Month: February 2020

  • Rafael Ağayev Olimpiadaya vəsiqə qazanmaq üçün Avstriyaya gedir

    Karateçilərimiz 28 fevral – 1 mart tarixlərində Avstriyanın Zalsburq şəhərində Karate1 Premyer Liqa turnirində mübarizə aparacaq.

    Mövsümün üçüncü mərhələsində iştirak etmək üçün Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 14 idmançıdan ibarət heyət yola düşür.

    Kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü -84 kq), Şahin Atamov, Asiman Qurbanlı (hər ikisi +84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) Azərbaycanı təmsil edəcək.

    Kata yarışlarına isə yalnız Roman Heydərov qatılacaq.

    Zalsburqda Premyer Liqanı idarə edən referilər arasında beynəlxalq hakim Cahangir Babayev da olacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi yarışacaq. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandıracaq.

    Xatırladaq ki, İrina Zaretskaya ötən günlərdə Dubayda Karate1 Premyer Liqa turnirində Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı vaxtından əvvəl əldə edib. Rafael Ağayevin Olimpiadaya vəsiqə əldə etməsi üçün isə mötəbər yarışın Zalsburq mərhələsində üç qələbə kifayət edir.

  • Dünyanı sarsıdan ölümcül virusdan necə qorunaq? – HƏKİM MƏSLƏHƏTİ

    Çində yeni növ koronavirusun yaratdığı pnevmaniya səbəbindən ölənlərin sayı 2663 nəfərə çatıb. Təxminən 2,6 min insan xəstəxanalardan evə buraxılıb. Çində yeni növ koronavirusa yoluxanların ümumi sayı isə 77,6 mindən çoxdur. Hazırda xəstəxanalarda 9 126 nəfər ağır vəziyyətdədir, 47 672 nəfər isə virusun daşıyıcısıdır.

    Çin sərhədlərindən kənarda isə yeni növ koronavirusa yoluxma halı iki min nəfəri keçib. Bu o deməkdir ki, Çində yayılan virusun Azərbaycana da keçmə riski istisna edilmir. Hazırda Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmasa da, insanların özlərini qoruması vacibdir.

    Hər bir halda koronavirus epidemiyası paytaxt sakinlərini kifayət qədər narahat edir. Apteklərə üz tutan sakinlərin tibbi maskalar və spirt tapa bilməmələri isə vəziyyəti daha da gərginləşdirir.

    Bütün bunlara baxmayaraq, virusdan qorunmağın yolları var. Bəs koronavirusdan özümüzü necə qoruyaq?

    Median.Az həkimlərin koronavirusdan qorunmaq üçün tövsiyələrini təqdim edir:

    – Gigiyena qaydalarına riayət edilməlidir.

    – Gün ərzində əllər tez-tez sabunla yuyulmalı, spirtlənməlidir.

    – Əl ilə görüşmək, öpüşmək məsləhət deyil.

    – Xəstə insanlardan (respirator infeksiyalar) uzaq olmaq lazımdır.

    – İnsanların sıx toplaşdığı ərazilərə getmək məsləhət görülmür.

    – Heyvanlarla təmasdan mümkün qədər imtina edin.

    – Tibbi maskalardan istifadə edin. (Maskaları üzdə çox saxlamaq olmaz, hər 20-30 dəqiqədən bir dəyişdirilməlidir).

    – Xəstəlik ilkin olaraq özünü zökəm əlamətləri ilə biruzə verir. Özünüzü halsız hiss etdiyiniz zaman dərhal həkimə müraciət edin.

    – Əşyalara toxunmazdan əvvəl dezinfeksiya edin.

    – Xəstə insanların əşyalarına, geyimlərinə toxunmayın.

    – Mümkün qədər xarici ölkələrdən onlayn alış-verişləri dayandırın.

    – Xarici səfərləriniz varsa, təxirə salın.

    – Mümkün qədər evdən çıxmayın.

    Qeyd edək ki, həkimlər hələ də naməlum etimologiyalı koronavirus ilə doğru mübarizə yollarını tapa bilmirlər. Diqqətli olmaqda fayda var.

  • Сегодня в Азербайджане отмечается “Су чершенбеси”

    Сегодня в Азербайджане первый вторник Новруза – “Су чершенбеси”.

    С этой недели с “Су чершенбеси” начинаются приготовления к празднику Новруз.

    Согласно поверьям, Всевышний сначала создал воду, поэтому первый вторник отмечается как “Су чершенбеси”. Некоторые источники называют этот день также “изначальный вторник”, “цветочный вторник”. Согласно древним преданиям, “Су чершенбеси” считается днем поклонения воде. С восходом солнца принято собирать “новую воду”, которая считается лекарством от тысячи болезней.

