Month: February 2020

  • Азербайджан ввел ограничительный режим на границе с Ираном – ОФИЦИАЛЬНО

    Учитывая рекомендации Всемирной организации здравоохранения (ВОЗ) и опыт других стран в связи с угрозой распространения коронавируса, принято решение о закрытии на две недели государственной границы Азербайджана с Ираном на основе ограничительного режима с 16:00 29 февраля 2020 года.

    Об этом сообщает Кабинет министров Азербайджана.

    Сложившаяся ситуация обсуждалась с соответствующими государственными структурами Ирана. Соседняя страна была проинформирована о решении Азербайджана.

    В координации с Ираном будет обеспечен с применением соответствующего режима необходимый коридор для выхода иранских граждан, находящихся на территории Азербайджана, организации въезда на родину азербайджанских граждан, находящихся на территории Ирана.

    При необходимости будет осуществляться оформление гуманитарных виз гражданам Исламской Республики Иран.

    Азербайджан продолжает поддерживать контакты и сотрудничество с ВОЗ, дружественными государствами и странами-партнерами в связи с угрозой коронавируса.

  • Azərbaycan-İran sərhədi məhdudlaşdırıcı rejim əsasında bağlandı – RƏSMİ

    Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

    Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

    Yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.

    İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.

    Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcək.

    Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatı, dost və tərəfdaş dövlətlərlə koronavirus riski ilə əlaqədar təmasları və əməkdaşlığı davam etdirir.

  • İrandan Azərbaycana olan reyslərə məhdudiyyət qoyuldu

    Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana və İrandan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.

    AZAL-dan verilən məlumata görə, fevralın 29-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq.

    Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi – callcenter@azal.az ilə əlaqə saxlaya bilər.

    Əvvəl də qeyd edildiyi kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüb.

  • Azyaşlılara tütün məmulatları satan şəxslər bu məbləğdə cərimələndi

    “2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub”.

    Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Məlumata görə, onlara tətbiq edilən cərimələr 137 290 manat təşkil edib.

  • İrandan qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkarlandı

    Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb.

    Operativ qərargahdan “Report”a bildirilib ki, İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

    Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

    Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

    Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

  • Ağdaşda karantinə alınan şəxsdə koronavirus aşkarlanıb? – VİDEO

    İrandan Azərbaycana gələn Ağdaş sakini karantinə alınıb.

    Ağdaş rayonu, Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çağırış edib.

    Sahil Nuralıyevin ünvanına gedən həkim briqadası ona lazımi tibbi yardım göstərdikdən sonra məlum olub ki, o, bir neçə gün əvvəl İran İslam Respublikasından qayıdıb.

    Dərhal Sahil Nuralıyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Yoluxucu Şöbəyə yerləşdirilib.

    Xəstəxananın baş həkimi İntiqam İbrahimovun sözlərinə görə, həmin şəxsdə müayinələr aparılıb və heç bir virus aşkar olunmayıb.

    O, karantin müddəti bitəndən sonra evə buraxılacaq.

  • Azərbaycanda müəllim sinifdə “Məsti-xumar” mahnısına oynadı – VİDEO

    Bakıda məktəbdə “Məsti-xumar” mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb.

    İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli Unikal.org-a sözügedən görüntünün ona aid olduğunu bildirib:

    “Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm. Bu video qış tətilində hesabat hazırladığım zaman çəkilib.

    Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım.

    Yorğunluğumu, stresimi çıxarmaq üçün noutbukumda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz?

    Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər.

    Bu hadisə nə dərs zamanı, nə də iş saatımda baş verməyib.

    Şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir.

    Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə, bunu kimsə paylaşmadı.

    20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Şagirdlərim Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrində oxuyublar.

    Hazırda da şagirdlərimdən universitetlərdə təhsil alanlar var. Dərs dediyim şagirdlərimdən bu gün ən yüksək vəzifələrdə çalışanlar da var”.

    Gülsüm Biləndərli bir daha hesab edib ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər:

    “Bu görüntülər dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nə isə etməmişəm. 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə təhsil vermək gücündəyəm”.

  • Bakıda brend geyim əşyaları satılan mağazadan külli miqdarda oğurluq – FOTO

    Paytaxtın Nəsimi rayonunda brend geyim əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Nəsimi Rayon Polis İdarəsinə müraciət edən mağaza direktoru 2019-cu ilin iyun-avqust ayları ərzində obyektdən ümumi dəyəri 15000 manat olan 30 ədəd geyim əşyasının gizli yolla talandığı barədə məlumat verib.

    Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, geyim əşyaları mağazanın satış təmsilçisi Çingiz Rəhimov tərəfindən müxtəlif vaxtlarda dəyərindən ucuz qiymətə satılıb.

    O, malları satandan sonra əldə etdiyi pul vəsaitlərini isə kassaya daxil etməyərək mənimsəyib. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib.

    Ç.Rəhimov ifadəsində mağaza rəhbərliyi ötən yay istirahətdə olan zaman bu üsulla obyekdən oğurluq etdiyini etiraf edib.

    Qeyd edilən faktla bağlı Çingiz Rəhimov barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • В Азербайджане в первый день весны будет ветрено и дождливо

    1 марта в Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, переменная облачность, ночью и утром – туман, днем – сильный северо-западный ветер.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне ночью составит 4-7, днем – 8-11, в Баку ночью – 5-7, днем – 9-11 градусов тепла.

    Атмосферное давление повысится с 758 до 764 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 60-65%.

    В некоторых регионах Азербайджана ожидаются дожди, в горах – снег. На севере осадки могут принять интенсивный характер. Ночью и утром в отдельных местах прогнозируется туман, порывистый западный ветер.

    Температура воздуха ночью составит 4-9, днем – 13-18 градусов тепла, в горах ночью – от 3 градусов мороза до 2 градусов тепла, днем – 4-8 градусов тепла.

  • Martın ilk gününün hava proqnozu açıqlandı

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman, şimal-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

    Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında gündüz güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

    Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.