övladını çörək qırıntılarını yerə tökdüyünə görə öldürüb.

    “RİA Novosti”nin yaydığı xəbərə görə, 28 yaşlı sərxoş qadın çörək qırıntılarını yerə tökən uşağına qəzəblənib.

    O, yerə tökülən qırıntıları yığaraq iki yaşlı qızının boğazına tıxayıb. Nəticədə uşaq boğularaq ölüb.

    Bundan sonra qadınla birgə yaşayan kişi uşağın cəsədini evdən çıxararaq gizlədib. Hadisə baş verəndən on gün sonra kişi spirtli içkidən zəhərlənərək ölüb.

    Bir neçə aydan sonra qadının rəfiqəsi uşağı tapmadıqları ilə bağlı polisə müraciət edib.

    Bundan sonra cinayətin üstü açılıb. Əvvəlcə uşağın ölümünü birgə yaşadığı kişinin üstünə atmağa çalışan ana sonradan uşağı öldürdüyünü etiraf edib.

    Prokuror onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

  • Bu ərazilərdə küləklə bağlı gücləndirilmiş iş rejiminə keçildi

    Bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

    Hazırda önləmə tədbirləri iki regionda olan 10-a yaxın rayon və qəsəbəni əhatə edir.

    Bildirilir, hazırda “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-yə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonlarının və Yalama qəsəbəsinin ərazisində güclü külək müşahidə edilir.

    Məlumatda qeyd olunub ki, baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur”.

  • В Минздраве прокомментировали нехватку масок и спирта на фоне угрозы Covid-19 в Азербайджане

    На фоне распространения нового коронавируса (Covid-19) в соседнем Иране в Азербайджане вырос спрос на медицинский спирт и защитные маски. Это обстоятельство привело к нехватке изделий в аптеках.

    Как передает Media.az, пресс-секретарь Министерства здравоохранения Азербайджана Парвиз Абубекиров по этому поводу заявил Unikal.org, что ведомство занимается проверкой ввозимых лекарственных препаратов, но не завозит их в страну.

    “Маски завозят предприниматели, а не Министерство здравоохранения. Министерство занимается лишь проверкой качества ввозимых в страну лекарственных препаратов.

    Попрошу связаться с аптечным складом (депо) и спросить, почему не поставляете маски в аптеки? Или не завозите в страну медицинские маски? А если да, то по какой цене?”, – отметил он, добавив, что в случае наличия недовольства ценами следует обращаться в соответствующую службу при Министерстве экономики Азербайджана.

  • Səhiyyə Nazirliyi maska çatışmazlığına görə bu qurumu ittiham etdi

    Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi maskaya tələbatı artıb. Bununla əlaqədar vətəndaşlar apteklərdə maska və tibbi spirti tapmaqda çətinlik çəkir.

    Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov tibbi maskaların çatışmazlığına görə İqtisadiyyat Nazirliyini və sahibkarları ittiham edib:

    “Maskaları Səhiyyə Nazirliyi deyil, sahibkarlar gətirir. Nazirlik yalnız ölkəmizə gətirilən dərman preparatlarının keyfiyyətini yoxlayır. Xahiş edirəm, depolara zəng edib soruşun ki, niyə apteklərə maska gətirmirsiniz? Və yaxud da niyə ölkəyə tibbi maska gətirmirsiniz?

    Gətirirsinizsə, qiyməti neçəyədir? Qiymətlərlə bağlı narahatlıq varsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxlasınlar”.

  • Naxçıvan Ali Məclisinin komitə sədrləri və üzvləri seçildi – ADLAR

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni sədrləri və üzvləri seçilib.

    Bu barədə Ali Məclis qərar verib.

    Qərarla Ali Məclisin deputatları müvafiq komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçiliblər. Onların adlarını təqdim edirik.

    I. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi

    1. Səfərli Hacıfəxrəddin Yəhya oğlu – sədr

    2. Babayev Əmir Baxşəli oğlu – müavin

    3. Cəfərli Elman Yusif oğlu – üzv

    4. İbrahimov Qadir Abbas oğlu – üzv

    5. Niftəliyev Hüseyn Əsrafil oğlu – üzv

    6. Məmmədli Turan Bəyməmməd qızı – üzv

    7.Allahverdiyeva Aidə Məhərrəm qızı – üzv

    II. İqtisadi siyasət komitəsi

    1. Zeynalov Azər Yadulla oğlu – sədr

    2. Məmmədov Nazim Məmməd oğlu – müavin

    3. Möhbəliyev Telman Əli oğlu – üzv

    4. Məmmədov İsa Mustafa oğlu – üzv

    5. Qasımov Arif Mikayıl oğlu – üzv

    6. Abbasov Vüqar Zakir oğlu – üzv

    7. Quluyeva Sevda Rüstəm qızı – üzv

    8. Vəliyev Musa Məmməd oğlu – üzv

    III. Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsi

    1. İsayev İsa Bünyad oğlu – sədr

    2. Bababəyli Nazim Səfərəli oğlu – müavin

    3. Hacıyev Emin Davud oğlu – üzv

    4. Bağırsoylu Hüseyn Qədrulla oğlu – üzv

    5. Əliyeva Vüsalə Abazər qızı – üzv

    6. Fərəcov Fərəc Rza oğlu – üzv

    7. Cəfərli Əhəd Məmməd oğlu – üzv

    IV. Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsi

    1. Həşimli Hüseyn Məmməd oğlu – sədr

    2. Vəliyeva Günel Fəxrəddin qızı – müavin

    3. Həsənova Turan Vaqif qızı – üzv

    4. Həsənova Esmira Həsən qızı – üzv

    5. İbadov Telman Əsəd oğlu – üzv

    6. İsmayılov Cəbi Əziz oğlu – üzv

    7. Cəlilzadə Aidə Məhəmməd qızı- üzv

    8. Allahverdiyeva Həbibə Rəşad qızı – üzv

    V. Yerli özünüidarə komitəsi

    1. Babayev Tofiq Süleyman oğlu – sədr

    2. İsmayılov Ehtibar Şəhrud oğlu – müavin

    3. Zeynalov Eldar Əhəd oğlu – üzv

    4. Məmmədov Rizvan Təmo oğlu – üzv

    5. Əliyev Asim Yediyar oğlu – üzv

    6. Bağırov Zəbur David oğlu – üzv

    7. Məmmədov Ehtimad Cəfər oğlu – üzv

    VI. İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi

    1. İbrahimov Anar Adil oğlu – sədr

    2. Rzayeva Yazgül Həsənəli qızı – müavin

    3. Məmmədova Yeganə Qurban qızı – üzv

    4. Talıbov Seymur Vasif oğlu – üzv

    5. Əzimov Behruz Nurəddin oğlu – üzv

    6. Qəribli İsmayıl Cavanşir oğlu – üzv

    7. Həsənov Nüsrət Firudin oğlu – üzv.

    Ali Məclisin bu barədə qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təsdiq edib.

    Qeyd edək ki, fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.