Month: February 2020

  • Bakıda daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı – VİDEO

    Daha bir avtobus sürücüsünün qaydaları kobud surətdə pozmasının görüntüləri yayılıb.

    35 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü bütün yol boyu mobil telefonla danışıb.

    Sürücünün sükan arxasında telefonla danışdığına dair videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Paylaşım edən şəxs videonun yanvarın 22-də lentə alındığını qeyd edib:

    “35 nömrəli avtobusun sürücüsü demək olar ki, bütün yol boyu telefonla danışıb. Bakıxanovda yerləşən “Badu Kübə” restoranından Əhmədli metrosuna qədər telefonu yerə qoymayıb”.

  • Ильхам Алиев и Мехрибан Алиева встретились с госсекретарем Святого престола

    22 февраля в рамках визита в Ватикан состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиевой с государственным секретарем Святого престола кардиналом Пьетро Паролином.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü

    Fevralın 22-də Vatikana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Xırdalanda yeni bina tikintisi narazılıq yaradır – VİDEO

    Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 25-ci məhəllədə yaşayan sakinlər evlərinin arxasında tikinti işlərinin aparılmasından narazıdırlar.

    Sakinlər “Report”a bildiriblər ki, tikinti heç bir normaya uyğun aparılmır və onlara hər hansı bir sənəd təqdim olunmayıb.

    Onlar məsələ ilə bağlı bir neçə quruma müraciət etdiklərini söyləyiblər. Şikayətçi Bəxtiyar Talıbov deyib ki, bütün qonşular tikintidən narahatdırlar:

    “Artıq 20 gündən çoxdur, bir çox quruma müraciət etmişik. Amma hələ ki heç bir tədbir görülməyib. Lakin tikinti də davam edir. Heç kim bunlara demir ki, nə iş görürsünüz? Qanun və qayda ilə müraciət edirik. Pəncərələrin qarşısını tuturlar. Nəfəs ala bilməyəcəyik. Hansısa tikili ilə hasar arasında müəyyən məsafə olmalıdır. Amma heç bir məsafə saxlamayıblar. Sənəd də istəyirik, təqdim etmirlər”.

    Digər sakin Saniyyə Əhmədova da pəncərələrinin qarşısının tutulmasından şikayətçidir:

    “Bizə deyirlər ki, 5-6 kasıb adamsınız və buraya yığılmısınız. Yəni demək istəyirlər ki, sizə qaranlıq olsa da olar. Bizimlə məsləhət də eləməyiblər. Əvvəl dedilər ki, heç nə tikmirik. Sonra isə beton tökdülər. Mənim evimin iki pəncərəsi bura baxır. İşığı haradan alaq? Bunun adamı varsa, mənim pəncərəmin qarşısını bağlaya bilər? Deyə bilmərəm ki, niyə bağlayırsan?”

    Qasım Mehdiyev deyib ki, tikinti başa çatandan sonra pəncərələrinin ikisinin önü bağlanacaq:

    “Evimin arxa hissəsində yanğın olsa, yanğınsöndürən söndürə bilməyəcək. Evim yansa, heç kim məni evlə təmin etməz”.

    Rafiq Əhmədov da qonşularının sözünə şərik olduğunu vurğulayıb:

    “Bizim şikayətə hələ ki baxılmır. Bizim yaşayışımız sanki zirzəmidəki kimi olacaq. Xahiş edirik ki, bununla bağlı ölçü götürsünlər. Burada tikinti işləri aparmaq olmaz, qeyri-qanunidir. Qanunda belə bir şey yoxdur ki, pəncərənin qarşısında obyekt tikilsin”.

  • Azərbaycanda heyvanlarda qəribə xəstəlik: Yüzlərlə qoyun qəflətən öldü – VİDEO

    Qoyunlar anidən yerə yıxılır və sinələri partlayır. Ölüm anı isə heç bir dəqiqədə çəkmir.

    Baku.tv xəbər verir ki, hadisə Abşeron rayonun Xanqulu qışlaq yatağında baş verib.

