Month: February 2020

  • “Araq için, deyib xalqı “alkaş” etməyin” – Rəşid Mahmudov koronavirusdan qorunmağın yollarını açıqladı

    Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov koronavirusundan qorunmağın yolunu açıqlayıb.

    Median.Az xəbər verir ki, Rəşid Mahmudov Unikal.org-a açıqlamasında bildirib ki, insan tələfatına səbəb olan epidemiyaya yoluxmamaq üçün Hidrogen Peroksiddən (Perekis) istifadə etmək lazımdır:

    “Deyirlər guya koronavirusdan qorunmaq üçün araq içmək lazımdır. Xahiş edirəm belə deyib xalqı alkaş etməsinlər. Perekisi alıb 3 faizli məhlula çevirin onu şprisə doldurub 3-5 kub santimetr səhər-axşam burunlarınızın deşiyinə tökün. Bir də boğazınızı soda ilə qarqara edin, axşamlar da bir diş sarımsaq yeyin koronavirus sizə yaxın da gələ bilməyəcək”.

  • Рахман Рахманов: Половину расходов на операцию оплатил мой близкий друг – ЭКСКЛЮЗИВ

    Заслуженный артист Азербайджана Рахман Рахманов перенес операцию на желчном пузыре. В настоящее время он проходит лечение в Бакинском оздоровительном центре.

    Как заявил артист Oxu.Az, в ближайшие дни его ожидает вторая операция.

    “Благодаря профессиональным врачам операция по прочистке желчных протоков прошла хоть и тяжело, но успешно. Меня уже перевели в палату. Сейчас чувствую себя хорошо. Теперь врачи готовят меня к еще одной операции, так как шлаки скопились и в печени”, – сказал Р.Рахманов.

    Он также рассказал о том, кто оплатил его операцию.

    “Половину расходов оплатила моя супруга, но по настоянию моего близкого друга деньги были возвращены нам, за что я выражаю благодарность центру. Оставшуюся половину расходов оплатил сам друг”, – сказал артист.

    Рахман Рахманов впал в кому из-за проблем с поджелудочной железой и желчным пузырем. Актера сначала госпитализировали в Городскую объединенную больницу №6 имени Аждара Меликова, а затем перевели в Бакинский оздоровительный центр.

  • Белый дом запросит у Конгресса $1 млрд на борьбу со вспышкой коронавируса

    Белый дом на этой неделе направит запрос в Конгресс США на выделение около $1 млрд из фонда помощи в чрезвычайной ситуации для борьбы со вспышкой коронавируса.

    Как передает Report со ссылкой на ТАСС, oб этом сообщает в понедельник газета The Washington Post со ссылкой на трех сотрудников, задействованных в планировании.

    “Детали пока согласовываются. Запрос на выделение около $1 млрд должен быть направлен в Конгресс в ближайшие дни”, – отмечается в публикации.

    Как ранее сообщала газета Politico, данные средства будут направлены на разработку вакцин и лабораторные испытания.

  • Ağ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcək

    Ağ Ev bu həftə ABŞ Konqresinə yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün təcili yardım fondundan 1 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ilə bağlı sorğu göndərəcək.

    “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Washington Post” qəzeti planlaşdırma ilə məşğul olan üç işçiyə istinadən məlumat yayıb.

    “Təfərrüatlar hələ də razılaşdırılır. Yaxın günlərdə təxminən 1 milyard ABŞ dolları ayrılması üçün Konqresə sorğu göndərilməlidir” deyə nəşr qeyd edib.

    “Politico” nəşri isə bildirib ki, bu vəsait peyvəndin hazırlanması və laboratoriya testlərinin aparılması üçün istifadə ediləcək.

  • Almaniyada yaralıların sayı artdı – YENİLƏNİB – FOTO

    Almaniyanın Volkmarzen şəhərində naməlum sürücünün avtomobili karnaval yürüşü iştirakçılarını əzməsi nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

    “Report” “Bild”ə istinadən xəbər verir ki, onların üçdə birinin vəziyyəti ciddidir.

    Polisdən bildirilib ki, sürücü bilərəkdən avtomobili insanların üzərinə sürüb: “Lakin, bu terror aktı deyil”.

    ***

    Almaniyanın Folkmarzen şəhərində avtomobilin karnaval iştirakçılarının üzərinə sürülməsi nəticəsində azı 15 nəfər yaralanıb.

