Month: February 2020

  • Bakıdan Türkiyəyə uçan təyyarə məcburi eniş etdi

    Bakıdan Alanyaya uçan təyyarə Ankarada məcburi eniş edib.

    Bununla bağlı “Buta Airways” məlumat yayıb:

    “Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib”.

    Məlumatda qeyd edilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

  • Названа дата визита Эрдогана в Азербайджан

    Президент Турции Реджеп Тайип Эрдоган посетит Азербайджан 25 февраля.

    Как сообщают турецкие СМИ, об этом заявил пресс-секретарь президента Турции Ибрагим Калын.

    В ходе визита Эрдоган примет участие в заседании Совета стратегического партнерства высокого уровня Турция-Азербайджан.

  • Ərdoğanın Azərbaycana səfərinin tarixi bilindi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix bəlli olub.

    Türkiyə mətbuatının məlumatına görə, bu barədə Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın açıqlama verib.

    Onun sözlərinə görə, prezident R.T.Ərdoğanın Azərbaycana səfəri fevralın 25-də baş tutacaq.

    Ölkəmizə bir günlük səfər edəcək R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

  • Valideynlərə xəbərdarlıq: Bu oyun öldürür – VİDEO

    Uşaqlar arasında ölümlə nəticələnən təhlükəli oyun populyarlaşıb. “WhatsApp” messenceri vasitəsilə paylaşılan və yayılan bu oyun bir sıra ekspertlərin narahatlığına səbəb olub.

    Bu barədə Lenta.ru xəbər yayıb.

    Oyuna əsasən, üç uşaq yan-yana dayanır. Əvvəlcə yandakı iki nəfər, az sonra ortadakı tullanır. Ortadakı tullandıqdan sonra yandakılar onun ayağına badalaq atırlar. Nəticədə, uşaq kürəyi üstə yerə yıxılır və başı yerə dəyir.

    Məlumata görə, İsraildən başlayan və bütün dünyada yayılan oyuna görə artıq bir çox uşaq başından ölümcül travma alıb.

  • Вилаят Эйвазов произвел новое назначение

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова начальник Гянджинского регионального управления по борьбе с наркотиками полковник полиции Зафар Абыев отправлен на пенсию в связи с достижением предельного возраста нахождения на службе.

    На этот пост назначен майор полиции Эльвин Аббасов.

    До этого он занимал должность старшего оперуполномоченного в региональном управлении.

    Отметим, что З.Абыев – брат главы Исполнительной власти Дашкесанского района Ахада Абыева.

  • Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, Gəncə Regional Narkomaniya İdarəsinin rəisi, polis polkovniki Zəfər Abıyev xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

    Onun yerinə polis mayoru Elvin Abbasov təyinat alıb.

    O, bundan əvvəl idarənin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

    Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.

  • В Азербайджане объявлен прием в колледжи

    Государственный экзаменационный центр (ГЭЦ) объявил о начале приема учащихся в средние специальные учебные заведения Азербайджана на 2020/2021 учебный год на базе общего (девятилетнего) среднего образования.

    Как говорится в сообщении ГЭЦ, прием заявлений будет проводиться онлайн с 21 февраля по 11 марта.

    Для участия в конкурсе необходимо пройти регистрацию в “личном кабинете” на сайте центра. 

    Абитуриенты, получающие образование не на государственном языке, должны после прохождения регистрации сдать экзамен по азербайджанскому языку.

    С полным текстом объявления по приему абитуриентов можно ознакомиться по ссылке.

  • Kolleclərə tələbə qəbulu elan edildi

    Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

    Mərkəzdən verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il fevralın 21-dən martın 11 dək internet vasitəsilə aparılır.

    Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği (20 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

    Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

    Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.

    Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

    Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin aşağıdakı xüsusi hallarda bu abituriyentlər əlavə olaraq 2020-ci il martın 29-da və iyulun 5-də bəzi fənn və yaxud fənlərdən imtahan verirlər.

    Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.

    İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.

    Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır.

    Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.

    Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdikdən (etdirdikdən) sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

    Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 27-si qapalı, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli olmaqla 30 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 1 saat 30 dəqiqə vaxt ayrılır.

    Qapalı tipli tapşırıqlar 0 və ya 1 balla, açıq tipli tapşırıqlar isə qiymətləndirmə meyarlarına əsasən 0, 1/2 və ya 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

    Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan iki dəfə – 2020-ci il mayın 3-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 31-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir.

    Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2019-cu ildə həmin imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

    Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar.

    Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və Azərbaycan dili (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda abituriyentlər imtahanda iştirak etmək üçün müvafiq qaydada ödəniş edirlər.

    İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir.

    İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

    Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

    Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar.

    Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

  • Назван самый загрязняющий Каспий район Баку

    Сотрудники Управления каспийского комплексного экологического мониторинга Министерства экологии и природных ресурсов Азербайджана провели мониторинг на побережье Каспия на Абшеронском полуострове. Были взяты образцы морской воды, проведены микробиологические анализы.

    По словам сотрудницы управления Нармин Бабашовой, по итогам мониторинга установлено, что больше всего Каспий загрязняют сточные воды, которые формируются на территории Сураханского района столицы.

    “Сточные воды сбрасываются с территории района несколькими потоками, в том числе по Абшеронскому каналу, без очистки или обезвреживания. Сточные воды, формирующиеся в поселках Балаханы, Сабунчу, Забрат-1, Забрат-2, Рамана и Ени Рамана Сабунчинского района, сбрасываются в море по каналу Говсан. Согласно результатам мониторинга, одной из загрязненных зон Каспийского моря является акватория сумгайытского поселка Г.З. Тагиева.

    Поскольку в поселке отсутствует централизованная канализационная система, сточные воды сбрасываются прямо в Каспийское море”, – сказала представительница ведомства.

    Как отметила Н.Бабашова, руководству предприятий и организаций в этой связи было сделано очередное предупреждение для предотвращения сброса сточных вод без очистки.

  • Xəzəri ən çox bu rayon çirkləndirir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Abşeron yarımadasının Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

    İdarənin əməkdaşı Nərmin Babaşova deyib ki, monitorinqlərin nəticəsinə görə, Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığı məlum olub.

    O qeyd edib ki, rayon ərazisində formalaşan tullantı sular bir neçə axar, o cümlədən Abşeron Magistral Kanalı vasitəsi ilə təmizlənmədən və zərərsizləşdirilmədən sahil zolağından dənizə axıdılır:

    “Sabunçu rayonunun Balaxanı, Sabunçu, Zabrat-1, Zabrat-2, Ramana və Yeni Ramana qəsəbələrində formalaşan tullantı sular isə Hövsan kanalı vasitəsilə birbaşa sahil zolağına, oradan da dənizə axıdılır. Monitorinqlərin nəticəsinə görə, Xəzərin suyunun çirkli olduğu ərazilərdən biri də Sumqayıt rayonu, H.Z.Tağıyev adına qəsəbənin sahil zolağıdır.

    Qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından müəssisə və təşkilatlarda, fərdi yaşayış evlərində formalaşan tullantı sular bir neçə axar vasitəsilə birbaşa Xəzər dənizinə tökülür. Abşeron yarımadasının sözügedən ərazilərində keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur”.

    N.Babaşovanın sözlərinə görə, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədi ilə tərəfimizdən növbəti xəbərdarlıq edilib və bildiriş məktubları göndərilib.

    O qeyd edib ki, Abşeron yarımadasının Xəzər sahili ərazilərində monitorinqlər davam etdirilir.