Month: February 2020

  • Азербайджанский рэпер работает в известной компании в США – ФОТО

    Переехавший некоторое время назад в США экс-солист группы «Dəyirman», рэпер Эльмир Магеррамов (L-Mir) утроился на работу в одну из крупных американских компаний, передает Axşam.az.

    Сообщается, что рэпер работает в известной медиа-компании «Mass Appeal», сотрудничающей со многими мировыми журналами, веб-сайтами, телеканалами.

    «Я работаю здесь три месяца. Уже сменил одну должность, а вчера был награжден сертификатом «лучший работник компании». Я не хвалю себя. Меня никто не знает в Нью-Йорке, и здесь у меня нет «дайдая» (знакомств)», – заявил рэпер.

    В мае 2017 года Эльмир Магеррамов выиграл в лотерее Green Card и переехал вместе с семьей в США.

  • Bu qidalar yuxunuzun pozulmasına səbəb olur

    Almaniyalı qida üzrə mütəxəssis Haydrun Şubert yuxu üçün təhlükəli olan qidaları açıqlayıb.

    Median.Az xəbər verir ki, o, çiy tərəvəzlərin yuxunu pozduğunu deyib.

    Buna səbəb onların mədə-bağırsaq sisteminin fəaliyyətini aktivləşdirməsidir.

    Şubertin bildirdiyinə görə, Çili bibəri və zəncəfil maddələr mübadiləsini sürətləndirdiyi üçün bədənin hərarətini yüksəldir və yuxusuzluq yaradır.

    Eyni zamanda, şokolad və kofein tərkibli içkilərin də yuxuya zərəri olduğu qeyd edilir.

    Ekspert yuxusuzluqdan əziyyət çəkən insanlara orqanizmlərinin istirahət edə bilməsi üçün axşam saatlarında yemək yeməmələrini məsləhət bilib.//focus

  • İstanbulda baş vermiş təyyarə qəzası ilə əlaqədar kapitan pilot həbs edilib

    İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş təyyarə qəzası ilə əlaqədar kapitan pilot həbs edilib.

    Median.Az xəbər verir ki, hadisə ilə bağlı köməkçi pilotun ifadəsi alınıb.

    Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Hadisə zamanı üç nəfər həlak olub.

  • Туркменские пограничники будут стрелять при появлении иранцев на границе

    В связи со смертью восьмерых человек от вируса COVID-19 в Иране, правительство Туркменистана усиливает профилактические меры, сообщает “Хроника Туркменистана”.

    Граница с соседней страной полностью закрыта для передвижения людей и грузов.

    Совершающие обход участков от Каахка до Кызыл-Арвата пограничники по распоряжению командиров носят респираторы.

    Через посла Ирана в Туркменистане передана просьба туркменской стороны не допускать жителей иранских приграничных сел к нейтральной полосе, в также не допускать выпас скота. При появлении иранцев на нейтральной полосе туркменские пограничники имеют право на предупредительные выстрелы, а затем стрелять по ногам нарушителей.

    Предвидя дефицит продовольственных товаров, значительная часть которых поступала в Туркменистан из Ирана, местным властям поручено контролировать цены на рынках и не допускать их повышение, а Минторговле и СППТ – компенсировать нехватку зарубежных продуктов.

    Напомним, что в связи с распространением коронавируса в Иране, Азербайджан, Турция, Грузия, Афганистан, Ирак и Армения закрыли свои государственные границы с этой страной.

  • Ərdoğan sabah Azərbaycana rəsmi səfərə gəlir – Səfər proqramı açıqlandı

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana gələcək.

    Median.Az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

    İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq..

    İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin də imzalanacağı bildirilir.//yenicag.az

  • Sarımsaq koronavirusla mübarizə aparmır, əksinə mikrofloranı zəiflədir- Pediatrdan MƏSLƏHƏT

    Koronavirusla bağlı panika, təşviş və sosial şəbəkələrdə yayılan mesajlar, səslər insanlarda stress yaradır. Bu strerin özü koronavirusdan betərdir. Stres vəziyyətində qanda stres hormone yüksəlir, nəticədə immunitet zəifləyir.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə bildirib. O, stresdən uzaq durmağı virusdan müdafiədə birinci profilaktik tədbir hesab edir.