    Təsərrüfat sahibi Seyran Kərimovun sözlərinə görə, son dörd ayda bu xəstəlikdən 751 baş xırda buynuzlu heyvanı tələf olub və xəstəliyin isə çarəsi tapılmır.

    Təsərrüfat sahibi bildirib ki, heyvanların cəsədindən dəfələrlə müayinələr götürülüb. Hər dəfəsində heyvanların ölüm səbəbi başqa olub. Buna görə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Xırda buynuzlu heyvanların ölümü təsərrüfat sahibini çaş-baş salıb. Bu xəstəliyə isə ilk dəfədir rast gəldiyini bildirib.

    Onun sözlərinə görə, xəstəliyin nədən baş verdiyini mütəxəssislər də ayırd edə bilməyib.

  • Yol polisindən “Keşlə dairəsi”ndə karusel “effekti” – VİDEO

    Nərimanov rayonunda “Keşlə dairəsi” kimi tanınan ərazidə xidmət aparan yol polisi ilə bağlı maraqlı görüntülər yayılıb.

    Videonu paylaşan şəxs qeyd edib ki, görüntülər Keşlə bazarının qarşısındakı dairəvi yolda lentə alınıb.

    İddia olunur ki, polis avtomobili Keşlə bazarının qarşısındakı dairəvi yolda təkrar-təkrar dövrə vuraraq sürücüləri qayda pozmağa sövq edir.

    Digər videonun isə paytaxtın Əhmədli qəsəbəsi, Telnov küçəsində çəkildiyi qeyd olunub. Videonu paylaşan şəxs bildirir ki, yol polisi hər gün burada dayanaraq sürücülərin qayda pozmasını gözləyir.

    Məsələ ilə bağlı Oxu.Az-a münasibət bildirən Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sözügedən görüntülərdən xəbərdar olduqlarını deyib:

    “Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq. Orada yol polisinin hər hansı avtomobili saxlaması müşahidə olunmur, dislokasiya üzrə xidmət aparılır. Buna baxmayaraq, Bakı şəhər BPİ Dövlət Yol İdarəsində videogörüntülərdə iddia olunan hallarla bağlı müvafiq araşdırma aparılır”.

  • В Кюрдамире найдены тела женщины и ребенка – ФОТО + ВИДЕО

    Сегодня утром в селе Шушун Кюрдамирского района Азербайджана были найдены тела Лейлы Гамбаровой (1977 г.р.) и ее полуторагодовалого сына Хилала.

    Как сообщает Report, тело матери обнаружено в колодце во дворе дома, ребенка – в самом доме.

    На место прибыли сотрудники Кюрдамирского РУП и районной прокуратуры. Тела переданы на обследование в местное отделение Объединения судмедэкспертизы и патологической анатомии Минздрава.

    Расследование проводит прокуратура района.




  • Azərbaycanda dəhşət: Ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı – FOTO/VİDEO

    Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qəmbərova və onun yaş yarımlıq övladı Hilal Orxan oğlu Qəmbərov səhər saatlarında ölü tapılıb.

    Report xəbər verir ki, körpənin meyiti Şüşün kəndində evdə, ananın nəşi isə həyətdəki su quyusunda aşkarlanıb.

    Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

    Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

    Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.




  • Число погибших от коронавируса в Иране достигло шести

    Еще один человек, инфицированный коронавирусом нового типа, скончался в Иране.

    Как сообщает Haber Global, общее число летальных исходов от пневмонии, вызванной Covid-2019, достигло шести.

    В целом в стране зафиксировано 28 случаев заражения.

    Отметим, что в Ираке и Кувейте уже начал действовать временный запрет на въезд для граждан ИРИ.

  • İranda koronavirusdan ölənlərin sayı altıya çatdı

    İranda koronavirusdan daha bir nəfər ölüb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Beləliklə, ölkədə bu virusdan ölənlərin sayı altıya çatıb. 28 nəfərdə isə yoluxma qeydə alınıb.

    Qeyd edək ki, İraq və Küveyt bu səbəbdən İran vətəndaşları üçün sərhəd qapılarını bağlayıb.