Month: February 2020

  • İsmayıl Vəliyev məhkəmənin qərarı ilə 4 ay həbs edildi

    Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

    Keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifələ səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

  • В Баку обчистили кассу аптеки

    В одной из аптек Насиминского района Баку произошла кража.

    Как сообщили Oxu.Az в районном управлении полиции, 21 февраля примерно в 12:00 в аптеку, расположенную по адресу: проспект Бабека, 44 С, вошел неизвестный. Он пригрозил расправой фармацевту Айшан Аллахвердиевой, забрал из кассы 2 тысячи манатов и скрылся.

    Расследованием грабежа занимаются сотрудники 20-го отделения полиции.

  • Житель Сумгайыта снял самоубийство на мобильный телефон

    В Сумгайытском поселке Зейналабдина Тагиева молодой мужчина покончил с собой.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Тело местного жителя Габиля Али оглу Рагимова было найдено 22 февраля примерно в 17:30 в недостроенном здании.

    Причина суицида пока не установлена.

    Известно, что мужчина снимал самоубийство на собственный мобильный телефон. Представители правоохранительных органов предполагают, что он сделал это для того, чтобы не возникло сомнений относительно причастности к данному инциденту других лиц.

  • MSK Elza ilə bağlı qərarını açıqladı

    Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd Elza Qasımovanın (Seyidcahan) şikayətinə baxılıb.

    MSK üzvü İlkin Şahbazov bildirib ki, müraciət qanunla müəyyən olunmuş vaxtda təqdim edilməyib.

    MSK qərara alıb ki, buna görə də Elza Seyidcahanın şikayəti təmin edilməsin.

  • Daha bir məntəqənin nəticələri ləğv edildi

    Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 82 saylı Ağcabədi Seçki Dairəsi üzrə daxil olan müraciət müzakirəyə çıxarılıb.

    Oxu.Az-ın xəbərinə görə, iclasda həmin dairənin 3 saylı seçki məntəqəsində qanun pozuntularının olduğu bildirilib.

    MSK qərara alıb ki, 82 saylı Ağcabədi Seçki Dairəsinin 3 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılsın.

    Qeyd edək ki, həmin dairənin lider namizədi Tahir Rzayevdir.

  • DTX-nin əməliyyatı ilə tutulan yüksək vəzifəli şəxslər hakim qarşısına çıxarıldı

    Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər şəxslər məhkəmə qarşısına çıxarılıb.

    Hazırda Səbail rayon Məhkəməsində istintaq orqanın onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatına baxılır.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

    Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

    Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.

    İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.

    Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

    Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

    Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Президент присвоил двум сотрудникам Госагентства автомобильных дорог Азербайджана почетные звания

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о присвоении почетного звания “Заслуженный инженер” двум сотрудникам Государственного агентства автомобильных дорог Азербайджана (ГААДА).

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению главы государства, за эффективную работу в ГААДА почетного звания удостоены:

    Джабраилов Ильхам Ясяф оглу

    Гулиев Тарлан Дюшмель оглу.

  • Prezident onlara fəxri ad verdi – SİYAHI

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

    Cəbrayılov İlham Yasəf oğlu

    Quliyev Tərlan Düşməl oğlu.

  • Ильхам Алиев наградил группу лиц за заслуги в сфере строительства и эксплуатации автодорог

    22 февраля Президент Ильхам Алиев подписал распоряжение о награждении группы лиц, отличившихся в области строительства и эксплуатации автомобильных дорог в Азербайджанской Республике.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, за заслуги в области строительства и эксплуатации автодорог награждены следующие лица:

    Орденом “Эмек” 3-й степени

    Селимов Мазахир Ягуб оглу

    Медалью “Терегги”

    Абышов Мардан Мешди оглу

    Бабаев Рафиг Рза оглу

    Абилов Исмаил Фези оглу

    Алиев Гурбан Али оглу

    Иманов Идаят Адалят оглу

    Исмайлов Заур Азиз оглу

    Гадиров Намеддин Джалаледдин оглу

    Гахраманов Мухаммед Ханали оглу

    Гулиев Физул Тофиг оглу

    Гурбанов Эмин Тельман оглу

    Мехдиев Муслим Аббас оглу

    Мамедов Эльчин Айдын оглу

    Мирзоев Аташ Шахлар оглу

    Мурадов Мурад Мобиль оглу

    Сулейманов Ильхам Шахбаз оглу

    Заманов Вахид Байрамали оглу.

  • İlham Əliyev bir qrup şəxsi təltif etdi – SƏRƏNCAM

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının avtomobil yollarının tikintisi və istismarı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Səlimov Məzahir Yaqub oğlu

    “Tərəqqi” medalı ilə

    Abışov Mərdan Məşdi oğlu

    Babayev Rafiq Rza oğlu

    Əbilov İsmayıl Fəzi oğlu

    Əliyev Qurban Əli oğlu

    İmanov Hidayət Ədalət oğlu

    İsmayılov Zaur Əziz oğlu

    Qədirov Naməddin Cəlaləddin oğlu

    Qəhrəmanov Məhəmməd Xanəli oğlu

    Quliyev Fizuli Tofiq oğlu

    Qurbanov Emin Telman oğlu

    Mehdiyev Müslüm Abbas oğlu

    Məmmədov Elçin Aydın oğlu

    Mirzəyev Ataş Şahlar oğlu

    Muradov Murad Mobil oğlu

    Süleymanov İlham Şahbaz oğlu

    Zamanov Vahid Bayraməli oğlu.