Month: February 2020

  • Bakıda qızı vurub qaçan şəxs saxlanıldı

    Bakıda 23 yaşlı qızı avtomobillə vurub qaçan şəxs saxlanılıb.

    Hadisə yanvarın 26-da axşam saat 20 radələrində Nəsimi rayonu, D.Əliyeva küçəsində baş verib.

    Naməlum avtomobil Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü T.Xıdırovanı vuraraq hadisə yerindən qaçıb.

    Faktla bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.

    Müraciət üzrə Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində T.Xıdırovanı vuraraq, hadisə yerində qaçan Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü T.Məmmədli müəyyən olunaraq saxlanılıb. Onun hadisəni idarə etdiyi motosikletlə törətdiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir – FOTO

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqovanın bacısı məktəb direktorudur.

    Onun bacısı Aytəkin Mahmudovadır.

    A.Mahmudova Neftçalada Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın direktorudur.

    Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla Neftçalanın icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıblar.

  • Tovuzda “qulaqdibi” xəstəliyi yayılıb

    Tovuzun bir neçə kəndində “qulaqdibi” xəstəliyi yayılıb.

    Oxu.Az xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində başlayan xəstəlik qısa zamanda Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrinə də yayılıb.

    Xəstəlik daha çox uşaqlarda müşahidə edilir.

    Məsələ ilə bağlı İbrahimhacılı kəndinin həkim məntəqəsinin terapevti Şəfəq İbrahimovanın Oxu.Az-a verdiyi məlumata görə, “qulaqdibi” xəstəliyi ilə bağlı 40-a yaxın müraciət olub:

    “Bu vaxta qədər belə bir vəziyyət olmayıb. Təxminən 40-a yaxın xəstəliklə bağlı müraciət edilib. Xəstələrin arasında böyüklər olsa da, uşaqlar çoxluq təşkil edir. Xəstəlik bizim kənddə başlamayıb, qonşu kəndlərdən yayılaraq bura gəlib. Xəstəlik virus infeksiyasıdır, hava yolu ilə yoluxur.

    İnfeksiyanın inkubasiya dövrü 21 gündür. Xəstəliyə yoluxan şəxs 21 gün heç kimlə təmasda olmamalıdır. Uşaqlar məktəbdə bir-biri ilə ünsiyyətdə olduqlarına görə, xəstəlik yayılıb. Xəstəliyə yoluxan şəxslərə peyvənd vurulub. Onların vəziyyətləri artıq yaxşıdır. Məktəbdə monitorinqlər aparılıb”.

    Qovlar şəhər xəstəxanasının baş həkimi Fazil Əliyev isə kənd sakinləri arasında heç bir xəstəliyin yayılmadığını deyib:

    “Qulaqdibi” xəstəliyi bizim kənddə deyil, Aşağı Quşçu kəndində yayılıb. Bizim kənddən bu xəstəliklə bağlı hələ ki müraciət edən olmayıb”.

    Aşağı Quşçu kənd bələdiyyə sədri Tofiq Hüseynov isə yayılan məlumatların əsassız olduğunu deyib. O bildirib ki, kənd əhalisi arasında “qulaqdibi” xəstəliyi yayılmayıb.

  • Tutulan icra başçısının müavini ilə Təhsil Şöbəsinin müdirinin rüşvət əməliyyatları: “Məcbur idim” – VİDEO

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini Gültəkin Sadıqova rayonda “təhsil biznesi şəbəkəsi” qurubmuş.

    Bu barədə Oxu.Az DTX-nin yaydığı əməliyyat çəkilişlərinə istinadən xəbər verir.

    Belə ki, sorğu-suala çəkilən icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova məktəb direktorlarından alınan rüşvətin siyahısı barədə məlumat verir.

    Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov isə qeyd edir ki, müəllimlərdən yığılan 30 min manatı şəxsən İsmayıl Vəliyevə təqdim edib.

    O bildirib ki, hər ayın sonunda da 2000 manat rüşvət verib.

    “Mən bu pulu əldə etmək üçün məcbur qalıb, hər ay məktəb direktorlarından 50-150 manat arası pul almışam”, – deyə Əjdər Kərimov bildirir.

    Ümumiyyətlə, bundan əvvəl də mətbuatda yazılırdı ki, Neftçalanın təhsili bərbad səviyyədədir.

