Month: February 2020

  • Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb – FOTO

    Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində tıxac yaranıb.

    Yolun Abşeron rayonu Masazır dairəsindən keçən hissəsindən başlayan sıxlıq 20 Yanvar dairəsinə qədər davam edir.

    Sıxlıq səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti iflic olub.

    Yaranan tıxac yolun genişləndirilməsi işləri ilə əlaqədardır.



  • “Qalatasaray”lı ailənin görüntüləri internetdə rekord vurur – VİDEO

    Günün mövzusu olan İstanbul derbisində “Qalatasaray”ın nigeriyalı futbolçusu Henri Onyekuru mənfi mənada yadda qalıb.

    Futbolçunun “Fənərbaxça” – “Qalatasaray” matçında bir-birinin ardınca əldən verdiyi qol epizodları azarkeşləri özündən çıxarıb.

    Matçı izləyən “Qalatasaray” azarkeşi olan bir ailənin həmin epizodlara münasibətini göstərən video sosial şəbəkələrdə yayılıb.

    Həmin görüntünü təqdim edirik:

  • Минздрав о коронавирусе в Азербайджане – ОФИЦИАЛЬНО + АУДИО

    Министерство здравоохранения и Государственное агентство по обязательному медицинскому страхованию распространили совместное заявление.

    В совместном сообщении пресс-служб ведомств отмечается, что распространенная в социальных сетях аудиозапись о том, что инфицированные коронавирусом больные госпитализированы в Центральную клиническую больницу, не соответствует действительности. Информацию подтвердило и руководство Центральной клинической больницы.

    Отмечается, что в случае подозрения на коронавирус въехавшие на территорию страны лица госпитализируются в специально выделенные для этой цели государственные медицинские учреждения. В настоящее время с подозрением на коронавирус никто не госпитализирован.

    Министерство здравоохранения и Государственное агентство по обязательному медицинскому страхованию призывают граждан доверять только официальным сообщениям.

  • Azərbaycanda koronavirus yayılması iddialarına RƏSMİ MÜNASİBƏT – AUDİO

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

    Məlumatda sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısının həqiqəti əks etdirmədiyi bildirilir.

    Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

    Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

  • Koronavirusdan ölən ilk avropalı bu ölkənin vətəndaşıdır

    İtaliyanın Veneto vilayətində 78 yaşlı kişi koronavirusun qurbanı olub.

    “Deutsche Welle” agentliyi ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, 10 gün öncə xəstəxanaya yerləşdirilən qoca bu gün vəfat edib.

    İtaliyanın Səhiyyə Naziri Roberto Speranza açıqlamasında bildirib ki, Veneto ilə sərhəddə yerləşən Lombardiya vilayətində azı 14 koronavirusa yoluxma halı qeydə alınıb.

    Qeyd edək ki, bu, koronavirus səbəbindən Avropa Birliyi ölkələrində yaşayan vətəndaşlar arasında ilk ölüm faktıdır. Fevralın 15-də Fransadakı ölüm faktı isə bu ölkəyə səfər edən Çin vətəndaşında qeydə alınmışdı.

  • Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı

    Sumqayıt şəhərində küçədə kişi meyiti tapılıb.

    “Report” un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib

    Belə ki, Sumqayıt Şəhər Baş Polis İdarəsinə həmin ərazidə bir nəfərin meyitinin olması barədə məlumat daxil olub.

    Araşdırma zamanı həmin şəxsin 1984-cü il təvəllüdlü Rəhimov Habil Əli oğlu olduğu müəyyən edilib.

    Onun hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı araşdırma aparılır

  • Heç vaxt üzr istəməyənlər daha xoşbəxtdirlər

    Psixoloq-alimlər heç vaxt üzr istəməyən insanların daha xoşbəxt olduğunu müəyyənləşdiriblər.

    “Report” xəbər verir ki, araşdırma “European Journal of Social Psychology” dərgisində dərc edilib.

    Tayler Okimotonun rəhbərliyi altında bir qrup avstraliyalı psixoloq insanların üzr istəməkdən qaçınmasından niyə mənəvi məmnunluq aldıqlarını araşdırmaq qərarını verib.

    Onlar 228 amerikalıdan indəyədək törətdikləri həm xırda (məs., yol-nəqliyyat), həm də ciddi (məs., oğurluq) qanun pozuntularını yada salmağını istəyiblər. Bundan sonra könüllüləri 2 qrupa ayırıblar: birincilərdən üzr istəməklə, ikincilərdən isə bundan imtina ilə bağlı məktub yazmağı istəyiblər.

    Psixoloqlar gözləntilərin tam əksi bir qənaətə gəliblər: üzr istəməkdən imtina edənlər daha çox məmnunluq hiss ediblər, nəinki günahı boynuna alanlar.

    “Siz üzr istəməkdən vaz keçəndə özünüzü daha güclü hiss edirsiniz, özgüvəniniz artır”, – Tayler Okimoto açıqlayıb.

    Araşdırmaçılar üzr istəməkdən imtinanın heç də düzgün olduğunu iddia etmirlər. Günahı boynuna almağın faydaları çoxdur – bu, nəinki insanlar arasında, hətta ölkələrarası münasibətlərin də bərpasına kömək edir.

    T.Okimoto eksperimentlərin insanları üzr istəməyə necə təkan verməyə yardımçı olacağını güman edir.

  • Мехрибан Алиева удостоена папского рыцарского ордена – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева удостоена Большого креста ордена Пия IX – одного из высших папских рыцарских орденов.

    Как сообщает АЗЕРТАДЖ, наградой были отмечены деятельность и вклад Мехрибан Алиевой в продвижение культуры, в том числе при взаимодействии с институтами Святого престола. Орден после аудиенции у Папы Римского Франциска вручил госсекретарь кардинал Пьетро Паролин.

    Орден Пия IX был учрежден в 1847 году. Он присуждается за выдающиеся заслуги перед церковью и обществом. Большой крест – особая степень, вручаемая главам государств и высокопоставленным государственным деятелям.

    Среди кавалеров ордена – нынешний президент Итальянской республики Серджо Маттарелла, целый ряд бывших глав итальянского государства, включая почетного президента Джорджо Наполитано, а также ряд коронованных особ – король Швеции Карл XVI Густав, великий герцог Люксембурга Анри, короли Испании и Бельгии Хуан Карлос и Альберт II.

  • Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb – FOTO

    Fevralın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.

    AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

    Ordeni Mehriban xanım Əliyevaya Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib.

    Qeyd edək ki, IX Piy ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir.

    İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.

  • Ucarda ağır yol qəzası: Bir ölü, dörd yaralı – FOTO

    Ucarda baş verən yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, 1964-ci il təvəllüdlü Bakı şəhər sakini Qarayev Eldar Tofiq oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili Türkiyə vətədaşının idarə etdiyi TIR-la toqquşub.

    Nəticədə Bakı şəhər sakinləri – sürücü Qarayev Eldar Tofiq oğlu, sərnişinlər – Qarayeva Fatimə Sabir qızı, Qarayev Sahib Eldar oğlu, Əliyeva Kamalə Sabir qızı və Gürcüstan vətəndaşı Qərəkməzli Namiq Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

    Xəsarət alanlardan biri – Qərəkməzli Namiq Vahid oğlu vəziyyəti ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Faktla bağlı araşdırma aparılır.