    Праздник Новруз является предвестником весны и считается началом года. Поэтому люди просят, чтобы их год был таким же прозрачным и светлым как сама вода. В этот день зажигаются первые костры, что свидетельствует о том, что льды растаяли, а зима осталась позади.

    В первый вторник – “Су чершенбеси” на столе обязательно должна быть вода. Если на стол вылилась вода, это считается хорошей приметой, которая означает, что год принесет изобилие и богатство.

    В этот день нельзя переходить через текущую воду, что может принести неудачу.

    В Азербайджане 3 марта отметят “Од чершенбеси”, 10 – “Йел чершенбеси”. “Торпаг чершенбеси” придется на 17 марта.

    Отметим, что весна вступит в Азербайджане в свои права 20 марта в 07:49:36.

    Напомним, что в этом году праздник Новруз придется на 20, 21, 22, 23 и 24 марта. С учетом того, что в 2020 году 21 и 22 марта приходятся на воскресные дни, согласно Трудовому кодексу, 25, 26 марта также будут нерабочими.

    Таким образом, 20, 21, 22, 23, 24, 25 и 26 марта – праздничные дни.

  • Bu gün ilk çərşənbədir

    Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir.

    Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.

    İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır.

    Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

    Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

    Azərbaycanda martın 3-də Od, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

    Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsiə Yaz fəsli daxil olur.

    Xatırladaq ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

  • В Хырдалане возникнут перебои в электроснабжении

    Сегодня в городе Хырдалан возникнут кратковременные перебои в электроснабжении.

    Об этом сообщили в пресс-службе ОАО “Азеришиг”.

    В связи с реконструкцией и ремонтом ЛЭП с 12:00 до 14:00 25 февраля в некоторых жилых массивах Хырдалана будут наблюдаться кратковременные перебои в электроснабжении.

  • Bu ərazidə işıq olmayacaq

    Bu gün Xırdalan şəhərinin elektrik enerjisi təchizatında qısamüddətli fasilələr olacaq.

    Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirib.

    Onun sözlərinə görə, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində elektrik xətlərində təmir işləri aparılacaq.

    Yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq fevralın 25-də saat 12:00-dan 14:00-a qədər Xırdalan şəhərinin bəzi yaşayış massivlərində istehlakçıların elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.

  • В Азербайджане обнародована дата суда над сыном Гюляр Ахмедовой

    В Азербайджане завершено предварительное следствие по уголовному делу, возбужденному в отношении сына экс-депутата Гюляр Ахмедовой Тогрула Ахмедова.

    Собранные материалы направлены в Наримановский районный суд для рассмотрения по существу.

    Подготовительное заседание суда под председательством судьи Самира Мамедова назначено на 4 марта.

    Ранее сообщалось, что на основании оперативных данных был проведен осмотр автомобиля BMW, принадлежащего сыну экс-депутата.

    В автомобиле обнаружены и изъяты пистолет Glock-19, две обоймы и 38 патронов.

    Т.Ахмедов задержан.

    По данному факту возбуждено уголовное дело по статье 228.1 (Незаконное приобретение, передача, сбыт, хранение, перевозка или ношение огнестрельного оружия) УК АР.

  • Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum oldu

    Keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

    Hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.

    Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

    Onun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilən zaman bir ədəd “Glock-19” markalı tapança, iki ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

    T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

  • Завтра в Баку будет закрыт ряд дорог – СПИСОК

    Завтра в Баку будет закрыт ряд дорог в связи с проведением памятной церемонии, посвященной 28-й годовщине Ходжалинского геноцида.

    Об этом сообщил начальник отдела по связям с общественностью Управления Государственной дорожной полиции Баку полковник полиции Вагиф Асадов.

    По его словам, до завершения мероприятия будет ограничено и изменено направление движения транспортных средств к проспекту Ходжалы с улиц Наджафгулу Рафиева, Юсифа Сафарова, Мехти Мехтизаде, Сулеймана Везирова, Кямандара Ахмедова, академика Иззата Оруджева, Аяза Исмайлова.

    “Учитывая важность проведения церемонии, владельцам автомобилей и водителям рекомендуется не использовать личные транспортные средства в указанном направлении.

    Желающие принять участие в церемонии могут воспользоваться общественным транспортом”, – отметил В.Асадов.

  • Bu yollar bağlanacaq – SİYAHI

    Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək.

    Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

    Onun sözlərinə görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir:

    “Belə ki, hərəkət Neftcilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə Nobel prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.

    Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək”.

    “Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edilir.

    Anım mərasimində iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur”, – deyə V.Əsədov qeyd edib.