    İnternet materiallarında qeyd edilirdi ki, Əjdər Kərimovla Gültəkin Sadıqova rüşvət əməliyyatlarına birlikdə rəhbərlik ediblər.

    Məktəb direktorlarının təyin edilməsi, dərs saatlarının bölüşdürülməsinin onların müştərək diktəsinin “bəhrəsi” olduğu bildirilirdi.

    Gültəkin Sadıqovanın məktəblərin təmirinə ayrılan pulu da mənimsədiyi haqqında çoxsaylı iddialar mövcuddur.

    Onun bu vəzifədə işlədiyi müddətdə Bakı şəhərində iki bina evi, Neftçalada böyük bağ evi, əkin sahələri və sair mülklərə sahib olduğu da yazılırdı.

    Gültəkin Sadıqovanın uşaq bağçalarına ayrılan vəsaiti də mənimsədiyi, bunun nəticəsində uşaq bağçalarında bərbad vəziyyətin hökm sürdüyü də iddia olunurdu.

    Müavin Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 61 saylı Neftçala Seçki Dairəsindən namizəd idi.

    Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla Neftçalanın icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıblar.

    Prezident İlham Əliyevin fevralın 20-də imzaladığı sərəncamla İsmayıl Vəliyev icra başçısı vəzifəsindən azad edilib.

  • В Азербайджане сохранится умеренная погода без осадков – ЗАЯВЛЕНИЕ

    24 февраля на территории Азербайджана ожидается усиление юго-западного ветра.

    Об этом сообщила директор Бюро гидрометеорологических прогнозов Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов (МЭПР) Гюльшад Мамедова.

    По ее словам, в ближайшие три дня серьезных изменений в погодных условиях на территории Баку и Абшеронского полуострова не ожидается.

    “22, 23 и 24 февраля в Баку и на Абшеронском полуострове ожидается пасмурная погода, переменная облачность, ночью и утром – туман, умеренный южный ветер.

    24 февраля в Азербайджане усилится юго-западный ветер. Температура воздуха ночью составит 4-7, днем – 9-11 градусов тепла”, – сказала Г.Мамедова.

    По ее словам, в указанный период в регионах Азербайджана осадков не ожидается.

    “Температура воздуха в регионах составит 12-17 градусов тепла, в горных районах – 6-11 градусов тепла”, – сказала Г.Мамедова.

  • Üç gün ərzində hava necə olacaq? – AÇIQLAMA

    Fevralın 24-də ölkə ərazisində cənub-qərb küləyinin güclənməsi müşahidə olunacaq.

    Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

    Onun sözlərinə görə, üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitində mühüm dəyişiklik gözlənilmir:

    “Fevralın 22-si, 23-ü və 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

    Fevralın 24-də respublika ərazisində arabir cənub-qərb küləyinin güclənməsi müşahidə olunacaq. Havanın temperaturu gecə saatlarında 4-7 dərəcə, günorta saatlarında isə 9-11 dərəcə arasında dəyişəcək”.

    G.Məmmədova qeyd edib ki, bölgələrdə də üç gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacaq:

    “Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskin olacaq. Havanın temperaturu bölgələrdə günorta saatlarında 12-17, dağlıq ərazilərdə isə 6-11 dərəcə isti təşkil edəcəyi gözlənilir”.

  • В Баку трехлетняя девочка погибла в результате несчастного случая

    В Баку малолетний ребенок погиб в результате несчастного случая.

    Как сообщает Report, инцидент произошел на улице Ч.Керимова в Хатаинском районе.

    Трехлетняя Нигяр Мамедзаде проглотила таблетку, которая застряла у нее в дыхательных путях.

    По данному факту ведется расследование.

  • Bakıda nəfəs borusunda dərman qalan üç yaşlı uşaq öldü

    Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

    “Report” xəbər verir ki, hadisə Xətai rayonu, Ç.Kərimov küçəsində baş verib.

    Üç yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку студентка скончалась от отравления угарным газом

    В Баку студентка скончалась от отравления угарным газом.

    Как сообщает АПА, жительница Масаллинского района Азербайджана Гюнель Мамедова (1999 г.р.) скончалась в результате отравления угарным газом в арендуемой квартире в Низаминском районе Баку.

    По данному факту в прокуратуре Низаминского района проводится расследование.

  • Bakıda daha bir tələbə dəm qazından boğuldu

    Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.

    APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

    Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

    Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, G.Məmmədova tələbə olub.