    Median.Az xəbər verir ki, polis gümüşü rəngli “Mercedes Kombi” markalı avtomobilin sürücüsünü artıq saxlayıb. Avtomobil dayanana qədər təqribən 30 metr məsafə qət edib. Şahidlərin sözlərinə görə, sürücü avtomobili insanların üzərinə sürdükdən sonra ayağını pedala basmağa davam edib. Onun bunu qəsdən edib-etmədiyi aydınlaşdırılır.

  • MSK Ləman Ələşrəfqızının müraciəti əsasında 3 məntəqədə seçkinin nəticələrini ləğv edib

    Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Ləman İsmayılovanın (Ələşrəfqızı) müraciətinə baxılıb.

    APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

    A. Muxtarova bildirib ki, L. İsmayılova müraciətində səsvermə günü 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin bir sıra seçki məntəqələrində qanun pozuntularına yol verildiyi, seçki qutularına topa bülletenlər atıldığı iddia olunub. Namizəd müvafiq dairədə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib.

    A. Muxtarova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 29, 30 və 43 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

    MSK müraciəti qismən təmin edib və 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin 29, 30 və 43 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

    Qeyd edək ki, bu dairədə lider namizəd Aqiyə Naxçıvanlıdır.

  • В Азербайджане еще два человека доставлены в больницу с подозрением на коронавирус

    Ранее сообщалось о размещении двух человек на обследование в инфекционное отделение Клинического медицинского центра. Температура обоих пациентов соответствует норме. Никаких жалоб нет. Продолжается медицинское обследование.

    Как передает АПА, об этом говорится в совместной информации Министерства здравоохранения Азербайджанской Республики и Государственного агентства по обязательному медицинскому страхованию.

    Согласно информации, еще два человека, прибывших в Астаринский район Азербайджана из Ирана, размещены в специально выделенное медицинское учреждение. Один из них житель Хачмазского района 1983 г.р, другой – Губинского района 1981 г.р. Они прибыли из региона Ирана, где не зафиксирован коронавирус, не вступали в контакт с зараженными людьми. При въезде в страну температура их тела была относительно выше нормы. По этой причине они были помещены в специально выделенное медицинское учреждение.

    Как сообщили Министерству здравоохранения в специально выделенном медицинском учреждении, в настоящее время температура обоих лиц соответствует норме. Никаких проблем со здоровьем не выявлено. Продолжается медицинское обследование.

    Министерство здравоохранения призывает граждан чутко относится к указанному вопросу, просит не доверять ложным сообщениям, распространяемым в соцсетях в целях создания ажиотажа.

  • Zərurət olmayan yerlərdə parkinq niyə qadağandır ? -VİDEO XƏBƏR

    Bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli paytaxtda nəqliyyatın intensiv hərəkətini təmin etmək üçün ciddi iş aparıldığını bildirib. Lakin dayanma durma nişanlarının bəzən zərurət olmadığı yerlərdə, ictimai nəqliyyatın hərəkət etmədiyi genişzolaqlı küçələrdə qoyulması sürücülərin ciddi narahatlığına səbəb olur.