    Həkim sarımsaqla koronavirusdan qorunmaq barədə yayılan məlumatlara da özünəməxsus aydınlıq gətirib:

    “Sarımsağı bol- bol yemək virusla mubarizədə effektli deyil. Əksinə, sarımsaq antibiotik kimi təsir edir, artıq miqdarda yedikdə bağırsaqda faydalı mikrofloranı öldürür, mikrobiom zəiflədiyində immunitet də düşür.

    Exinacea və s immunitet dərmanlarını istifadə edib immuniteti aktiv saxladığınızı düşünmək də səhvdir Bu tip bitkilər leykositlərin interferon hasiletmə gücünü artırır, amma bu immunitetin “yorulmasına”, “tükənməsinə” gətirr. Genetik olaraq kim hansı immunitet gecünə sahibsə, onunla yaşayır, onunla da döyüşür. Bizə düşən onu aktiv etmək deyil, zəifləməkdən qorumaqdir.

    Buna görə də:

    –sağlam qidalanaq
    –şəkər az yeyək
    — meyvə tərəvəzi öldürmədən yeyək

    –trans yağlar, marqarini bədənimizə az daxil edək
    –probiotik qəbul edək
    –antibiotikdən uzaq olaq

    –təmiz havada olaq
    –üşüməyək, soyuq almayaq

  • В Баку трагически погибли мужчина с женщиной

    В Баку два человека отравились угарным газом, передает АПА.

    Гуламов Башир Абульфаз оглу (1960 г.р) и М.З. (1982 г.р) отравились угарным газом в арендуемой на территории Ясамальского района квартире.

    Погибшие состояли в неофициальном браке.

    По факту проводится расследование.

  • Çin elan etdi: “Koronavirus əleyhinə peyvəndi tapdıq”

    Çinin Rusiyadakı səfiri Çjan Xanxuey ölkəsinin koronavirusa tezliklə qalib gələcəyinə və Çinin əksər regionlarında normal həyatın fevralın sonunadək bərpa olunacağına əmindir.

    Median.Az bakupost.az-a istinadən xəbər verir ki, səfirin sözlərinə görə, epidemiyanın mərkəzi olan Uhanda isə insanlar normal həyata mart ayında qayıda biləcəklər. O, jurnalistlərə müsahibəsində bildirib ki, Çində orqanizmdə əvvəlcədən immunitet formalaşdıran peyvənd üzərində iş başa çatır. Peyvəndin ilkin sınaqları yaxşı nəticələr verib.

    Diplomatın sözlərinə görə, Çin təbabəti koronavirusun müalicəsinə 85 faiz nail ola bilib. Hazırda Çində hər gün 2 min xəstə sağalaraq adi həyata qayıdır. Ötən dövr ərzində Çində koronavirusdan 2595 adam ölüb, 24 min 539 xəstə isə sağalıb.

  • İtaliyada 200-dən çox koronavirus yoluxması faktı rəsmiləşdirilib

    Son bir saata əsasən İtaliyada 200-dən çox koronavirus yoluxması faktı rəsmiləşdirilib.

    Median.Az xəbər verir ki, fevralın 24-də ölkədə 6-cı insan bu virusdan yaranan xəstəlik səbəbindən vəfat edib. Yoluxanlar isə əsasən İtaliyanın şimalındadır. Bunlar Lombardiya, Veneto, Pyemont və Emiliya-Romanya regionlarıdır. Vəfat edən 6 nəfər haqqında açıqlamada bildirilir ki, onların hamısı immuniteti aşağı olan və qısa müddət əvvəl başqa xəstəliklərdən zəifləmiş insanlardır. Həmçinin yaş faktoru var. Belə ki vəfat edənlərin 88, 84, 80, 68, 78 və 77 yaşları var.
    İtaliya hazırda bu virusla yoluxanların sayına görə 3-cü (Çini nəzərə almadan) ölkədir.

  • Səfirlik: Naxçıvanın zərər görməməsi üçün tədbirlər görülür

    İranda yayılmış koronavirus səbəbindən Türkiyə ilə sərhəddə bəzi tədbirlər görülür.

    Median.Az-ın məlumatına görə, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Səfirlikdən verilən məlumatda oda deyilir ki, tədbirlər çərçivəsində Naxçıvandan Türkiyəyə keçiddə bəzi addımlar atılmaqdadır. Bu addımların Naxçıvana zərər verməməsi üçün tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası ilə bağlı təmasdar hələ davam etməkdədir.