Month: February 2020

  • Последние кадры с участием азербайджанского шехида – ВИДЕО

    В социальных сетях распространилось последнее видео с участием военнослужащего азербайджанской армии Акифа Эльшан оглу Аббасова, который стал шехидом.

    Напомним, А.Аббасов пропал без вести, его тело было обнаружено несколько дней назад на нейтральной территории на границе Азербайджана и Армении в направлении села Агдам Товузского района АР. Оно было эвакуировано при посредничестве Международного комитета Красного Креста после обращения и согласия сторон.

    Военнослужащий был похоронен на Аллее шехидов в Агджабединском районе.

  • 35 gün sonra meyiti tapılmış şəhidimizin son görüntüsü – VİDEO

    Xəbər verdiyimiz kimi, yanvarın 16-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində itkin düşən hərbçimiz Abbasov Akif Elşən oğlu fevralın 22-də torpağa tapşırılıb.

    Oxu.Az xəbər verir ki, sosial şəbəkədə şəhidimizin son videosu yayılıb.

    Qeyd edək ki, itkin düşən hərbçimizin meyiti fevralın 20-də Azərbaycan-Ermənistan sərhədində neytral ərazidən götürülüb.

    A.Abbasov doğulduğu Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

  • Qazaxıstanda etiraz aksiyaları keçirilib: Onlarla saxlanılan var

    Qazaxıstanın paytaxtı Nur-Sultanda, Almatı şəhərində və ölkənin digər bölgələrində keçirilən etiraz aksiyaları zamanı 50 nəfərdən çox etirazçı saxlanılıb.

    “RİA Novosti” agentliyinin xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər naziri Erlan Turqumbayev məlumat verib.

    Etiraz aksiyaları hazırda Fransada yaşayan “Qazaxıstanın Demokratik Seçimi” hərəkatının rəhbəri Muxtar Ablyazovun müraciətindən sonra baş tutub.

    Qazaxıstanın DİN rəhbəri bildirib ki, həbs edilən nümayişçilərdən 10 nəfəri inzibati məsuliyyətə cəlb edilib.

  • Rusiyada azərbaycanlıya qarşı fırıldaqçılıq

    Rusiyada Azərbaycan vətəndaşını aldadıblar.

    Astrakhan.site-nin məlumatına görə, mütəmadi olaraq Rusiyaya gedən azərbaycanlı orada biznes qurmaq istəyib.

    Bunun üçün Rusiya vətəndaşlığı almaq istəyən həmin şəxs qardaşının keçmiş arvadına müraciət edib.

    Həştərxan vilayətinin 40 yaşlı sakini ona Rusiya vətəndaşlığı almaq üçün kömək edəcəyini vəd edib.

    Qadın keçmiş qaynından 120 000 rubl (3,180 AZN) alaraq, onun işini həll etmək üçün hansısa tanışına verdiyini deyib.

    Altı ay keçəndən sonra aldandığını başa düşən Azərbaycan vətəndaşı polisə müraciət edib.

    Qadının onun vətəndaşlıq alması ilə bağlı heç kimə müraciət etmədiyi və aldığı pulu xərclədiyi məlum olub.

    Faktla bağlı cinayət işi açılıb.

  • 20 Yanvar faciəsinin baiskarlarından Dmitri Yazov öldü

    Sovet İttifaqının sonuncu marşalı Dmitri Yazov ölüb.

    TASS-ın məlumatına görə, bununla bağlı xəbəri Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.

    Onun 96 yaşında ağır xəstəlikdən öldüyü vurğulanıb.

    Dmitri Yazov 1987-ci ildən 1991-ci ilədək SSRİ-nin sonuncu Müdafiə naziri olub.

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı qətliam törədib. SSRİ-nin Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub.

    Bu zaman 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

  • “Diamond Princess”də olan ukraynalılar vətənlərinə təxliyyə olunmaq istəmirlər

    “Diamond Princess” kruiz gəmisində olan ukraynalıların əksəriyyəti vətənlərinə təxliyyə edilməkdən imtina ediblər.

    Bu barədə “Gromadskoe radio” Ukrayna Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

    Nazirliyin Konsulluq Xidmətləri İdarəsinin böhran idarəetmə şöbəsinin müdiri Maksim Kovalenkonun sözlərinə görə, “Diamond Princess” kruiz gəmisində olan Ukrayna vətəndaşları vətənlərinə təxliyyə olunmaq istəmirlər.

    Hazırda 23 ukraynalının gəmidə, ikisinin isə xəstəxanada olduğu dəqiqləşdirilib. Onların hamısı ekipaj üzvləridir.

    “Həmin şəxslərin öhdəlikləri müqavilə ilə müəyyən edilir, istəkləri də nəzərə alınır. İndiyə qədər onlardan 24-ü artıq Ukraynaya qayıtmaq niyyətində olmadıqlarını bildiriblər”, – deyə Kovalenko qeyd edib.

    O deyib ki, Ukraynanın Yaponiyadakı səfirliyi, eləcə də ölkənin Xarici İşlər və Səhiyyə nazirlikləri ukraynalıların fikirlərinin dəyişə biləcəyini istisna etmirlər.

    Qeyd edək ki, fevralın 5-də sərnişinlərdən birində koronavirus aşkarlandıqdan sonra “Diamond Princess” kruiz gəmisi Yaponiya sahillərində karantinə alınıb.

  • Водитель неоднократно нарушил ПДД на дороге Баку-Сумгайыт – ВИДЕО

    В Сети распространилось видео грубого нарушения водителем Renault правил дорожного движения (ПДД) на трассе Баку-Сумгайыт.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, проехав так называемый экологический пост, водитель начал совершать маневры то влево, то вправо, создавая тем самым угрозу для других участников движения.

    Также заметно, что госномер машины грязный.

    Увидев впереди автомобиль дорожной полиции, водитель снизил скорость, но продолжал нарушать правила движения, совершая те же маневры.

  • Bakı-Sumqayıt yolunda sürücüdən silsilə qayda pozuntuları – VİDEO

    Bakı-Sumqayıt yolunda “Renault” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb.

    Sürücü “Ekologiya postu”ndan keçdikdən sonra sola və sağa manevr edərək, hərəkətin digər iştirakçıları üçün təhlükə yaradıb.

    Videoda avtomobilin dövlət nömrə nişanının çirkli olduğu da aydın görünür. Qarşıda YPX avtomobilini görən sürücü sürəti azalsa da, sonradan yenə eyni manevrlər edərək qaydaları pozmağa davam edib.

  • В Баку мужчина убил своего брата-полицейского

    В Баку убит сотрудник полиции.

    Инцидент зарегистрирован по адресу: Наримановский район, ул. М.Нагиева, 30.

    Между жителем столицы Аразом Рамазановым (1992 г.р.) и его братом, сотрудником 19-го отделения полиции Насиминского РУП Анаром Рамазановым (1989 г.р.) возник спор.

    В результате конфликта Араз Рамазанов нанес брату ножевые ранения, от которых тот скончался.

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса АР.

    Совершивший преступление мужчина задержан.

  • Bakıda dəhşət: Polis qardaşı tərəfindən qətlə yetirildi

    Bakıda polis əməkdaşı qətlə yetirib.

    Hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

    Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib.

    Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

    Hadisəni törədən şəxs saxlanılıb.