Month: February 2020

  • По факту убийства в Огузе возбуждено уголовное дело

    По подозрению в убийстве жителя села Керимли Огузского района Азербайджана Эльшана Абдуллаева задержан Зергем Масимов.

    Как говорится в сообщении пресс-службы МВД, в районной прокуратуре в связи с убийством возбуждено уголовное дело.

    28 февраля в результате конфликта З.Масимов выстрелил в своего соседа Э.Абдуллаева из охотничьего ружья. Мужчина скончался на месте.

  • Oğuzda baş verən qətllə bağlı cinayət işi açıldı

    Oğuz rayonunun Kərimli kəndi ərazisində münaqişə zəminində həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən Z.Məsimov tutulub.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, fevralın 28-də Oğuz rayonunun Kərimli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məsimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Elşən Abdullayevi qətlə yetirib.

    Oğuz rayonunun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Məsimov tutulub.

    Cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

    Faktla əlaqədar cinayət işi başlanıb.

  • В Баку молодая женщина скончалась от пневмонии

    В Городской клинической больнице №3 в Сабунчинском районе Баку скончалась пациентка.

    Как передаёт Median.Az со ссылкой на Unikal.org, 28 февраля в медучреждение в тяжелом состоянии с диагнозом “пневмония” была доставлена 26-летняя Назакет Рамазанова.

    Несмотря на все усилия врачей, женщину спасти не удалось.

  • Bakıda gənc qadın pnevmaniyadan vəfat etdi

    Bakıda 26 yaşlı qadın pnevmaniyadan vəfat edib.

    Unikal.org-un məlumatına görə, dünən gecə 26 yaşlı Ramazanova Nəzakət Fazil qızının səhhəti ağırlaşdığı üçün təcili yardımla Sabunçu rayonunda yerləşən 3 №-li Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

    Həkimlərin səyinə baxmayaraq, 26 yaşlı qadın pnevmaniyadan ölüb.

  • Самолет AZAL рейса Баку-Анкара вернулся в аэропорт вылета

    Самолет рейса J2-003 “Азербайджанских Авиалиний” (AZAL), вылетевший из Баку в Анкару в 10:35, развернулся в воздухе и запросил посадку в Международном аэропорту Гейдар Алиев. Об этом Oxu.Az сообщили в пресс-службе AZAL.

    Причиной экстренной посадки стала техническая неисправность воздушного судна.

    В 11:05 по бакинскому времени самолет благополучно приземлился в бакинском аэропорту.

    По предварительной информации, указанный рейс задерживается до 12:30 29 февраля.

  • Bakıdan Ankaraya uçan təyyarə geri qayıtdı

    Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib.

    Bu barədə AZAL-dan məlumat verilib.

    Bildirilib ki, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib.

    İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.

  • Сколько дней граждане Азербайджана будут отдыхать в марте?

    В Азербайджане обнародовано количество праздничных и выходных дней в марте.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, Международный женский день – 8 марта является в стране официальным праздником.

    Так как он приходится на воскресенье, то понедельник, 9 марта, будет нерабочим днем.

    Праздник Новруз в Азербайджане отмечается пять дней – с 20 по 24 марта. В связи с тем, что 20 и 21 марта совпадают с выходными, 25 и 26 марта также будут нерабочими днями.

    В целом в марте вместе со всеми выходными население будет отдыхать 15 дней.

  • Martda 15 gün dincələcəyik

    Mart ayının istirahət günləri açıqlanıb.

    Martın 8-də Beynəlxalq Qadınlar günüdür.

    Həmin gün bazar günü olduğu üçün martın 9-u da qeyri-iş günü olacaq.

    Martın 20, 21, 22, 23, 24-ü Azərbaycanda Novruz Bayramı qeyd ediləcək.

    Martın 21-i və 22-si həftəsonuna təsadüf etdiyi üçün qeyri-iş günləridir və bayram günləri ilə eyni vaxt olduğuna görə martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.

    Beləliklə, yeddi gün bayram tətili olacaq. Ümumilikdə isə mart ayı ərzində həftəsonları ilə birlikdə 15 gün istirahət günü olacaq.

  • Azərbaycanda bu şəxslər koronavirusa yoluxa bilər – RİSK SİYAHISI

    Ötən gün Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev Oxu.Az-a açıqlamasında bəzi şəxslərin daha ehtiyatlı olmasını tövsiyə edib.

    O bildirib ki, ahıl insanlar daha çox risk qrupuna daxildir:

    “Xüsusi olaraq, onkoloji xəstələr, xroniki xəstəliyi – diabeti, xroniki böyrək, ürək, qaraciyər çatışmazlığı olan, orqan köçürülmüş xəstələr, immunsupressiv dərman istifadə edənlər diqqətli olmalıdır. Onların müqaviməti zəif olduğu üçün koronavirusa daha tez yoluxa bilərlər”.

    V.Əliyev əlavə edib ki, bəzi xəstələrin iki həftəyə sağalması mümkündür, bəziləri isə bu xəstəliyi daha şiddətli keçirə bilər.

  • Rusiyada anbar yanır – VİDEO

    Moskva yaxınlığında Naro-Fominsk rayonunda anbar yanıb.

    REN TV-nin məlumatına görə, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

    Son məlumatlara görə, yanğın 5000 kv.m ərazini əhatə edib.

    Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.