    Baku.ws Baku.Tv-yə istinadən xəbər verir ki, cərimələrdən bezən sürücülər, öncə avtomobilləri park etmək üçün müvafiq yerlərin olmasını tələb edir. Yalnız bundan sonra qaydanı pozan sürücülər cərimələnməlidir.
    Sürücüləri cana yığan parkinq problemi. Hamının haqqlı narazılığı paytaxtda bir çox küçə və prospektlərdə eləcə də indi olduğumuz Bəsti Bağırova küçəsində dayanma-durma qadağındır nişanının olması, əvəzində isə avtomobilləri park etmək üçün lazımi parkinqlərin olmamasıdır. Nəzərə alsaq ki, 5-6 hərəkət zolaqlı bu yoldan ictimai nəqliyyat keçmir, əlavə olaraq bu ərazidə xəstəxana, yaşayış və ofislər binaları yerləşir. Bəs nə üçün sürücülər üçün parkinqlər yaradılmır? Sürücülər öz avtomobillərini harada saxlamalıdır.
    “Bu ərazidən ictimai nəqliyyat keçir? Xeyr, keçmir. Dayananda da gəlib nəqliyyat şəkil çəkir. İmkan vermirlər bizə, biz də dolana bilmirik. Vəziyyətimiz də çox çətindir”, – deyə sakin narazılıq edir.
    Eyni mənzərəni Süleyman Ələsgərov küçəsində də görmək mümkündür. Belə ki, bu ərazidə də parkinqlərin olmaması səbəbindən sürücülər məcbur qalaraq maşınları qadağan olunmuş ərazidə saxlayırlar. Sakinlər bildirir ki, məhəllə daxilində bu işarəyə ehtiyac yoxdur.
    Həmin küçədə yaşayan sakin hesab edir ki, hər yerdə durma, dayanma qadağan nişanının qoyulması insanlara əziyyət verir.
    “Bizi incidirlər. Onun üçündə yaxşı olardı ki, şəhərin mərkəzində müəyyən yerlərdə parkinqlər olsun. Bu küçə heç nəyə mane olmur. Maşınların intensiv işlədiyi bir küçə deyil. Saxlayır hamı işdədi, normal da tənzimlənir“, – deyə digər bir sakin əlavə edir.
    “Əziyyət çəkirik girirsən aptekə 10 manata dərman alırsan, çıxırsan 20 manat BNA-a cərimə ödəyirsən. Bəs bu maşını harada saxlayaq biz? Məhlədi də kimə narahatlıq yaradır? Avtobus da keçmir”, – deyə sürücülərdən biri gileylənir.
    Parkinq Problemini Qutqaşınlı küçəsində də görmək mümkündür. Burada da sürücülər parkinq olmadığı üçün öz avtomobillərini qadağan olunmuş ərazidə saxlayırlar.
    “Burada yaşayıram, bunu mən saxlamalıyam da evimə gəlmişəm. Harada saxlamalıyam? 2 km. uzaqda saxlayıb uşaqla bura gəlməliyəm?” – deyə sakin narazılıq edir.
    Ekspert Elməddin Cəfərli deyir ki, paytaxtda ən çox parkinq problemi əsasən xəstəxanaların, şadlıq evlərinin, məktəblərin ətrafında müşahidə olunur.
    “Bu gün elə yerlər var ki, orada saat 7-dən sonra avtomobillər rahat bir cərgə səkiyə paralel və ya perpendikulyar park eləyə bilərlər. Heç kimə də mane olmurlar. Amma görürsüz avtomobil evakuasiya olunur, sürücüyə cərimə yazılır. Buna nə ehtiyac var!? Şəhərin elə küçə və prospektləri var ki, orada heç 1 dəq ərzində 50-60 maşın ancaq hərəkət edir. Əgər belə intensivlik yoxdursa 2-3 zolaqlı yoldusa, burada sağda-solda 1 cərgəlik parkinqə icazə vermək nə çətin şeydir ki? Bu istər DYP vaxtında, istərsə də BNA vaxtında problem olaraq qalıb“.

    Görünən odur ki, paytaxtda əlavə parkinq yerlərinin salınması zərurətdir. Ekspertlər bildirir ki, Bakı Nəqliyyat Agentliyi ən qısa zamanda araşdırma aparmalı, şəhərdə quraşdırılmış nişanları yenidən nəzərdən keçirməlidir.

    Baku TV-də məsələni diqqətdə saxlayacaq.

  • MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən namizəd Kazım Məmmədovun müraciətinə baxılıb.

    “Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

    Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

    İclasda daha sonra həmin dairənin seçki ( 1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

  • Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı

    Sumqayıt şəhərində ictimai nəqliyyat sistemində daha bir yenilik həyata keçirilib.

    Şəhər İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, şəhərdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub.

    Nəqliyyatın rahatlığını və hər gün ictimai nəqliyyatdan istifadə edən minlərlə sərnişinin məmnunluğunu nəzərə alaraq həyata keçirilən layihə ilkin mərhələdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub.

    Pulsuz Wi-Fi xidməti mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacaq.

    Bununla yanaşı avtobusların bir mərkəzdən idarə olunması məqsədi ilə onlayn rejimdə Mərkəzləşdirilmiş Dispetçer Xidməti də yaradılacaq. Bu proses nəticəsində nəqliyyat vasitələrinin sürücülərinə nəzarət daha da artırılacaq. Həmçinin sürücü-sərnişin münasibətləri də diqqətdə saxlanacaq.

    Qeyd edək ki, son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 206 müasir tələblərə cavab verən avtobuslar verilib.